Qloballaşma, müasir dünyada baş verən dəyişikliklərin əsas səbəblərindən biri kimİ qiymətləndirilir. Bu prosesin birbaşa təsiri nəticəsində dünyanın müxtəlif güşələrində yaşayan xalqların həyat tərzlərinin, mental dəyərlərinin, adət-ənənələrinin, mədəni təcrü- bəsinin, mənəvi həyatındakı hüquqlarının milli sərhədləri aşaraq dünya səviyyəsində yayılması sürətlənir, kütlələrin şüurunda yeni steıotiplər formalaşır. Məhz bunun nəticəsidir ki, tarixən Öz müha- fızəkarlığı ilə seçilən azərbaycanlıların ailə təfəkküründə də bu steo- tiplərin ştrixləri özünü büruzə verir. Son illər kütləvi hal alan etnik qarışıq nikahlar, bu prosesin vacib komponentlərindən biri kimi diqqəti cəlb edir.