Hüquqi məsələlər:
Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət
qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin
üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına
hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının
məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində
çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə
özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinin
(«Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və
vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında
yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq
araşdırılması hüququna malikdir.
Həmin Konvensiyaya dair 22 noyabr 1984-cü il tarixli 7 nömrəli Protokolun 2-ci maddəsinin 1-ci
bəndində isə qeyd olunur ki, cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin,
barəsində çıxarılmış hökmə və ya təyin olunmuş cəzaya yuxarı məhkəmə instansiyasında yenidən
baxılması hüququ vardır. Bu hüququn həyata keçirilməsi və onun həyata keçirilə biləcəyi əsaslar
qanunla tənzimlənir.
Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və
azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.
Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları
Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər
qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
müddəalarına ciddi əməl etməlidirlər.
Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd olunur ki, cinayət prosesini həyata keçirən
orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş
hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci
instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun
və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən
edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya
apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət
qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən
apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb,
apellyasiya şikayətləri və dövlət ittihamçısının protestinin dəlilləri barədə proses iştirakçılarının
mövqeyini dinləyərək, habelə qismən məhkəmə istintaqı apararaq hesab edir ki, Əliyev Elnur Məməti
oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Bayramov Məhəmməd
Ramiz oğlunun və Rəsulov Nicat Mehdi oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və
177.2.4-cü maddələri ilə məhkum edilmələri barədə Saatlı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il
tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Rəsulov Nicat Mehdi oğlunun
müdafiəçisi Paşayev Mehman Abdulhüseyn oğlu, məhkum edilmiş şəxs Bayramov Məhəmməd Ramiz
oğlunun müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət
10
ittihamçısı Əliyev Şaiq Allahyar oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, lakin
Saatlı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmü Azərbaycan
Respublikası CPM-nin 397-ci maddəsinin tələblərinə əsasən məhkum edilmiş şəxs Əliyev Elnur
Məməti oğluna münasibətdə dəyişdirilməlidir.
Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxslər
Bayramov Məhəmməd Ramiz oğlu və Rəsulov Nicat Mehdi oğlunun törətdiyi, qərarın təsviri-
əsaslandırıcı hissəsinin «İşin halları» bölməsində göstərilən cinayət əməlləri onların özlərinin və
təqsirləndirilən şəxs Əliyev Elnur Məməti oğlunun ibtidai istintaq zamanı verdikləri ifadələri,
zərərçəkmiş şəxs qismində dindirilmiş Aslanov Adıgızəl Qənimət oğlu və Şıxaliyev Aslan Mehdi oğlu,
şahidlər Şıxalıyev Mehdi Aslan oğlu, Mirzəyev Qorxmaz Tahir oğlu, Zahidov Əhməd İnqilab oğlu,
Şükürov Amid Qaraş oğlu, Abdıyev Telman Səməd oğlu, Bayramov Ramiz Bəylər oğlu, İsmayılov
Qərib Rəhim oğlu, Əhmədov Hacı Əbil oğlu, Məmmədov Əvəzağa Əlisafa oğlunun ifadələri, ekspert
rəyləri, fotoşəkillər, protokollar və işdə olan digər sənədlərlə tam sübuta yetirilmiş, Bayramov
Məhəmməd Ramiz oğlunun və Rəsulov Nicat Mehdi oğlunun əməlləri birinci instansiya məhkəməsi
tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif
edilmişdir.
İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza
Mərkəzinin Şirvan Regional bölməsinin 06 mart 2015-ci il tarixli 82 nömrəli rəyindən görünür ki,
tədqiqata təqdim olunmuş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, təsərrüfatda və məişətdə istifadə
edilən kəsici xassəli bıçaqdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq
silah hesab edilmir.
İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza
Mərkəzinin 16 sentyabr 2015-ci il tarixli 18440 nömrəli rəyindən görünür ki, nəzəri qaydada faktiki
ortada olmayan qızıl-zinyət əşyalarının əmtəə-keyfiyyət göstəricilərini nəzərə alaraq nəzəri hesablama
yolu ilə 2014-cü ilin noyabr ayına ümumi qiyməti 6.520 manat müəyyən olunur.
İş materiallarından görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Rəsulov Nicat Mehdi oğlu və
Bayramov Məhəmməd Ramiz oğlunun Saatlı RPŞ-də onlara zor tətbiq etməklə etirafedici ifadə
verməyə məcbur edilmələri barədə müraciətlər etmiş və Saatlı rayon prokurorluğunda qeyd olunan
xüsusatlarla bağlı araşdırma aparılaraq 19 iyun 2015-ci il tarixdə cinayət işinin başlanması rədd
edilmişdir.
“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində
göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud
həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın
gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət
etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə
əmlakının gizli talanması hesab edilməlidir.
Həmin Qərarın 7-ci bəndində isə qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək
və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn,
talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada
onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə
icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara
əsaslanmalıdır.
Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə
təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət
qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli
və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-
biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi
müəyyənləşdirilir.
11
Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü,
mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə
ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
Həmin Məcəllənin 145.2-ci maddəsinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların
məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları
qiymətləndirir.
Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət
etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar
sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.
Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, məhkəmə baxışı zamanı cinayət işinə,
məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız
təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə
istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır.
«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr
1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü
yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə,
məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və
məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin,
zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o
vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli
şəkildə təhqiq edilmiş olsun.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında
qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq
normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə,
müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən
cinayət hüquqi qiymətdir.
Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların
əldə olunması, həmçinin həmin sübutların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və
obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Saatlı Rayon
Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan
istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən
əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxs Bayramov
Məhəmməd Ramiz oğlu və Rəsulov Nicat Mehdi oğlunun Azərbaycan Respublikası Cinayət-
Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün hüquqları tam həcmdə təmin edilmiş
və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir.
Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Məhkum edilmiş şəxslər Bayramov
Məhəmməd Ramiz oğlu və Rəsulov Nicat Mehdi oğlunun oğlunun oğurluq hadisəsindən xəbərlərinin
olmaması, ittihamda göstərilən cinayət əməllərini polislərin təzyiq və təsiri nəticəsində öz üzərinə
götürmələri kimi ifadələrinə məhkəmə tənqidi yanaşaraq bu ifadələri iş materiallarına uyğun olmayan,
özlərini müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi
qiymətləndirir və onun ifadələrinin bu hissələrini inandırıcı hesab etmir. ...təqsirləndirilən şəxslər
Əliyev Elnur Məməti oğlu, Bayramov Məhəmməd Ramiz oğlu və Rəsulov Nicat Mehdi oğlu
zərərçəkmiş şəxs Şıxəliyev Aslan Mehdi oğlunun yaşadığı evdən qızıl əşyalarını 21 noyabr 2014-cü il
tarixdə saat 22:30 radələrində birlikdə oğurlamaları barədə ibtidai istintaq zamanı vermiş olduqları
ifadələrində tam etiraf etmişlər və məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş
olduqları ifadələrini iş üzrə sübut növü kimi qəbul edir” qənaətini də qanuni və əsaslı hesab edir.
Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və Bayramov
Məhəmməd Ramiz oğlunun və Rəsulov Nicat Mehdi oğlunun əməllərində Azərbaycan Respublikası
CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri vardır. İbtidai istintaq orqanı
tərəfindən M.R.Bayramov və N.M.Rəsulovun əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.1,
12
177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, işə baxan birinci instansiya məhkəməsi də
haqlı olaraq onları həmin maddələr ilə təqsirli bilmişdir.
Məhkum edilmiş şəxslər Məhəmməd Bayramova və Nicat Rəsulova birinci instansiya məhkəməsi
tərəfindən təyin edilmiş cəzaların cinayətlərin ağırlığına və məhkum edilmiş şəxslərin şəxsiyyətlərinə
uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci
instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-
ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik
dərəcələrini, təqsirkar şəxslərin şəxsiyyətlərini, habelə cəzalarnı yüngülləşdirən və ağırlaşdıran halları
nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin
etmişdir.
Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Bayramov
Məhəmməd Ramiz oğlu və Rəsulov Nicat Mehdi oğlunun cəzalarını ağırlaşdıran hallar müəyyən
edilməmiş, təqsirləndirilən şəxs Bayramov Məhəmməd Ramiz oğlunun yaşayış yeri üzrə müsbət
xarakterizə olunması və ilk dəfə cinayət törətməsi, təqsirləndirilən şəxs Rəsulov Nicat Mehdi oğlunun
yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət törətməsi və sol ağ ciyərin yuxarı
payının ocaqlı vərəmi xəstəliyindən əziyyət çəkməklə mütəmadi olaraq müalicəyə ehtiyacının olması
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzanı yüngülləşdirən
hallar kimi nəzərə alınmışdır.
İş materiallarında olan, sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında 1075 nömrəli aktdan
görünür ki, Rəsulov Nicat Mehdi oğlu sol ağ ciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma mərhələsi
xəstəliyindən əziyyət çəkir.
Təqdim olunmuş qəbzin surətindən görünür ki, 20 iyun 2016-cı il tarixdə məhkum edilmiş şəxs
Rəsulov Nicat Mehdi oğlu zərərçəkmiş şəxs Şıxəliyev Aslan Mehdi oğlunun hesabına 400 manat
məbləğində pul köçürmüşdür.
Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən
şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə
tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın
məqsədlərini təmin edə bilmir.
Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai
təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar,
habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə
alınır.
Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və
azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,
Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə
cinayətlərin qarşısını almaqdan ibarətdir.
Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən
cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai
təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin
şəxsiyyətinə uyğun olmalıdır.
Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun
islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin
qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-
cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci
maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların
təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən
CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət
13
qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında
tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə,
təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.
Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın
növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin
islah olunmasına xidmət etməlidir.
Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı
məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı
yüngülləşdirici hal kimi nəzərə alına bilər.
Həmin Qərarın 5-ci bəndinə görə, cəzanı ağırlaşdıran hallar dedikdə CM-nin 61-ci maddəsində
sadalanan hallar başa düşülməlidir.
«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr
1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı
təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına
yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai
təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları
nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai
təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı
göstərilməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə
17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; De
Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir:
«Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın
görünməlidir».
Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası
Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına
əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun
ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi
də aydın görünməlidir».
Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 14 dekabr 1990-cı il
tarixli 45/110 saylı qətnaməsi ilə qəbul edilmiş «BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair
standart minimal qaydaları (Tokio qaydaları)»nın 2.3-cü maddəsinin tələbinə görə hüquq pozuntusunun
xarakterinə və ağırlıq dərəcəsinə, hüquq pozucusunun şəxsiyyətinə və tərcümeyi-halına, habelə
cəmiyyətin müdafiəsinin mənafelərinə uyğun olaraq və həbs edilmənin haqsız tətbiqindən yaxa
qurtarmaq üçün daha çox çevikliyi təmin etmək məqsədi ilə, cinayət üzrə ədalət mühakiməsi sistemi
məhkəməyəqədərki tədbirlərdən tutmuş məhkəmədən sonrakı tədbirlərə qədər həbs edilmə ilə bağlı
olmayan geniş çeşidli təbirlər nəzərdə tutmalıdır.
Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında üç
min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bayramov Məhəmməd Ramiz oğluna və Rəsulov Nicat
Mehdi oğluna birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 4.000 (dörd min) manat miqdarda cərimə cəzası təyin
edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə
saxlanıldıqları müddət nəzərə alınaraq onlara təyin olunmuş 4.000 manat miqdarda cərimə cəzası
yüngülləşdirilib üzərlərində qəti olaraq 1.000 (bir min) manat miqdarda cərimə cəzası saxlanılmışdır.
Yəni M.R.Bayramova və N.M.Rəsulova birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindikləri
Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində
Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin
edilmişdir.
14
Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və hesab edir
ki, apellyasiya şikayətində göstərilən xüsusatlar özünümüdafiə xarakterlidir və təyin edilmiş cəzanı
yüngülləşdirmək məqsədi daşıyır. Öz növbəsində məhkəmə kollegiyası apellyasiya protestinin
dəlillərini məqbul hesab etmir. Məhkəmə kollegiyası eyni zamanda dövlət itthamçısının apellyasiya
protestinin “Məhkəmə təqsirləndirilən şəxslər Bayramov Məhəmməd Ramiz oğluna və Rəsulov Nicat
Mehdi oğluna cəza təyin edərkən cinayətin qabaqcadan əlbir olan qrup tərəfindən törədilməsini nəzərə
almamış, CM-nin 34.8-ci maddəsinin tələbinə məhəl qoymamışdır” dəlillərini qeyri-məqbul hesab edir
və bununla bağlı olaraq qeyd edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 34.8-ci
maddəsinin mahiyyətindən görünür ki, “cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədilməsi daha ciddi cəzalara səbəb olur” müddəası bütün hallarda deyil, yalnız Cinayət Məcəlləsində
nəzərdə tutulan əsaslara və hədlərə uyğun olduqda tətbiq edilir. Odur ki, həmin müddəa hazırkı işə
tətbiq edilə bilməz. Çünki cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi
Azərbaycan Respublikası CM-nin 177-ci maddəsində tövsifedici əlamət kimi nəzərdə tutulmuşdur
(CM-nin 177.2.1-ci maddəsi). Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi
yalnız Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi
müəyyən edildikdə, Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsinin “cinayətin qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən törədilməsi daha ciddi cəzalara səbəb olur” müddəası tətbiq edilir.
Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi
Azərbaycan Respublikası CM-nin və Azərbaycan Respublikası CPM-nin normalarının tələblərini,
“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının tövsiyələrini
nəzərə almaqla işin faktiki halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlmiş, Azərbaycan Respublikası
CM-nin, Azərbaycan Respublikası CPM-nin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
«Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 №-li, «Məhkəmələr tərəfindən cinayət
cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №-li, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD nömrəli
Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun
yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarlarının yuxarıda sadalanan normalarının
tələblərini, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda göstərilən presedentlərini nəzərə
almaqla məhkum edilmiş şəxslərin şəxsiyyətləri ilə bağlı ədalətli nəticəyə gəlmiş və qanunamüvafiq
ittiham hökmü çıxarmışdır.
Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi
birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya
apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.
Bununla da, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə
iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara,
həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış qismən məhkəmə istintaqının
nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək Əliyev Elnur Məməti
oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Bayramov Məhəmməd
Ramiz oğlunun və Rəsulov Nicat Mehdi oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və
177.2.4-cü maddələri ilə məhkum edilmələri barədə Saatlı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il
tarixli, 1(055)-02/2016 nömrəli hökmünü Məhəmməd Bayramov və Nicat Rəsulova münasibətdə ləğv
edərək onlara münasibətdə yeni hökm, o cümlədən bəraət hökmü çıxarmağı, yaxud həmin hökmü ləğv
edərək onlara münasibətdə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyi, yaxud
Məhəmməd Bayramov və Nicat Rəsulovun cinayət əməllərini Azərbaycan Respublikası CM-nin
177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin digər maddəsinə(maddələrinə) tövsif
etməyi, yaxud da Məhəmməd Bayramov və Nicat Rəsulova təyin edilmiş cəzanı yüngülləşdirməklə,
yaxud da ağırlaşdırmaqla həmin hökmü dəyişdirməyi məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə
kollegiyası Əliyev Elnur Məməti oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3
və 177.2.4, Bayramov Məhəmməd Ramiz oğlunun və Rəsulov Nicat Mehdi oğlunun Azərbaycan
15
Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələri barədə Saatlı
Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş
şəxs Rəsulov Nicat Mehdi oğlunun müdafiəçisi Paşayev Mehman Abdulhüseyn oğlu, məhkum edilmiş
şəxs Bayramov Məhəmməd Ramiz oğlunun müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən
verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Əliyev Şaiq Allahyar oğlu tərəfindən verilmiş
apellyasiya protestinin təmin edilməməsini və hökmün apellyasiya şikayətləri və protestinə əsasən
dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun sayır.
Eyni zamanda məhkəmə kollegiyası Saatlı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli,
1(055)-02/2016 nömrəli hökmünü Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinin tələblərinə
əsasən məhkum edilmiş şəxs Əliyev Elnur Məməti oğluna münasibətdə dəyişdirməyi məqsədəuyğun
hesab edir. Çünki “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”
6 may 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 1.7.5-ci maddəsinə əsasən CM-nin
177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində “min manatdan yeddi min manatadək olan məbləğ,
“külli miqdar” dedikdə isə yeddi” sözləri “üç min manatdan yuxarı, lakin on min manatdan artıq
olmayan məbləğ, “külli miqdar” dedikdə on” sözləri ilə əvəz edilmişdir. Yəni Cinayət Məcəlləsinin
177—187, 189 və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə üç min manatdan yuxarı, lakin on min
manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkum edilmiş şəxs Əliyev Elnur Məməti oğluna elan
olunmuş ittihamın birinci epizodundan görünür ki, o, 31 iyul 2014-cü il tarixdə saat 00:30 radələrində
İmişli rayonunun Mirili kəndində yerləşən Aslanov Adıgözəl Qənimət oğluna məxsus saxlanc yeri
hesab edilən mağazaya qanunsuz daxil olaraq oradan hər birinin orta bazar qiyməti 1 manat 20 qəpik
olan 180 manat dəyərində 150 ədəd «LD» siqaretini, hər birinin orta bazar qiyməti 1 manat 30 qəpik
olan 130 manat dəyərində 100 ədəd «VİCEROY SİLVER» siqaretini, hər birinin orta bazar qiməti 70
qəpik olan 119 manat dəyərində 170 ədəd «CLASSİC BLUE» siqaretini, hər birinin orta bazar qiyməti
1 manat olan 170 manat dəyərində 170 ədəd «Vest BLAKO KOMPACT» siqaretini, hər birinin otra
bazar qiyməti 1 manat 70 qəpik olan 51 manat dəyərində 30 ədəd «KENT4 NANOTİK» siqaretini, hər
birinin orta bazar qiyməti 1 manat 50 qəpik olan 30 manat dəyərində 20 ədəd «Vinston XSLSS»
siqaretini, hər birinin otra bazar qiyməti 1 manat 60 qəpik olan 32 manat dəyrində 20 ədəd «KENT8
HD» siqaretini, hər birinin orta bazar qiməti 1 manat 20 qəpik olan 36 manat dəyərində 30 ədəd «VEST
Aktiv» siqaretini, hər birinin otra bazar qiyməti 60 qəpik olan 90 manat dəyərində 150 ədəd
«VİCEROY BLUE» siqaretini, hər birinin orta bazar qiyməti 1 manat 30 qəpik olan 39 manat dəyərində
30 ədəd «VEST SİLVER» siqaretini, hər birinin orta bazar qiyməti 1 manat olan 50 manat dəyərində 50
ədəd «VEST COMPACT» siqaretini, hər birinin orta bazar qiyməti 1 manat 80 qəpik olan, 36 manat
dəyərində 20 ədəd «KENT4 HD» siqaretini, 60 manat dəyərində 60 ədəd 1 manatlıq «Sim-Sim» telefon
danışıq kartlarını, hər biri 3 manatlıq olan 120 manat dəyərində 40 ədəd «Sim-Sim» telefon danışıq
kartlarını, 2 manatlıq olan 80 manat dəyərində 40 ədəd «Nar» telefon danışıq kartlarını, 2 manatlıq olan
60 manat dəyərində 30 ədəd «Cin» telefon danışıq kartlarını, orta bazar qiyməti 20 manat olan 1 ədəd
«My Love» ətrini, orta bazar qiyməti 15 manat olan 1 ədəd «Royal» ətrini, orta bazar qiyməti 10 manat
olan 1 ədəd «Biox» ətrini, orta bazar qiyməti 40 qəpik olan 22 manat dəyərində 55 ədəd «Dirol»
saqqızını və 100 manat nəğd pulu, ümumilikdə 1.450 manat dəyərində əmlakı və pulu gizli olaraq
talamaqla oğurlayaraq A.Aslanova xeyli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası CM-nin
10.3-cü maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə
cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür
yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən
əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını
çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Odur ki,
Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə əsasən məhkum edilmiş şəxs Əliyev Elnur
Məməti oğluna elan edilmiş ittihamdan və hökmdən onun 1.450 manat dəyərində əmlakı və pulu gizli
olaraq talaması epizodu üzrə talanmış əmlakın xeyli miqdar olmasına dair müddəalar xaric edilməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 407-410 və 412-ci
maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası
|