Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Şəxsiyyətin əsas təlabatlarının, xüsusən sevgi, inam və etibar hisslərinin reallaşması və stimulyasiyası



Yüklə 0,8 Mb.
səhifə64/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Şəxsiyyətin əsas təlabatlarının, xüsusən sevgi, inam və etibar hisslərinin reallaşması və stimulyasiyası. Məhəbbət hissi- nin inkişafı birinci mərhələdən dördüncüyə doğru gedir. Şübhəsiz ki, bu mərhələdə tərəfdaşlardan birinin buraxdığı ciddi səhv, yol verdiyi neqativ hərəkətlər sevgi münasibətlərinin inkişafmda ciddi əngəl ola bilər. Alman alimi R.Zidler belə hesab edir ki, Avropanın sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrində insanların əksəriy- yətində nikaha daxil olmaq niyyəti uzunmüddətli prosesdən keçir və onların nikaha və ailəyə olan sosial -mədəni yönəlişliklərindən asılı- dır. R.Zidlerin fikrincə, nikah üçün tərəfdaş seçimini filtirləşdirmə prosesi ilə müqayisə etmək olar. Əvvəlcə sosial cəhətdən uyğun gə- lən tərəfdaşlar kateqoriyası müəyyənləşdirilir. Bu insamn yaşadığı sosial mühitdə demək olar ki, hiss edilmədən baş verir. Sonra müm- kün tərəfdaşlar toplumu sırasından psixoloji, seksual-erotik və es- tetik meyarlar əsasında spesifik seçim aparılır. Bu zaman gənc in- sanların daxil olduğu ailənin ilkin peşə karyerası, təhsil səviyyəsi, sosial statusu barədə təəssüratlar əsas amil kimi nəzərə alınır. ABŞ psixoloqu D.Adame biri-birini sevən gənc tələbə cütlüklər üzərində 6 ay müşahidələr aparmış və bu qənaətə gəlmişdir ki, onlar arasında ilk cazibə xarici cəhətlərə, ilk növbədə zahiri cazibədarlığa, ünsiyyət-mədəniyyətinə, mütəhərrikliyə və ümumi maraqlara söy- kənirdi. Bu cütlüklər arasındakı münasibətlər ətrafdakıların reaksi- yalarma, cütlük statusuna, nəvaziş və məmnunluq hissinə əsaslanır- dı. Qarşılıqlı öhdəliklərlə biri-birinə bağlanan bu cütlüklər biri-bir- lərinin həyata baxışlarını və sərvət meyllərini daha yaxşı öyrənə bi- lirdilər. Bu mərhələdəki uyğunluq və qətilik onların nikaha daxil olmaq haqqında qərara gəlmələrinə təminat yaratmış olurdu.

Rus psixoloq və sosioloqları B.Y.Şapiro, A.N.Volkova, V.İ.Ştilbans, L.Y.Qozman, L.P.Pankova, V.A.Sısenko, M.A. Abal- kina və başqaları nəzəri və praktik tədqiqatlarında nikahaqədərki və nikahöncəsi dövrlərdə tərəfdaş seçimi problemini müəyyən səviyyə- də araşdırmışlar. Belə ki, M.A.Abalkina nikahaqədərki münasibət- lərdə şəxsiyyətlərarası qavrama və onun dinamikası proseslərinin modelini nəzəri səviyyədə tədqiq etməyə nail olmuş və cütlüklərin ni-kahaqədərki münasibətlərinin pozitiv inkişafınm üç mərhələsini müəyyənləşdirmişdir.

Onun fikrincə, birinci mərhələdə tərəfdaşlar görüşür və onlarda hir-biri haqqmda ilk təəssüratlar formalaşır. İkinci mərhələdə münasi- bətlər daha dayanıqlı fazaya daxil olur, yəni tərəfdaşlann özləri və ət- rafdakı adamlar bu diadanı kifayət qədər stabil cütlük kimi qiymətlən- tlirirlər. Bu mərhələdə cütlüklər arasmdakı münasibətlər az və ya çox dərəcədə intensiv olur və yüksək emosionallığı ilə seçilir. Üçüncü ıııərhələ tərəfdaşlann nikaha daxil olmaq qərarından sonra başlamr. IJçüncü mərhələdə ideallaşdırma dərəcəsi aşağı enir, qarşı tərəfdaşla miinasibətlərdən məmnunluq məsələsi ön plana çıxır. Birinci və ikinci ıııərhələlər arasında stimul xarakterli sırf xarici parametrlər, xüsusən fi- ziki cəzbedicilik öz yerini tərəfdaşın şəxsiyyətinin motivasiya-təlabat, dəyər və rol sferasına güzəştə getməli olur.

Həm qərb, həm də rus psixoloqlarmın irəli sürdüyü nəzəriyyə- lərdə nikah üçün tərəfdaş seçimi problemi iki əsas ideya baxımından iist-üstə düşür. Birincisi, onların demək olar ki, hamısı sosial-mədə- n i homoqamiya prinsipinə əsaslamr. İkincisi, tərəfdaş seçimi mexa- ııizmi filtir sistemi (mərhələsi) kimi təqdim olunur. Filtirlər ardıcıl olaraq mümkün seçilənlərin dairəsini sıxışdırır, uyğun olmayanları kənarlaşdınr. Beləliklə, yekun mərhələdə yalnız elə kişi və qadın cütlüyü qalır ki, onlar nəzəri olaraq ər-arvad cütlüyü kimi biri-birinə tam uyğun hesab olunur.

Düzgün izdivacetmə ailənin təşkil olunmasının əsas prinsiplə- rindən və ictimai zərurətlərindən biridir. Yaxşı həyat yoldaşi seç- ınək sağlam ailənin təməlini təşkil edir. Peyğəmbərimiz buyurmuş- dur ki, evli adamın qıldığı 2 rükət namaz subayın qıldığı 70 rükət ııamazdan üstündür. Hədəfiniz din olsun, elə qadınlarla evlənin ki, onların dini və imanı olsun.

Müasir dövrdə ailənin həyat normaları dinamik və davamsız olmuşdur. Müsbət ənənələrə qarşıgetmə meylləri artır, tarixən for- malaşmış mental ailə dəyərləri deformasiyaya uğrayır.

Böyük maarifçilərdən biri F.B.Köçərli yazmışdı ki, ər və övrət bir bədənin iki şaqqası və müvafiq hissəsi olduğuna görə, bunlarm arasında olan yekdillik, ülfət, məhəbbət və mənəvi qərabət gərəkdir lıeç kəsin mabeyində mülahizə olunmasm və lakin məəttəssüf mü- səlmanlar arasında hər bir ailənin xoşbəxtliyinə səbəb olan bu iki lıissə, yəni ər və arvad əksəriyyətən bir-birinə müvafiq gəlmir. Xə- yanətin kökü mənəvi uyğunsuzluqdadır.F.B.Köçərli fikrinə davam edərək yazırdı: “Bizim müsəlmanlar içində, xüsusən elm və kamal təhsil edənlər arasında çoxları elmli və tərbiyəli müsəlman arvadla- rına meyl və rəğbət göstərməyib, özləri üçün başqa millətlərdən yol- daş və həmsər axtarırlar”.. [21,s. 169]

4.2.Ailənin inteqrasiya mexanizmləri: tale ümumiliyi problemi



Ailə həyatı nikaha daxil olanların qarşısında ailə münasibətlə- rində iştirakıçılıq üçün zəruri olan bir sıra çətin vəzifələr qoyur. Bunlara ailədə bərqərar olmuş davranış normalarına tabeçilik; evdə və evdən kənarda ailənin maddi rifahımn təmin edilməsi üzrə fəaliy- yət; böyüməkdə olan nəslin tərbiyəsi; ailədə daim meydana çıxan problemlərin həlli və s.aiddir. Ailə vəzifələri bilavasitə onun funksi- yaları ilə şərtlənir və onlarla sıx bağlıdır. Qarşıda duran vəzifələri uğurla həll etmək üçün hər bir ailə üzvü müəyyən psixoloji keyfıy- yətlərə malik olmalıdır. Bu cür keyfıyyətlərə sahib olmaqda hər bir ailə üzvü və bütövlükdə onun daxil olduğu ailə maraqlı tərəfdir. Hər bir ailə üzvü ailənin onun qarşısına qoyduğu vəzifələrin öhdəsindən nə qədər bacanqla gələrsə, bütövlükdə ailə bir o qədər normal fəa- liyyət göstərə bilər. Ailənin hər bir üzvü üçün zəruri olan psixoloji keyfıyyətlərin məcmuyunu psixoloqlar “zəruri ailə keyfiyyətləri” adlandırırlar. Bu keyfıyyətlərin spektri çox genişdir. Bunları tələ- batlar_adlandırmaqla üç əsas qrupda cəmləşdirmək olar.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin