HEKSAXLORSĠKLOHEKSAN (HXSH)
DDT pestisid kimi istifadədən kənarlaşdırıldıqdan sonra, digər
xlorlu pestisid tətbiq edildi-heksaxlorsikloheksan C
6
H
6
Cl
6
. Bu pestisid
dünyada istifadəsinə görə yalnız DDT-dən geri qalmışdır. Onu
fotokimyəvi yolla benzolu xlorlaşdıraraq sintez edirlər
C
6
H
6
+3Cl
2
C
6
H
6
Cl
6
Reaksiya
zəncirvari
xarakterlidir.
Texniki
yolla
alınan
heksaxlorsikloheksan təmiz olmayaraq tərkibində digər izomerlər
hepta – və oktaxlorsikloheksan, həmçinin digər aralıq məhsullar da
olur. Preparatın bütün izomerləri üzvi həlledicilərdə – benzol, toluol,
ksilol, metil və etil spirtləri, xloroform, etilen xlorid, aseton, efirlər və
щу
127
s. yaxşı həll olurlar.
Bütün izomerlər sulfat, nitrat, xlorid turşularına qarşı davamlıdır.
İzomerlərdən
- izomer- lindanın tərkibində 99-100% heksaxlor-
sikloheksan olub, bitki zərərvericilərinə qarşı güclü preparat kimi
tətbiq edilir.
Bu qamma – izomer, kristallik maddə olub, 112,8
0
C-də əriyir, suda
həll olmur və xoşagəlməz iyə malikdir. Bu insektisid həm «kontakt»
həm də bağırsaq vasitəsilə təsirə malikdir. Toxumların kimyəvi üsulla
təmizlənməsində istifadə olunan HXSH, tərkibinə əlavə edilmiş
kimyəvi birləmələrə görə müxtəlif adlarda buraxılır: Heksaqamma -
HXSH və heksoxlorbenzol qarışığı; merkuran -
HXSH və
etilcivəxlorid qarışığı, fentiuram -
HXSH və mistrixlorfenolyat qarı-
şığı.
Heksaxlorsikloheksan insektisid xassəsindən başqa, bitkilərin
inkişafını sürətləndirən keyfiyyətə də malikdir.
Bioloji obyektlərdə HXSH təyin etmək üçün altı atom xlor metal
natrium vasitəsilə çıxarılır və yerdə qalan məhlul güclü qələvi
məhlulda metiletilketonla bənövşəyi qırmızı rəng verir.
Heksaxlorsikloheksanın toksiki təsiri müxtəlif olub dozasından və
obyektdən asılıdır. Gəmiricilər üçün LD
50
izomer üçün 200 mq/kq
təşkil edir. Bütün istiqanlı heyvanlar və o cümlədən insanlar üçün
təhlükəli zəhərdir. Zəhərlənmənin əlaməti baş ağrısı ilə başlayır, sinir
sistemini iflic vəziyətə salaraq ölümlə nəticələnir. İnsanlar üçün
öldürücü doza müəyyən edilməmişdir.
KARBAMĠN TURġUSUNUN TÖRƏMƏLƏRĠ
Geniş istifadə olunan pestisidlərdən biridə sevin olub karbamin
turşusundan – HO - C- NH
2
alınır. O,
- naftolla
||
O
metilkarbamin turşusundan alınır
О
Ъ
О
Н
Щ
ЪЩ
3
128
Sevin ağ rəngli kristal maddə olub 142
0
C-də əriyir, suda pis, üzvi
həlledicilərdə isə yaxşı həll olur. Adi şəraitdə oksidləşmir və suda öz
xassəsini saxlayır, lakin qələvi mühitdə hidrolizə uğrayaraq parçalanır
və öz təsirini itirir.
Sevin həşaratları və gəmiriciləri məhv etmək üçün işlədilir. Onu
təyin etmək üçün 2%-li civə 2-xlorid məhlulu ilə qarışdırıb saxlayırlar.
Rəngsiz kristalların alınması Sevinin olduğunu göstərir. Reaksiya çox
həssas olub 10 mkq sevin olduqda belə təyin edilə bilir.
Sevinin zəhərləyici təsiri onun xolinesteraza fermentinin ingibitoru
olmasına əsaslanır. Yəni onun sintezini məhdudlaşdırır və orqanizmin
müdafiə qabiliyyətini azaldır.
FOSFORLU PESTĠSĠDLƏR
Fosforlu üzvi birləşmələr pestisid kimi geniş istifadə edilir. Onlar
tiofosfat H
3
PO
3
S, ditiofosfat H
3
PO
2
S
2
və pirofosfat turşusunun H
4
P
2
O
7
efirləri olub ilk dəfə 1846-cı ildə Tenar tərəfindən sintez edilmişdir.
Praktiki əhəmiyyəti isə XX əsrin əvvəllərində müəyyən edilmişdir.
Fosforlu üzvi birləşmələr xalq təsərrüfatında pestisid kimi – insektisid,
akarisid- geniş istifadə olunur. Üstün cəhətlərindən biri insan və
heyvanlar üçün təhlükəsiz olmasıdır. Kənd təsərrüfatında fosforlu
pestisidlərin 80-a yaxın növləri tətbiq edilir.
Əsasən pambıq dənli bitkilər, tərəvəz, meyvə ağaclarının
zərərvericilərinə qarşı tətbiq edilir. Eyni zamanda evdə olan milçəklər,
ağcaqanadlar, ev quşları və ev heyvanlarının parazitləri üçün əlverişli
pestisiddir.
Onlardan metafos və tiofos geniş tətbiq edilməkdədir, bütün
istiqanlı heyvanlar və insanlar üçün güclü zəhər hesab olunur. İlk
növbədə tənəffüs yollarına təsir edir, mədə-bağırsaq sisteminin işini
pozaraq halsızlıq yaradır və yüksək dozada – LD
50
=800 mq/kq –
öldürücü təsir göstərir. Odur ki, onun daşınması, saxlanması və istifadə
qaydalarına ciddi əməl olunmalıdır. Torpaqda uzun müddət qalaraq
ekologiyanı korlayan pestisid hesab olunur.
129
Xlorofos ilk dəfə 1952-ci ildə sintez edilmişdir.
Cl
CH
3
O
P – OH + HC – C Cl
CH
3
O O Cl
O
CH
3
O
Cl
P – CH – C Cl
Cl
CH
3
O OH
Xlorofos rəngsiz kristallik maddə olub 82
0
C-də əriyir. Suda və üzvi
həlledicilərdə yaxşı həll olur.
CH
3
O
O H
Dixlorofos P Cl
CH
3
O O – C = C Cl
O, xlorofosun metabolizminin məhsulu olub ilk dəfə 1965-ci ildə
sintez edilmişdir. Dixlorofos rəngsiz məhlul olub, suda az (1%), üzvi
həlledicilərdə ilə yaxşı həll olur. Qaynaması 35
0
C-də başlayır və
120
0
C-yə qədər davam edir.
LD
50
gəmiricilər üçün 50-330 mq/kq, ev dovşanları üçün 50 mq/kq
təşkil edir.
Xlorofos və dixlorofos insan və istiqanlı heyvanlar üçün də çox
təhlükəlidir. Bu pestisidlər orqanizmdə xolinesteraza fermentinin
sintezini dayandıraraq, asetilxolinin torplanmasına səbəb olur və
ölümlə nəticələnir.
Heyvanlar bu preparatlarla zəhərləndikdə ağız suyunun ifrazı
çoxalır, gözlərindən su gəlir, tez-tez sidik ifraz edərək hərəkətləri
pozulur. Bir qədərdən sonra əsməyə başlayır və qan təzyiqi əvvəlcə
qalxır, sonra isə aşağı düşür. Zəhərlənmə 10-15 dəqiqə ərzində məlum
130
olur. Bu da xlorofos və dixlorofosun qana sürətlə keçməsilə
əlaqədardır.
İnsanlarda xlorofos və dixlorofosla zəhərlənmə 20-30 dəqiqədən
sonra aşkar edilir. Bu zaman kəskin baş ağrısı ilə ağız suyunun və
sidiyin ifrazı çoxalır, bronxial asma əlamətləri başlayaraq tənəffüs
çətinləşir. İnsan huşunu itirməyə başlayır və qan təzyiqinin sürətlə
aşağı düşməsi nəticəsində ürək fəaliyyəti dayanır.
Xlorofos və dixlorofos orqanizmdə metabolizm prosesinə uğra-
yaraq, dehidroxlorlaşma reaksiyası ilə müşayət olunan çevrilmənin son
məhsulu, qlükon turşusu olur.
Xlorofos qəbulundan 5 dəqiqə sonra o qana keçmiş olur. O, hey-
vanların ətində, südündə və yağında dəyişməz formada aşkar
edilmişdir.
Xlorofos orqanizmdə bir molekul HCl ayıraraq dixlorofosa çevrilir.
Bu isə fermentlərin təsirilə tezliklə hidrolizə uğrayır. Son məhsullar
uzun müddət (hətta 3 ay) orqanizmdə qala bilir. Odur ki, bu
pestisidlərdən istifadə edildikdə təhlükə sizlik texnikasına əməl
edilməlidir. İstehsal tullantıları isə çaylara və su hövzələrinə
axıdılmamalıdır. Suda və torpaqda dəyişikliyə uğramadan uzun
müddət qalır.
Sual və tapşırıqlar
1. Pestisidlər hansı kimyəvi maddələrə deyilir?
2. Kənd təsərrüfatında ən çox istifadə olunan pestisidləri göstərin.
3. Pestisidlər canlı orqanizmə necə və hansı yollarla daxil olurlar?
Onların törətdikləri xəstəlikləri göstərin.
4. İnsektisidlər hansı maddələrə deyilir? Onların əhəmiyyətini və
ziyanlı xassələrini göstərin.
5. Defolianlar hansı məqsədlər üçün istifadə olunur? Onlar canlı
aləmi necə çirkləndirirlər?
6. Halogenli pestisidləri göstərin və onların əsas cəhətlərini izah
edin.
7. Pestisidlərin və defoliantların zəhərlilik dərəcəsi necə
göstərilir?
____________________
131
132
TOKSĠKĠ METALLAR
Ətraf mühitin çirklənməsində və canlı orqanizmlər üçün təhlükə
mənbət olan maddələrdən biri də zəhərli elementlərdir. Bunlar 14
element olub onların toksiki xassələri şübhəsiz konsentrasiyadan çox
asılıdır:
Hg, Pb, Cd, As, Sb, Sn, Al, Be, Fe, Cu, Ba, Cr, Ti.
Bunlardan bəziləri aşağı qatılıqda normal həyat fəaliyyəti üçün
lazımlı elementlərdir. Odur ki, bəzi maddələrin əhəmiyyətli və zərərli
xassələrini müəyyən edən dəqiq sərhəd yoxdur.
Su hövzələrinin, atmosferin, torpağın, kənd təsərrüfatı bitkilərinin
və ərzaq məhsullarının toksiki metallarla çirklənməsi aşağıdakı yollarla
baş verir:
- sənaye müəssisələrinin tullantıları – xüsusən daş kömür,
metallurgiya və kimya zavodları;
- şəhər nəqliyyatının tullantıları – qurğuşun etilatlı benzinlərdən
istifadə edildikdə.
- konservləşdirmə zamanı qabların iç divarına keyfiyyətsiz örtük
çəkilməsi və keyfiyyətsiz lehimləmə zamanı;
- sənaye avadanlıqları ilə təmas nəticəsində – yeyinti sənayesində
çox az hallarda paslanmayan poladdan istifadə edilir;
- alüminium və qurğuşun folqalardan ərzaq məhsullarının
qablaşmasında istifadə olunduqda.
Ağır metallar Pb, Hg, Cd, Arsen, Stibium və s. hətta birləşmələr
halında orqanizmə daxil olduqda güclü zəhərlənmələr baş verir. Onlar,
qanda olan aminturşularla, fermentlərlə və vitaminlərlə kompleks
birləşmələr əmələ gətirərək onları «xidmət sahələrindən» çıxararaq
orqanizmin həyat fəaliyyətinə ciddi təsir göstərirlər.
Qurğuşun və onun birləşmələri məişətdə çox istifadə edilir. Qur-
ğuşun filizlərinin çıxarılması, akkumlyatorların istehsalı, qurğuşun
əridilməsi zavodları, belil və surik kimi rənglərin istehsalı zamanı
qurğuşun zəhərlənmələri baş verir.
Məişət qablarının emal qatları PbSiO
3
-dən ibarət olur. Kərpiç,
fosfor-fayans əşyaları, məişət qabları və s-nin üzünə keyfiyyətsiz emal
çəkildikdə mətbəx zəhərlənmələri baş verir.
Qurğuşun zəhərlənmələri içməli sudan (su qurğuşun trubadan
133
keçərsə), tütündən, ərzaq məhsullarının qurğuşun lövhəyə bükülməsi
zamanı və qurğuşun gübrələrindən də ola bilər.
Qurğuşun protoplazmatik zəhər olub əsasən sinir sisteminə, qana və
sümüklərə təsir edir. Qurğuşun və birləşmələri mədə şirəsində həll
olduğuna görə təhlükəlidir. Ölüm dozası qurğuşun birləşmələrindən
çox asılıdır. Uşaqlarda zəhərlənmə hadisəsi tez baş verir. Hətta
qurğuşun istehsalı ilə məşğul olmayan insanlar orta hesabla 0,5 mq
qurğuşun qəbul edir. Bu birləşmələr əsasən sümük toxumasında, qara
ciyərdə və böyrəklərdə toplanır. Qəbul edilmiş qurğuşun və onun
birləşmələrinin 10%-ə qədəri orqanizmdə uzun müddət qala bilir.
Qalan hissəsi mədə-bağırsaq yolu ilə kənar edilir.
Qurğuşun birləşmələrindən ekoloji təhlükəli olanı qurğuşun etilatdır
– Pb(C
2
H
5
)
4
; O, əsasən antidedanator kimi benzin yanacaqlarında
istifadə olunur. Qurğuşun etilat əlavə edilməklə Aİ-90, 92, 93, 95, 98
markalı benzin yanacağı istehsal edilir.
Barium
Barium və onun birləşmələri orqanizm üçün güclü zəhər hesab olunur.
Orqanizmə daxil olan barium aminturşularla birləşərək onların bioloji
rolunu aradan qaldırır və funksional pozğunluqlar yaradır.
Bariumun birləşmələri kənd təsərrüfatında (BaCl
2
, BaSiO
3
)
sənayedə şüşə və saxsı istehsalında geniş tətbiq edilir. BaSO
4
duzundan mədə-bağırsaq yollarının rentgen analizi zamanı kontrast
maddə kimi istifadə olunur. Odur ki, ətraf mühitin barium birləşmələri
ilə çirklənməsi qarşısı alınmaz prosesdir. Barium birləşmələrinin
filizlərdən alınması zamanı, zavod tullantılarını su hövzələrinə
axıtdıqda canlılar üçün təhlükə mənbəinə çevrilir.
Tədqiqat nəticəsində məlum olmuşdur ki, BaCO
3
-ın 0,8-0,9 qramı ürək
əzələlərinin paralicinə səbəb olaraq ölümlə nəticələnə bilir.
Tibbdə kontrast maddə kimi (adətən rentgen annalizində 100 qram
duzdan istifadə edilir) BaSO
4
-ın tərkibində BaCO
3
ola bilər ki, bu da
BaCO
3
-ın mədə şirəsində olan xlorid turşusunun təsirindən asanlıqla
reaksiyaya daxil olması ilə əlaqədardır.
Ba duzları ilə zəhərlənmə qan təzyiqinin dəyişməsi, mədə divarlarının
zədələnməsi nəticəsində qanaxma baş verməsi və qaraciyərdə funksional
134
pozğunluqların baş verməsi ilə xarakterizə olunur.
Manqan
Son illərdə manqanın birləşmələri xalq təsərrüfatında geniş tətbiq
edilməkdədir. Manqan elementinin orqanizmdə mikroelement kimi
əhəmiyyəti ilə yanaşı, onun çox miqdarı güclü zəhər olub hüceyrənin
protoplazmasını dağıdaraq ağır təsadlar əmələ gətirir.
Manqan birləşmələri mərkəzi sinir sisteminin, böyrəklərin, ağ ciyər
və qan-damar sisteminin fəaliyyətinə güclü təsir göstərir.
Manqan birləşmələri şüşə istehsalında (rəngli şüşələrin alınması),
metallurgiyada (ərintilərin alınması), tekstil sənayesində (parçalar
üzərində rəngli naxışların və şəkillərin alınması), məişət qablarına
emal örtüklərin çəkilməsində istifadə olunur.
Kalium permanqanat duzundan isə tibbdə istifadə olunur. Onun
istifadəsi
zamanı tətbiq dozasına əməl olunmadıqda güclü
zəhərlənmələr baş verir. Ölüm dozası 15-20 qram olaraq
müəyyənləşdirilmişdir.
Kalium permanqanat güclü oksidləşdirici olduğundan mədə-
bağırsaq qişasını dağıdaraq qanaxmaya səbəb olur.
Orqanizmdə manqan qaraciyərdə və böyrəklərdə birləşmələr şək-
lində toplanır. Orqanizmdə 1,8 milliqram manqan element şəklində
vardır. Bu miqdar çox olduqda mənfi təsir göstərməyə başlayır. Belə
ki, qanın hemoqlobinində dəmirin antoqonistinə çevrilərək qan
dövranının normal funksiyasını pozur.
Manqan filizlərindən MnO
2
alınarkən texnoloji prosesə düzgün
əməl olunmadıqda manqan birləşmələri toz halında atmosferə yayılır.
Bu cür hava ilə tənəffüs etdikdə mərkəzi sinir sisteminin pozulması
halları müşahidə edilir.
Manqan birləşmələrinin havada miqdarı 0,0003 mq/l-dən çox
olmamalıdır. SSRİ zamanında Bakıda MnO
2
istehsal olunurdu. Bu
zaman ekologiyanın çirklənməsi labüd proses olaraq qalırdı.
Xrom
Xrom birləşmələri xalq təsərrüfatında geniş istifadə edilir. Dəmiri
135
korroziyadan qorumaq üçün üzərinə Xrom təbəqəsi çökdürülür. Dəri-
gön məmulatlarının aşınlanması və rənglənməsi zamanı xrom
birləşmələrindən istifadə olunur. Əvvəllər xrom birləşmələrindən
(xromat və bixromatlar) kənd təsərrüfatında insektsid kimi istifadə olu-
nurdu. Qüvvətli zəhər hesab edildiyindən onların tətbiqi da-
yandırılmışdır.
Buna baxmayaraq xrom birləşmələrinin istehsalı, xromlu məişət
əşyalarının hazırlanması zamanı tullantıların su hövzələrinə axıdılması
baş verir ki, bu da ekologiyanın korlanması ilə müşahidə olunur.
Mis
Misin birləşmələri sənayedə və kənd təsərrüfatında geniş tətbiq
edilməkdədir.
Parçaların
rənglənməsində,
inşaat
rənglərinin
alınmasında mis birləşmələrindən – CuO, CuCl
2
, Cu(NO
3
)
2
, CuCO
3
Cu(OH)
2
malaxitdən geniş istifadə olunur. CuSO
4
-duzandan
qalvanoplastikada, yazı rənglərinin hazırlanmasında, ağac mate-
riallarının uzun müddət çürüməsinin qarşısını almaq üçün hopdurucu
maddə kimi istifadə olunur.
Bir sıra birləşmələri zəhərli olduğundan kənd təsərrüfatında
insektofunksid kimi tətbiq edilir. CuO, CuCl
2
, Cu(OCl
2
)
2
, CuCO
3
Cu
(OH)
2
CuSO
4
-ın
10
qramı insanların ölümlə nəticələnən
zəhərlənməsinə səbəb olur.
Mis atomları zəhərli olduğundan məişət qablarında xörək
bişirilərkən mütəmadi zəhərlənmə hadisələri baş verirdi. Bunun
qarşısını almaq üçün mis qabları qalay örtüklə örtməyə başladılar.
Mis birləşmələri sintez olunan zavodlarda zəhərlənmə hadisələri
çox olur. məs. insektofunksid kimi tətbiq edilən paris yaşılı –
Cu(CH
3
COO)
2
3Cu(AsO
2
)
2
və şeele yaşılı – Cu
2
As
2
O
5
çox zəhərli
olduğundan (1-1,5 qramı ölümlə nəticələnə bilər) onun istifadəsi və
saxlanması zamanı təhlükəsizlik texnikasına əməl olunmadıqda ekoloji
çirklənmələr baş verir. Suda asan həll olunduğundan su hövzələrində
toplanaraq təhlükə yaradır. Torpaqda isə uzun müddət qalaraq bitkilər
vasitəsilə insanlara keçə bilir ki, bu da kannserogen (xərçəng şişləri
əmələ gətirən maddələr –kanserogen adlanırlar) xassəyə malik olur.
Mis və onun birləşmələri paxlalı bitkilərin toxumlarında və qara
136
ciyərdə toplanırlar.
Stibium-sürmə
Stibiumun
birləşmələri
xalq
təsərrüfatında
geniş
tətbiq
edilməkdədir. Stibium - kalium tartarat SbO (C
4
H
4
O
6
) K
0,5H
2
O,
Sb
2
O
3
, Sb
2
O
5
, Sb
2
S
5
-qabların üzərinə emal təbəqəsi çəkmək üçün, şüşə
istehsalında, toxuculuq sənayesində, oda davamlı parçaların, rezinin
istehsalında istifadə olunur.
Stibium birləşmələri tibbdə və kosmetikada geniş tətbiq edilir.
Surmin,
stibenil,
neostibazon,
solyusurmin
kimi
dərman
preparatlarında stibium birləşmələri əsas tərkib hissəni təşkil edir.
Stibium birləşmələri böyük dozada istifadə edildikdə zəhərlənmə
hadisələri baş verir. Belə ki, SbO (C
4
H
4
O
6
) K
0,5H
2
O-nun 150
milliqramı ölüm dozası hesab olunur.
Qədimdə
qadınlar
stibiumdan
qaşların
və
kirpiklərin
rənglənməsində istifadə edirdilər. Sürmə-stibium türk sözü olub
onların birləşmələrinin tətbiqi zamanı meydana gəlmişdir.
Stibiumun
birləşmələri
orqanizmdə
uzun
müddət qalaraq
qaraciyərdə və böyrəklərdə toplanır ki, bu da patoloji xəstəliklər
törədir.
Odur ki, stibium birləşmələrinin istehsalı və tətbiqi zamanı
ekologiya çirklənir. Zavod tullantıları atmosferə və yer qabığına
yayılaraq uzun müddət dəyişmir.
Arsen
Arsenin birləşmələri qədim zamanlardan indiyə qədər farmasevtlərin,
toksikoloqların və kimyaçıların diqqətini cəlb etməkdədir.
Arsen birləşmələri çox zəhərli olduğundan insanların qisas məqsədi
ilə istifadə silahına çevrilmişdir. Ən qorxulu cəhət odur ki, bu zəhərlər
iysiz olub şirintəhər dada malikdir. Arsenin zəhərli birləşmələri çox az
miqdarda istifadə edilirdi ki, bu da uzun müddətli təsir göstərərək
ölümün sirinin açılmamasına səbəb olurdu. Arsenin qeyri-üzvi
birləşmələrinin 0,05-0,1 qramı ölüm dozası hesab olunur. Odur ki, az
miqdarından cinayət məqsədi ilə istifadə edilmiş və edilməkdədir.
137
Arsenin birləşmələrindən hazırda da xalq təsərrüfatında geniş tətbiq
edilir.
As
2
O
3
-dən kənd təsərrüfatında insektisid və konservant kimi,
şüşələrin rəngsizləşdirilməsində, gön-dəri sənayesində və tibbdə
istifadə olunur.
Natrium arsenatdan – Na
3
AsO
3
kənd təsərrüfatında insektisid kimi,
kalsium
arsenitdən
Ca(AsO
2
)
2
çəyirtkələr, ağcaqanadlar və
gəmiricilərlə mübarizədə istifadə olunur.
Kalsium arsenatlar [Ca
3
(AsO
4
)
2
CaHAsO
4
] insektisid kimi hazırda
da tətbiq edilməkdədir. Arsenin tibbi preparatları-Fauler məhlulu,
natrium arsenat, miarsenol, novarsenol, osarsol və başqaları toksikoloji
əhəmiyyətə malikdir.
Arsenin hidrogenli birləşməsi – AsH
3
qaz halında olub çox
zəhərlidir. Sənaye obyektlərində və məişətdə arsen hidridlə zəhərlənmə
halları tez-tez baş verir.
Orqanizmə daxil olan arsen fermentlərin – SH qrupları ilə birləşərək
onların fosforlu birləşmələrin çevrilmələrindəki rolunu aradan qaldırır.
Digər tərəfdən toxumalara daxil olan arsen onları iflic vəziyyətə
salaraq məhv edir.
Arsenlə zəhərlənmə zamanı ağızda metal tamı əmələ gəlir, kəskin
mədə ağrılar ilə müşahidə olunan mədə bağırsaq işləmələri, susuzluq
və qusma hadisələri özünü göstərir.
Orqanizmə daxil olan arsen sidik və mədə-bağırsaq möhtəviyatı ilə
xaric olunur. Toxumalarda isə uzun müddət qala bilir. Qara ciyərdə
toplanaraq toxumaları məhv edir və orqanın funksiyasını pozaraq
serroz baş verir.
Arsenlə zəhərlənmə hadisəsi bir neçə ildən sonra da müəyyən edilir.
Çünki sümükdə, dırnaqlarda və saç tükündə arsen dəyişmədən uzun
müddət qala bilir.
Arsenli birləşmələrin sintezi zamanı onun müəyyən miqdarı toz
halında atmosferə, məhlul halında yer qabığına yayılır ki, bu da ekoloji
çirklənmə törədir.
Arsen təbii halda yer qabığında birləşmələr şəklində geniş yayılmış
elementlər sırasına daxildir. Torpaqda, suda, bitki və heyvan mənşəli
yeyinti məhsullarında eləcə də kal meyvə və tərəvəzlərdə xeyli miqdar
arsenli birləşmələr toplana bilir.
138
İnsanlar tərəfindən arsenin gündəlik qəbul dozası 1 milliqrama
qədər olur ki, bu da normal hal sayılır. Bu zaman zəhərlənmə hadisəsi
baş vermir.
Bismut
Bismut metal və birləşmələr halında xalq təsərrüfatında geniş tətbiq
edilir. Metal bismut aşağı temperaturda əriyən ərintilərin alınmasında
istifadə edilir. Bismut birləşmələrindən fotoqrafiyada, kosmetik
preparatların hazırlanmasında, tibbdə [BiOCL; Bi(NO
3
)
3
5H
2
O;
Bi(NO
3
)
3
Bi (OH)
3
] istifadə olunur. Bismut oksiddən – Bi
2
O
3
billur
şüşə istehsalında istifadə olunur.
Bismutun suda həll olan duzlarından tibbdə dəri-zöhrəvi
xəstəliklərində indi də istifadə olunur. Onların tətbiqi zamanı
orqanizmdən və tətbiq dozasından asılı olaraq zəhərlənmə hadisələri
baş verə bilər.
Bismut birləşmələri ilə zəhərlənmə zamanı sinir sisteminin
pozğunluqları müşahidə olunur. Orqanizmə təbii yolla daxil olan
bismut birləşmələri mədə şirəsində olan birləşmələrlə, süd turşusu və
başqa üzvi maddələrlə asan həll olan kompleks duzlar əmələ gətirərək
asanlıqla qana sorula bilir.
Bismut birləşmələri orqanizmdə uzun müddət qala bilir. Tər vəzləri
ilə xaric olunan bismut birləşmələri dəridə səpişiklər və yaralar əmələ
gətirmək xassəsinə malikdir.
Kadmium
Kadmium və birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilir. Tez
əriyən ərintilərin, qələvi akkumlyatorlarında elektrodların, kadmium
lampalarının, mətbəə şriflərinin hazırlanmasında kadmium metalından
istifadə olunur.
Kadmium metalı əridilərkən çox zəhərlidir. Onun oksidi daha
zəhərli olub mədə turşusunda (HCl) həll olaraq xlorid şəklində qana
tez keçir.
Kadmiumdan məişət qablarının üzərinə örtük çəkilir. Həmin
qablarda turş yeməklər hazırladıqda kadmiumla zəhərlənmələr baş
verir.
139
Həzm sisteminə düşən kadmium birləşmələri böyrəklərin
fəaliyyətinə təsir edərək onların tez sıradan çıxmasına səbəb olur.
Eləcə də qaraciyərin və ürəyin piylənməsinə, bağırsaq qanaxmalarına
şərait yaradır.
Kadmium birləşmələri tütündə daha çox olur. Odur ki, siqaret çəkən
zaman kadmium oksid tüstü ilə birlikdə tənəffüs yollarına, oradan da
qana keçərək böyrəklərdə və qara çiyərdə toplanır.
Kadmiumun ölüm dozası insanlar üçün müəyyən edilməmişdir.
Lakin, onun havada miqdarı 0,0001-0,001 mq/m
3
miqdarında ola bilər.
Oksidinin aerozulu atmosferdə 2500-2900 mq/m
3
olduqda ölüm dozası
hesab olunur.
Orqanizmdən kadmium çox gec xaric olur. Ağır metal kimi amin,
karboksil və merkapta qruplu zülallarla həll olmayan birləşmələr əmələ
gətirərək toxumalarda toplanır. Kadmium mikroelement kimi bir sıra
bitkilərin tərkibində olmasına baxmayaraq, onların qəbulu zamanı
zəhərlənmə hadisələri baş vermir.
1955-ci ildə Yaponiyada kadmium birləşmələrinin əmələ gətirdiyi
xəstəlik müşahidə edilmiş və buna «itai-itai» adı verilmişdir. Əksərən
yaşlı qadınlarda əmələ gələn bu xəstəliyin baş vermə səbəbləri təhlil
edildikdə məlum olmuşdur ki, orta Yaponiyanın İtsu çayı sahilində
istismar olunan sink mədənlərindən suya kadmium birləşmələri
keçərək suvarılan düyü plantasiyalarında məhsula daxil olur və belə
düyü ilə qidalanan insanlarda, kadmium sümükdə olan kalsiumu əvəz
edərək, sümüklərin elastikliyini azaldır və sümüklərin azacıq təzyiqdən
belə qırılmasına səbəb olur.
Digər tərəfdən orqanizmə daxil olan kadmium sink metalını onun
fermentlərində əvəz edərək fermentlərin funksiyasını pozur. Nəticədə
proteinuriya (sidikdə zülalın miqdarının artması) baş verir.
Kadmium və birləşmələri sintez edilən zavodlarda kadmiumla
zəhərlənmələr tez-tez baş verir. Odur ki, təhlükəsizlik texnikasına əməl
olunmalı və zavod tullantıları atmosferə və su hövzələrinə
yayılmamalıdır.
Sink
Sinkin bir sıra birləşmələri sənayedə, kənd təsərrüfatında, məişətdə
140
və tibbdə geniş istifadə edilir.
Onun suda həll olan duzları çox zəhərlidir. Sink xloriddən dəmiryol
şpallarının çürüməsinin qarşısını almaq üçün hopdurucu maddə kimi
istifadə edilir. Lehimləmə prosesində də sink xloriddən istifadə edilir.
Sink fosfiddən – Zn
3
P
2
gəmiriciləri məhv etmək üçün, sink sulfatdan
isə parçaların rənglənməsi zamanı istifadə olunur.
Odur ki, sink birləşmələri ekoloji çirklənmə yarada bilir. Dəmir
əşyaları korroziyadan qorumaq üçün üzəri sink təbəqəsi ilə örtülür.
Sinklənmiş məişət qablarında yemək bişirilərkən sink birləşmələri ilə
zəhərlənmə hadisələri baş verir.
Sinkin az miqdarı mikroelement kimi orqanizm üçün vacib
elementlərdən olub, onun çatışmaması zamanı xərçəng xəstəliyi əmələ
gəlir. Çox miqdarı isə güclü zəhər olub mədəaltı vəzdə toplanaraq
onun fəaliyyətini məhdudlaşdıraraq hormonların sintezini dayandırır.
Sink duzları ilə zəhərlənmə zamanı güclü qusma hadisəsi baş verir
ki, bu da müdafiə refleksi olaraq sinkin orqanizmdən xaric olmasını
təmin edir.
Sink filizlərinin çıxarılması, latun və bürünc istehsalı ilə məşğul
olan fəhlələrdə tez-tez zəhərlənmə hadisəsinə rast gəlinir. Bu zaman
bədən temperaturası 39-40
0
C qalxa bilir.
Sink birləşmələri sintez edilən zavod tullantıları təbiətə yayıldıqda
ekoloji çirklənmə yaradır.
Tallium
Tallium birləşmələri şüşə sənayesində, elektrik lampalarının
hazırlanmasında kənd təsərrüfatı ziyanvericiləri, əsasən gəmiricilərlə
mübarizədə, funqsid məqsədilə geniş tətbiq edilir.
Tallium duzlarından az miqdarda tibbdə tüklərin tökülməsi zamanı
istifadə edilir. Talliumun bütün birləşmələri çox zəhərli olub, ilk
növbədə tüklərin tökülməsi ilə müşahidə olunur. Zəhərlənmə zamanı
həzm sisteminin funksiyası pozulur, böyrəklər və qara çiyər zədələnir
və sinir sisteminin iflici baş verir.
Tallium sulfatın ölüm dozası 0,1-0,2 qram miqdarında müəyyən
edilmişdir. Talliumun mikroelement kimi orqanizmdə rolu müəyyən
edilməmişdir. Odur ki, təbbi şəkildə onun birləşmələrinə orqanizmdə
141
rast gəlinmir.
Tallium birləşmələrinin istehsalı və tətbiqi zamanı texnoloji
proseslər düzgün aparılmadıqda ekoloji çirklənmələr müşahidə edilir.
Civə
Civə sərbəst metal halında və birləşmələr şəklində xalq
təsərrüfatında geniş tətbiq edilməkdədir. Civədən lüminesens
lampaların, ölçü-nəzarət cihazlarının, civə nasoslarının və
düzləndiricilərin istehsalında istifadə olunur. Xlorun elektroliz üsulu
ilə alınmasında, qızıl və gümüşün filizlərindən ayrılmasında, kimyəvi
qabların kalibirləşməsində civə metalından istifadə olunur.
Civənin birləşmələrindən civə nitrat, civə sulfid, civə amidoxlor,
sulema, civə yodid, civə oksisianid və civənin üzvi birləşmələri tibbdə
və başqa sahələrdə geniş tətbiq edilir.
Odur ki, insanların civə və civə birləşmələri ilə təması qaçılmaz
olub, onunla zəhərlənmə hadisələri tez-tez baş verir. Metal civə adi
şəraitdə tez buxarlandığından civə termometrləri sınarkən onun
buxarları tənəffüs yolu ilə orqanizmə daxil ola bilir. Bu zaman sinir
sistemini və ilk növbədə baş beyin yarımkürələrini zədələyir.
Civə 2-xlorid sulema ilə zəhərlənmə zamanı aminturşularda gedən
reaksiyalar zamanı həll olmayan birləşmələr əmələ gəlir. Sulemanın
ölüm dozası 0,2-0,3 qram olub müalicəsi mümkün olmayan hadisələr
törədir.
Orqanizmdən civə birləşmələri çətin ixrac olur və əsasən böyrəkdə,
qaraciyərdə və dalaqda toplanır. Onun təbii yolla orqanizmə daxil
olması da mümkün olub 0,0001 mq təşkil edir.
Sual və tapşırıqlar
1. Toksiki elementlər hansılardır? Onlar ətraf mühitə necə
yayılırlar?
2. Toksiki metalların təsir mexanizmini izah edin.
3. Qurğuşun, civə və kadmiumun toksiki xassələrini göstərin.
4. Ətraf mühitin çirklənməsində ağır metalların rolunu göstərin.
5. Məişətdə ən çox yayılmış ağır metallarla zəhərlənmənin qarşısı
142
hansı yollarla alına bilər?
____________________
Dostları ilə paylaş: |