Q Ə R A R A A L D I :
Əliyev Elnur Məməti oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və
177.2.4, Bayramov Məhəmməd Ramiz oğlunun və Rəsulov Nicat Mehdi oğlunun Azərbaycan
Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələri barədə Saatlı
Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş
şəxs Rəsulov Nicat Mehdi oğlunun müdafiəçisi Paşayev Mehman Abdulhüseyn oğlu, məhkum edilmiş
şəxs Bayramov Məhəmməd Ramiz oğlunun müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən
verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Əliyev Şaiq Allahyar oğlu tərəfindən verilmiş
apellyasiya protesti təmin edilməsin.
Saatlı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmü məhkum
edilmiş şəxs Rəsulov Nicat Mehdi oğlunun müdafiəçisi Paşayev Mehman Abdulhüseyn oğlunun,
məhkum edilmiş şəxs Bayramov Məhəmməd Ramiz oğlunun müdafiəçisi Musayev Ramiz Əzizulla
oğlunun apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Əliyev Şaiq Allahyar oğlunun apellyasiya
protestinə əsasən dəyişdirilməsin.
Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə əsasən, Saatlı Rayon Məhkəməsinin 24
fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmü dəyişdirilsin. Məhkum edilmiş şəxs Əliyev
Elnur Məməti oğluna elan edilmiş ittihamdan və hökmdən onun 1.450 manat dəyərində əmlakı və pulu
gizli olaraq talaması epizodu üzrə talanmış əmlakın “xeyli miqdar “ olmasına dair müddəalar xaric
edilsin.
Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində
nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına
kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: İmza var.
Hakimlər: İmzalar var.
Əsli ilə düzdür. Sədrlik edən:
Amil Dosiyev