Elmġ ƏSƏRLƏR, 2016, №6(74) nakhchivan state university. Scientific works, 2016, №6 (74)



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə1/23
tarix10.06.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   23


 
 
 


 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMĠ ƏSƏRLƏR,  2016,  № 6(74) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (74) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (74) 
 
                
ƏDƏBĠYYATġÜNASLIQ 
 
     HÜSEYN  HƏġĠMLĠ 
Naxçıvan Dövlət Universiteti 
                           E-mail : 
hashimli-h@rambler.ru
  
UOT  82: 316. 3 
 
UNUDULMUġ  TƏRCÜMƏÇĠ  ƏLƏKBƏR  QƏRĠB  NAXÇIVANLI 
 
     
Açar sözlər:    Azərbaycan ədəbiyyatı, tərcüməçi,  Ələkbər Qərib Naxçıvanlı 
    
Key words:   Azerbaijan literature, translator, Alekper Garib Nakhchivanli 
    
Ключевые  слова:    Азербайджанская  литература,    переводчик,  Алекпер  Кариб  
Нахчыванлы 
  
Ələkbər Qərib Naxçıvanlı (Abbasov Ələkbər Tağı oğlu) 1910-30-cu illərdə ədəbi prosesdə 
yaxından  iştirak  edən  istedadlı  sənətkarlarımızdan  biridir.  Onun  ―Ələkbər  Qərib‖,  ―Əliəkbər 
Naxçıvanlı‖ , ―Ələkbər Abbasov‖, ―Ə. Qərib‖ və digər imzalarla çap etdirdiyi roman, povest və 
hekayələr,  publisistik  və  ədəbi-tənqidi  məqalələr,  müxtəlif  xalqların  ədəbiyyatından  etdiyi 
tərcümələr  istedad  və  zəhmətin,  ciddi  yaradıcılıq  axtarışlarının  məhsuludur.    Təqdim  olunan 
məqalədə ədibin tərcüməçilik fəaliyyətini ilk dəfə olaraq sistemli şəkildə nəzərdən keçirəcəyik 
 Ələkbər  Qərib Naxçıvanlı bədii, publisistik və tərcüməçilik fəaliyyətinə hələ Qori Müəl-
limlər Seminariyasında 1909/1913-cü illərdə təhsil alarkən başlamışdır. Ədibin həmyerlisi və Qori 
Müəllimlər  Seminariyasında  tələbə  yoldaşı,  yazıçı-publisist  Əli  Səbri  Qasımov  sonralar    təhsil 
illərini  xatırlayarkən  müəllimləri,  məşhur  pedaqoq  və  ədəbiyyatşünas  Firudin  bəy  Köçərlinin  bir 
çox  tələbələri,  o  cümlədən  Ələkbəri  ədəbi  yaradıcılığa  həvəsləndirdiyini  vurğulayaraq  yazmışdı: 
―Firidun bəy bizdə ədəbiyyata böyük maraq oyatdığının nəticəsi olaraq Rəcəb Əfəndiyev, Ələkbər 
Abbasov  (Qərib),  Zülfüqar  Ağakişibəyov  və  mən  rus  ədiblərindən  Azərbaycan  dilinə  bir  sıra 
əsərlər tərcümə etməyə və əsər yazmağa başladıq‖ (6, s.269).  
Ələkbər  Naxçıvanlı  (Abbasov)  1912-ci  ildə  rus  sentimentalisti  N.M.  Karamzinin  (1766-
1826)    ―Bədbəxt  Liza‖  əsərini  dilimizə  çevirmiş  və  həmin  ildə  Bakıda  ayrıca  kitabça  kimi  nəşr 
etdirmişdir  (10).  Həmin  kitabçanın  üzərində  aşağıdakı  qeyd  var:  ―Məktəb‖  jurnalının  vəsaiti  ilə 
çap olunur‖. ―Bədbəxt Liza‖ Azərbaycan dilində çap olunduqdan sonra  jurnalın redaksiyası onu 
öz oxucularına göndərmişdir. Bu barədə jurnalın 7 dekabr 1913-cü il tarixli 19-cu sayında müvafiq 
məlumat vardır. Ədəbiyyatşünas Alməmməd Alməmmədov da 1982-ci ildə çapdan çıxmış ―Azər-
baycan-rus ədəbi əlaqələri‖ kitabında bu fakta diqqət yetirmişdir (1, s.132). 
 ―Bədbəxt  Liza‖nın  tərcüməsinin  əvvəlində  Ələkbər  Qəribin  ―Ə.Abbasov‖  imzası  ilə 
verilmiş qısa qeydləri də vardır ki, bu da onun müəyyən ədəbi düşüncələrinin ifadəsi kimi maraq 
doğurur. İndiyədək tədqiq olunmadığını nəzərə alıb ―Bədbəxt Liza‖nın tərcüməsinə Ə.Abbasovun 
yazdığı  qısa    ―Müqəddimə‖ni  bütövlükdə  xatırladırıq:  ―Rus  ərbabi-qələmlərindən  Qara  Mirzə 
(N.M. Karamzin) ―Bədbəxt Liza‖ ünvanlı bir kiçik roman yazmışdır. Bu roman ən əvvəl Peterburq 
jurnallarının birində dərc olunmuşdu. Bir az müddət keçməmiş bu balaca əsər Rusiyada çoxlarının 
diqqətini  cəlb  etdi  və  müəllifinin  adı  cəmi  aləmi-ürfanda  başqa  bir  hörmət  və  mərhəmət  ilə  söy-
lənirdi.Bu suzişli əsər sair lisanlara da tərcümə olunmuşdur.Bəndə də özümə cürət verib bu romanı 
lisanımıza tərcümə etdim ki, qarein yoldaşlarımı rus ədəbiyyatının şair və ədibi-şəhiri Puşkindən 
irəli  sultanlıq  edən  Qara  Mirzənin  ruhuna,  əfkarına,  hissiyyatına  ixtisarən  aşina  olsunlar.Qara 
Mirzə hekayəni başlamadan irəli Moskva şəhərinin ətraf və əknafı ilə də qareini aşina edir‖. 


 
 Bu  kiçik  qeydlər  Ə.  Qəribin  rus  ədəbiyyatına  bələdliyini  bir  neçə  cəhətdən  səciy-
yələndirməyə  imkan  verir.  Hər  şeydən  öncə,  diqqəti  o  məqam  çəkir  ki,  Ə.  Qərib  yazıçı  N.M. 
Karamzinin  tatar  mənşəli  olmasına    işarə  edərək  onun  soyadını    Qara  Mirzə  (Karamzin)  kimi 
yazmışdır.  Digər  tərəfdən,  N.M.Karamzinin  sentimentalist  yazıçı  olduğunu  nəzərə  alaraq  gənc 
mütərcim ―Bədbəxt Liza‖nı  ―suzişli əsər‖ (yanıqlı, təsirli əsər- H.H.)  saymaqla onun da bu səp-
kidə qələmə alındığını  məxsusi vurğulamışdır. ―Bədbəxt Liza‖ povestini oxumaqla N.M.Karam-
zinin ―hissiyyatına aşina olmaq‖ barədəki qeyd də bu cəhətdən səciyyəvidir. Nəhayət, o da razılıq 
doğurur  ki,  Ələkbər  Qərib  Abbasov  müqəddimədə  N.M.  Karamzini  haqlı  olaraq  A.S.Puşkinə 
qədərki rus ədəbiyyatının ən məşhur siması kimi dəqiq qiymətləndirmişdir. 
Ə.Qəribin dilimizə çevirdiyi ―Bədbəxt Liza‖ tərcüməsi ilə tanışlıq müsbət təəssürat oyadır. 
Gənc  mütərcim  orijinalın  ruhunu  saxlamağa  səy  göstərmişdir.  Əsərin  sentimentalist  qayəsi, 
emosional  təhkiyə  tərzi,  lirik  ovqatı,  üslub  özəllikləri    tərcümədə  əsasən  qorunmuşdur.Təsəvvür 
naminə  əsərdən  bir  parçaya  nəzər  salaq.  Lizanın  həyatının  son  anları,  axırıncı  sözləri  tərcümədə 
belə ifadə olunmuşdur: 
―  -  Anyuta,  əzizim,  bu  pulları  apar  anama  təslim  et  və  ona  deginən  ki,  mən  bu  böyük 
müsibətdə bir onun əleyhinə bulunmuşam. Zira adam cildinə girmiş səngdil heyvana... E..r... Ah, 
onun adını bilmək nə lazım? De ki, bir bivicdan adama mehr-məhəbbətim olduğunu ondan pünhan 
etdim və adam bivəfa olub, mənim haqqımda təcavüzlər etmişdir. Təvəqqe et ki, məni əfv buyur-
sun. Allah-taala əvəz verəndir. İndi mən sənin əlini öpən kimi sən də möhtərəm anamın əlini öpüb, 
deyərsən, bədbəxt Liza sənin əllərini öpməyini istirham etmişdir. Və deginən ki, Liza...  
 
Burada özünü suya tulladı. Anyuta qışqırıb, aman istədisə də, vəli nicat verməkdən ümid 
kəsilmişdi‖ . 
 
Göründüyü kimi, mütərcimin seçib işlətdiyi sözlər və ifadələr ideya-bədii qayəni ümumən 
yaxşı əks etdirmişdir. Belə nümunələrin sayını artırmaq olar.Tərcüməçi   bir çox səhifələrdə əsəri 
sadə  üslubda  çevirməyə,  koloriti  saxlamağa  da    nail  olmuşdur.  Bütün  bunlar  gənc  mütərcimin 
yaradıcılıq uğuru sayıla bilər. 
Tərcümədə  Ə.Abbasov  bəzi  ixtisarlar  aparmışdır.  Məsələn,  povestin  əvvəlindəki  giriş  xa-
rakterli  müfəssəl  təsvir  tərcümədə  yoxdur.  Bunu  mütərcim  kitaba  yazdığı  ön  söz  xarakterli  qısa 
qeydlərdə bir cümlə ilə belə ümumiləşdirmişdir: ―Qara Mirzə hekayəni başlamadan irəli Moskva 
şəhərinin ətraf və əknafı ilə də qareini aşina edir‖.Tərcümənin bəzi səhifələrində isə mütərcimin 
həm ixtisarları, həm də əlavələri ilə qarşılaşırıq. Məsələn, Lizanın atası ilə əlaqədar bir cümlənin 
tərcüməsinə baxaq: 
Orijinalda: ―Но скоро по смерти его жена и дочь обедняли‖ (16).  
 Burada  deyilir  ki,  onun  ölümü  ilə  (ölümündən  sonra)  arvadı  və  qızı  yoxsullaşdılar, 
bədbəxt oldular.  
Tərcümədə: ―Bain həmə, neçə-neçə səbəblərə binaən onun vəfatından zövcəsi, sevgili qızı 
biçiz və fəğir qalmışdılar‖.  
Göründüyü kimi, tərcümədə ―neçə-neçə səbəblərə görə‖ ifadəsi artıqdır. 
Mütərcim  bir  çox    məqamlarda  rus  dilindəki  söz  və  ifadələrin  Azərbaycan  dilindəki 
paralelini, qarşılığını dürüst taparaq yerli-yerində işlətmişdir. Lakin  o qədər də dəqiq seçilməyən 
bəzi söz və ifadələr də tərcümədə nəzərdən yayınmır. 
Məsələn,  anası  nəsihət  zamanı  Lizaya  deyir:  ―Лучше  кормиться  трудами  своими  и 
ничего не брать даром‖ (16). (Yaxşı olar ki, öz zəhmətimizlə dolanaq (ruzi qazanaq) və havayı 
heç nə qəbul etməyək‖). 
Ə. Abbasovun tərcüməsində həmin cümlə belə verilib:―Yaxşı olar ki, öz əlimizin zəhməti 
ilə ruzi qazanıb, güzəran edək və heç vaxt bir kimsədən müftə bir dinar da qəbul etməyək‖. 
Tərcümədə    ―havayı  heç  nə  qəbul  etməyək‖  əvəzinə  verilən  ―müftə  bir  dinar  da  qəbul 
etməyək‖  ifadəsi  özünü  doğrultmur,  çünki  rus  qadının  dilində  Şərq  üçün  səciyyəvi  olan  ―dinar‖ 
pul vahidinin işlənməsi yanlışdır.  
Bu  deyilənlər  Ə.  Abbasovun  uğurlu  sayıla  biləcək  tərcüməsinin  əhəmiyyətini  azaltmır. 
Gənc mütərcim ümumən çətin bir işin öhdəsindən yaxşı gəlmişdir.  


 
Onu  da  nəzərə  alaq  ki,  Ə.Qəribin  1912-ci  ildə  N.  M.  Karamzinin  ―Bədbəxt  Liza‖  əsərini 
qısa ixtisarla dilimizə çevirərək nəşr etdirməsi Avropa sentimentalist nəsrindən Azərbaycan dilinə 
tərcümə olunmuş ilk əsər idi.  
Ə.  Qəribin  tərcüməçilik  fəaliyyəti  1920/1930-cu  illərdə  daha  ardıcıl  və  əhatəli  xarakter 
daşımışdır.  1927-ci  ilin  sonlarından  etibarən  Bakıda  nəşriyyat  sistemində  çalışan  ədib    həm 
müxtəlif  bədii nümunələri məharətlə Azərbaycan dilinə çevirərək nəşr etdirmiş, həm də bir çox 
tərcümə kitablarının redaktoru olmuşdur. 
Ə.Qəribin  diqqətəlayiq  bədii  tərcümələrindən  biri  məşhur  rus  ədibi  M.Y.Lermontovun 
(1814-1841) ―Zəmanəmizin qəhrəmanı‖ romanıdır. Həmin tərcümə 1929-cu ildə Bakıda Azərnəşr 
tərəfindən nəşr olunmuşdur (12). Kitabın redaktoru tanınmış şair-tərcüməçi Əhməd Cavad idi. 
Onu  da  deyək  ki,  bu  nəşr  M.Y.Lermontovun  ―Zəmanəmizin  qəhrəmanı‖    romanının 
Azərbaycan dilinə ilk tərcüməsi deyildi. Müxtəlif  vaxtlarda ədəbiyyatşünaslardan  Ə. Səidzadə, L. 
Səmədova bu barədə fikir söyləmişlər. Prof.Şamil Qurbanov isə dəqiqləşdirmişdir ki, 1900-cü ildə 
Binəli  bəy  Qazi  Arif  Əfəndizadə  Vaçnazi  ―Zəmanəmizin  qəhrəmanı‖nı  dilimizə  çevirib.  Bu 
tərcümə  barədə  1908-ci  ildə  ―İrşad‖  qəzeti  də  məlumat  vermişdir.  (11).  Sonralar  da  bəzi 
ədəbiyyatşünaslarımız  Binəli  bəyin    tərcüməsini  maraqlı  bir  fakt  kimi  yada  salmışlar.  Bütün 
bunların  müqabilində  2014-cü  ilin  oktyabrında,  M.Y.Lermontovun  təvəllüdünün  200  illiyi  qeyd 
olunduğu  bir  vaxtda  müxtəlif  qəzetlərdə  və  saytlarda  ―Zəmanəmizin  qəhrəmanı‖nın  Binəli  bəy 
tərəfindən  edilmiş  tərcüməsinin  guya  yenicə  tapılması  barədə  informasiya  verilməsi  təəssüf 
doğurur.  
Yuxarıda  göstərdiyimiz  kimi,  M.Y.Lermontovun  ―Zəmanəmizin  qəhrəmanı‖  əsərinin 
Ələkbər  Qərib  tərəfindən  Azərbaycan  dilinə  edilmiş  tərcüməsi  1929-cu  ildə  Bakıda  çap 
olunmuşdur.  Tərcümənin  çapını  ədəbi  ictimaiyyət  maraqla  qarşılamış,  ümumən  yüksək 
qiymətləndirmişdir.  Gələcəyin  məşhur  akademiki,  o  zaman  gənc  ədəbiyyatşünas  kimi  tanınan  
Məmməd Arif  Dadaşzadə Ə.Qəribin bu tərcüməsi ilə əlaqədar eyni adlı resenziya yazıb  ―İnqilab 
və mədəniyyət‖ jurnalının 1929-cu ildəki 5-ci sayında ―FİRA‖  imzası ilə (―Arif‖ sözünün tərsinə 
oxunuşu  -  H.  H.)  dərc  etdirmişdir  (4).  Qeyd  edək  ki,  ―FİRA‖  imzasının  Məmməd  Arifə 
məxsusluğu müvafiq biblioqrafik nəşrlərdə də bildirilməkdədir (2, s.243; 3, s.72). 
―Zəmanəmizin  qəhrəmanı‖  adlı  həmin  yığcam  resenziyada  gənc  tənqidçi  əsərin  
tematikasını,  əsas  qayəsini,  obrazların  xarakterini    müfəssəl  və  dəqiq  şəkildə  dəyərləndirmiş, 
həmçinin Ə. Qəribin tərcüməsinə də obyektiv elmi münasibət bildirmişdir. Alimin kitablarına düş-
məyən həmin məqaləni ilk dəfə biz 2014-cü ildə yığcam təqdimatla ―525-ci qəzet‖də dərc etdirmi-
şik (7; 5). Məmməd Arif  Ələkbər Qəribin tərcüməsini ümumən müsbət qiymətləndirmiş, bununla 
yanaşı,  tərcümə  ilə  bağlı  bəzi  iradlarını  da  nəzərə  çatdırmışdı.  Resenziyadan  bir  parçaya  diqqət 
yetirək: 
 ―Tərcüməçi,  ümumiyyətlə  deyəcək  olursaq,  dildəki  gözəlliyi  və  qüvvəti  verməyə 
çalışmışdır...  Əsərin  ruscası  çox  sadədir...  Lakin  tərcüməçi  ...  İsbatlı,  tərəqqub,  müxtəs,  inayət, 
təcəssüs,  dilxəraş  və  başqa  bu  kimi  bir  çox  kəlmələr  işlətmişdir.  Halbuki  bu  sözlərin  ruscası  o 
qədər  sadə  və  anlayışlıdır  ki,  bunların  belə  qəribə  kəlmələrlə  əvəz  edildiyinə  təəccüb  edilir.  Bu 
qəliz sözlərdən  başqa, tərcümədə bir çox türkcə məhəlli sözlər də işlədilmiş... Mütərcim... sabah 
– səhər; ab-hava – iqlim; av – şikar kimi sözləri yan-yanaşa olaraq işlətmişdir. Bu sözləri məna 
etibarı ilə bir-birindən ayırmaq mümkün olmadığı halda hər ikisini bədii bir əsərdə qollanmağın 
heç də mənası yoxdur...Bu göstərdiyimiz dil, kəlmə və xırda cümlə yanlışlıqlarını nəzərə almasaq, 
―Zəmanəmizin qəhrəmanı‖ romanının tərcüməsini yaxşı hesab edə bilərik‖. 
 
Sonralar  ədəbiyyatşünas  Lyudmila  Səmədova  ―M.Y.Lermontovun  ―Zəmanəmizin 
qəhrəmanı‖  romanının  Azərbaycan  dilinə  tərcüməsi  tarixindən‖  adlı  məqaləsində    Ə.  Qəribin 
1920-30-cu  illərdəki  tərcüməçilik  fəaliyyətini,  o  cümlədən  M.Y.Lermontovdan  çevirməsini 
yüksək  qiymətləndirərək    yazırdı:  ―Həmin  dövrdə  Ə.Qərib  ən  tələbkar  və  yüksək  ixtisaslı  
tərcüməçilərdən  biri  kimi  tanınırdı...Ə.Qəribin  tərcüməsində  çapdan  çıxan  ―Zəmanəmizin 
qəhrəmanı‖  romanını  da  ümumən  öz  dövrünə  görə  müvəffəqiyyətli  tərcümələrdən  hesab  etmək 
olar‖. 


 
Tərcüməşünaslıq üzrə tanınmış mütəxəssis olan  Lyudmila Səmədova Ələkbər Qəribin rus 
klassikinin əsərinin tərcüməsi zamanı orijinala sədaqətini də yüksək qiymətləndirmişdir: ―Sadəliyi 
və  təbiiliyi  ilə  seçilən  tərcümə  orijinalın ruhunu  özündə  tam ifadə  edir.  Azərbaycan  dilinin ifadə 
imkanlarından  bacarıqla  istifadə  edən  mütərcim  öz  dövrünə  görə  gözəl  tərcümə  əsəri  yarada 
bilmişdir.Orijinalın  məzmununa  da  maksimal  dərəcədə  sadiqlik  duyulur.  Böyük  rus  klassikinin 
fikir və hisslərini Azərbaycan dilinə çevirən mütərcim orijinaldakı  obrazları, metaforaları, üslubi 
xüsusiyyətləri  qoruyub  saxlamağa  səy  göstərmiş,  rus  ifadə  və  bədii  təsvir  vasitələrinin 
azərbaycanca  analoqlarını  tapmağa  çalışmışdır.Bacarıqlı  tərcüməçi  orijinalın  məzmunu  ilə  bir 
sırada  onun  üslubunu,  dil  xüsusiyyətlərini,  ritmini,  intonasiyasını,  İfadələrin  konstruktiv 
xüsusiyyətlərini  və  s.  verməyə  də  müvəffəq  olmuşdur...Ə.Qəribin  tərcüməsini  oxuduqca  biz 
yüksək estetik zövqə malik olan, rus klassik ədəbiyyatını dərindən bilən, onun tarixi əhəmiyyətini  
və milli xüsusiyyətlərini həssaslıqla duyan bir tərcüməçi ilə qarşılaşırıq‖ (14, s.202-203). 
Bütün  bunlarla  yanaşı,  L.  Səmədova  Ə.Qəribin  tərcüməsindəki  bəzi  nöqsanları  da 
göstərmişdir. Məsələn, 1920-ci illər ədəbi dilimizdə bəzi müəlliflər tərəfindən hələ də işlənməkdə 
olan  məhfəl  (dairədə),  laf    kimi  sözlərə  bu  tərcümədə  də  rast  gəlinməsini  ədəbiyyatşünas  qüsur 
saymışdır.Yaxud,  «Позвольте,  сударь»  ifadəsini  Ələkbər  Qərib  ―Müsaidə  edin,  əfəndim‖  kimi 
çevirmişdir.  L.Səmədova  yazırdı  ki,  bunu  ―İcazə  verin,ağa‖,  yaxud  ―İcazənizlə‖  kimi  çevirmək 
daha doğru olardı. «Человек с большими усами» ifadəsini Ə.Qərib ―böyük bığlı adam‖ şəklində 
çevirib  ki,  L.Səmədovanın  haqlı  qənaətinə  görə,  bu,  dəqiq  deyil,  ―qalın  bığlı  adam‖,  yaxud  ―iri 
bığlı adam‖ ifadəsini seçmək lazım idi (14, s.204-205).  
Bu deyilənlər Ələkbər Qəribin tərcüməsinin yüksək səviyyəsi müqabilində kiçik nöqsanlar 
sayıla bilər. Heç təsadüfi deyil ki, M.Y.Lermontovun ―Zəmanəmizin qəhrəmanı‖ əsərini yenidən 
Azərbaycan dilinə çevirib 1937-ci ildə çap etdirən  Cabbar Məcnunbəyov da Ə.Qəribin təsirindən 
çıxa bilməmişdir. Belə ki, onun  tərcüməsində bir sıra parçalar Ələkbər Qəribin 1929-cu ildə çap 
olunmuş    tərcüməsindən  eyni  ilə  köçürülmüşdür.  C.Məcnunbəyovun  həmin  plagiatlıq  faktına 
ədəbiyyatşünaslardan Lyudmila Səmədova (14, s.213, 215-216;  17, s.139-140), Telman Cəfərov 
(15, s. 86-87) da öz tədqiqatlarında diqqət yetirmişlər. 
 Ə.Qəribdən  sonra  Cabbar  Məcnunbəyovun  yenidən  ―Zəmanəmizin  qəhrəmanı‖  əsərini 
dilimizə çevirmək təşəbbüsünə də tədqiqatlarda fərqli münasibət bildirilmişdir. Ədəbiyyatşünas L. 
Səmədova  bunu  daha  çox  ―orijinala  yaxın  bir  şəkildə  şairin  yubileyi  ərəfəsində‖  yeni  tərcümə 
təqdim etmək məqsədi ilə bağlamışdır (14, s.208). Tədqiqatçı, yəqin ki, rus ədibinin 1939-cu ildə 
125  illiyinin  tamam  olmasını  nəzərdə  tutumuşdur.  Prof.  T.  Cəfərov  isə  rus  dilində  çap  etdirdiyi 
―M.Y.Lermontovun  nəsri  Azərbaycan  ədəbiyyatşünaslığında  və  tərcümələrində‖  adlı 
monoqrafiyasında  əsas  səbəbi  Ə.Qəribin  repressiyaya  uğramasından  sonra  onun  tərcüməsinə 
qadağa  qoyulması  ilə  əlaqələndirmişdir  (15,  s.50).  Son  vaxtlarda  tədqiqatçı  Sevinc  Xudiyeva  da 
bir məqaləsində həmin qadağa faktını təkrarlamışdır (8,s. 117). 
Bu əsaslandırma bizə bir qədər şübhəli görünür. Çünki Cabbar Məcnunbəyovun tərcüməsi 
1937-ci  ildə    çap  olunmuşdu,  həmin  vaxt  isə  Ələkbər  Qərib  yaradıcılıq  fəaliyyətini  davam 
etdirirdi. Elə həmin il Bakıda Azpartnəşr tərəfindən ―Yuvarlandılar‖, ―İspaniya xalqının qəhrəman 
qızı  Lina  Odena‖  kimi  kitablar  məhz  onun  redaktorluğu  ilə  çap  olunmuşdu.  Üstəlik  C.  
Məcnunbəyov    1937-ci  ildə  nəşr  olunmuş  ―Zəmanəmizin  qəhrəmanı‖  tərcüməsi    üzərində  işə, 
sözsüz  ki,  həmin  il  yox,  daha  əvvəl  başlamışdı.  Yəni  bu  irihəcmli  tərcümənin  ona  sifariş 
verilməsini Ələkbər Qəribin repressiyası (?) ilə əlaqələndirmək inandırıcı görünmür... 
1929-cu  ildə  Ələkbər  Qəribin  tərcüməsində  o  dövrün  tanınmış  yazıçılarından  olan 
N.N.Lyaşkonun  (1884-1953)    ―Domna  ocağı‖  adlı  nəsr  əsəri  Azərnəşr  tərəfindən  kitab  halında  
A.Baqrinin  müqəddiməsi,  A.Əfəndizadənin  redaktorluğu    ilə  oxuculara  çatdırılmışdır  (13). 
Ümumən yüksək keyfiyyəti, o cümlədən orijinala sədaqəti, seçilmiş söz və ifadələrin dəqiqliyi ilə 
səciyyələnən  həmin  tərcümə  barədə  ədəbiyyatşünas  Mikayıl  Rəfili  ―İnqilab  və  mədəniyyət‖ 
(indiki  ―Azərbaycan‖)  jurnalında  ―Domna  ocağı‖  haqqında‖  adlı  resenziya  dərc  etdirmişdir  (9). 
Resenziya  ―Jurnalist‖  imzası  ilə  verilmişdir  ki,  bu  imzanın  məhz  M.Rəfiliyə  məxsusluğu  aid 
qaynaqlarda  birmənalı  şəkildə  qeyd  olunmaqdadır  (2,  s.335).  M.Rəfili  Ə.Qəribin  tərcüməsini 
müsbət  qiymətləndirtərək  yazırdı:  ―  Məşhur  proletar  yazıçısı  Lyaşkonun  ən  mühüm  əsəri  olan 


 
―Domna ocağı‖ professor Baqrinin müqəddiməsi ilə Azərnəşr tərəfindən çıxarılmışdır...Tərcümə, 
ümumiyyətlə,  yaxşıdır.  Üzərində  işlənmiş  olduğu  görülür‖.  Resenziya  müəllifi  tərcümənin 
müqəddimə ilə nəşr olunmasını da müsbət hal saymış, bununla yanaşı, bəzi mətbəə xətalarına yol 
verildiyini də nəzərə çatdırmışdır. 
1920/1930-cu  illərdə  Ələkbər  Qərib  ictimai-siyasi  xarakterli  bəzi  əsərləri  də  rus  dilindən 
məharətlə  tərcümə  etmişdi.  Xüsusən  bir  sıra  rəsmi  materialların  tərcüməsinin  Ə.Qəribə  həvalə 
edilməsi  mütərcimin  bacarıq  və  məsuliyyətinə  olan  etimadın  ifadəsi  idi.Həmin  kitablardan 
bəzilərinin adlarını xatırladırıq: 
S.Qonikman. Ümumittifaq Kommunist (bolşevik) firqəsi tarixi. Bakı: Azərnəşr, 1928, 229 s. 
S.Krutoşinski.Kollektiv təsərrüfat üzvü nəyi bilməlidir? Bakı: Azərnəşr, 1929, 63 s. 
O illərdə Ələkbər Qərib bəzi elmi-kütləvi materialların da tərcüməsi ilə məşğul olmuşdur. 
Onun  tərcüməsində  E.S.Kalmıtskinin  ―Mozalanı  məhv  edəlim‖  adlı  25  səhifəlik  kitabçasının 
1933-cü 
ildə Azərnəşr tərəfindən çapını xatırlatmaq olar. 
Ə.  Qərib  1927-ci  ilin  ikinci  yarısında  artıq  Tiflisdən  köçərək  yaradıcılıq  fəaliyyətini 
Bakıda  davam  etdirirdi.Həmin  ildən  etibarən  təxminən  on  il  müddətində  onun  bir    sıra 
tərcümələri  nəşr  olunduğu  kimi,  çoxsaylı  tərcümə  kitablarına  redaktorluğu  da  bəllidir.  Rus, 
alman, fransız, ingilis və s. xalqların ədəbiyyatlarının E. Zolya, C. London, A.Barbüs, A. S. 
Puşkin,  M.  Y.  Lermontov,  N.  V.  Qoqol,  İ.  S.  Turgenev,  A.  P.  Çexov,  M.  Qorki  və  digər 
məşhur  simalarının  müxtəlif    əsərlərinin  dilimizə    Ə.Haqverdiyev,  C.  Cabbarlı,  Ə.Cavad,  Ə. 
Şərif və digər tanınmış mütərcimlər tərəfindən edilmiş tərcümələrinin Bakıda Azərnəşr tərəfin-
dən məhz Ə. Qəribin redaktorluğu ilə çap edilməsi də onun yetkin ədib, kamil mütəxəssis ol-
masından  soraq  verir.  Təsəvvür  tamlığı  naminə  o  illərdə  Ə.Qəribin  redaktorluğu  ilə  Bakıda 
nəşr olunmuş bədii tərcümə kitablarının müəyyən qisminin siyahısını veririk: 
1.A.S.Puşkin. Belkinin hekayələri (tərc. A.Əfəndizadə). Bakı: Azərnəşr, 1930,109 s. 
2.A.S.Puşkin. Dubrovski (tərc. Ə.A.Mustafazadə). Bakı:Azərnəşr, 1930, 96 s. 
3.N.V.Qoqol. Evlənmək (tərc. M.M.Axundov). Bakı: Azərnəşr, 1928, 108s. 
4. İ.S.
Turgenev. Atalar və oğullar (tərc. Ə.Cavad). Bakı: Azərnəşr,1929, 214 s. 
5. A.P.Çexov. Dəhşətli gecə (tərc. Ə.Haqverdiyev). Bakı: Azərnəşr, 1928, 59 s. 
6.L.N. Tolstoy. Çocukluk (tərc. C.Cabbarlı). Bakı:Azərnəşr, 1928, 97 s. 
7. M.Qorki. Mənim yol yoldaşım (tərc. H.M.Cəfərov). Bakı: Azərnəşr, 1928, 61 s. 
8.M.Qorki. Ana (tərc. Ə.Şərif). Bakı: 1929 (üz qabığında 1930), 338 s. 
9.V.İvanov. Partizanlar (tərc. M.Mərdanov). Bakı: Azərnəşr, 1929, 79 s. 
10.F.Qladkov. Sement (tərc. Ə.A.Mustafazadə). Bakı: Azərnəşr, 1929, 225 s. 
11.F.Berezovski. Ana (tərc. Ə.Cavad). Bakı: AzərnəĢr, 1929, 134 s. 
12.Y.Libedinski. Komissarlar (tərc. M.Mərdanov). Bakı: Azərnəşr, 1930, 215 s. 
13.Əmək qalası (hekayələr, tərc. Z.Abbasov). Bakı: Azərnəşr, 1929, 54 s.  
14.N.Lyaşko. Evdə və qandalaq haqqında (tərc. Ə.Şərif).Bakı: Azərnəşr, 1928, 87 s.  
15.A.Çjimbe. Dərə adamları. Xevsurların həyatından roman. (tərc. Ə.Qurbanəli  
     oğlu). Bakı: Azərnəşr, 1930, 247 s. 
16.C. London. Qarlar qızı (tərc. R. Təhmasib). Bakı : AzərnəĢr, 1928, 245 s.  
17.C.London.  Smok  və  balaca  (tərc.  Ə.Əliyev).  Bakı:  Dövləti  sığorta  idarəsinin ali  idarəsi  1927, 
127 s. 
18.V.Kin. O tayda (tərc. Ə.Cavad). Bakı: Azərnəşr, 1929, 158 s.  
19.F.Düşen. Qan qanunu (tərc. S.Kamal). Bakı: Azərnəşr, 1929, 148 s.  
20.A.Barbüs. Od içində (tərc.Ə.Heydərli). Bakı: Azərnəşr, 1930, 343 s. 
21.B.Kellerman. Tunnel (tərc.Z.Məhəmmədzadə, N. Kamal). Bakı: Azərnəşr,1930,  
  325 s.  
22.E.Zolya. Tələ (tərc.İ.Nəfisi). Bakı: Azərnəşr, 1930, 154 s. 
23.K.Farrer. Öldürən adam (tərc. Ə.A.Mustafazadə). Bakı: Azərnəşr,1928, 133 s. 
    
 Bu  sonuncu  tərcümənin  redaktəsini  Ə.  Qəriblə  Hənəfi  Zeynallı  birlikdə  etmişdilər.  
A.İrkutovun    İ.Nəfisi  tərəfindən  tərcümə  olunmuş    ―Kiçik  mübarizlər:Amerika  xalq  məktəbi 


 
həyatından‖ adlı kitabının da (Bakı:  Azərnəşr, 1930,172 s.)  redaktoru Ə.Qərib idi. Rus dilindən 
R.Yusifzadənin tərcümə etdiyi ―Yuvarlandılar‖ (Bakı: Azpartnəşr, 1937, 40 s.), ―İspaniya xalqının 
qəhrəman  qızı  Linda  Odena‖  (Bakı:  Azpartnəşr,  1937,  31  s.)  kimi  kitablar  da  Ə.Qəribin 
redaktorluğu ilə nəşr olunmuşdu. 
Ələkbər  Qərib  1920/1930-cu  illərdə  rus dilindən tərcümə  olunmuş  bir  sıra ictimai-siyasi, 
elmi-kütləvi  kitablara  da  redaktorluq  etmişdir  ki,  bu  da  onun  universal  fəaliyyət  imkanlarından 
soraq verir.Hətta o zamankı sovet dövlətinin bir sıra rəsmi sənədlərinin, bəzi partiya və hökumət 
rəhbərlərinin  məruzələrinin,  çıxışlarının  da  Azərbaycan  dilinə  tərcüməsi    Ə.Qəribin  redaktorluğu 
ilə çap olunmuşdur. Bu qədər çoxsaylı və müxtəlif  janrlı, fərqli mündəricəli  əsərlərin həm oriji-
nalını,  həm  də  tərcüməsini  oxumaq,  onlar  arasında  müvafiq  tutuşdurmalar  aparmaq,  tərcümələri 
redaktə etmək olduqca əziyyətli bir işdir. Ələkbər Qərib Naxçıvanlı  məhz böyük istedad və zəh-
mət hesabına bunların öhdəsindən layiqincə gələ bilmişdir.  
Bu  deyilənlərə    Ə.Q.  Naxçıvanlının  lüğətçiliklə  bağlı  işlərini,  rusca-Azərbaycanca 
lüğətlərin hazırlanmasında yaxından iştirakını da əlavə etmək yerinə düşər. 1928/1929-cu illərdə 
Bakıda tanınmış ziyalı və dövlət xadimi Ruhulla Axundovun redaktorluğu və rəhbərliyi altında iki 
cildlik ―Rusca-türkcə lüğət‖ nəşr olunmuşdu.  
50 minə yaxın sözdən ibarət olan bu lüğəti  hazırlayanlar Ələkbər Qəriblə yanaşı, o dövrün 
tanınmış ziyalılarından Əhməd Pepinov, Ələkbər Heydərli, Hənəfi Zeynallı, Yusif Əliyev, Yusif 
Vəzir,  Məhərrəm  Kamil,  Rəşid  Yusifzadə,  Ruhulla  Axundov,  Sami  Kamal,  Süleyman  Məlikov, 
Tağı Şahbazi, Vəli Xuluflu, Xudadad Əzizbəyli idi. 
 
Ələkbər  Qərib  Naxçıvanlının  tərcüməçilik  fəaliyyətini  öyrənmək  təkcə  bu  istedadlı 
mütərcimin  deyil,    bütövlükdə    Azərbaycan  bədii  tərcümə  tarixinin  1910/  1930-cu  illər 
mərhələsinin  bir  sıra  unudulmuş  səhifələrini  ilk  dəfə  diqqət  mərkəzinə  çəkmək  baxımından  da 
əhəmiyyətlidir. 
   



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə