Elmi redaktorlar amea-nın müxbir üzvləri


Dərmaıı mərcanotu (Nəmgul) – Betonica officinalis



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə467/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   463   464   465   466   467   468   469   470   ...   730
Dərmaıı mərcanotu (Nəmgul) – Betonica officinalis L. 
 
Dünya  florasının  tərkibində  mərcanotunun  15  növünə  rast  gəlmək  olar.  Bunlar  çoxillik  ot 
bitkiləri hesab edilir. 
Dərman  mərcanotu  -  B.  officinalis  L.  Bu  gövdəsinin  hündürlüyü  40-100  sm  olan,  qısa 
kökümsova  malik,  çoxillik  ot  bitkisidir.  Yarpaqları  uzunsov,  yumurtavari,  kənarları  miĢarĢəkilli 
olub, 13-15 sm uzunluğunda, eni isə 4-5 sm olub, qısa 
saplaqlıdır. Çiçəkləri oturaq 10-12 süpürgə formasında 
sıx sünbülvari hamaĢçiçək qrupunda toplanmıĢdır. 
Dərman  mərcanotuna  Quba-Qusar  zonasında, 
orta dağ qurĢağından supalp dağ çəmənliklərinə qədər 


189 
 
hər yerdə rast gəlmək olar. 
Çox  vaxt  mayın  axırı  meĢə  sahələrində  kolluqlarda,  dağ  yamaclarında  qırmızı  rəngli 
«sünbülvari» çiçəkləri açılmağa baĢlayır. Xalq arasında mərcanotuna çöl sürvəsi (Ģalfeyi) deyirlər. 
Ən çox Quba və Qusar zonasında təsadüf edilir. 
Mərcanotunun tam çiçək açan dövründə toplanan ot hissəsindən çox qədim dövrlərdən xalq 
təbabətində geniĢ istifadə edilmiĢdir. 
Qədim ərəblər mərcanotundan hazırlanan preparatların köməyi ilə ağ ciyər, revmatizm, sistit 
xəstəliklərini, Çində isə baĢ və diĢ ağrılarım müalicə edirmiĢlər. 
Böyük  rus  sərkərdəsi  Suvorov  özünün  yazdığı  «Elmin  qələbəsi»  əsərində  qeyd  edir  ki, 
mədənizin normal iĢləməsi üçün mütləq mərcanotu çayı için. 
Müalicə  məqsədləri  üçün  bitkinin  çiçək  açan  dövründə  toplanan  ot  və  kök  hissələrindən 
istifadə edilir. 
Tam  çiçək  açan  zaman  ot  hissəsinin  tərkibindən  1,54%  flavonoid  maddələri,  2,72% 
stahidrin,  1%  iridoid,  0,83%  efir  yağı,  2%-ə  qədər  üzvi  turĢular,  3,1%  qətran  maddəsi,  54  mq% 
askorbin turĢusu, K vitamini, fenolkarbon turĢusu, estrogen hormonu və s. aĢkar edilmiĢdir. 
Bitkinin  yerüstü  hissəsindən  6,23%  kül,  mq/q  olmaqla  23,60  –  K,  12,60  -  Ca,  2,10  -  Mg, 
0,04 -  Fe makroelementləri, mkq/q olmaqla 0,24 - Mn, 0,67  - Cu, 0,72 -  Zn, 0,12 - Cr, 0,25  -  Al, 
0,01 - Ba, 0,04 - V, 5,56 - Se, 0,02 - Ni, 0,34 - Sr, 0,01 - Pb, 56,40 - B mikroelementləri və s. aĢkar 
edilmiĢdir. 
Mərcanotunun  preparatlarından  sakitləĢdirici,  təzyiq  aĢağısalıcı,  antiseptik,  soyuqdəymə, 
qankəsici, bəlğəmgətirici, ödqovucu kimi, qusma və s. əleyhinə istifadə edilir. 
Bağırsaq  pozuntularında  1  çay  qaĢığı  doğranmıĢ  otundan  götürüb  1  stəkan  qaynar  suya 
töküb, 15 dəqiqə saxlayıb süzün. Sonra aldığınız ekstraktdan gündə 3-4 dəfə yeməyə 15-20 dəqiqə 
qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   463   464   465   466   467   468   469   470   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin