Elmi redaktorlar amea-nın müxbir üzvləri


Çaytikanının müalicə əhəmiyyəti



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə369/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   365   366   367   368   369   370   371   372   ...   730
Çaytikanının müalicə əhəmiyyəti. Çaytikanından hələ eramızdan çox-çox əvvəllər dərman 
bitkisi  kimi  geniĢ  surətdə  bir  sıra  xəstəliklərin  müalicəsində  istifadə  edilmiĢdir.  Qədim 
Yunanıstanın, Ġtaliyanın, Çinin, Tuvanın, Monqolustanın xalq təbabətlərində çaytikanı meyvəsi ilə 
ağ ciyər, qara ciyər, mədə-bağırsaq, oynaq və s. xəstəlikləri müalicə etmiĢlər. 
Sibirlilər  çaytikanı  meyvəsindən  dərman  hazırlayıb  qarın  yatalağı  xəstəliyini  sağaltmıĢlar. 
Toxumlarından  iĢlətmə,  meyvəsindən  alınmıĢ  cövhərdən  dəri  xəstəlikləri,  yarpaq  və  çiçəklərindən 
hazırlanan cövhərdən isə revmatizm əleyhinə istifadə olunmuĢdur. 
Altayda,  Tuvada,  Buryatiyada  və  Sibirin  baĢqa  rayonlarında  çaytikanı  yayılan  sahələrdə 
yaĢayan  əhali  yaxĢı  bilir  ki,  çaytikanı  meyvəsi  və  ondan  hazırlanan  Ģirə  öz  ətirli  dadına  və  əla 
keyfiyyətinə  görə  yüksək  müalicəvi  xüsusiyyətlərə  malikdir.  Ona  görə  də  bu  xalqlar  çaytikanı 
Ģirəsindən mədə-bağırsaq xəstəliklərində və qankəsici vasitə kimi istifadə etmiĢlər. 
Tibet  təbabətində  çaytikanı  meyvəsindən  geniĢ  surətdə  istifadə  olunmuĢdur.  Meyvədən 
hazırlanan Ģirə və yağdan dəridə baĢ verən yanıqların, eləcə də mədədə təzə əmələ gələn xərçəngin 
müalicəsində geniĢ istifadə etmiĢlər. 
Qərbi  Pamirdə  bunun  çiçəklərindən  ən  çox  üz  və  əl  dərisinin  yumĢaldılmasında  istifadə 
olunmuĢdur. 
Çaytikanı  meyvəsindən  hazırlanan  preparatları  baĢqa  dərman  preparatları  ilə  qarıĢdırıb,  ağ 
ciyər,  mədə-bağırsaq  xəstəliklərində,  qanazlığında  istifadə  edirlər.  Bütün  qədim  ədəbiyyatlarda 
göstərilir ki, meyvədən hazırlanan preparatlarla ağ ciyər vərəmi zamanı yaranan irinləri və yaraları 
müalicə etmək olur. Bundan baĢqa, onunla qan dövranını nizama salır, boğaz ağrılarını və bir sıra 
xəstəlikləri sağaldırlarmıĢ. 
Bizim dövrümüzdə də çaytikanı meyvəsinin  yağını tibbdə sınaqdan keçirməyə baĢlamıĢlar. 
Çaytikanı yağının bakterisid xüsusiyyətlərini öyrənərkən belə nəticəyə gəlmiĢlər ki, onun yağı qızılı 
stafılokoji  hemosit,  streptokokk,  tif,  paratif,  qarın  yatalağı  mikroblarını,  bağırsaq  çöplərini  və  bir 
sıra mikrob və bakteriyaları məhvetmə xüsusiyyətinə malikdir. 
Çaytikanı  yağı  ilə  qadınlarda  uĢaqlığın  boğaz  nahiyəsində  əmələ  gələn  yaraları  müalicə 
etmiĢlər. Çaytikanı yağı zəhərsiz olduğundan müalicə zamanı heç bir qıcıqlandırıcı təsir göstərmir. 
Çaytikanı  yağından  emulsiya  hazırlayıb  dəri  altına  vuraraq  orqanizmdə  əmələ  gələn  zəifliyi, 
süstlüyü aradan qaldırırlar. 
Bitkinin  yağı  2-ci  dərəcəli  yanıqlarda,  traxoma,  gözün  buynuz  təbəqəsinin  iltihabı,  göz 
qapağı selikli qiĢasının iltihabı kimi bir çox xəstəliklərdə iĢlədilir. 
Mədə və onikibarmaq bağırsaqlarda əmələ gələn yaıaların çaytikanı yağı ilə müalicəsində də 
müsbət nəticələr əldə edilmiĢdir. Belə xəstələrə gündə üç dəfə çay qaĢığı ilə çaytikanı yağı verilir. 
Bu  cür  müalicə  üsulu  17  və  34  gün  davam  edir.  Çaytikanı  yağının  orqanizmdə  bərpaedici  təsirini 


157 
 
öyrənərkən  də  müsbət  nəticələr  alınmıĢdır.  Gözün  buynuzlu  qiĢasında  aparılan  cərrahiyyə 
əməliyyatında  yaranın  üzərinə  yağ  sürtülməsi  onun  yağ  süıtülməyən  yaraya  nisbətən  3  gün  tez 
sağalmasına səbəb olmuĢdur. 
Çaytikanı yağının bərpaedici xüsusiyyətləri gözünün buynuzlu qiĢası pozulmuĢ ev dovĢanı 
üzərində aparılan təcrübələrlə öyrənilmiĢ və müsbət nəticələr əldə edilmiĢdir. Belə ki, bir müddət 
keçəndən sonra evdoĢanının gözünün buynuzlu qiĢası bərpa olunmuĢdur. 
Çaytikanı yağı ilə burun boĢluğunun selikli qiĢasının iltihabı da müvəffəfəqiyyətlə müalicə 
edilir. Yağla həmçinin dəridə əmələ gələn Ģüa xəstəliklərini və arteroskleroz xəstəliyini sağaldırlar. 
Bir sözlə, çaytikanı yağı orqanizmdə əmələ gələn müxtəlif yaraların, bağırsaq iltihablarının, 
qan azlığının və s. xəstəliklərin müalicəsində çox qiymətli dərmandır. 
KeçmiĢdə  yunanların  müqəddəs  saydıqları  at  xəstələndikdə,  çaytikanının  cavan  zoğları  və 
yarpaqları  ilə  müalicə  edərmiĢlər.  Belə  ki,  xəstə  at  çaytikanının  zoğları  və  yarpaqları  ilə 
yemləndikdən bir az sonra onun tükləri parıltılı, iĢıltılı bir görkəm alır və tezliklə sağalır. Rəvayətə 
görə  çaytikanının  yunanca  adı  da  buradan  əmələ  gəlmiĢdir.  Hippophae  –  hippos  -  at,  phae  - 
parıldamaq, iĢıldamaq deməkdir. 
Göründüyü  kimi,  hələ  qədim  zamanlardan  insanların  çaytikanı  ilə  yaxından  maraqlanması 
nəticəsində  müəyyən  edilmiĢdir  ki,  bu  bitkinin  çiçəkləri,  meyvələri,  yarpaqları,  cavan  zoğları, 
oduncağı,  kökü  və  s.  xalq  təsərrüfatının  bir  çox  sahələrində  istifadə  olunmuĢ  və  hal-hazırda  bu 
istifadə daha geniĢ miqyas almıĢdır. 
Çaytikanı  oduncağının  külündə  çoxlu  potaĢ,  yarpaqlarında  isə  10%-ə  qədər  aĢı  maddəsi 
olduğu aĢkar olunmuĢdur. 
Balın insan həyatında xeyiri qədim zamanlardan hamıya məlumdur. Ancaq onun gözəl ətirli, 
tərkibcə  daha  keyfiyyətli  olması  həmin  balın  hansı  bitkilərdən  çəkilməsindən  bilavasitə  asılı  olur. 
Ondan ahnan bal Ģəffaflığına, ətrinə, keyfiyyətinə görə çox yüksək üstünlüyə malik olur. 
Çaytikanı  uzunömiirlüdür.  80  ilə  qədər  yaĢayır,  oduncağı  sarı  rəngdə,  nazik  təbəqəli,  çox 
möhkəm və davamlıdır. 
Biz  çaytikanının  soğan,  zoğ,  yarpaq,  oduncaq  və  meyvələrindən  boya  ekstraktı  hazırlayıb 
yun, ipək və pambıq məmulatlarını sarı, sarı-narıncı, narıncı, qızılı-sarı, yaĢılımtıl, zeytunu, tütünü, 
tütünü-yaĢıl,  bozumtul,  açıq-qəhvəyi,  tünd  qəhvəyi,  Ģabalıdı,  qaramtıl,  kərpici  və  s.  rəng  və 
çalarlarla boyadıq. 
Respublikamızda  ilk  dəfə  olaraq  Azərbaycan  MEA-nın  Qeyri-üzvi  və  fıziki-kimya 
institutunun  nəzdində  fəaliyyət  göstərən  «Xususi  konstruktor»  bürosunun  direktoru  k.e.d. 
Qəhrəman Həsənov ilə mənim rəhbərliyimlə, 6 laboratoriyanın alim, mühəndis və texniki iĢçilərinin 
yaxından  köməkliyi  sayəsində  çaytikanı  meyvəsindən  ildə  istehsal  gücü  500  ton  olan  ekstrakt  və 
yağ  məhsulu  istehsal  edən  zavodun  layihə  texniki  sənədləri  hazırlanıb  müvafiq  təĢkilatlara  təhvil 
verilmiĢdir. 
Çaytikanının  yarpaq  və  kök  hissəsindən  hazırlanan  dəmləmə  və  cövhərlərdən  zəhərlənmə, 
angina,  stomatit  və  gingivit  vaxtı,  podaqra  və  revmatizmdə  istifadə  edilir.  «Qızıl  xəzinəsi»  hesab 
edilən  çaytikanının  müalicəvi  xüsusiyyətləri  haqqında  çoxlu  əfsanələr,  fərziyyələr  də  mövcuddur. 
Onun bütün hissələrində, o cümlədən də giləmeyvəsində insan orqanizmi üçün vacib sayılan çoxlu 
miqdarda qiymətli makro və mikroelementlər tapılmıĢdır. 
Giləmeyvəsindən  alınan  Ģirəsi  həzm  prosesini  stimullaĢdırır,  qanda  xolesterinin  miqdarını 
aĢağı salır. O, toyuq korluğunda, kataraktın müalicəsində, qəbizlikdə, hipertoniyada, ürəyin iĢemik 
xəstəliklərində, avitaminozda yaxĢı təsir göstərir. 
Diqqət!  Çaytikanının  təzə  meyvələri  mədə  yarası  və  sidik  kisəsi  xəstəliklərində  əks  təsirə 
malikdir, yəni bu xəstəlikdən əziyyət çəkənlərə istifadə etmək olmaz. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin