Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə1/40
tarix22.05.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   40


 
 
 
 


 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
BİOLOGİYA
 
SALEH MƏHƏRRƏMOV 
AMEA-nın müxbir üzvü 
Naxçıvan Dövlət Universiteti 
salehmaharramov@mail.ru 
UOT: 619;616.995 
QOZ YARPAQLARININ ANTİHELMİNT TƏSİRİ 
Açar sözlər: qoz yarpağı, antihelmint təsir, strongilyatlar, bişirmə, helmintoovoskopiya 
Key words: walnut leaves, antihelmintic effect, strongilatus, brew, helmintoovoscopy 
Ключевые  слова:  листья  орех,  антигельминтное  действие,  стронгиляты,  отвар, 
гельминтоовоскопия.  
Təsir spektrinə görə qurdəleyhi preparatlar 2 qrupa bölünür. 
1.
 
Bağırsaq helmintozlarının müalicəsində  tətbiq edilən preparatlar. 2.  Digər orqanlarda 
lokalizasiya edən helmintlərə qarşı istifadə edilən dərman maddələri [9].
 
Praktikada helmintəleyhi vasitə kimi əsasən kimyəvi mənşəlli preparatlar istifadə edilir.  
Qurd  əleyhi  preparatların  seçici  təsiri  nisbidir.  Bəzi  antihelmintlər  müxtəlif  siniflərdən  olan 
helmintlərə təsir göstərir. 
Bağırsaq  helmintozlarının  müalicəsində  qurdəleyhi  preparatların  bağırsaqda  yüksək 
konsentrasiyasını  yaratmaq  vacib  şərtdir.  Buna  görə  də  müalicədən  əvvəl  həzm  traktında 
möhtəviyyatın az olması əsas amillərdən biridir. Müalicədən 2-3 gün əvvəl xəstə heyvan asan həzm 
olunan  yemlərlə  yemləndirilməli,  nəhayət  yem  rasionu  kəskin  məhdudlaşdırılmalı  və  helmintlərin 
bağırsaqlardan qovulmasını asanlaşdırmaq, eyni zamanda antihelmint preparatın bağırsaqda qalma 
müddətini qısaltmaq üçün işlədici dərman verilməlidir. 
Qurdəleyhi  preparatlar  az  dozada  helmintin  ölümünə  səbəb  olmur,  onların  yumurta  istehsalını 
zəiflədirlər. Bu isə helmintoovoskopiki müayinələrdə antihelmint preparatın səmərəliliyini təyin etməyə 
imkan  vermir.  Antihelmint  preparatların  təsir  mexanizmləri  müxtəlifdir.  Bəziləri  qurdun  kutikulasını 
dağıdır, başqaları narkotik təsir edir, digərləri onların hərəki fəallığını, əzələlərin tonusunu dəyişdirir. Təsir 
mexanizmlərinə görə helmintəleyhi preparatlar aşağıdakı qruplara bölünür:  
1.  Qurdların  sinir-əzələ  sistemlərinin  funksiyasını  pozan  preparatlar.  2.  Helmintlərdə 
energetik prosesləri blokada edən dərmanlar. 3. Helmintlərin örtüyünü dağıdanlar [10]. 
Helmintlərlə  mübarizədə  istifadə  edilən  kimyəvi  mənşəlli  antihelmint  preparatların 
orqanizmə müsbət təsiri ilə yanaşı, zəif də olsa həyati vacib orqanların funksiyasına mənfi təsirləri 
də  qeydə  alınır.  Xüsusən  də  onların  ixracı  zəif  olduqda  parenximatoz  orqanların  fəaliyyətində 
pozulmalar  müşahidə  edilir.  Digər  tərəfdən  kimyəvi  maddələrin  sintezi  zamanı  ətraf  mühitin 
çirklənməsi insan orqanizmi üçün  təhlükə yaradır. 
Bitkilərin  antihelmint  təsirlərinin  araşdırılması  istiqamətində  son  illərdə  aparılan  tədqiqat 
işlərində  yovşanın,  üzərliyin,  qalxanəyin,  dirçəyin,  yoncanın,  biyanın,  əvəliyin,  dəvətikanının, 
çaşırın, acılığın, sarımsağın və b. yüksək səviyyədə helmintosid səmərə göstərdiyi müəyyənləşib  
[1, s. 5-22; 2, s. 6-11; 3, s. 3-5; 4, s. 175-179; 5, s. 85-88; 8, s. 64-68]. 
Bitkilərin  vegetativ  orqanlarının  təbii  olaraq  heyvanlar  tərəfindən  yeyilən  və  yeyilməyən 
növləri  arasında  antihelmint  təsirə  malik  olanlarının  müəyyənləşdirilməsi  üçün  ilk  növbədə 
ədəbiyyat məlumatlarına əsasən onların tərkibi araşdırılmalıdır. Seçilmiş bitkilərin antihelmint təsiri 
ilkin  olaraq orqanizmdən kənarda  - in  vitro şəraitində öyrənilir, sonra  yüksək təsirə malik  olanlar 
müxtəlif formalarda heyvanlara verilir.  


 
Bitkilərdə fəal təsiredici maddələrin çiçəkləmə və meyvələrin yetişmə fazasında maksimuma 
çatdığını nəzərə alaraq həmin mərhələlərdə topladığımız vegetativ orqanlardan bişirmə hazırlayıb in 
vitro şəraitində helmintlərə təsirini öyrənirdik. Antihelmint təsirini öyrəndiyimiz qoz yarpaqlarından 
bişirməni ümumi üsullar prinsipi əsasında hazırladıq [6; 11, s. 6-16; 12, s. 8-12].  
Ədəbiyyat  məlumatına  əsasən  qoz  ağacının  (Iuglans  regia  L.)  [13,  s.  540]  yarpaqları 
helmintosid  təsirə  malikdir.  Onun  yarpaqlarını  heyvanlar  çox  az  dərəcədə  yeyir.  Bitkinin 
yarpaqlarında L-hidroyuqlon, β-hidroqlükon, flavanoidlər; hiperozid (0,2%), 3-arabinozid kversetin, 
3 arabinozid kempferol; askorbin turşusu (4-5%), aşı maddələr (3-4%), karotin (0,33 mq%), C, B
1  
və P 
vitaminləri  aşkar  edilib.  Yaşıl  yarpaqlar  fitonsid  təsirə  malik  olduğundan  ibtidai  parazitləri  12-13 
dəqiqəyə  məhv  edir.  Onun  qızılı  stafilokokklara,  paratif  bakteriyalarına,  dizenteriya  çöplərinə, 
hemolitik streptokokklara təsir göstərməsi də müəyyən edilib. Tədqiqatlar onun tərkibinin uçucu və 
uçucu olmayan fraksiyalarının da antimikrob təsir etdiyini göstərir [7, s 285-286].  
Hazırladığımız bişirmələrin in vitro şəraitində antihelmint təsirini müəyyənləşdirmək üçün təzə 
kəsilmiş heyvanların həzm sistemindən götürdüyümüz 20-30 ədəd helminti fizioloji məhlulda yuduqdan 
sonra preparat olan qaba qoyub müşahidə aparırdıq. Nəzarət üçün həmin növ helmitlərdən eyni sayda 
fizioloji məhlul olan kasaya qoyub təcrübə qrupunda olduğu kimi nəzarət aparırdıq.  
Tədqiqatlarda  qoyunların  şirdanından  götürülmüş  hemonxuslara,  bağırsaqlardan 
topladığımız  həzm  sistemi  strongilyatları  və  trixosefalyuslara  qozun  meyvələrin  yetişmə 
mərhələsində topladığımız yarpaqlarından hazırlanmış bişirmənin antihelmint təsirini öyrəndik. 
Həzm  sistemindən  götürdüyümüz  helmintləri  bişirmə  olan  Petri  kasasına  daxil  etdikdə 
hemonxusların  2  saat  15  dəqiqəyə,  strongilyatların  1  saat  55  dəqiqəyə,  trixosefalyusların  isə  33 
saata  hərəkətsizləşdiyini  müşahidə  etdik.  Həmin  helmintləri  fizioloji  məhlul  olan  Petri  kasasına 
keçirdikdə ölmədikləri sübut olunduğundan  yenidən preparat olan kasalara qoyub nəzarət  edirdik. 
Helmintlərin  ölümü  nisbətən  gec  başlayaraq,  hemonxuslarda  4  saat  20  dəqiqə,  strongilyatlarda  4 
saat 40 dəqiqə, trixosefalyuslarda isə 36 saata başa çatmışdır. Nəzarət  kasalarında isə helmintlərin 
ölümü 32-36 saata olmuşdur. 
Preparatın  strongilyatlarla  yoluxmuş  heyvanlar  üzərində  antihelmint  təsirini  araşdırmaq 
üçün  hər  birində  5  baş  olmaqla  3  qrup  heyvan  götürdük.  Qrupdakı  heyvanlar  yaşına,  çəkisinə  və 
əvvəlcədən  aparılan  müayinələrə  əsasən  yoluxma  dərəcəsinə  görə  bir-birinə  yaxın  idilər.  I  qrup 
heyvanların hər birinə 2 gün 50 ml, II qrupa isə 100 ml bişirmə verdik. III qrup heyvanlar isə adi 
şəraitdə saxlanılmaqla nəzarət qruppası idi.  
Bişirmə  verildikdən  3  gün  sonra  təcrübədə  olan  bütün  qrup  heyvanlardan  yenidən  3  dəfə 
səhər  tezdən  kal  götürüb  helmintoovoskopiya  edərək  preparatın  antihelmint  səmərəliliyini 
müəyyənləşdirdik. Qozun yaşıl yarpaqlarından hazırladığımız bişirmədən strongilyatlarla yoluxmuş 
heyvanların hər birinə 50 ml 2 gün verdikdə onun antihelmint səmərəliliyi 34,1%, 100 ml verilən 
qrupda  isə  56,7%-ə  çatdı.  Birinci  qrupda  məhlul  verilməmişdən  əvvəl  heyvanlarda  751,4  ədəd, 
ikinci  qrupda  isə  648,6  ədəd,  məhlul  verildikdən  sonra  isə  müvafiq  olaraq  495,5  və  280,8  ədəd 
strongilyat  yumurtası  sayılmışdır.  Aparılan  kliniki  müayinələr    qoz  yarpaqlarının  təcrübədə  olan 
heyvanlara toksiki təsir etmədiyini göstərdi.   
Təcrübə heyvanları ilə eyni şəraitdə saxlanılan, lakin heç bir antihelmint bitki qəbul etməyən 
nəzarətdə  olan  heyvanlardan  götürülən  kal  nümunələrində  helmint  yumurtalarının  sayı  preparat 
verilməmişdən  əvvəl  717,6  ədəd,  sonrakı  müddətdə  isə  729,5  ədəd  olmuşdur  ki,  bu  da  təcrübə 
qruplarındakı helmint yumurtalarının sayının preparatın təsirindən azaldığını göstərir.              
Aparılan təcrübələrin nəticələri qozun meyvələrin yetişmə mərhələsində yarpaqlarının antihelmint 
təsirə malik olduğunu sübut edir. Yarpağın tərkibindəki antihelmint təsirə malik fəal təsiredici maddələrin 
ayrılması yeni yüksək səmərəyə malik helmintosid preparatın alınmasına səbəb olar.  
ƏDƏBİYYAT 
1.
 
Məhərrəmov S.H. Müalicə profilaktika məqsədilə qoyunların mədə-bağırsaq nematodozlarına 
qarşı  anthelmint  bitkilərin  və  onların  kimyəvi  preparatla  qarışığının  işlədilməsinə  dair 
təkliflər. Bakı, Mütərcim, 2010, 27 s. 


 
2.
 
Məhərrəmov  S.H.  Helmintozlarda  işlədilən  dərman  bitkiləri  və  onların  təsir  mexanizmi  // 
NDU. Elmi əsərlər. Qeyrət, 2014, № 8 (64), s. 6-1 
3.
 
Məhərrəmov  S.H.  Qalxanək-Dirçək  bitkilərinin  antihelmint  təsirləri  //  NDU.  Elmi  əsərlər.  
Qeyrət, 2015, № 7 (72), s. 3-5 
4.
 
Məhərrəmov  S.H.  Sarımsağın  antihelmint  səmərəliliyi//Azərb.  MEA-nın  Naxçıvan 
bölməsinin Xəbərləri, Naxçıvan, Tusi, 2016, c. 12, № 2, s. 175-179 
5.
 
Maharramov  S.H.  Devedikeni  ve  yoncanın  anthelmentik  özelliği  ve  ekonomik  etkinliği  // 
Erciyes Üniversitesi veteriner fakültesi dergisi. Türkiye, Kayseri, 2009, c. 6,  №  2, s. 85-88 
6.
 
Александров  И.Д.,  Субботин  В.М.  Справочник  по  технологии  приготовления 
лекарственных  форм.  Ростов-на-Дону:  Феникс,  2001  http://www.  vetpomosh.ru/books. 
Php 
7.
 
Дамиров И.А., Прилипко Л.И., Шукюров Д.З., Керимов Ю.Б. Лекарственные растения 
Азербайджана. Баку: Маариф, 1988, 304 с. 
8.
 
Магеррамов  С.Г.  Антигельминтные  действия  растений  и  их  смеси  с  химическим 
препаратом//Известия  высших  учебных  заведений.  Поволжский  регион.  Естественные 
науки Пензенский государственный университет. 2013, № 2, с. 64-68 
9.
 
Противоглистные средства. dendrit.ru/page/show/mnemonick/protivoglistnye-sredstva/ 
10.
 
Противоглистные 
(антигельминтные) 
средства 
препараты 
...www.medical-
enc.ru/15/protivoglistnye-sredstva.shtml 
11.
 
Рабинович М.И. Ветеринарная фитотерапия. М.: Росагропромиздат, 1988, 166 с. 
12.
 
Рабинович М.И. Практикум по ветеринарной фармакологии и рецептуре.  М.: Колос, 
2003, 240 с.  
13.
 
Черепанов С.К. Сосудистые растения России и сопредельных государств (в пределах 
бывшего СССР). Санкт – Петербург: Мир и семья – 95, 1995, 990 с.  
ABSTRACT 
Saleh Maharramov
 
Antihelmintic effect of walnut leaves 
Haemonchus taken from abomasum in 2 hours 15 minutes, strongilatustaken from intestines became 
immovable in 1 hours 55 minutes, and trichosephalus in 33 hours in the brew prepared with the green walnut 
leaves. The death in haemonchus ended in 4 hours 20 minutes, in strongilatusin 4 hours 40 minutes and in 
trichosephalus  in  36  hours.  The  antihelmintic  effect  of  drugs  on  the  animals  naturally  infected  with 
strongilatus was determined by giving the brew of 50 ml to a group of animals during two days and the brew 
of 100 ml to the other group of animals. When giving the brew of 50 ml to each of animals during two days 
the  antihelmintic efficiency was 34,1%, but in the group with 100ml it was 56,7%. In the first group before 
giving  the  solution  approximately  751,4  larva,  in  the  second  group  648,  6  larva  were  counted.  But  after 
giving the solution accordingly 495,5 and 280,8 strongilatus larva were counted. 
РЕЗЮМЕ 
Салех Магеррамов 
Антигельминтное действие листьев орех 
В отваре, приготовленном из зеленных листьев ореха, гемонхусы, взятые нами из 
сычуг, в течение 2 ч. 15 мин., стронгиляты, взятые изкишечника, в течение 1 ч. 55 мин., а 
трихоцефалюсы в течение 36 ч. стали неподвижными. 
 
Для  определения  антигельминтного  действия  препарата  над  некоторыми 
животными,  естественно  зараженными  стронгилятами,одной  группе  вводили    по  50  мл 
отвара в течение двух дней, другим – в таком же режиме по 100 мл раствора.   
При  введении  каждой  голове  животных  50  мл  отвара  в  течение  двух  дней 
антигельминтная эффективность достигладо 34,1%, а по 100 мл – 56, 7%. В первой группе 
до введения раствораподсчитано в среднем 751,4 экз. яиц стронгилятов, во второй группе 
– 648,6 экз, а после введения– число яиц уменщилось соответственно до 495,5 и 280,8 экз.  
 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 


 
tövsiyə olunmuşdur (protokol № 03) 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
ƏLİYAR İBRAHİMOV 
AMEA Naxçıvan Bölməsi 
E-mail: aliyaribragimov@mail.ru  
 
UOT: 581.6 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ FERULAGO SETİFOLİA   
 (APİACEAENÖVÜNÜN YAYILMASI, BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ,  SƏNAYE 
ƏHƏMİYYƏTİ VƏ EHTİYATI 
Açar sözlər: fəsilə, cins, növ, efiryağlı, yayılma, sahə, bioekoloji, ehtiyat, biololi, istismar, illik tədarük  
Key words: family, genus, ferulago, distribution, essential oily, bioecological, reserve, exploitation  
Ключевые слова: семейства, род, ферульник, распределение, эфирное масло биоэкологичес-
кая, ресурсы,  эксплуатация 
Naxçıvan Muxtar Respublikasının özünəməxsus torpaq-iqlim amilləri kserofit tipli bitkilərin 
inkişafına səbəb olmuşdur. Hazırda muxtar respublikanın müasir florası 176 fəsilədə və 908 cinsdə 
birləşmiş  3021  növlə  təmsil  olunur.  Ərazi  florasında  geniş  yayılan,  kifayət  qədər  təbii  ehtiyata 
malik  olan  faydalı  bitkilər:  dərman,  efiryağlı,  aşı  maddəli,  yağlı,  vitaminli  və  b.  vardır.  Belə 
əhəmiyyətli bitkilərdən biri də Kərəvüzkimilər  - Apiaceae Lindl. fəsiləsinə daxil olan Şərqtyarpaq 
ferulnik - Ferulago setifolia C. Koch bitkisidir (3, s. 156). 
Ferulago  C.  Koch  –  Ferulnik    cinsi  Kərəvizkimilər  fəsiləsinə  aiddir,  cinsin  əlamətlərinə 
aşağıdakılar daxildir. Kasacıq  5 aydın  dişciklidir.  Ləçəkləri sarıdır, bütövdür,  daxilə qatlanmışdır. 
Meyvələri  çiyinə  sıxılmışdır;  çiyin  3  qabırğalıdır  (bəzən  qanadşəkilli),  bəzən  sapşəkilli,  kənar 
qabırğalar  qanadvari  genişlənmişdir.  Çiyində  kanalcıqlar  çoxsaylıdır.  Dəfələrlə  lələkli  bölünmüş 
yarpaqlı,  qısa  sapşəkilli  və  ya  ensiz  xətti  bölümlü  çoxillik  otlardır.  Aralıqdənizi  vilayətlərində, 
cənub-şərqdə,  Avropada,  Kiçik  Asiyadan  İranda  və  Türkmənistanda,  Qafqazda  3  növü, 
Azərbaycanda  2, Naxçıvan MR-də 1 növü vardır [7, s. 483-484]. Qafqazda endem olan Ferulaqo 
daqestanica  Şchschk.  növünü  Azərbaycanda  Y.Qurviç  16  və  19.  VII.  1936-cı  ildə  Böyük  
Qafqazdan  və  Şamaxı rayonundan toplayıb. Nax. MR üçün verilmir.  
Ferulaqo  setifolia C.Koch in linnaea, XVI, 358 (1842); B.şişkin  Fl.  SSSR, XVII, 153 (1951); 
A.Qrossheym,  Фл.,  Кафк  111,  179  (1932);  Qafq.  bitki.  təyined.,  235.-F  (qılyarpaq)  -  Sərtyarpaq 
ferulnik. Çoxillik çılpaq bitkidir. Gövdəsi əsasından məhv olmuş yarpaqların qəhvəyi qınları ilə əhatə 
olunmuşdur (ogem), düzdür, nazik şırımlıdır, zolaqlıdır və bir qədər tillidir, yuxarı hissəsi budaqlıdır. 
Hündürlüyü  50-75  sm-dır.  Yarpaqları  görünüşcə  lansetşəkilli  və  ya  uzunsov  lansetlidir,  kökətrafı  və 
aşağı  gövdə  yarpaqları  bu  və  ya  digər  dərəcədə  uzun  saplaqlı  olub,  20-25  sm  uzunluqda  2-5  sm 
enindədir.  Çox  dəfələrlə  lələkli  bölümlüdür,  sapşəkilli  iti  bölümləri  2-5  mm  uzunluqdadır.  O  biri 
yarpaqları nisbətən xırdadır, qısa saplaqlı və ya qısa üçbucaqvarı qınların üzərindədir, ən yuxarıdakılar 
isə 1-2 sm uzunluqdadır, lələkvari bölümlüdür və ya bütövdür, neştərlidir. Sonuncu (əsas) ilk çətir iridir, 
meyvəverəndir, 16-20 şüalıdır, yandakılar nisbətən xırdadır, meyvəsizdir, demək olar ki, əsas çətirdən 
dümdüzdür, yuxarıdakılar dəstədirlər aşağıdakılar növbəli yerləşmişlər. Sarğı əsas çətirdə 8-10 uzunsov, 
neştərli,  sivriləşmiş,  yaşıl,  sıx  yarpaqcıqları  10  mm-ə  qədər  uzunluqda  olub,  aşağıya  əyilmişdir: 
sarğıcıqlar 5 lansetli, sivriləşmiş, yaşılımtıl-sarımtıl yarpaqcıqlardan təşkil olunmuşdur, demək olar ki, 
çətirlərə bərabərdir (çiçəkləmə dövründə). Kasacığın dişicikləri yumurtavari, sarımtıldır, ləçəkləri açıq 
sarıdır,  1  mm-ə  qədər    uzunluqdadır,  daxilə  əyilmişdir.  Meyvələri  11-13  mm  uzunluqda,  6-7  mm 
enindədir, çiyində ensiz qanadlı qabırğalı və nisbətən enli yan qabırğalıdır. VI-VII aylarda çiçəkləyir, 
VII-VIII aylarda meyvə əmələ gətirir [4, s. 312].  


 
Sərtyarpaq  ferulnik  Azərbaycanda  (nadir)  Kiçik  Qafqazın  şimalında,  KQ-ın  mərkəzində, 
Naxçıvan  MR-in  dağlıq  hissəsində  yayılmışdır.  Orta  dağ  qurşağında  -  kolluqlar  arasında  və 
talalarda  vardır.  Qeyd  etmək  lazımdır  ki,  Naxçıvan  MR-də  təkcə  kolluqlarda,  talalarda  yox,  daha 
çox geniş açıq mezofit subalp çəmənliklərində sıx və bol bitərək formasiya - Ferulageta setifoliae
assosiasiya  Ferulagetum  setifoliosum  və  digər  bitki  qruplaşmaları  əmələ  gətirir  (Cədvəl).  F.setifolia  C. 
Koch həm də Şərqi, Qərbi və Cənubi Zaqafqaziyada və s. vardır. Qarabağdan təsvir olunmuşdur.                                                                                                    
Cədvəl 1          Sərtyarpaq ferulnikin dominantı olduğu fitosenozun tərkibi və quruluşu 
  
№ 
    Bitkilərin adı 
Hündürlük, 
sm 
Bolluq 
Fenofaza 
Yarus 

Ferulago setifolia C. Koch 
60-95 (100) 

Çiçək 


Equisetum arvense L. 
30-50 

spor 
II 

Elytrigia repens (L.) Nevski 
85-98 
3-4 
Çiçək 
II 

Hordeum violaceum Boiss. et Huet. 
70-86 

Çiçək 
II 

Deschampsia caespitosa (L.) Beauv. 
74-90 
3-4 
Çiçək 
II 

Delphinium buschianum Grossh. 
46-58 

Qönçə 
II 
10  Hypericum perforatum L. 
37-48 
3-4 
Çiçək 
III 
12  Viola odorata L. 
5-10 
3-4 
Çiçək 
III 
14  Alliarta petiolata (Bieb.) Cavara 
55-80 

Çiçək 
II 
19  Astragalus glyciphylloides DC. 
80-94 
3-4 
Çiçək 
II 
20  Astragalus falcatus Lam. 
67-85 

Qönçə 
II 
21  Amoria anbiqua İbieb.) Sojak 
25-40 
3-4 
Çiçək 
II 
22  Chrysaspis spadicea (l.) Greene 
32-35 
3.4 
Çiçək 
III 
23  Lathyrus miniatus Bieb. ex Stev. 
73-81 

Çiçək 
II 
25  Securigera varia (L.) Lassen 
50-55 
3-4 
Çiçək 
II 
26  Seseli peucidanoides K.-Pol. 
77-92 
3-4 
Çiçək 
II 
27  Geranium silvaticum L. 
36-38 
2-3 
Çiçək 
III 
28  Filipendula vulgaris Moench 
43-50 
3-4 
Qönçə 
III 
29  Grammosciadium daucoides DC. 
97-110 
2-3 
Çiçək 

30  Trifolium trichocephalum Bieb. 
46-52 
3-4 
Çiçək 
II 
 
Sərtyarpaq ferulnik açıq fitosenozlarda talalarla təmiz cəngəllik yaradır, digərlərində tək-tək 
ağac  və  kollar:  Berberis  vulqaris  L.,  Crataegus  meyeri  Pojark.,  C.  orientalis,  Coteneaster  
melanocarpa, Rosa canina, Rosa pulverulenta  Bieb., Rosa nisami Sosn., Pyrus salicifolia, Prunus 
divaricata  və  b.  iştirak  edir.  Meşə  talalarında,  meşənin  ot  örtüklü  yuxarı  seyrək  hissələrində, 
kolluqlar  arasında  bu  bitki:  Quercus  orientalis,  Juniperus  polycarpos,  J.  foetidissima,  Fraxinus 
exelsior, Acer campestre, Padus mahaleb, Sorbus greace, Rosa rapini, Malus orientalis, Rhamnus 
cathartica ilə yanaşı inkişaf edərək müxtəlif qruplaşmalar əmələ gətirir (Şəkil 1, 2).     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil1. Sərtyarpaq ferulnikin taxıllı paxlalı 
 otlarla qruplaşması  
 
Şəkil 2. Sərtyarpaq ferulnikin alçaq kol və 
müxtəlif  otlarla qruplaşması
 
 


 
 
 
Aparılmış  tədqiqatlar  nəticəsində,  Naxçıvan  MR  ərazisində  Sərtyarpaq  ferulnikin  təbii 
ehtiyatı  öyrənilmişdir.  Bunun  üçün  Şahbuz  rayonunun  Batabat,  Biçənək,  Salvartıdağ  ətrafı 
ərazilərində  növün  fon  əmələ  gətirən,  bolluğu  ən  çox,  orta  və  kafi  olan  umumi  sahələr 
müəyyənləşdirilmiş,  1  hektarda  3  təkrarda  ölçüsü  5  x  5,  10  x  10  m  olan    nümunə  meydançaları 
seçilmiş,  kvadratlara  bölünmüşdür.  Təkrarlarda  hər  biri  1  kv.m  olmaqla  10  kv.m  də  bitkinin 
gövdələri sayılımış, yerdən 3 sm hündürlükdə biçilərək dərz bağlanmış və yaylı tərəzi ilə yaş çəkisi 
götürülmüşdür. Sonra,  çəkilər toplanılaraq təkrarların sayına bölünmüş, qramlarla orta yaş çəkisi və 
məhsuldarlığı hesablanmışdır. Bu məlumatlar əsasında bitkinin bioloji məhsuldarlığı hesablanmış, 
toplanacağı  sahələrin  vəziyyəti  nəzərə  alınaraq  istismar  ehtiyatı  60%  götürülmüşdür.  Metodikaya 
uyğun  olaraq  növün  toxum  əmələ  gətirərək  özünü  bərpa  etməsi,  tələb  olunan  keyfiyyətli 
orqanlarının  toplanması,  məhv  olmasına  yol  verilməməsi  və  digər  tələblərə  görə  illik  tədarük 
həcmini 25% müəyyənləşdirmişdir.  
Ayrı-ayrı  bitki  birliklərinin  məhsuldarlığının  çəki  üsulu  ilə  təyin  edilməsi  P.D.  Yaroşenko 
tərəfindən  1961,1969-cu  illərdə  işlənmişdir  [8,  с.  365  -372].  1980-ci  ildə  “Naxçıvan  MR-in 
yüksəkdağ  bitkiliyi  və  onun  xalq  təsərrüfatı  əhəmiyyəti”  [6]  mövzusunda  apardığımız  tədqiqat 
zamanı P.D. Yaroşenkonun tərtib etdiyi formula bəzi əlavələr etməklə aşağıdakı 1, 2 formullarını 
almaqla,  yüksəkdağ  bitkiliyinin  məhsuldarlığı  hesablanmışdır.  Qəbul  olunmuş  bu  formulları 
botaniklər  dissertasiya  işlərində  tətbiq  etmişlər.  Sərtyarpaq  ferulnikin  məhsuldarlığının 
hesablanmasında qeyd olunan formullardan istifadə edilmişdir: 
 
M = 0, 04                s/ha   (1) 
 
 
M= 0,01                s/ha   (2) 
 
 
Burada,  M  – məhsuldarlıq, Yi – 10 nümunə meydançasında olan otun qramla çəkisi, 
 
 
        -  -cəm, 0,04 və 0,01 seçilmiş nümunə meydançalarının sayı və böyüklüyündən asıllıq əmsalıdır. 
Təqdim olunan formulların köməyi ilə Şahbuz rayonunun  Batabat, Biçənək və Salvartı ərazilərində 
Sərtyarpaq ferulnikin 3 təkratda 1m
2
-də
 
məhsuldarlığı hesablanmışdır. 
 
              = 266 + 335 + 492 + 284 + 237 + 368 + 204 + 277 + 250 + 380 = 3093 
 
M = 0,04 ∙                     = 0,04 . 3093  = 123,72  s/ha 
 
                = 510+470+522+496+489+344+431+575+442+455 = 4734 
 
M =  0,01  
        = 0,01 ∙ 4734  = 47,34 s/ha. 
 
Tədqiq olunan ərazilərin bioloji və istismar ehtiyatını hesablamaq üçün ümumi sahə və bir 
hektarda kq/ha məhsuldarlıq məlum olmalıdır. Məhsuldarlığı sahənin ümumi hektarlarına vurmaqla 
bioloji  ehtiyat  tapılır.  Bioloji  ehtiyat  100%  təşkil  edir.  Ərazinin  məhsul  toplamaq  üçün  olub-
olmamasından  asılı  olaraq  istismar  ehtiyatı  və  illik  tədarük  həcmi  müxtəlif  ola  bilər.    Tədqiqatın 
nəticələri cədvəldə verilmişdir (Cədvəl 2) 
                                                                                                                         
 
 
10 

 
Yi 
i

 
10 

 
Yi 
i

 
10 

 
Yi 
i

 
10 

 
Yi 
i

 
10 

 
Yi 
i

 
10 

 
Yi 
i

 
10 

 
Y i  
i

 


 
 
 
Cədvəl 2. 
Şahbuz rayonu ərazisində Şərtyarpaq ferulnilkin ehtiyatı  
 
 
 
 
 
 
 
 
 
Təqdim  olunmuş  fotoşəkillərdən  aydın  görünür  ki,  Sərtyarpaq  ferulnikin  yayıldığı  Sahbuz 
rayonunun  Batabat,  Biçənək,  Salvartı  ərazilərinin  mezofil  subalp  çəmənlərində  meşə  talalarında, 
kolluqlarda əlverişli şərait vardır.  Batabat massivində bitkinin məhsuldarlığı daha çoxdur. Bitkinin 
toplanması  onun  fon  əmələ  gətirən  sıx  sahələrində  aparılmalıdır.  Toplanarkən  yerdən  2  sm 
yündürlükdə olan hissəyədək götürülməlidir. Haradan toplanmasından asılı olmayaraq 15-20 (25%) 
toxumluq sahə ayrılmalıdır (Şəkil 3, 4).    
 
 
 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə