Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


l.Oral mərhələ (0,-1,5 yaş)



Yüklə 0,8 Mb.
səhifə59/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

l.Oral mərhələ (0,-1,5 yaş) uşaq seksuallığınm birinci mər- hələsidir. Bu dövrdə uşağın ağzı sovurma və əmmə prosesində həz- zalmanm ilkin mənbəyi rolunda çıxış edir. Oral mərhələ ağız sa- həsində böyük enerjinin (libido) cəmləşməsi ilə səciyyələnir. Ağız uşağm idarə edə bildiyi ilk bədən orqanıdır.Freyd qeyd edirdi ki, ağız nahiyəsini ilk erogen zona adlandırmaq olar. Ilk dəfə uşaq onu əmizdirərkən oxşayan və yırğalayan anası ilə münasibətlər yaradır. Psixoseksual inkişafın oral mərhələsində ləngimələri olan uşaqlarda bir sıra mənfi adətlər -siqaret çəkmək, dımaqlan çeynəmək, dodaq- ları dişləmək, saçdan tük qoparmaq, saqqız çeynəmək və s. kimi bir sıra xüsusiyyətlər uşaqlığın və gəncliyin sonrakı dövrlərində də özünü göstərir. Uşağın yedizdirilməsi zamanı ona nəvaziş göstərilir, yelləndirməklə və dilə tutmaqla sakitləşdirmək kimi rituallar gərgin- liyi azaltmağa kömək edir və bu, yəni yedizdirilmə məmnunluq pro- sesi ilə assosiasiya olunur.

  1. Anal mərhələ (1,5-2,5 yaş) uşaq seksuallığınm ikinci mər- hələsidir. Bu mərhələdə uşaq öz bədəninin tədqiqatçısı olur, öz bədən orqanlarına tamaşa edir, onlara toxunur, ifrazat proseslərinə nəzarət etməyə başlayır. Uşaq ayaqyoluna getmək istədikdə böyük- lər onlan tərifləyir, özünü buladıqda isə danlayırlar. Bu mərhələdə uşağa sərt yanaşan valideynlər onda utanclıq və ikrah hissinin ya- ranmasına səbəb olurlar. Uşaqda öz doğmalanna qarşı qorxu və na- razılıq meydana gəlir. Son nəticədə belə hisslər anal xarakteri for- malaşdırır. Belə insanlar həyatda qənaətcil, həddən artıq səliqəli, tərs və xırdaçı olurlar. Bu mərhələdə uşaqda özünün əks cinsindən olan valideyninə maraq yaranır, özünü öz cinsindən olan valideyni ilə müqayisə edir, müəyyən cinsi rola sahib olur.

  2. Fallik mərhələdə (2,5-4 yaşlar) uşağın diqqəti tədricən ağız nahiyəsi və anusdan cinsiyyət orqanlarına yönəlir. Bu mərhələ- də cinsiyyət orqanları uşaq üçün yeni həzz mənbəyinə çevrilir. Oğ- lan və qızlarda cinsi fərqlər bariz şəkildə özünü göstərir. Fallik mər- hələ şəxsin özünə qarşı münasibətinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Bu mərhələ anormal keçilərsə, narsistik tipli şəxsiyyət formalaşır. Bu tipə qeyri-yetkinlik hissi, ən xırda hadi- sələrə qarşı həssaslıq, başqalarınm rəyindən hədsiz asılılıq kimi xü- susiyyətlər xarakterikdir. Fallik mərhələnin problemi gedişi zamanı uşaqda “Edip kompleksi” meydana gələ bilər ki, bu da sonralar yaşlı həyatda cinsi tərəfdaşla problemlərin yaranmasına səbəb ola bilər. Kişi cinsi orqanlarına hədsiz maraq qızlarda masturbasiyanın məhz bu yaşda meydana gəlməsinə səbəb olur. Bu mərhələnin əsas sim- volu kişi cinsiyyət orqanı- fallosdur. Oğlanlar şüursuz olaraq ana- dan, qızlar isə atadan həzz alırlar. (“Elektra kompleksi”). Beləliklə də, oğlan özünü ata ilə, qız isə ana ilə eyniləşdirməyə cəhd göstərir.

  3. Edip kompleksi mərhələsi (4-6 yaşlar) Edip kompleksi öz adını Sofoklun “Çar Edip” əsərindən götürmüşdür. Bu əfsanəyə görə, əsərin baş qəhrəmanı bilməyərəkdən öz doğma atasını öl- dürüb, öz anası ilə evlənir. Freydin fıkrincə, bu rəvayət müəyyən dövrdə meydana çıxan, lakin sonralar şüurdan sıxışdırılıb çıxarılan uşaq fantaziyalarına bənzəyir. Bu baxımdan uşaqla əks cinsli valideyn libidonun əsas obyektidir. Bu arzu qısqanchq və eyni cins- dən olan valideynlə rəqabət hissi doğurur. Oğlan anasına vurulur və onu sevdiyi və qorxduğu atasma qısqanır (Edip kompleksi). Qız- larda bu proses Elektra kompleksi adını almışdır. Eyni davranış qızlarda da əks cinsdən olan ataya qarşı münasibətdə müşahidə olunur (Elektra kompleksi). Edip kompleksinin həll olunmaması gələcəkdə nevrozlara səbəb olur.

  4. Latent mərhələ (6-12 yaş) uşaq seksuallığınm dördüncü mərhələsi olub, cinsi marağm zəifləməsi ilə səciyyələnir. Bu mər- lıələdə uşağın “mən” psixi instansiyası “ana” təlabatına tam nəzarət edir, seksual məqsədlərdən ayrılmalar baş verir: libido enerjisi elm və mədəniyətdə yer alan ümumbəşəri təcrübənin mənimsənilməsinə, luıbelə, ailə əhatəsi çərçivəsində həm yaşlılar, həm də həmyaşıdlarla dostluq münasibətlərinin qurulmasına köçürülür.

  5. Genital mərhələ- Freydin psixoseksual konsepsiyasının so- mıncu, altıncı mərhələsidir. Pubertat dövründə hormonal dəyişiklik- lər cinsi orqanların inkişafı ilə və seksual aktivliyin yüksəlməsi ilə müşahidə olunur. Bu mərhələdə yetkin seksual münasibətlər forma- lıışır və əsasən yeniyetməlik dövrü ilə başa çatır.

Təbiət və cəmiyyətin yaratdığı kişi qadmın ittifaqı ən daimi və uzunömürlü ittifaqlardan biridir. O, ailənin əsasını qoyur, insan nəslinin davam etdirilməsini təmin edir, insanlara şəxsi xoşbəxtlik bəxş edir. Həyatda cinslərin qarşılıqlı həzzalması, parlaq emosiya, sevinc və zəriflik duyğuları normal psixoseksual inkişafın təbbi əsası və nəticəsidir.

Seksual” sözünü bir çoxları nə isə ədəbsiz söz kimi qarşı- layır. Əslində isə, bu termin sadəcə olaraq “cinsi” anlamım verir ki, bu da kişi və qadın, onlann sağlamlığı, sosial və psixoloji rifahı və ailə yaratmaq imkanlarım ehtiva edir.

Seksuallığı tam aydın olmayan kişi və qadınlar özlərini kobud və qəzəbli hiss edir və bunu ağır, ciddi xəstəlik kimi qavrayırlar. Odur ki, insanların cinsi tərbiyəsi prosesinin tərkib hissəsi kimi cin- si maariflənməyə, cinslərin sirləri haqqında elmi əsaslara söykənən biliklərə həmişə ciddi ehtiyac hiss olunur. Gənc oğlanlar və qızların, kişilər və qadınlann biri-biriləri haqqmda bilməli olduqları gizli mə- qamlar heç də az deyidir ki, bu barədə psixoseksual inkişaf haq- qında biliklərdən faydalanmaq olar.

Uşağa nəvaziş zəruridir. Lakin burada bir məsələ ciddi nəzərə alınmalıdır: uşağı hədsiz əzizləmək olmaz, çünki bu erkən seksual- lığa, cinsi oyanmaya səbəb olur. Qızlara nəvaziş oğlanlardan daha çox lazımdır. Qızlarda ağrıya qarşı həssaslıq zəifdir. Onlar şıltaqdır, həmişə qucaqda olmağı istəyirlər. Tez-tez əzizlənmə, qucağaalma, öpüşlər, uşağın erogen zonalannın həssaslığınm zəifləməsinə səbəb olur.

Uşağın həyatınm birinci ilində onun nitqi formalaşır, ətraf aləm hadisələrini müqayisə etmək, tutuşdurmaq qabiliyyətləri inkişaf edir. O, yalnız insanlann və heyvanlarm adlarmı, onları fərqləndirməyi öy- rənmir, həm də onları cinsə görə müqayisə etməyi öyrənir. “Mən” an- layışmın yaranması uşağın psixoseksual inkişafınm və cinsi mənlik şüurunun özünü öz cinsindən olanlarla eyniləşdirməsi ilə baş verir. “Mən oğlanam”, “Mən qızam” -uşağın cinsi identifıkasiyasında bö- yük kəşfdir. Uşaq artıq bir yaş yanmda özünün bütün bədən üzvlərini diqqətlə nəzərdən keçirir və onları adlandırmağı bacarır.

3-4 yaşlı uşaqlarm əksəriyyəti bir sıra öz həmyaşıdları ilə birlikdə öz cinsi orqanlarım oynadır, nümayiş etdirir, masturbasiya ilə məşğul olurlar ki, bu norma hesab oluna bilməsə də heç də qor- xulu da deyildir. 3-5 yaşlarında normal uşaqlarda “cinsi tanışlıq” adlanan mərhələ başa çatır. Bu yaşda uşaqlar nəinki hansı cinsə mənsub olduğunu dərk edir, həm də cinsi mənsubiyyətinin bütün əlamətlərini- xarici görünüş, paltar , bədən quruluşu və öz cinsi or- qanlarını bilir. Çox keçmədən uşaqlarda cinsi orqana maraq itməyə başlayır. Psixoseksual inkişafın gecikməsi gələcəkdə uşaqlarda seksual patologiyalanm meydana çıxmasına zəmin yarada bilər. 'l'əbiət insanı müdrikliklə yaratmış və cilalamışdır. Vaxt yetişdikdə uşaqlarda psixoseksual inkişafa təkan verən maraq və impulslar av- tomatik fəaliyyətə qoşulur. Odur ki, cinsi yetişmə fonunda baş verən hadisələrin gedişinə müdaxilə edilməməli, yalnız zərurət ol- duqda onlara düzəlişlər edilməlidir.

Tibbi, psixoloji və pedaqoji ədəbiyyatlarda uşaqların cinsi tər- biyəsi sahəsində özünü göstərən səhvlər müxtəlif materiallar əsa- sında təhlil olunmuşdur. Nə qədər qəribə olsa da, bir çox hallarda valideynlər cinsi tərbiyəni “anatomik-fizioloji məsələlərlə” məhdud- laşdırır, yaxud yalnız cinsi maarifləndirmə kimi başa düşür, onun ctik-psixoloji məsələlərinə əhəmiyyət vermirlər. Müəyyən edilmiş- dir ki, uşaqların 15%-nin tərbiyəsi prosesində onların cinsi mənsu- biyyəti nəzərə alınmır. Hətta bəzi hallarda oğlan qız kimi və ya qız oğlan kimi tərbiyə olunur. Bir çox ailələrdə cinsi fərqlər kifayət qə- dər nəzərə alınmır, oğlan və qız tərbiyəsi sahəsində mövcud ənənə- lərdən səmərəli istifadə olunmur, uşaqlarda kişi və qadın, onların ər və arvad kimi hüquq və vəzifələri haqqında səhv təsəwürlər yaradılır. Bəzi hallarda isə qızlara və oğlanlara “sərfəli ər” və “sərfəli arvad” tapmaq cəhdi aşılanır.

Kiçik yaşlarından oğlanlarda qızlara və qadınlara hörmət hissi tərbiyəsinə heç də müntəzəm şəkildə diqqət yetirilmir. Qız kosmeti- kası, qız modası, qız bəzəyi kimi mühüm məsələlərə bir çox vali- deynlər hələ də bəsit münasibət bəsləyir və onun həllində ciddi səhvlərə yol verirlər. Əksər hallarda valideynlərin davranışı, bir-biri ilə qarşılıqlı münasibəti cinsi tərbiyə vəzifələrinə uyğun gəlmir.

Hər bir normal düşüncəli insan bir qayda olaraq özünün hə- yatda xoşbəxt olmaq arzularım ailə ilə bağlayır, ailəni şəxsi xoş- bəxtliyin və rifahm ən etibarlı mənbəyi kimi dəyərləndirir.

Məşhur Ukrayna pedaqoqu V.A.Suxomlinski nikaha hazır- hğı düzgün anlamağı aşağıdakı kimi səciyyələndirirdi: “ Ailəni ya- ratmazdan əwəl özünü yoxla, sən buna hazırsanmı?: doğru və səda- qətli olmağı bacaracaqsanmı?; qəlbində duyğusuzluq, eqoizm, tən- bəllik yoxdur ki; öz istəklərinə hökmran olmağı bacanrsanmı?; əgər xanımın uzun müddət işləməzsə, ailəni maddi cəhətdən təmin etmə- yə hazırsanmı? -o, sənin uşaqlarmm anasıdır” [42,s.72 ]


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin