Ailədaxili münasibətlər konfrontasiya, əməkdaşlıq mühiti və mövcudluq (hərə özünə) olmaqla üç əsas tipə ayrılır. Ailədə bu və ya digər səviyyədə mövcud olan davamlı emosional əhvallar ailənin psixoloji iqlimini yaradır. Ailənİn psixoloji iqlimi əlverişli və əlve- rişsiz olmaqla iki yerə aynlır. Psixoloji iqlim özündə ailənin ümumi yaşayış və həyat üslubu, qarşılıqlı münasibətlərin xarakterindən asılı olaraq tədricən formalaşır. Əlverişli psixoloji iqliminbaşlıca və əsas şərti ər-arvad arasmda psixoloji uyuşmadır. Psixoloji uyuş- ma qarşılıqlı xeyirxahhq, qavğı, hörmət, müdafıə, səbrlilik hissi, yüksək daxili intizam, məsuliyyət, istiqanlılıq, tələbakrlıq kimi mü- nasibətlər fonunda tədricən təşəkkül tapır. Ailədaxili münasibətlər mühitini formalaşdıran həmin xüsusiyyətlər həın də ailəni sosial si- tem və qrup kimi səciyyələndirməyə əsas verən başlıca dəyərlərdir. Əlverişsiz psixoloji iqlimailəni depressiya və stresslərə, mübahisə və münaqişələrə sürükləyir. Belə ailələrdə müsbət emosiyaların çatışmazlığı, gərginlik, küsülülük və İnciklik halları tez-tez baş ver- diyindən bu artıq bir həyat tərzinə çevrilir.
Ər-arvad taleyin birləşdirdiyi cütlüklərdir. Onların birgə xoş- bəxt həyatı sosial-psixoloji uyuşmanın səciyyəsindən bilavasitə ası- lıdır. Sosial uyuşma dünyagörüşünün, əqidə, ideal zövq, təlabat və maraqların, dəyərlər sistemi və sərvət meyllərinin ümumiliyində, psixoloji uyuşma isə xarakter, temperament, şəxsi-iradi keyfıyyət- lərin uyğunluğunda əks olunur.
ABŞ psixoloqu Doyr ailə konfliktlərinin aşaqıdakı əsas tip- lərini fərqləndirir:
davranış konfliktləri;
əsil konflikt;
şərti konflikt;
qanşıq konflikt;
gizli konflikt;
yalançı konflikt.
Ailə konfliktləri içərisində daha çox təsadüf olunan və konst- ruktiv yolla aradan qaldırılması mümkün olmadıqda ağır nəticələrə gətirib çıxaran konfliktlər ər-arvad və gəlin — qaynana konfliktləri- dir.
Ər-arvad konflikti ailə konfıliktinin xüsusi növü olub, ər- arvad cütlükləri arasındakı etik münasibətlərin, biopsixoloji uyğun- luğun, təlabat və maraqların, uşaqların tərbiyəsi ilə bağlı fərqli baxışlann, qohumlara müxtəlif münasibətlərin və s. zəminində mey- dana gələn konfiliktlərdir. Ər-arvad münasibətlərində konfliktlərin meydana gəlməsinə təsir göstərən bir sıra amillər də vardır ki, bun- lara ailənin inkişafindakı böhranlı dövrlər aid edilir.