Elmi biliklər üst-üstə yığılarkən bəzən


ƏMƏLİ BİLİK, ELM, TEXNOLOGİYA



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə40/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

ƏMƏLİ BİLİK, ELM, TEXNOLOGİYA 

 

 

 

 

 

Zehni biliklərdən elməəməli biliklərdən 



texnologiyaya tarixi keçid 

 

 

Elmi-texniki biliyin və elmi-texniki fəaliyyətin 



mahiyyəti 

 

 

Elm, texnologiya və iqtisadiyyat  



 

 

Sivilizasiya və texniki-iqtisadi inkişaf



 

 

 



 

 

 

 

 

Elmsiz praktikaya aludə olan adam gəmini 

sükansız və kompassız idarə etmək istəyən kapitana 

bənzər; o hara üzdüyünü özü də bilməz. 

 Leonardo da Vinçi  

 

 

Bəzən biz, bir tərəfdən, maraqlardan kənarda 

elmlə, digər tərəfdən, elmi cəhətdən  əsas-

landırılmamış maraqlarla rastlaşırıq. 

 

Hegel 

 

 

 

 



 

 

 

 

 

Zehni biliklərdən elmə,  

əməli biliklərdən texnologiyaya tarixi keçid 

 

 

Bilik məqsəd deyil, vasitədir. 

Lev Tolstoy 

 

Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum olan iki əsas bilik 



növünə müvafiq olaraq hələ insanın  əmələ  gəldiyi ilk dövrlərdə  də iki 

müxtəlif bilik növü: koqnitiv və əməli biliklər mövcud olmuşdur. Birinci-

lərin  əsasında canlı seyr, ikincilərin  əsasında maddi fəaliyyət – praktika 

dayanmışdır. 

Zehni biliklər insan-təbiət qarşılıqlı münasibətində ikincinin birinci-

yə təsirini əks etdirir və təbiəti, dünyanı dərk etmək, «niyə», «hansı səbəb-

dən» suallarına cavab vermək təşəbbüsündən irəli gəlir. Bu proses tarixən 

seyrlə başlansa da, dünyaya fəal, dəyişdirici münasibətin nəticələrini də id-

rak süzgəcindən keçirməklə daha intensiv xarakter alır. Təbiətin ilkin təsir-

ləri ilə yanaşı insanın fəal müdaxiləsinə olan əks təsirlər də informasiya 

mənbəyinə çevrilir. 

İnsanın məqsədəuyğun dəyişdiricilik fəaliyyəti isə bilavasitə bu fəa-

liyyətə xidmət edən, «necə», «hansı yolla» suallarına cavab verən biliklərə 

tələbat yaradır. Mücərrəd təfəkkürün və nitqin formalaşması sayəsində 

sinkretik  əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması baş 

verir və  əməli biliklər müstəqillik kəsb edir. (Bu gün bir qayda olaraq, 

biliklər əməli vərdişlərə çevrildiyi halda, tarixən əksinə olmuşdur). 

Seyr özü insanla yaşıd olsa da, insanın təbiətə passiv, seyrçi mü-

nasibətindən törəyən, təməlində inikas prosesi dayanan koqnitiv biliklər 

nisbətən sonra yaranmışdır. Belə ki, ilk dövrlərdə  məntiqi təfəkkür hələ 

formalaşmadığından, seyr heç də biliklərə yox, yalnız təsəvvürlərə gətirib 

çıxarmışdır. L.Levi-Bryulun yazdığı kimi, məntiqəqədərki (пралогичес-



Elm haqqında elm 

 

 

 

528



кое) və mistik təfəkkür dövründə anlayış  və biliklər  əvəzinə yalnız 

«kollektiv təsəvvürlər» olmuşdur.

7

1

 



Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm də onun əsasın-

da dayanan əməli biliklər isə, lap əvvəldən realistik xarakter daşımış, hər 

cür mistikadan uzaq olmuşdur. Maddi istehsal prosesi sayəsində insanın 

özünü təbiətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qarşı qoy-

duğu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nisbi müstəqil bir tərəf 

kimi onunla əkslik təşkil etdiyi bir vaxtda iki müxtəlif bilik növü bir-birin-

dən getdikcə daha aydın, fərqlənsə də, onların arasında müəyyən qarşılıqlı 

əlaqə  və  vəhdət yaranmışdır. Ona görə  də, bu bilik növlərini fərqləndir-

mək və tarixi baxımdan müqayisə etmək çətindir. 

Bununla belə, tarixən məhz  əməli biliklərin ilkin olması, koqnitiv 

biliklərin isə mifoloji təsəvvürlərlə, «məntiqəqədərki təfəkkürlə» əməli bi-

liklərin birləşməsindən, yəni nisbətən sonra yaranması fikri xeyli dərin 

əsasa malikdir.  

Tədqiqatçılardan P.P.Qaydenko da bu konsepsiyaya yaxın mövqedə 

durur. Lakin P.P.Qaydenko elmə qədərki bilik formalarını da «elm» anla-

yışı ilə ifadə etdiyindən onun mövqeyi ziddiyyətlidir. F.Engelsə görə, nə-

inki qədim dövrlərdə, hətta intibah dövrünə qədər, daha sərt meyarlar qo-

yulduqda isə, XVIII əsrə qədər hələ elm olmamışdır. XVIII əsrdə «idrakın 

sonsuz xaotik məlumatları qaydaya salındı, saf-çürük edildi və səbəbiyyət 

əlaqəsinə gətirildi; bilik elm oldu və elmlər öz tamamlanmasına yaxınlaş-

dılar, başqa sözlə, bir tərəfdən fəlsəfə ilə, o biri tərəfdən də praktika ilə qo-

vuşdular. XVIII əsrə qədər heç bir elm yox idi, təbiətin dərk olunması yal-

nız XVIII əsrdə, yaxud bəzi sahələrdə bir neçə il əvvəl özünün elmi for-

masını almışdır».

7

2

 P.P.Qaydenko isə elmi ilk biliklərin genezisi dövrünə 



də aid edir və elm ilə din arasındakı əksliyin ilkin tarixi dövrlərə aid olma-

dığını göstərməyə çalışır. Onun mövqeyinə görə, elmlə dini şüurun əksliyi 

din alimlərə azad tədqiqat aparmaqda mane olduğu dövrlərdə (XVIII əsrə 

qədər) aiddir. Elmin «əvvəlki inkişaf mərhələlərində belə əkslik olmamış-

dır. Tarixən elmi bilik mifoloji, dini və bədii şüur formaları ilə çox müx-

təlif, bəzən hətta gözlənilməz münasibətlərdə olmuşdur. Məsələn, riyazi 

                                                 

1

 Л.Леви-Брюль. Первобытное мышление. М., 1930, с. 302-308.  



2

 F.Engels. İngiltərənin vəziyyəti. On səkkizinci əsr // К.Маркс и Ф.Энгельс. Соч., т. I, 

с. 599. 


 

Əməli bilik, elm, texnologiya 

 

 

 

529



 

tədqiqatların praktik-tətbiqi sferadan hələ dünyanın dini-mistik qavrayışın-

dan ayrılmamış sferaya doğru yerini dəyişməsi riyaziyyatın nəzəri elmə 

çevrilməsi üçün tarixi amil olmuşdur».

7

1

 Əlbəttə, bilavasitə insanların əmə-



li fəaliyyəti, ictimai istehsal prosesi ilə bağlı biliklərin həqiqətə daha yaxın 

olması şübhə doğurmur. 

Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi inkişafın ye-

ganə mənbəyidir. Əsasən mifoloji və mistik xarakter daşıyan başqa mən-

şəli biliklər isə bilavasitə maddi istehsal prosesindən hasil olan əməli bi-

liklər tərəfindən sıxışdırılıb çıxarılmışdır. 

Lakin tədqiqat göstərir ki, elmi biliklər heç də yalnız induktiv me-

todla  əldə edilməmişdir.  İnsanların maddi fəaliyyəti ilə bilavasitə bağlı 

olan və çox vaxt ondan ayrılmayan, ayrıla bilməyən, müstəqilləşməyən, 

ideal mövcudluq statusu kəsb etməyən əməli biliklər nəinki elmi biliklərin 

yeganə mənbəyi deyil, hətta çox vaxt onunla əks qütb təşkil edir. Elmi bi-

liklərin əsasında ilkin koqnitiv biliklər dayandığı halda, əməli biliklər nis-

bi müstəqilliyini indiyə  qədər saxlamaqla müasir texnoloji biliklərin əsa-

sında dayanır. Ona görə, müasir dövrdə elm ilə texnologiya arasındakı 

münasibətin mənşəyi də koqnitiv və  əməli biliklərin dialektikasında 

axtarılmalıdır. 

Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-təbiət münasibət-

lərinin inkişaf yolu ilə üst-üstə düşür. Maddi fəaliyyətin, insanın təbiətlə 

münasibətinin xarakteri dəyişdikcə, onun şüur tərzi və malik olduğu bilik-

lərin xarakteri də dəyişmiş olur. C.Bernal ovçuluqdan əkinçiliyə keçidi bu 

baxımdan təhlil edərək belə qənaətə gəlir ki, əmək məhz əkinçiliyə keçid 

sayəsində mümkün olur. Doğrudan da, ovçuluq mərhələsində  məqsədlə 

fəaliyyət hələ vəhdət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliy-

yət və onun nəticəsi arasında vasitələndirici mərhələlər, xüsusi keçid pro-

sesi hələ yox idi. Lakin burada C.Bernal belə bir cəhəti qeyd etməyi unu-

dur ki, ovçuluğun əkinçiliyə nəzərən belə spesifik cəhəti, struktur fərqi ov-

çuluğun yalnız ilk mərhələlərinə aiddir. İnsanın sonrakı inkişafı sayəsində 

ov üçün qabaqcadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və 

nəticənin artıq bir-birindən ayrıldığını, məqsədlə əməli nəticənin vasitələn-

diyini göstərir və bu şüurlu, məqsədəuyğun fəaliyyət mənasında əmək ov-

                                                 

1

 П.П.  Гайденко.  Эволюция  понятия  науки.  Становление  и  развитие  первых 



научных программ. М., 1980, с. 29. 

Elm haqqında elm 

 

 

 

530



çuluq sahəsinə  də aiddir. Əsas məsələ «mədəniyyətin yaratdığı istehsal 

alətlərinə» əsaslanan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiymət-

ləndirilməsidir. Bu iki mərhələ arasındakı  fərq yalnız  əmək sahələrinin 

fərqləndirilməsindən ibarət olmayıb, daha prinsipial xarakter daşıyır və fi-

ziki və zehni əmək bölgüsünün əsasında dayanır. Bu məsələdə K.Marks və 

F.Engels daha dəqiq bir təsnifat aparmağa çalışıblar: «Birinci halda adi 

sağlam düşüncə kifayətdir, fiziki və əqli fəaliyyət hələ bir-birindən qətiy-

yən ayrılmamışdır; ikinci halda isə fiziki və əqli əmək arasında əməli su-

rətdə bölgü əmələ gəlmişdir».

7

1



  

Əkinçilik gözlənilən məhsulun alınması üçün bir sıra aralıq fəaliyyət 

formalarının icrasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkinçiliklə de-

yil, maldarlıqla müqayisəsi daha əyanidir. Heyvanı hazır  şəkildə ovlayıb 

yemək (xüsusən bişirmədən yemək; çünki oddan istifadə aralıq mərhələlər 

zəncirində daha bir halqadır və vasitələndirici fəaliyyətə aiddir) üçün onu 

bəsləyib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək va-

cib deyil. Lakin əgər insanlar sonradan gərək olacaqları üçün heyvanları 

əhliləşdirir və  bəsləyib-böyüdürlərsə, bu artıq vasitələndirici prosesdir və 

ilkin koqnitiv və əməli biliklərə əsaslanmadan, kortəbii olaraq həyata keçi-

rilə bilməz. Bu çoxpilləli fəaliyyətin müvəffəqiyyətlə icra edilməsi üçün 

maddi fəaliyyətdən ayrılmamış əməli biliklərlə yanaşı, məqsədəuyğun su-

rətdə idarə edilməli olan hadisələr haqqında obyektiv məlumat – koqnitiv 

biliklər zəruri şərtdir. Bu biliklər, yuxarıda artıq göstərdiyimiz kimi, seyrlə 

başlayır. C.Bernal yazırdı: «...Bu vaxt artıq heyvan və bitki həyatının bü-

tün tarixi müşahidə predmetinə çevrilmişdir. Yalnız heyvanı necə tutmağı, 

yaxud bitkini necə yığmağı deyil, həm də onların necə çoxaldığını və bö-

yüdüyünü də bilmək zəruri idi».

7

2

 



Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əlaqələndirici vasitə, 

süni alətlər və bu alətlərdən istifadə vərdişləri ilk texniki nümunələr idi və 

onların tarixi sivilizasiyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: 

«Mədəniyyət, hər  şeydən  əvvəl, tarixən yaranmış  təbiətə  insani münasi-



bətdir».

7

3



 Bu fikri dəqiqləşdirərək demək olar ki, mədəniyyət insanın 

özünü təbiətdən ayırmasından və ya təbiətə vasitəli münasibətindən 

                                                 

1

 K.Marks və F. Engels. Seçilmiş əsərləri: üç cilddə, I cild, Bakı, Azərnəşr, 1978. s. 45-46.  



2

 Дж.Бернал. Наука в истории общества, с. 61-62.  

3

 В.М.Межуев. Культура в истории. М., 1977, с. 107. 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

531



 

başlanır. Bilavasitə  əldə,  əlin hərəkətlərində maddiləşən  şüur zaman 

keçdikcə, fəaliyyət çoxpilləli quruluş  kəsb etdikcə, vasitələndirici 

mərhələlərdə maddiləşməyə başlamışdır. Bu vasitə isə  məhz  texnikadır. 

Deməli, texnika tarixən elmdən  əvvəldir və sivilizasiyanın təməli məhz 

texnika ilə qoyulmuşdur. 

Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mənşəyini əmək alətlə-

ri, texnika ilə bağlamaq yalnız müasir nəzəri təhlilin gəldiyi qənaət deyil. 

Qədim adamlar özləri də texnikanın onların həyatında oynadığı mühüm 

dəyişdirici rolu görmüş, özlərini vəhşilərdən yalnız texnikaya malik ol-

maqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan «Enki və kai-

nat»


7

1

 adlı şumer poemasında «allah Enki əsas etibarilə toxanı, kərpic üçün 



formanı – qəlibi ixtira edən, evləri, pəyəni, arxacı tikən və cütçü kimi, bir 

sözlə  şumer dünyasını ibtidai icma dünyasından fərqləndirən «texniki» 

nailiyyətlərin yaradıcısı kimi göstərilmişdir».

7

2



 Lakin şübhəsiz ki, qədim 

adamların özləri haqdakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhə-

miyyətlidir, nəzəri təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz. 

Keçmişin məlumatları müasir məntiqin imkanları mövqeyindən təhlil 

edilməlidir. 

Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən görü-

nür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı münasibəti 

(məhz qarşılıqlı münasibəti, çünki texnika həm də təbiətin insana təsirinə, 

başqa sözlə insanın təbiətdən informasiya almasına xidmət edir; məsələn, 

gözlük, mikroskop, teleskop, lokator, rentgen qurğusu və s.) vasitələndir-

məklə yanaşı, nitqlə birlikdə həm də biliklərin maddiləşməsi və ötürülmə-

sinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox 

əməli şəkildə nümayiş etdirilirdi. Anlayışlar hələ kifayət qədər təkmilləş-

mədiyindən, əməli biliklər isə fəaliyyətdən tam ayrılmadığından ilk dövr-

lərdə biliyin başqalarına əyani nümunə ilə ötürülməsi sözlə ötürülməsindən 

asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifadəsi üçün zəruri idi. 

Ona görə texnikanın inkişafı ilə müqayisədə  məhz elmin inkişafında sö-

zün, dilin rolu böyük olmuşdur. 

                                                 

1

 Bax: С.Н.Крамер. История начинается в Шумере. М., 1965, с. 116-dan sonra. 



2

 И.П.Вейнберг. Человек в культуре древнего Ближнего Востока. М., 1986, с. 23-

24. 


Elm haqqında elm 

 

 

 

532



Göründüyü kimi, elmi-texniki tərəqqinin genezisi problemi elm və 

texnikanın genezisi ilə sıx əlaqədardır. 

Bundan başqa, elmi-texniki tərəqqinin daxili strukturunu aydın  şə-

kildə təsəvvür edə bilmək üçün, elmi-texniki inqilabın mahiyyətini müəy-

yənləşdirmək üçün əvvəlcə elm və texnikanın nisbi müstəqil tarixi inkişaf 

yolunu öyrənmək tələb olunur. Bu cür tələbat təkcə baxılan sahə üçün yox, 

ümumiyyətlə istənilən ictimai hadisə üçün zəruridir. Doğrudan da, ayrılıq-

da elm və texnikanın ilkin formalaşma dövründən başlayaraq keçdikləri ta-

rixi mərhələlər məlum olmadan «elm-texnika» sisteminin müasir dövrdəki 

strukturunu müəyyən etmək çətindir. 

Elm və texnika min illərdən bəri dönmədən inkişaf edir və bu in-

kişafın sürəti getdikcə daha da artır. Vaxtilə insanın nağıllarda vəsfi etdiyi, 

möcüzə saydığı hadisələri elm artıq həqiqətə çevirmişdir. Bəs bu gün insan 

elmdən daha nələr gözləyir? Elmi-texniki tərəqqinin son həddi yoxdurmu? 

Və ya o heç olmazsa nəfəsini dərmək üçün dayanmırmı? Dayanıb keçdiyi 

yolu tənqidi təhlil süzgəcindən keçirmirsə, özünü dərk etməyə  təşəbbüs 

göstərmirsə, onun gələcəyinə nə dərəcədə nikbin münasibət bəsləmək olar? 

Hər bir dövrdə insanın texniki tələbatı elmi-texniki tərəqqinin möv-

cud inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq  əldə 

olunmuş nailiyyətlər zirvəsindən daha aydın görünür. İnsan bu zirvədən 

elmi-texniki tərəqqinin bütün sahələrinə nəzər salaraq onu öz mənafeyinə, 

yaxud ictimai mənafeyə uyğun olaraq planlı surətdə idarə etməyə çalışır. 

Elmi-texniki tərəqqinin düzgün planlaşdırılması heç də elmi potensi-

alın bütün sahələrdə bərabər nisbətdə paylanmasını nəzərdə tutmur. Müasir 

dövrdə iqtisadi və sosial tərəqqinin tələbləri baxımından daha aktual və 

daha səmərəli olan tədqiqat sahələrinin ön plana çəkilməsi elmi potensialın 

daha çox dərəcədə məhz həmin sahələrdə cəmlənməsini tələb edir. 

Baxmayaraq ki, müasir dövrdə elm nisbi müstəqil inkişaf imkanı əl-

də etmişdir, istehsalatın real tələbləri bu gün də elmin inkişafına ciddi təsir 

göstərir və bu təsirin plana uyğun surətdə tənzim edilməsi elmi idarəetmə 

qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzifənin uğurlu həlli üçün 

həm iqtisadiyyatın, həm də elmin inkişaf perspektivlərini qabaqcadan 

düzgün müəyyənləşdirmək tələb olunur. Ən yaxın gələcəkdə  və nisbətən 

sonrakı dövrdə hansı elm sahələrinin iqtisadiyyat üçün daha böyük əhə-

miyyət kəsb edəcəyini təyin etmək və planlaşdırma zamanı bunu nəzərə al-

maq heç də asan məsələ deyil. 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

533



 

Müasir dövrdə ölkəmizdə neft-kimya sənayesinin, elektron-hesabla-

ma maşınları  və mikroprosessor texnikasının inkişafına üstünlük verilir. 

Bu sahələrin intensiv inkişafı isə öz növbəsində fundamental elmləri mü-

vafiq aspektlərini intensiv inkişafını nəzərdə tutur. Üstün istiqamətlərin se-

çilməsində başlıca çətinlik bundan ibarətdir ki, son dövrlərdə elm istehsa-

lata nəzərən qabaqlayıcı rol oynadığından, iqtisadi və texniki tərəqqi 

proqnozlaşdırılarkən elmin perspektiv imkanları  əvvəlcədən nəzərə alın-

malıdır. Elm isə yaradıcı sahə olduğundan burada tam dəqiq proqnoz və 

konkret planlaşdırma mümkün deyil. Lakin elmin yaxın gələcəkdə nə kimi 

praktik tətbiq imkanlarına malik olacağı fundamental elmlərin bugünkü re-

al vəziyyəti və inkişaf meylləri  əsasında müəyyənləşdirilə bilər. Belə ki, 

fundamental elmi yeniliklərdən praktik tətbiqə  qədər olan bütün 

mərhələlərin keçilməsi bəzən bir neçə illik müddəti əhatə edir. 

Fundamental elmlər tətbiqi elmlərin proqnozu üçün açar olsa da, 

onun özünün proqnozlaşdırılması xeyli dərəcədə  çətindir. Buna görə  də, 

fundamental elmlərin proqnozu dedikdə, mümkün olan ayrı-ayrı konkret 

elmi nailiyyətlərin qabaqcadan xəbər verilməsi deyil, onun inkişafında 

hansı istiqamətlərin daha perspektivli olacağının müəyyənləşdirilməsi 

nəzərdə tutulur. 

Beləliklə, istər fundamental, istərsə  də  tətbiqi elmlərin inkişafında 

üstün tədqiqat istiqamətləri, bir tərəfdən, sosial-iqtisadi tələbatın nəzərə 

alınması, digər tərəfdən də, elmin özünün proqnozlaşdırılması əsasında se-

çilir. Üstün istiqamətlər düzgün müəyyənləşdirildikdən sonra elmi potensi-

al operativ surətdə həmin sahələrə yönəldilir. İstər elmi-tədqiqat ləvazima-

tı, istərsə də elmi işçi kadrları daha çox dərəcədə məhz bu sahələrdə cəm-

ləşdirilir. 

Keçmişdə də elmi və əməli fəaliyyətin müəyyən üstün istiqamətləri 

var idi. Lakin zaman getdikcə bu istiqamətlər dəyişir. Əvvəllər alim və sə-

nətkarların, ixtiraçıların diqqət mərkəzində duran məsələlər bu gün arxa 

plana keçir. 

Əməli fəaliyyət elmdən asılı olmadan, müstəqil surətdə inkişaf et-

diyi vaxtlarda onun bir sıra sahələri elə yetkinlik dərəcəsinə çatmışdı  və 

burada insanlar elə xüsusi biliklərə, vərdişlərə yiyələnmişdi ki, onlar bu 

gün də əhəmiyyətli ola bilərdi. O dövrdə praktik biliklərin və əməli vərdiş-

lərin yüksək dərəcədə inkişafı koqnitiv biliklərin məhdudluğuna baxma-

yaraq, mükəmməl qurğular yaratmağa imkan verirdi. 


Elm haqqında elm 

 

 

 

534



Qədim Misir ehramlarından tapılmış  və b.e.ə. IV-III minilliyə aid 

olan bir fiqur, mütəxəssislərin fikrincə, bütün incəlikləri ilə müasir 

təyyarənin modelini xatırladır. Burada bütün fiziki xassələr və  həndəsi 

nisbətlər olduqca dəqiq nəzərə alınmışdır. 

Ələddinin sehrli çırağı ilə assosiasiya yaradan başqa bir qədim 

tapıntı qalvanik elementin, yaxud kondensatorun qədim Babil sənət-

karlarına bəlli olduğunu göstərir. Hətta belə ehtimal olunur ki, lampanı 

yaxşı-yaxşı sürtdükdən sonra hasil olan cin, o vaxtın adamlarını  dəhşətə 

gətirən və lampa sahibinin qüdrətinə dəlalət edən elektrik boşalması imiş. 

Bu gün kukla teatrında çox vaxt əlin köməyindən istifadə edildiyi 

halda, yunanlar hələ eramızdan əvvəl avtomat teatr düzəldə bilmişdilər. İs-

gəndəriyyəli Heronun təsvirinə görə, kimsənin kənar müdaxiləsi olmadan 

mexaniki qurğu qədim yunan qəhrəmanlarının döyüş səhnələrini və hərə-

kətlərini ifa edir, barabanları səsləndirirdi. O dövrün ixtiraçıları tərəfindən 

düzəldilən və Heronun təsvir etdiyi qurğulardan biri – buxarın təsiri ilə fır-

lanan kürəvi cisim müasir buxar turbinini xatırladır. Məşəl yandırılarkən 

məbədin qapılarının açılması, ilk su avtomatları və Platonun dostu Tarentli 

Arxitasın ağacdan düzəltdiyi uçan göyərçin isə qədim dövrdə avtomatika-

nın yüksək inkişaf səviyyəsindən xəbər verir. 

XVI-XVII əsrlərdə yaylı və kəfgirli saatların ixtira olunması sonra-

lar android adlandırılan mexaniki adam-avtomatların düzəldilməsinə bö-

yük təkan verdi. XVI əsrdə İspaniya imperatoru V Karlın sarayında xidmət 

edən Tariano qədim yunanların nailiyyətini təkrar edərək avtomat əsgər-

lərin döyüş  səhnəsini nümayiş etdirirdi. Deyilənə görə, XVII əsrdə Yeni 

Dövrün böyük filosofu R.Dekart Fransina adlı mexaniki qadın düzəltmiş-

di.


7

1

 XVIII əsrdə fransız ixtiraçısı Cak de Vakanson avtomat-eşşəyin idarə 



etdiyi toxucu dəzgahı qurmuşdu. Onun düzəltdiyi android-çoban isə fleyta-

da on iki hava çala bilirmiş. 

Belə misalları çox çəkmək olar. Lakin belə bir sual ortaya çıxır ki, 

müasir mühəndislər həmin nailiyyətləri təkrar edə bilərlərmi? Bunun ehti-

malı çox azdır. Bugünkü robotlar, əlbəttə, bilavasitə istehsal sahəsində fay-

dalı əməklə məşğul olmaqla demonstrativ xarakterli əyləncə-androidlərdən 

üstündür. Lakin bizcə, mühəndis təxəyyülünün təkrarlanmazlığı  və incə 

strukturu baxımından sələflərin istedadı daha çox təqdirəlayiqdir. 

                                                 

1

 ВБусленко. Наш коллега – робот. М., 1984, с. 21. 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

535



 

Sonrakı tarixi dövrlərdə elmin inkişafı sayəsində texniki yaradıcılıq 

üçün yeni-yeni imkanlar açıldığından və yeni keyfiyyətli təbii-elmi prin-

siplər əsasında işləyən texniki qurğular yaradıldığından keçmiş texniki nai-

liyyətlərin sirləri tədricən unudulmuşdur. (Unudulmuş texnologiyalar içəri-

sində təbii dərmanların hazırlanması üsullarını və xalq təbabətinin sirlərini 

xüsusi qeyd etmək lazımdır). 

Elmi biliklər texnologiyaya getdikcə daha çox nüfuz etdiyindən 

texniki tərəqqi elmdən asılı vəziyyətə düşür. Hər bir yeni elmi nailiyyətin 

geniş miqyaslı tətbiqi ilə əlaqədar olaraq texnika yeni keyfiyyət halına ke-

çir və əvvəlki texnologiya, praktik biliklər və əməli vərdişlər əhəmiyyətini 

itirir. Praktik biliklərin nisbi müstəqil inkişafı tez-tez kəsilməklə diskret 

xarakter alır. O daha vahid və bütöv bir proses kimi davam edə bilmir. Va-

rislik itdiyindən yeni nəsil  əvvəlki nəslin ixtiraçılıq məharətinə yiyələnə 

bilmir. Halbuki bilik və  sənətkarlığın yeni nəslə ötürülməsi mədəni 

tərəqqisinin ən mühüm şərtlərindən biridir. 

Əgər keçmişdə  məhdud zehni biliklər  əsasında bəzən o dövrün 

ümumi inkişaf səviyyəsi baxımından ağlasığmaz görünən unikal ixtiralar 

edilirdisə, müasir texniki nailiyyətlər elmin bugünkü inkişaf səviyyəsində 

açılmış böyük imkanlar müqabilində heç də həmişə heyrətamiz görünmür. 

Əksinə, mühəndis işi, ixtiraçılıq fəaliyyəti elmlə müqayisədə geri qalır. 

Səbəbi isə odur ki, elm hələ XVII-XVIII əsrlərdən başlayaraq vahid sosial 

və qnoseoloji sistem kimi formalaşdığı  və daxili tamlığa malik bütöv, 

müntəzəm prosesə çevrildiyi halda, nə texnologiya, nə də elmi-texniki fəa-

liyyət hələ sosial institut kimi formalaşmamışdır. Ona görə də, elmi-texniki 

tərəqqinin perspektivi ən çox bu sahədəki təşkilati işin səmərəsi ilə bağ-

lıdır. Nə qədər ki, elmi-texniki fəaliyyət hələ nisbi müstəqillik statusu kəsb 

etməyəndə, elm ilə istehsalat arasındakı  əlaqə  də nizamlı  və müntəzəm 

xarakter daşıya bilmir. 

Elmi-texniki tərəqqi müəyyən tarixi şəraitdə, ictimai tərəqqinin 

qanunauyğun nəticəsi kimi meydana çıxır və bundan sonra elmi və texniki 

tərəqqi ilə yanaşı elmi-texniki tərəqqidən də danışmaq lazım gəlir. 

Müasir sistem-struktur təhlil metodunun və «bütövlük» haqdakı təli-

min əsas məziyyətlərindən biri budur ki, «nisbi müstəqil» anlayışının qey-

ri-müəyyənliyini aradan qaldırmağa imkan verir. Məsələ burasındadır ki, 

«nisbi müstəqillik» anlayışı istənilən iki əlaqədar tərəf arasındakı müna-

sibətə aid edilə bilər və buna görə də, müəyyən bir hadisənin nisbi müstə-


Elm haqqında elm 

 

 

 

536



qilliyi hələ onun daxili tamlığına dəlalət etmir. «Daxili tamlıq» şəraiti isə 

sistemli yanaşmanın mümkünlüyü üçün əsas şərtdir. 

Elm və texnika öz inkişafının ilk mərhələsində tam müstəqil olmasa-

lar da, ayrıca sistemlər kimi mövcud olmuşlar. Onlar müasir dövrdə də öz 

nisbi müstəqilliklərini saxlamaqda davam edirlər. Bundan başqa, elm və 

texnika arasında qarşılıqlı  əlaqə  əvvəllər də mövcud olmuşdur və «nisbi-

lik» şərtini zəruri edən səbəblərdən biri də məhz belə əlaqənin olmasıdır. 

Bu baxımdan yanaşdıqda yeni «elm-texnika» sisteminin formalaşması haq-

qında heç bir ciddi elmi qənaətə gəlmək mümkün deyil. Yeni nisbi müstə-

qil sistemin – «elm-texnika» sisteminin əmələ gəlməsi yalnız əlaqə ünsür-

ləri çoxluğunun tədricən müəyyən daxili tamlıq əldə etməsi ilə izah oluna 

bilər. 


Elm və texnikanın bütöv sistem kimi keçdiyi tarixi mərhələlərin, 

həmçinin bu sistemlərin daxili strukturunun öyrənilməsi onların sosial 

mahiyyətini də müəyyənləşdirməyə imkan verir ki, bu da elmi-texniki 

tərəqqinin bir ictimai hadisə kimi tədqiq oluna bilməsi üçün əsas şərtdir. 

Elm və texnikanın bir sistem kimi formalaşması prosesi hələ lap 

başlanğıcdan insanın və  cəmiyyətin yaranması prosesi ilə bütöv bir tam 

təşkil edir. Elm ictimai tərəqqinin, ümumi tarixi inkişafın məntiqi nəticəsi, 

mənəvi məhsuludur. Eləcə də texnika. Təkcə bir fərqlə ki, texnika ictimai 

tərəqqinin mənəvi məhsulu olmaqla bərabər, həm də maddi məhsuludur. 

Texnika primitiv şəkildə  də olsa, ilk insan qruplaşmaları zamanın-

dan, birinin düzəltdiyi  əmək vasitələrindən, digərlərinin də istifadə etdiyi 

vaxtdan meydana gəlmişdir. Belə vasitələrin düzəldilməsi də müəyyən 

zəruri ictimai tələbin ödənilməsi – minimal sərvət bolluğunun yaranması 

halında mümkün olmuşdur. S.Lilli yazır: «Yalnız öz əkin işlərinin öhdəsin-

dən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək 

üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənətkar-

lardan müasir əmək alətləri alırdılar».

7

1



 İnsanlarda şüurluluq və ictimailəş-

mənin zəif inkişaf etdiyi dövrlərdə – sabahkı  həyata inam hissinin azlığı 

şəraitində əsas məqsəd gündəlik yem tədarükü görməkdən, öz başına çarə 

qılmaqdan ibarət olub. Ona görə  də, yalnız öz maddi ehtiyacını kifayət 

qədər ödəmiş olan adamlar başqa işlə məşğul olmaq üçün sərbəst vaxt əldə 

edə bilərdi... Belə bir dövrdə elm və texnikanı sosial sistem kimi qəbul 

                                                 

1

 С.Лилли. Люди, машины и история. M., 1970, s. 21 



 

Əməli bilik, elm, texnologiya 

 

 

 

537



 

etmək mümkündürmü? Əsla yox. Əvvəla, ona görə ki, həmin dövrdə spesi-

fik əmək bölgüsü yox idi; yəni texniki vasitələrin hazırlanması ilə məşğul 

olan adamlar hələ əkinçilikdən tamamilə ayrıla bilməzdilər, zira bu halda 

onların şəxsi həyatı şübhə altına düşə bilərdi. İkincisi, müxtəlif ərazilərdəki 

insan qrupları arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə 

olunan texniki vasitələr başqa yerlərə ötürülə bilmirdi və s. Bütövlükdə 

cəmiyyət miqyasına uyğun gələn, daxili tamlığa malik olan vahid texnika 

sistemi hələ formalaşmamışdı. Texnikanın istehsal prosesinin ayrılmaz 

tərkib hissəsi və özünəməxsus daxili tamlığa malik olan bir tərəf kimi 

formalaşması yalnız kapitalizmin inkişafı sayəsində mümkün olmuşdur və 

eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir. 

Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə təsadüf 

edir. Nə zaman ki, informasiyanın ötürülməsi vasitələrinin inkişaf səviy-

yəsi elmi nailiyyətlərin bütün cəmiyyət miqyasında yayılmasına imkan 

vermişdir, nə zaman ki, elmi yaradıcılıqla istehsalın qoyduğu tələblər 

arasında müntəzəm qarşılıqlı əlaqə yaranmışdır, o vaxtdan başlayaraq elm 

də qlobal miqyas kəsb etmiş, bir sosial sistem kimi formalaşmışdır. 

Elə xassələr vardır ki, onlar baxılan tərəfə heç də həmişə xas olma-

yıb, onun inkişafının yalnız müəyyən mərhələsində  təzahür edir. Elmi 

inkişafın təcilli xarakteri də yalnız elm qlobal, ümumictimai sistem kimi 

formalaşmağa başlayarkən təzahür etmişdir. Ümumiyyətlə müasir dövrdə 

elm və elmi inkişaf hadisəsi üçün səciyyəvi olan xassələrin  əksəriyyəti 

elmin daxili tamlıq və qloballıq kəsb etməsi sayəsində əmələ gəlmişdir. 

Elm bir sosial sistem kimi yalnız XVI əsrdən, vahid qnoseoloji sis-

tem kimi isə yalnız XVIII əsrdən formalaşmış olsa da, o hələ lap başlan-

ğıcdan ictimai münasibətlər sferası ilə  qırılmaz surətdə bağlı olmuş  və 

qnoseoloji funksiya daşımışdır. Belə ki, hər hansı elmi fəaliyyətin müm-

künlüyü əvvəlcə elmi işçinin maddi cəhətdən təmin olunmasını tələb edirdi 

ki, bu da həmin dövrdə elmi yaradıcılığın mövcud iqtisadi münasibətlərdən 

asılı olduğunu göstərir. Məsələn, məlum olduğu kimi yalnız köləlik əkinçi-

liklə sənaye arasında böyük miqyasda əmək bölgüsünü mümkün etdi, belə-

liklə  də  qədim dünya mədəniyyətinin – yunan mədəniyyətinin tərəqqisi 

üçün şərait yaratdı. 

Elmin bütün cəmiyyət miqyasında vahid qnoseoloji sistem kimi 

formalaşması da, onun texnikaya tətbiqinin müntəzəm xarakter alması da 

məhz elmin sistem statusu kəsb etməsi sayəsində mümkün olmuşdur. 


Elm haqqında elm 

 

 

 

538



 

 

 



 

 

Elmi-texniki biliyin 



və elmi-texniki fəaliyyətin mahiyyəti

 

Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin