Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8.56 Mb.
Pdf просмотр
səhifə1/18
tarix19.06.2017
ölçüsü8.56 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18

 

 
 
 
ELM VƏ SƏNƏT MƏCLİSİ 
 
11-20 
 
 
 
2-ci kitab 
 
 
 
 
 
 
 
Tərtibçi və redaktor 
 
Hamlet Ġsaxanlı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəzər Universitəsi NəĢriyyatı 

 

 
 
 

 

 
 
 

 

 
 
 
© Xəzər Universitəsi NəĢriyyatı, 2011 
Bütün hüquqları qorunur. 
 
 
 
 
 
Tərtibçi və redaktor:  
Hamlet İsaxanlı 
 
 
Ġlkin variantı yazıya alan:  Cabir Məmmədli 
 
 
Kompüter iĢi:  
Zakir N. Yusifoğlu 
 
 
 
 
 
 
 
 
1. Elm və Sənət -Araşdırma. 2. Tarix. 3. Ədəbiyyat.  
4. Fəlsəfə. 5. Mədəniyyət. 6. Sufilik. 7. Türklər.  
8. İslam. 9. Mifologiya. 10. Postkolonializm.  
11. İnformasiya sistemləri. 
 
 
 
ISBN 978-9952-20-065-2 
 
 
 
Bakı. AZ1096. Məhsəti küçəsi 11.  
Azərbaycan 
 
 

 

 
 
 
ĠÇĠNDƏKĠLƏR 
 
Elm və Sənət Məclisi – ünsiyyət ehtiyacı  
 (Redaktordan) ..................................................... 7 
11-ci məclis. Nəsillərin mənəvi varisliyi  
(Məruzəçi: Camal Mustafayev) ............................ 10 
12-ci məclis. Qloballaşan dünyada İslam 
 (Məruzəçi: Mustafa İslamoğlu) .......................... 25 
13-cü məclis. Avrasiyada hunlar. Tarix, mədəniyyət və kimlik  
(Məruzəçi: Hamlet İsaxanlı) ................................ 45 
14-cü məclis. Şəms Təbrizi və Cəlaləddin Rumi: mif və 
gerçəklik 
 
(Məruzəçi: Elnur Nəsirov) ................................... 90 
15-ci məclis. Şəhər mədəniyyəti. Tarix, bu gün və gələcək 
(Məruzəçi: İsmail Serageldin) ............................. 136 
16-cı məclis. “Erməni genosidi” məsələsi haqqında  
(Məruzəçi: Norman Stone) .................................. 169 
17-ci məclis. Edvard Səid, orientalizm və postkolonial 
araşdırmalar  
(Məruzəçi: Turac Atabaki) ................................... 188 
18-ci məclis. Türkiyədə Azərbaycan ədəbiyyatının və 
mədəniyyətinin araşdırılması tarixi  
(Məruzəçi: Yavuz Akpınar) .................................. 204 
19-cu məclis. Azərbaycan-Alban tarixinə aid qədim yazıların 
oxunuşu  
(Məruzəçi: Firudin Ağasıoğlu) ............................ 242 
20-ci məclis. Azərbaycan mədəniyyəti elektron məkanda 
(Məruzəçilər: Tariyel Məmmədov, Aydın Xan) ... 276 
Assembly of Science and Art – the Need for Communication 
(From Editor) ....................................................... 305 
Contents .................................................................................... 308

 

 
 
 

 

 
 
 
Elm və sənət məclisi –  ünsiyyət ehtiyacı 
       
 
 
 
 
 
 
 
 
 
Elmi tədqiqatları və sənət əsərlərini ayrı-ayrı insanlar tək-
likdə  yazıb-yaradır,  uzun  illər  öz  içində,  beynində,  ürəyində 
gəzdirir, bəsləyib  yetişdirir və bir gün, sanki qeyri-ixtiyari su-
rətdə, qəflətən üzə çıxarır. Elm və sənət nümunələri bəzən kiçik 
bir  kollektivin,  bir  neçə  nəfərin  birgə  səyləri  nəticəsində  də 
meydana gələ bilir. Bu halda da, yaradıcı qrupun üzvləri ayrı-
ayrılıqda  düşüncələrə  dalır,  öz  iştirakını  fərdi  bilik,  qabiliyyət 
və enerjisi hesabına təmin edir, ümumi məsələnin həlli isə, əl-
bəttə, yenə də ünsiyyət, birgə təhlil və müzakirələr yolu ilə baş 
tutur. 
Elm  və  sənət  adamları,  ümumiyyətlə,  yaradıcı,  ziyalı  in-
sanlar  həmişə  öz  aralarında  ünsiyyətə  ehtiyac  duymuş,  buna 
həmişə çox əhəmiyyət vermişlər. Yeni kəşfimizi, yeni ideyamı-
zı, yeni əsərimizi, içimizdə qovrulan düşüncələrimizi bizə bən-
zər birinə, bizi anlayacaq birinə söyləmək, sevinc və qayğımızı 
bölüşmək ehtiyacı danılmazdır. Peşəkar bir insanla ünsiyyətdə 
olmaq, onunla söhbətləşib fikir mübadiləsi etmək, onu yeni ta-
pıntı və ya orijinal fikirlə sevindirmək xoş və gözəl işdir. Onu 
sevindirdiyimiz, yaxşı mənada təəccübləndirdiyimiz üçün özü-
müz də sevinirik, müsbət enerji toplayırıq, ruhlanırıq, həzz alı-
rıq... Peşəkar bir insanın tənqidi fikirləri və məsləhəti bizim da-
ha dərinlərə baş vurmaq, daha əhatəli olmaq, həqiqətə daha ya-
xın olmaq imkanımızı artırır.  

 

 
 
 
Müzakirə  olunan  mövzu,  elm  və  ya  sənət  sahəsi  üzrə, 
mümkündür ki, mütəxəssis olmayan, amma geniş düşüncəli və 
həssas yaradıcı insanın verdiyi gözlənilməz suallar, öz sahəsin-
dən  qaynaqlanan  fərqli  görüş,  fikir  və  münasibət  də  bizi  dü-
şündürə bilir, bizə təsir edir. Əlbəttə, yeni olanı bilmək ehtirası, 
yeni olanı mütəxəssislərin öz ağzından eşitmək həvəsi ilə yana-
şı maarifləndirmək istəyi də yaradıcı insanları bir yerə toplayan 
mühüm amillər sırasındadır.  
Lomonosov adına Moskva Dövlət Universitəsinin aspiran-
turasında oxuduğum  və  sonralar orada,  eləcə də  Steklov  adına 
Riyaziyyat  İnstitutunda  tədqiqatla  məşğul  olduğum  zamanlar 
elmi  fəaliyyətdə  ünsiyyətin  nə  qədər  mühüm  olduğunu  anla-
dım. Məşhur alimlərin,  aspirant  və tələbələrin  bir  yerə toplaş-
dığı  həftəlik  elmi  seminarların  dünyada  görülən  mühüm  işlər-
dən xəbər tutmaq, maraqlandığımız elmi  problemləri təhlil et-
mək,  elmdə  yeni  yollar  açan  insanlarla  birlikdə  müzakirələrə 
qatılmaq baxımından əvəzi və alternativi yox idi. Elmi məktəb 
deyilən  fenomeni  biz  birinci  növbədə  məhz  bu  seminarların 
varlığı və qeyri-adi gücündə görür və hiss edirdik. 
Sosialist  blokunun  dağılması,  maddiyyətin  yeni  kapitalist 
münasibətləri əsasında fövqəladə güc qazanması və onun yarat-
dığı  qarışıq  hisslər,  qloballaşmanın  mövcud  mənəvi  dəyərləri 
alt-üst etməsi insanları, o cümlədən yazıb-yaradan zümrəni çaş-
baş saldı. Elmi tədqiqatlara maraq azaldı, təhsil sistemi sistem-
sizliyə  düçar  oldu.  Ziyalıların,  elm  adamlarının  və  müəllimlə-
rin, mədəniyyət işçilərinin “ağıllı” bir yerə yığışmağa, dərdləş-
məyə  ehtiyacı  artdı.  Giley-güzardan  təhlilə,  adi  dərdləşmədən 
araşdırmalara  keçmək,  elmi-mədəni  mühiti  canlandırmaq, 
dünya  elmində,  sənətdə  baş  verənlərdən  xəbər  tutmaq  – 
günümüzün tələbi, ruhumuzun təməli olan bu arzuların həqiqə-
tə çevrilməsinə necə kömək edək? 
2006-cı ilin yaz-yay aylarında Elm və Sənət Məclici təşkil 
etmək, heç bir sahə məhdidiyyəti qoymadan vacib hesab etdiyi-
miz  problemləri  müzakirəyə  çıxarmaq  barədə  fikrimiz  qətiləş-

 

 
 
 
di.  Hər  dəfə  bir  və  ya  iki  mütəxəssisin  məruzəsini  dinləmək, 
onları sual atəşinə tutmaq, söz, fikir söyləmək istəyənləri dinlə-
mək,  məruzə  və  müzakirənin  nəticələrini  qruplaşdırıb  kitab 
şəklində nəşr etmək qərarına gəldik. 2006-ci il oktyabrın 10-da 
birinci məclis baş tutdu. Həm Azərbaycandan, həm də müxtəlif 
ölkələrdən  mütəxəssisləri,  elm  və  sənət  adamlarını  məruzə 
üçün dəvət etməyə başladıq. Qısa zamanda Elm və Sənət Məc-
lisimiz tanındı və sevildi.  
 Canlı  danışıq  tərzini  olduğu  kimi  saxlamağa  çalışdığımız 
bu ikinci kitabda ikinci on məclisin (on birinci - iyirminci məc-
lislərin) materialları çap olunur. 
 
Hamlet ĠSAXANLI 

 
10 
 
 
 
ON BĠRĠNCĠ MƏCLĠS 
 
 
 

 
11 
 
 
 
Professor Hamlet ĠSAXANLI: 
 
 –  Əziz  dostlar!  Elm  və  Sə-
nət Məclisinin hörmətli qonaqları! 
Bu gün bizim 11-ci toplantı-
mızdır. Bu mənada da artıq böyü-
yüb yaşa doluruq. Birinci 10 məc-
lisin  materialı  hazırda  müzakirə 
olunub çapa hazırlanır. Biz məslə-
hətləşmişik  ki,  hər  10  məclis  bir 
kitab  olacaq.  Materiallar  artıq 
“Xəzər  Xəbər»də  dərc  olunub. 
Jurnal  variantında  məruzənin  və 
ya  məruzələrin  mətnləri,  müzaki-
rədəki çıxışların mətnləri çap edilir, məclisdə çəkilmiş şəkillər 
də daxil olmaqla, ümumi məlumat verilir. Məclislərin material-
larını jurnalda dərc edərkən məruzəçilər barədə xüsusi məlumat 
verməyə  ehtiyac  görmürük.  Amma  kitab  daha  geniş  oxucular 
üçün nəzərdə tutulduğundan onu çox ciddi surətdə hazırlayırıq. 
Ümid  edirik  ki,  yaxın  zamanlarda  biz  o  kitabı  görəcəyik  və 
kitablar birinci növbədə məclisin daimi üzvlərinə paylanılacaq. 
 
“Bəşər övladı həm mədəni mirası, 
həm elmi-texnoloji mirası növbəti nəsilə ötürə bilir” 
 
Bugünkü 11-ci məclisimizin mövzusu “Nəsillərin mənəvi 
varisliyi”dir. Bu, çox aktual, eyni zamanda, incə və zərif möv-
zudur.  Kənardan  baxanda  bir  az  sadə  görünə  bilən  bu  mövzu 
əslində  filosofların,  pedaqoqların,  psixoloqların,  sosioloqların, 
dinşünasların, həm də başqa sənət sahiblərinin, eləcə də yazıb-
oxuyan  vətəndaşların  həmişə  diqqət  mərkəzində  olan,  cəmiy-
yətin müəyyən dərəcədə ağrılı bir məsələsidir.  
Ümumiyyətlə,  bəşəriyyətin  ən  böyük  zəfərlərindən  və 
möcüzələrindən  biri  odur  ki,  tarix  boyu  qazanılmış  çox  geniş 

 
12 
 
 
 
həcmdə  bilik,  bacarıq,  vərdiş,  yəni  əldə  olunmuş  nailiyyətlər, 
qazanılmış  uğurlar  gələcək  nəsillərə  ötürülə  bilir.  Əslində  bu 
hadisə elə də sadə görünməməlidir. Misal üçün, təbiət elmləri-
nə baxaq. Bu elm sahələri çox genişdir, riyaziyyat, fizika, kim-
ya, biologiya, geologiya və s. qeyri-adi dərəcədə şaxələnmişdir. 
Tarix  boyu  bunlar  zənginləşə-zənginləşə  inkişaf  edib  bu  günə 
gəliblər və zənginləşə-zənginləşə  gələcəyə  gedirlər. Ara kəsil-
mir, bu, fasiləsiz tərəqqi deməkdir. Yeni nəsil elmin əsas sahə-
lərində əvvəlki nəsillərdən daha irəli gedir. Bu misal sahə eti-
barilə  sosial,  eləcə  də,  humanitar  elmlər  halında  da  doğrudur. 
Nəzəri olaraq, belə bir qorxu var ki, birdən bu elmlərdən hansı 
mühum  nailiyyətlər  isə  yarandığı  zamanda  ilişib  qala  bilər  və 
ya gələcək nəslin beyni onları mənimsəməkdə (və ya onu mə-
nimsəməyə  vaxt  tapmaqda)  çətinlik  çəkə  bilər.  Hər  dövrün 
alimləri, mütəfəkkirləri keçmişdə və hazırda yaşadığı zamanda 
əldə olunmuş bilikləri gələcəyə ötürməyə çalışır. Amma bu ki-
fayət  olmaya  bilər,  nəzəri  olaraq  mümkündür  ki,  nəsil  bunu 
ötürməyə qadir olmasın.  Amma, xoşbəxtlikdən bu, əsasən baş 
vermir. Bu, gözəl mövzudur, lakin bizi hazırkı mövzumuzdan, 
məşğələmizdən aralamağa qadirdir. Bu fəlsəfəni gələcəyə sax-
layaq... 
Bəşər övladı həm mədəni mirası, həm elmi-texnoloji mi-
rası  növbəti  nəsilə  ötürə  bilir.  Özü  də  elə-belə  qoruyub  ötür-
mür, onu dərinləşdirir, daha yüksək səviyyəyə çatdırır, daha da 
genişləndirir,  daha  anlaşılan  şəklə  salıb  gələcək  nəsillərə  ötü-
rür. İnkişaf da bundan ibarətdir. Amma bir də mənəvi miras var 

 
13 
 
 
 
ki,  nəsillər  arası  bağlantını  saxlayır, əhəmiyyətinə  görə  heç də 
elmi-mədəni  mirasdan  geri  qalmır.  Çünki  bəşəri  bəşər  eləyən 
mühüm  cəhətlərdən  biri  mənəviyyatdır,  əxlaq  və  davranışdır, 
sosial  yaşayışdır.  Bunu  nəsillərin  varisliyi  adlandıracağıq.  Bu 
məsələni həm də nəsillərin anlaşması kimi başa düşmək və şərh 
etmək mümkündür.  
Elmi-texnoloji  miras  haqqında  danışdıq.  Əlbəttə,  maddi-
mədəni mirası da biz həmişə qoruya bilmirik. Ona görə də, cə-
miyyətdə liberallarla bərabər mühafizəkarlar, konservatorlar da 
mövcuddur. Mühafizəkarlıq ilk baxışda və adətən mənfi çaları 
ilə xarakterizə olunur, şərh edilir. Amma maddi-mənəvi mədə-
niyyəti hər cəhətdən qoruyub saxlayan, adından göründüyü ki-
mi,  hifz  edən  odur,  mühafizəkarlıqdır.  Bununla  yanaşı,  yalnız 
tarixin və zamanın sınağından keçmiş mənəvi dəyərlər sonrakı 
nəsilə ötürülür, davam edir, müəyyən dərəcədə dəyişik şəkildə 
olsa da yaşayır.  
 
“Bu gün mənəviyyat kifayət qədər aşınır” 
 
Maddi-mədəni  mirasa  tarixi  abidələr,  flora,  fauna  daxil-
dir. Bir misal gətirmək istəyirəm. YUNESKO-nun dünyanın ən 
məşhur  maddi-mənəvi  abidələrindən  ibarət  bir  siyahısı  var.  O 
siyahıya Azərbaycandan bir abidə daxil edilib: Bakının İçərişə-
həri. 10 abidə də ehtiyat siyahıdadır, yəni əsas o siyahıya daxil 
deyil, amma nə vaxtsa daxil ola bilər. Bəs biz o böyük İçərişə-
həri qoruyub saxlaya bilirikmi? Şirvanşahlar Sarayının yarısını 
təzədən “tikdik”. Qız Qalasını, şükür, hələ söküb - tikməmişik.  
Mən həmişə Azərbaycandan söhbət gedəndə qonşu ölkə-
lərdən də misal  gətirirəm.  Çünki  misallar çəkməyəndə, müqa-
yisəli  araşdırma  olmayanda  çox  zaman  özünü  dartmaq,  özünü 
yüksəkdə saxlamaq, uca görmək istəyi, “Biz filan sahədə hamı-
dan  qabaqdayıq”  fikri  yaranır,  təlqin  edilir.  UNESCO-nun  nə-
zarətində  dünyadakı  maddi  və  mənəvi  abidələri  tədqiq  edən, 
qiymətləndirən, dərəcələrə ayıran və ən mühüm hesab olunan-

 
14 
 
 
 
ların  siyahısını  dərc  edən  bir  qurum  mövcuddur.  2006-cı  ildə 
dünyada  830  ən  dəyərli  hesab  edilən  maddi-mənəvi  abidə  bu 
siyahıya (World Heritage Sites – UNESCO) daxil edilib.  
Qeyd:  Bu  məclisdən  keçən  müddətdə  müəyyən  dəyişik-
liklər olub. 2010-cu ildə 151 ölkədən 911 abidə bu Dünya Mi-
ras  Məkanlarına  daxil edilib.  Bu siyahıya  45 abidə ilə İtaliya 
başçılıq edir. Azərbaycandan bu siyahıya iki abidə daxil olub: 
İçəri Şəhər və Qobustan. Müqayisə üçün qonşu və yaxın ölkə-
lərdəki  uyğun  saya  baxaq:  İran  (12),  Türkiyə  (9),  Özbəkistan 
(4), Gürcüstan, Ermənistan, Qazaxıstan və Türkmənistan – hər 
biri 3. 
Ehtiyat siyahıda Ermənistandan 4, Gürcüstandan 15 abi-
də var. Gürcü qonşularımız öz ehtiyat siyahısını son zamanlar 
xeyli  genişləndirə  biliblər.  Azərbaycanın  ehtiyat  siyahısına  6 
abidə 1998-də, 4 abidə 2001-də daxil edilmişdir, Gürcüstanın 
15 abidəsi 2007-ci ildə siyahıya bir gündə daxil edilib (!?) bax: 
http://whc.unesco.org. 
Bəs nəsillərin mənəvi varisliyində problem nədən ibarət-
dir? Problem odur ki, cəmiyyət tarix boyu həmişə dəyişir, siya-
si və iqtisadi münasibətlər və onların fonunda mədəni münasi-
bətlər dəyişir. Amma elmi-texnoloji inkişaf cəmiyyətin əvvəlki 
dövrlərə  nisbətən  qeyri-adi  dərəcədə  sürətlə  dəyişməsinə  gəti-
rib çıxarır, dəyişmə radikal şəkil alır. Məlum ifadədə deyildiyi 

 
15 
 
 
 
kimi, dəyişməyən bir şey varsa, o da dəyişmənin daimiliyidir. 
Mənim  uşaqlığımda  kənddə  televiziya  yox  idi,  senzuradan 
keçmiş  film-kino  mövcuddu,  gəncliyimdə  fərdi  kompüter  yox 
idi,  yetkinləşəndə  internet  yox  idi,  bir  qədər  əvvəl  mobil  te-
lefon  yox  idi.  Onlar  mənim  şəxsiyyət  kimi  formalaşmağımda 
rol  oynamayıb  (radiodan  fərqli  olaraq).  İndi  isə...  Cəmiyyətin 
indiki  radikal  şəkildə  dəyişməsi  və  bu  mənada  inkişaf  mənəvi 
dəyərlərə, nəsillərin qoruduğu inanclara, ideallara, arzulara, is-
təklərə, adət-ənənəyə zədə vura bilir, xələl gətirə bilir və xələl 
gətirir.  Ona  görə  bu,  cəmiyyətin  (yaşlı  və  qismən  orta  nəslin) 
böyük  probleminə  çevrilir,  narahatlıq  yaradır.  Bəzən  şaiyəyə 
düşənlər də tapılır. Bu qlobal hadisənin köklərini axtarmaq la-
zım gəlir.  
Fantastik texnoloji tərəqqi, televiziya, film və internet da-
xil olmaqla rəqəmsal dünyanın böyük güc qazanması bunların 
sürətlə və asanlıqla qəbul edə bilməyən yaşlı nəsillə bu dünya-
nın içində böyüyən gənc nəsil arasındakı bağların, tellərin zəif-
ləməsinə,  hətta  bəzi  yerlərdən  qırılmasına  gətirib  çıxarır.  İki 
nəsil arasında müəyyən yadlaşma, maraqların toqquşması, dün-
yaya  çox  fərqli  bucaqlardan  baxılması  ortaya  çıxır.  Nəticədə 
zövqlər  (musiqi,  geyim,...)  fərqlənir,  yeni  nəsildə  cəmiyyətin 
hazırkı normalarına qarşı üsyan etmək istəyi güclənir, bu yolda 
yaşıdlar müttəfiqlərə çevrilirlər. Yaşlı nəsil gənclərin zövqünün 
korlandığını, həzzin ön plana çıxdığını, məsuliyyətin azaldığını 
irəli  sürür.  Xeyir  və  şər,  faydalı  və  ziyanlı,  yaxşı  və  yaman, 
doğru və yalan kateqoriyaları iki nəsil tərəfindən fərqli şəkildə 
şərh olunur. 
Mən burada məsələnin kökündə “fərd və cəmiyyət” prob-
lemini görürəm. Çünki hər kəs bir fərd kimi azadlığa, sərbəstli-
yə can atır. Lakin cəmiyyət daha geniş, bütöv qurum kimi özü-
nün  adətini,  ənənəsini,  estetik  və  ruhi  inanclarını,  dil  və  ifadə 
vasitələrini  ortaya  qoyur.  Bu  zaman  fərdlə  cəmiyyət  arasında 
bir toqquşma, ziddiyyət əmələ gəlir. Konsensus çətin məsələyə 
çevrilir. Azadlıq və məsuliyyət mənəviyyatın bir-biri ilə çarpı-

 
16 
 
 
 
şan iki tərəfidir. Müqəddəratı təyin etmək (azadlıq) və əraziyə 
hörmət (məsuliyyət) tək xalqlara, dövlətlərə deyil, insanlara da 
xasdır. Xüsusən gənc nəsil cəmiyyətin qoyduğu çərcivələri in-
san azadlığının arzusu, istəyi, qələbəsi naminə yarıb keçmək is-
təyir. Bunun bir səbəbi də Qərb mədəniyyətinin dominant hala 
gəlməsidir.  Bunu  tək  biz  demirik,  Qərbdə  də,  Şərqdə  də  belə 
deyirlər.  Qərb  mədəniyyətinin  əsasında  isə  hüquq  sistemi  du-
rur, yəni hər şey hüquqla təyin olunur. Hüquq isə mənəviyyatı 
qorumur,  mənəviyyat  hüquqi  norma  deyil  və  bu  səbəbdən  hü-
quq vasitəsi ilə mənəviyyatı idarə etmək, hifz etmək olmur.  
Mənəviyyat kifayət qədər aşınır. Üstəlik də Qərb dünya-
sının  şəkilləndirdiyi  dinamik  dünya  rəqabət  üzərində  qurulub-
sa, rəqabət insanları və təşkilatları bir-biri ilə çarpışmağa apa-
rırsa, qazanc arxasınca,  əşya arxasınca  getməyi  şərtləndiririsə, 
onda  gənclərdə  mənəviyyata  və  müəyyən  dəyərlərə,  xüsusən 
əvvəlki  nəslin  qoruduğu  dəyərlərə  müqavimət  artır  və  təbii 
olaraq,  atalar-oğullar  və  yaxud  nəsillərarası  problem  yaranır. 
Genetik  yaddaş  və  inşa  olunan,  mühitdən  qidalanan  dəyərlər 
bir-biri ilə toqquşur. Cəfər Cabbarlı “Şərq ürəyi və Qərb düşün-
cəsi” deyərkən Şərqin mənəvi dəyərlərini və Qərbin fərdi azad-
lığını birləşdirməyi (şəxsdə) düşünürdü, bu yolla fərd-cəmiyyət 
problemini həll etmək istəyirdi.  
Mənəvi varisliyin bir xüsusiyyəti də onun “şifahi hal”da 
olmasıdır. Elmi-texniki tərəqqi yazılıdır, məktəblərdə, xüsusilə 
ali  məktəblərdə  tədris  olunur,  kitab,  jurnal  (və  indi  həmçinin 
internet)  vasitəsilə  yayılır,  yaddaşa  yazılır,  sonra  iş  yerlərində 
qazanılan təcrübə ilə daha da möhkəmləndirilir. Mənəvi dəyər-
lər və mədəni irsin sonrakı nəsilə ötürülməsində isə söz, səs və 
görüntü mühüm rol oynayır, bu prosesdə yazılı şəhadət və dərs-
lər sanki ikinci dərəcəli rol oynayır. Bu “şifahilik” ötürmə pro-
sesini zəiflədir, onu dayanıqlı etmir. 
Söhbət  gedir  ki,  biz  nə  etməliyik?  Vəziyyət  ümidsizdir-
mi? Görünür, nəsillərin varisliyi məsələlərində vəziyyət çox da 
ümidsiz deyil. Sadəcə, indi o, deyəsən, daha kəskin şəkil alıb. 

 
17 
 
 
 
Əvvəllər  bəlkə  bu,  bir  qədər  dözülən  dərəcədə  olub.  Xüsusilə 
də  Avropa  maarifçilik  dövründən  bugünə  qədər  nəsillərin  va-
risliyi  müzakirə  mövzusu  olub,  sanki  bəzi  nəzəriyyələr  (belə 
demək  mümkündürsə)  və  müqavimət  mexanizmləri  də  hazır-
lanıb. 
“İnsanı mənəviyyat tərbiyəsi və 
xarakter tərbiyəsi qoruya bilər” 
 
Bir nəslin dəyərləri tam şəkildə o biri nəsilə ötürülə bilər-
mi? Bu yanız dəyərlərin universal olduğu halda mümkün olar-
dı. Biri üçün, bir nəsil üçün yalan və ya doğru, xeyir və ya şər 
olanlar  o  biri  üçün,  yeni  nəsil  üçün  uyğun  olaraq  yalan  və  ya 
doğru, xeyir və ya şər olacaqmı? Cavab yəqin ki, mənfidir. Bü-
tün zamanlar üçün keçərli ola bilən əxlaq kodeksi yaratmaq ağ-
la batmır.  
Belə bir fikir müvcuddur ki, təhsilin iki məqsədi var: biri 
insanı savadlı etməkdir, digəri insanı yaxşı insan etməkdir. Yə-
ni insanı savadlı, bilikli etmək vacibdir, amma kifayət deyil, in-
sanlığı mənəviyyat tərbiyəsi və xarakter tərbiyəsi qoruya bilər. 
Amma təhsildə elə bil ki, bu ikinci məsələ get-gedə unudulub-
dur. İbtidai cəmiyyətdə xarakter tərbiyəsi əsas məsələ idi. Am-
ma sonra get-gedə təhsil almaq, bilik əldə etmək o qədər böyük 
sahəni  tutdu  ki,  xarakter  tərbiyə  etmək  vacib  hesab  olunmadı 

 
18 
 
 
 
və  o,  bir  növ  ortada  qalan  bir  işə  çevrildi.  Onunla  məktəb  də 
ciddi məşğul ola bilmədi, ailənin də gücü çatmadı (Əslində bu, 
ailənin əsas funksiyalarından biridir). Məsələnin bu şəkil alma-
sı hər halda mənəviyyat və xarakter tərbiyəsində də təhsilin ro-
lunu  göstərir.  Görəsən,  yaxşı,  güclü  təhsil  nəsillərin  varisliyi 
məsələsinə də öz töhfəsini verə bilərmi? Azərbaycan mütəfək-
kirləri  həmişə  bu  məsələyə  diqqətlə  yanaşıblar.  İndicə  Qərb-
Şərq və mənəviyyat məsələsinə toxunduq. C.Cabbarlı kimi ya-
radıcı  və  gözəl  insanlarımızın,  vətəndaşlarımızın  fikrincə, 
Qərbdən  professionallığı  götürmək  lazımdır,  mənəviyyatın 
kökləri  isə  Şərqdədir.  Bu  doğrudursa,  gərək  ikisini  qovuşdura 
bilək.  Bu,  həm  də:  “ziyalı  şəxs  məqsədə  yetmək  üçün  bütün 
yollara baş vura bilməz, mənəviyyatı unuda bilməz”, – demək-
dir. Mümkündür ki, bu cür ziyalı yanaşma ilə nəsillərin varisli-
yi yolundakı təhlükənin qarşısı nəzəri olaraq alına bilər.  
Amerika antropoloqu Margaret Meadin (Marqaret Mid) 3 
növ cəmiyyət haqqında fikirləri iki nəsil arasındakı tellərin zəif-
ləmə səbəbinin maraqlı şərhinə gətirib çıxarır. Dəyişmələrin çox 
yavaş, gözəçarpmadan baş verdiyi qədim cəmiyyətlərdə uşaqlar 
hər  şeyi  böyüklərdən  öyrənir  və  böyüklərin  dediklərini  qəbul 
edirdilər.  Burada  nəsillərarası  varislik  mərkəzdə  dayanır,  mər-
kəzi qüvvədir. Cəmiyyətin sonrakı inkişafı artıq tək böyüklərdən 
deyil,  öz  yaşıdlarından  öyrənməni  də  zəruri  edir.  Nəsillərarası 
varislikdə şübhə və müəyyən mübahisələr əmələ gəlir. Nəhayət, 
müasir rəqəmsal dövrdə böyüklər həmçinin kiçiklərdən öyrən-
məlidirlər. Nəsillər arasındakı fikir ayrılıqları çox artır... 
Hər  halda  mənəvi  miras  yox  olmayacaq.  Çünki  fərd  nə 
qədər öz azadlığını ortaya qoysa da, o, cəmiyyətin içindədir və 
cəmiyyətin digər üzvləri ilə münasibətdə – ailədə, işdə, küçədə 
və s. istər-istəməz xoş bir iz buraxmaq istəyir. Xoş təsir bağış-
lamaq sifəti də insanın təbiətinə xasdır. İnsan ondan ləzzət alır. 
Tolstoyun məşhur bir sözü var: “İnsanlar xeyirxahlığı, yaxşılığı 
əslində, dərindən baxsan, ona görə edirlər ki, onlar bu işi gör-
məkdən  həzz  alırlar”.  Qarşıdakına  yaxşılıq  edək,  qarşıdakının 

 
19 
 
 
 
vəziyyəti yaxşı olsun. Amma daxildə o da var ki, xeyirxaqlıq-
dan,  yaxşı  olmaqdan  insanın  özü  də  ləzzət  alır.  Yəni  burada 
özünü  sevmək  və  ya  özünə  hörmət  hissi  də  var.  Özünü  sev-
mək... Biz onda müxtəlif çalarlar görsək də, o, bir hərəkətverici 
qüvvədir. Yəni bir tərəfdə azadlıq və rəqabət, digər tərəfdə in-
sanlara yaxşılıq və sevgi durur. Sevməkdən və yaxşılıq etmək-
dən insanlar ləzzət alır. Bu, bizi ümidsiz olmağa qoymur.  
Bu,  çox  geniş  mövzudur,  fəlsəfi  dəyəri  olan  mövzudur. 
Əlbəttə, nəsillərin varisliyi məsələsinin pedaqoji, psixoloji, so-
sioloji, dini və s. aspektləri də var. 
Camal müəllimin müzakirə üçün bu məsələni təklif etmə-
si çox təbiidir. Ömür boyu fəlsəfə tarixi, düşüncə tarixi, etik və 
estetik  dəyərlərlə  məşğul  olmuş  professor  Camal  Mustafayevə 
nəsillərin  mənəvi  varisliyi  mövzusu  çox  yaxın  olub,  mövzu 
həm elmi-fəlsəfi, həm şəxsi həyat idealları baxımından ona çox 
doğmadır.  Bu  səbəblə  də  biz  Camal  müəllimi  məmnuniyyətlə 
dinləyəcəyik.  Mən,  sadəcə,  ehtiyat  edirdim  ki,  bu  məsələni 
yaxşı müzakirə edə biləcəyikmi? İştirakçılar bu mövzunu ciddi 
qəbul  edə  biləcəklərmi? İndi  isə  sevinirəm,  bugünkü  auditori-
yamız  yaxşı  mənada  çox  rəngarəngdir.  Həm  alimlər,  həm 
müəllimlər, həm də tələbələr bu mövzuya maraq göstəriblər.  
Buyurun Camal müəllim! 
 
 
“Cəmiyyətin inkişaf tarixi 
nəsillərin varisliyindən kənarda 
baş vermir” 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə