Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Seksual səviyyədə uyğunluq



Yüklə 0,8 Mb.
səhifə75/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Seksual səviyyədə uyğunluq adlanan sonuncu, yeddinci sə- viyyədə uyğunluq ailə quran cütlüklərin gələcək uğurlu ailə həyatı üçün heç də az əhəmiyyət kəsb etməyən amillərdən biridir. Bu amil və tərəfdşın rol gözləməsi intim yaxmlıq haqqında təsəvvürlərinin real həyatda nə dərəcədə uyğun olmasına əsaslanır.

Uzun müddət belə hesab edirdilər ki, insanları sevgi sənətinə, məharətinə öyrətmək lazım deyil, ona ana təbiət özü hər bir şəxsə nəsli davam etdirmək instinkti verməklə bu məsələni həll edib. Bu yanlış fıkir birinci növbədə, ailədəki cinsi əlaqə məsələsində passiv rol oynayan qadına aid idi. Bu fikir yəqin ki, feodalizm dövründə, bəlkə də daha əwəl, qadmın ailə qurmaq məsələsində heç bir hüqu- qu olmadığı, ondan gələcək ərini sevib-sevmədiyi haqqında, ümu- miyyətlə heç nə soruşulmadığı dövrdə yaranmış ictimai münasibət- lərin indiyə gəlib çatmış əks-sədasıdır. Bu əks - sədamn bizim dövrümüzə gəlib çatması çox böyük bədxahlıqdır.

Qadmların çoxu seksoloji məsələlərə aid düzgün tərbiyə alma- dıqlarından cinsi əlaqədə ərlərinin fəallığını kəskin şəkildə məhdud- laşdırır və onların cinsi əlaqənin müxtəlif şəkildə apanlması təklif- lərilə razılaşmırlar. Onlar cinsi əlaqədə bədənin müxtəlif pozalarda olmasım, oxşamağın müxtəlif formalarını pozğunluq-əxlaqsızlıq he- sab edirlər.

Ailə həyatında intim amil ailə quran cütlüklərdən tempe- rament xüsusiyyətlərindən, yaşından, sağlamlıq durumundan və s. asılıdır. Seksoloq və psixoloqlarm fıkrincə, insanların ailə həyatında intim uyğunsuzluğu nadir halda rast gəlinən hadisədir. Əgər ailə qurmuş insanlar uğurlu nikahı şərtləndirən yuxarıda qeyd olunan altı səviyyədə bir-biriləri ilə uyğunluğa malikdirlərsə, intim səviy- yədə uyğunsuzluq ola bilməz.

Beləliklə, ailə psixoloqları nikaha daxil olmaqla uğurlu ailə yaratmağm başlıca şərtlərini qeyd olunan səviyyələrin uyğunluğun- da görürlər. Qeyd olunan həmin səviyyələrdə zəruri hesab olunan amillərin məcmuyu nikah potensialı adlanır. Nikah potensialı ni- kahda uyğunluğu şərtləndirən və qeyd olunan yeddi əsas nikah amillinin qarşılıqlı təsirinin ümumi nəticəsidir. Əgər nikah amilləri- nin təxminən üçdə ikisi cütlüklərin uyğunluğu baxımından mübət indekslə səciyyələnərsə, bu, nikahın uğurlu olacağına, əksinə üçdə ikisi mənfı indekslə qiymətləndirilərsə, nikahın uğursuzluğuna, yəni gələcəkdə nə vaxtsa onun ləğv olunacağı riskini artıran amillər kimi nəzərdən keçirilir.

2001-2007-ci illərdə nikahların statistikasım təhlil edən Avs- traliya alimləri müəyyən etmişlər ki, uğurlu nikahda mühüm amil- lərdən biri yaş amilidir. Yaşları arasında kəskin fərqlər olmayan cüt- Iüklərin möhkəm və uğurlu ailə yaratmaq şansları daha yüksəkdir. Onların statistikasına görə. kişinin qadından bir yaş kiçik və ya bir qədər (1-3 yaş) böyük olduğu nikahlarda boşanma hallan kişinin qadından 9 yaş və daha çox böyük olduğu ailələrə nisbətən iki dəfə azdır. Ən çox boşanma halları kişinin qadından bir neçə yaş kiçik olduğu ailələrdə baş verir.

Uğurlu nikahın daimiliyini şərtləndirən amillərdən biri də cütlüklərin uşaqlara münasibəti ilə bağlıdır. Əgər ailədə hər ikİ cüt- lük uşaqların olub-olmaması məsələsinə eyni münasİbətlə yanaşır- larsa, onda nİkahın etibarlılığından damşmaq oiar. Ailə gəlirləri, onun mahiyyə mənbələrinin hansı səviyyədə olması uğurlu nikah üçiin vacib şərtlərdən biridir. Az gəiiri, maddi imkanları aşağı, qaneedicİ səviyyədə olmayan cütlüklərin uğurlu nikahı risk altında- dır. Stabil orta və ya yüksək gəlirləri olan aüələrlə müqayisədə yox- sul və ya aztəminatlı ailələrdə boşanma hallarına daha çox təsadüf olunur. Kişinin işsiz olması, ailənin həyati vacib təlabatlannı təmin edə bilməməsi, hədsiz borca düşmə, daimi pul çatışmazlığı və s. kimi amillər ailənin mənəvi dayaqlarına sarsıdıcı zərbə vurur. Bu- rada ayrıca mənzilin olmaması və ya mənzil darısqallığı və s. kimi amillərin də güclü təsiri vardır.

Tədqiqatçıların fıkrincə, 25 yaşı tamam olduqdan sonra nikaha daxil olan və ayrıca mənziü olan kişi ilə bağlanan nikahlar adətən möhkəm və etibarlı olur. Nikahda xoşbəxt həyata təsir gös- tərən amillər sırasında təntənəli toy mərasiminin də böyük təsiri vardır. Toy xoşbəxtliyin başlanğıcım qoyan ciddi şərtdir. Gələcək ailə həyatının xoşbəxt anları haqqmda şirin xatirələri özündə ya- şadan toy mərasimi, onun atributlan, bəylə gəlinin gözəl geyimləri, gül-çiçək, qohum-əqrəbamn, dost-tanışların bayramsayağı geyimi toy mərasiminə gözəl bayram əhvali-ruhiyyəsi bəxş edir və aydın səma altında, buludsuz gələcək xoşbəxt ailə həyatına təminat yaradır.

Toy nikahın bağlanması ilə müşalıidə olunan adətlərdən biri- dir. Qədim dövrlərdə bir çox xalqlarda ailə qurmaq “qız almaq” adəti kimi geniş yayılmışdı.Qız alan oğlan evi qarşı tərəfə bunun əvəzinə qoyun, inək verir və ya buğda ödəyirdi. Sonralar belə natura! mübadilə qiymətli materiallarla (qızıl və ya gümüş parçalan) əvəz olundu. Bir çox qədim xalqlarda, o cümlədən azərbaycanlı- larda toya qədər oğlan ailə quracağı qızı görmürdü. Toy mərasimin- də gəlinin bəyin sol tərəfındə durmasımn da ciddi səbəblərdən irəli gələn qədim adət-ənənələrlə bağlılığı var. Toy mərasimində bəyin sağ əli boş olmalı idi ki, o, özünə və gəlinə qarşı gözlənilən rəqib hücumlarından qorunmaq üçün tez silaha əl ata bilsin. Bəy öz evi- nin astanasında gəlini qucağına götürərək evə aparırdı. Bu adət-ənə- nə bu gün də bİr çox Avropa xalqlarında qalmaqdadır. Bununla bəy güclü və evdə söz sahibi olduğunu sübut etmiş olurdu.

İII-IV əsrlərdə Hindistanda şifahi hekayələr şəklində meydana gəlmiş “Kəlilə və Dimnə”də deyilir:

Beş cür qadın üçün kədərlənməyə dəyər: təbiətcə alicənab, batində təmiz, zahirdə gözəl olanlar üçün; ağıllı, təmkinli, vəfalı və ismətli olanlar üçün; bütün hərəkətlərinə fıkir verən, ərinin hər yer- də, açıqda, gizlində hörmətini saxlayıb namusunu qoruyanlar üçün; yaxşı və pis günlərdə, xeyir və şərdə sədaqətli və fədakar olmağı öz- lərinə şüar edənlər üçün; üzügülər, dilişirin, əlİbərəkətli, ayağıdüşər- li olanlar üçün. [31,s.l4]

Ailədə cütliiklər şəklində uzun onilliklər boyu birgə həyat sür- müş insanların nikahını heç də həmişə uğurlu nikah hesab etmək ol- maz. Nikahın uzunömürlülüyü birgə xoşbəxt həyat üçün zəruri şərt- lərin birincisi olsa da, uğurlu nikah üçün kafı şərt deyil.

Bəzən ailə qurmaq haqqında düşünən gənc oğlan və ya qıza seçilmiş tərəfdaşın uyğun olmaması haqqmda valideynlərin iradları onlar tərəfindən qəbul edilmir və müqavimətlə qarşılanır. Qızın və ya oğlanın ailəsinin münasib olmaması, onlarm cəmiyyətdə nüfiızu, təhsilli, hörmət sahibi olan adamlar kimi tamnmaması, onların vali- deynlərinin əxlaqi baxımdan qüsurları gənclər tərəfındən “mən onun anası ilə yox, özü ilə evlənirəm” kimi əks rəylə qarşılanır. Bu mülahizə doğru olmamaqla yanaşı, həm də zərərlidir. Gənclik maksimalizmi güclü amil olduğundan onlar valideynlərin rəyi ilə hesablaşmadan bəzən yanlış seçim edirlər. Onlar öz nəsillərini, təm- sil etdikləri bütün şəcərəni uyğun olmayan başqa bir nəsillə bağla- maqla yanlış addım artırlar.

Uğurlu nikah üçün düzgün seçilmiş tərəfdaşın münasibliyi, ailə- nin bütün üzvlərinin bu izdivaca razı oiması önəmli amildir. Burada ni- şanlılıq dövriinün də təsiri az deyildir. Üç ildən çox davam edən ni- şanülıq dövrü nikahdanqabaq bir çox söz söhbətlərə, bəzən isə tez-tez müşahidə olunan inciklik və küsüşmələrə səbəb olur. Məhəbbət-ehtiras üzərində qurulan nikalılar sırf eırıosional əsaslara söykəndiyi üçün ni- kahdan sonrakı bir il ərzində sevgi ehtirasları yavaş-yavaş sönməyə doğru gedir. Birgəyaşayış və məişət həyatmda özünü göstərən maddi və məişət həyatı ilə bağlı çətinliklər nişanlılıq dövründə özünü gös- tərən romantik münasibətlərdən fərqlənir. Sanki uca göylərdə uçan ro- mantik duyğulu gənc xamm birdən-birə yerə enməli olur: işdən ac və yorğun gələn əri qarşılamaq, ona qulluq göstərmək, günə üç dəfə ye- mək hazırlamaq! Evdə hər gün səliqə-səhman işləri aparmaq, qonaqlan qarşılayıb yola salmaq və s.

Sevgi olmadan, təsadüfi tanışlıq sayəsində get-gedə istiləşən münasibətlər bəzi hallarda qızın hamiləliliyinə gətirib çıxarır. Belə hallarda əlacsızlıqdan həmin qadınla sevgi olmadan bağlanan nika- hın etibarlılığı şübhə doğurur və əksər hallarda boşanma ilə nə- ticələnir.

Uğurlu nikah iik növbədə cütlüklərin sosial-mənəvi yetkinli- yinə, onların cəmiyyət həyatında fəal iştiraka hazırlığına, öz ailəsini maddi cəhətdən təmin elmək qabiliyyətinin ohnasına, qarşılıqlı borc və məsuliyyətə,özünüələalma və çevik davranış modelinə əsaslanan nikahdır. O nikahları uğurlu nikah hesab etmək olar ki, cütlüklərin hər biri öz tərəfdaşma qarşı sədaqət və etibarı, ailəyə məhəbbəti və ciddi xarakteri ilə fərqlənsin, münasibətlərin səmimi olduğuna inan- sm. “İdeal nikah”da cütlüklər, adətən şəxsiyyətin təmkinlilik, əmək- sevərlik, qayğıkeşlik, fədakarlıq və çevik davranışa malik olmaq ki- mi şəxsiyyət əlamətlərinə üstünlük verirlər.

Ailədə ər-arvadın həyatının firavan və xoşbəxtliyi dolayi təsi- rə malik bir sıra digər amillərdən də asılıdır. Ər-arvad münasibətinə cütlüklərin valideynləri, onların gənc ailənin həyatma münasibəti, maddi rifah vəziyyəti, gənc ailəyə kömək və ya yersiz müdaxilələr də güclü təsir göstərir.

Ailə-nikah münasibətlərinin uğurlu və ya uğursuz olması şəxsi parametrlər baxımından müxtəlif cür qiymətləndirilə bilər. Bir çox cütlüklər çətin, maddi təminatı zəif olan ailə həyatı yaşasalar da, özlərini xoşbəxt hesab edirlər. Lakin elə cütlüklər də vardır ki, hər cəhətdən yüksək təminata, övlada sahib olsalar da, özlərinin həyatından razı deyillər. Ona görə də, bütün hallarda ailənin xoş- bəxtliyini və ya nikahın uğurlu olmasım bir neçə əsas elementlər baxımından dəyərləndirmək Iazım gəlir.

  • ər-arvad münasibətlərinin emosional cəhətləri, onların bir- birinə bağlılıq səviyyəsi;

  • onların təsəwürlərinin səviyyəsi, özünü və tərəfdaşı, bü- tövlükdə ailəni qiymətləndirmədə oxşar yanaşmalar;

  • hər bir tərəfdaşm üstün hesab etdiyi ünsiyyət tərzi və dav- ranış xüsusiyyətlərinin oxşarlığı;

  • seksual, daha geniş mənada tərəfdaşların psixofızioloji uy- ğunluğu;

  • tərəfdaşlann ümumi mədəni, psixi və sosial yetkinlik səviy- yəsi, onların dəyərlər sisteminin oxşarlığı.

Problemlərlə dolu ağır həyat tərzində yaşayan insanlar sadəcə olaraq birgə uzun həyat sürmüş olsalar da, əslində xoşbəxt olmaya da bilərlər. Öz taleyi ilə barışan, qisməti ilə razılaşaraq uşaqları naminə alkoqol düşkünü və ya narkoman ərinin zorakı və amansız rəftanna dözən, hər cür əzab-əziyyətə qatlaşaraq belə məşəqqəli hə- yatına davam edən, boşanmaya cəmiyyətin mənfı münasibətini nə- zərə alaraq, bu addımı atmaqdan çəkinməli olan çoxsaylı biçarə və arxasız olan qadınlar heç də az deyildir.

Psixoloqlar uğurlu nikah üçün hər kəskin bilməli olduğu on mühüm qaydanı nəzərə almağı tövsiyə edirlər:

  1. Bütün həyat amalınızı almağa yox, verməyə yönətdin. Əriniz (arvadınız) üçün xoş gələn işləri görməkdə səxavətli olun. Adətən, insanlar xeyirxahhğa xeyirxahlıqla cavab verirlər.

  2. Əriniz (arvadmız) sizi təhqir etdikdə, heç bir halda ağzınızı açmağa tələsməyin. Siz bununla qalmaqaldan qaçmış olıırsunuz. Mübahisədə qalib gəlməyin ən yaxşı yolu mübahisədən qaçmaqdır.

  3. Qeyri-real gözləntilərdən imtina edin. İnsanlar bir çox şüuraltı bioloji instinktlər və gözləmələrin təhriki ilə nikaha daxil olurlar. Bu, həyatın təbii qanunudur. Həmişə tərəfdaşmızı onun cinsindən olan başqası ilə onun xeyrinə olmayan müqayisə etmək- dən uzaq olun.

  4. Özünüzə xoş gəlməyən, “qorxunc” olan şeylərin adını çək- məyən, həyata düzbucaq rakursundan baxın.

  5. Tərəfdaşınızı dolayı vasitələr və situmullar vasitəsilə is- təyinizə doğru hərəkət etməyə istiqamətləndirməyə çalışın. Yadda saxlayın ki, adi tərif və “yaltaqlıq” ən gözəl motivləşdirici va- sitələrdir.

  6. Ərimizlə (arvadınızla) ünsiyyətdə heç vaxt əsas məqsədini- zin xoşbəxt nikah olduğunu xatırlatmayın. Əgər nikahmızdan məm- nun deyilsinizsə, başqa yanaşmalar tapmağa çalışın.

  7. Güzəştlərə, güzəştə qarşı güzəştə getmək bacarığına sahib

olun.

  1. Ərinizə (arvadımza) yol verdiyi səhvlərə görə söylənmə- yin. “Axmaq”, “əfəl” sözlərini unudun. Şəxsiyyətə yönəlmiş təhqir yaxşı heç nə vəd etmir.

  2. Keçmişdə baş vermiş pislikləri unudun, bu günlə yaşayın, “köhnə palan içi sökməkdən” uzaq olun.

  3. Özünüzə “Öz ailəmdə iqlimi yaxşılaşdırmaq üçün mən da- ha nə edə bilərəm?”-deyə daim sual verin.

Azərbaycanlılar ailə dəyərlərinin əsası olan nikaha həmişə yüksək dəyər vermiş, nikahı müqəddəs dini akt hesab etmiş, onu xeyir mələk- lərinin adı ilə bağlamışlar. Nikah mərasimi müqəddəs an hesab edilir, to- yun sonunda qab-qacağın qınlması yeni ailə quranlann “ürəklər sm- masm”- deyə arzu və niyyətlərinin ifadəsi kimi yozulmuşdur. İslam öl- kəsi olan Azərbaycanda ailə hüquqi normalarla yanaşı, milli-mənəvi və dini dəyərlər üzərində bərqərar olur. İslama görə, nikah yalnız şəxsi iş deyil, həm də dini məsələdir. N.Tusi “Əxlaqi-Nasiri” əsərində yazır: “Yaxşı arvad malda, bütövlükdə, ev dolandımaqda kişinin şəriki olar, ər bir yerə getdikdə onun yerini tutar. Arvadm ən yaxşısı odur ki, ağıl, də- yanət, iflfət, həya, ismət, riqqət və nəzakətdə, üzüyolalıqda tayı-bərabəri olmaya, qohum-əqrabalan arasmda vüqarlı, hörmətli, hümmətli hesab edilə, doğumlu ola, tərbiyə verməkdə, səliqə yaratmaqda, pul xərclə- məkdə, təsərrüfah idarə etməkdə mahirlik göstərə, qayğıkeşliyi, mehri- banlığı, şux təbiəti, xoşxasiyyəti ərinin könlünü açmağa, dərdini unut- mağa səbəb ola” [37,s. 163]

  1. Ailə konfliktləri və onların tipləri

Fərdin sosial həyatı başqa adamlarla çoxsaylı birgə fəaliyyət formalarımn və qarşılıqlı münasibətlərinin mürəkkəb sistemidir. Müxtəlif insanlar öz fərqli xüsusiyyətlərindən və şəxsi təcrübələrin- dən asılı olaraq, həyatda qarşılaşdıqları situasiyalara fərqli reaksiya göstərirlər. İnsanların həyata qarşılaşdıqları əhəmiyyətli, taleyüklü hadisələrə qarşı emosional reaksiyaları onlarm fərdi psixoloji xüsu- siyyətləri və xarakter əlamətləri ilə şərtlənərək rəftar, ünsiyyət və davramşında əks olunur. Sosial həyat fərdin öz mövcudluğunu qo- ruyub saxlaması, maraq, dəyər və təlabatlannı reallaşdırması və so- sial əlaqələrlə şərtlənir. Belə qarşılıqlı münasibətlər zəminində mey- dana gələn gərginliklər sosial dezadaptasiyaya səbəb olur ki, bu da öz növbəsində insanların psixoloji durumunda stress və depressiya şəklində neqativ psixoemosional dəyişikliklərə gətirib çıxarır.

XX və XXI əsrlər insanlar arasında informativ və emosional psixi yükün artmasına, “nevrotik şəxsiyyət” tipli insanların yetiş- məsinə meydan açmış, pessimist psixi fon yaratmışdır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin