508. 08 avqust 1991-ci il: Qərbi Azərbaycanın türklər yaĢayan sonuncu
kəndi Nüvədinin mühafizəsində duran Sovet ordu hissələri kəndi tərk edir.
Bununla bahəm daĢnak terror qruplaĢmaları tərəfindən kənd mühasirəyə alınır, evlər aramsız atəĢə tutulur. Kəndin əliyalın, müdafiəsiz qalmıĢ 1000 nəfərlik dinc
sakini dədə-baba yurdlarını məcburiyyət qarĢısında tərk etməli olurlar; Qeyd: 25 yanvar 1988-ci ildən 8 avqust 1991-ci ilədək daĢnak terror
qrupları və birləĢmələri ermənipərəst M.Qorbaçovun baĢçılıq etdiyi SSRĠ hökuməti
rəhbərlərinin, bədnam Sovet ordusunun və xristian dünyasının himayəsi altında
Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) etnik təmizləmə - «Türksüz
Ermənistan» və Azərbaycan türklərinin soyqırımı siyasətini son həddə çatdırmıĢlar.
460 nəfər qətlə yetirilmiĢ, 1154 nəfər yaralanmıĢ, yüzlərcə adama iĢgəncələr
verilmiĢdir. Ancaq azərbaycanlılar yaĢayan 185 kənd yerlə yeksan edilmiĢdir. 265
min Azərbaycan türkü öz dədə-baba yurdlarından didərgin salınmıĢdır. Qaçqın
düĢmüĢ əhalinin 20 milyard dollarlıq (ABġ $) əmlakı, 8 min km
2
torpaq sahəsi
Ermənistan Respublikasının ərazisində qalmıĢdır. Qaçqınlardan 231400 nəfəri
Azərbaycan respublikasının, 33600 nəfəri isə postsovet məkanındakı (MDB)
ölkələrin ərazilərində özlərinə sığınacaq tapmıĢlar. Ümumiyyətlə, ötən yüzilliyin
baĢlanğıcında baĢlamıĢ və davam edən bu proseslər nəticəsində Qərbi
245
Azərbaycanda yaĢayan 1 milyon Azərbaycan türkündən bugünkü törəmə
Ermənistan Respublikasında bir nəfəri belə qalmamıĢdır;