Elmi redaktorlar
AMEA-nın müxbir üzvləri
T.A. Talıbov, E Qurbanov
Rəyciləri
AMEA-nın müxbir üzvləri
İ.V. Əzizov
P.Z. Muradov
b.e.d. S.C. İbadullayeva
Monoqrafiya AMEA-nın 70 iiliyinə həsr olunmuĢdur
Mayis Qas;mov, Tofiq Məmmədov ―Fitoterapiya‖.
Bakı: ―Elm‖, 2014, 302 səhifə.
Dərslikdə ilk dəfə olaraq Azərbaycan florasının tərkibində 1800 növdən artıq dərman
bitkisinin yayıldığı qeyd edilir. Monoqrafiyada Azərbaycan ərazisində yayılan dərman bitkiləri
taksonomik vahidlər (növ, cins, fəsilə) üzrə sistemləĢdirilmiĢdir. Bundan əlavə müəlliflər dərslikdə
ilk dəfə olaraq geniĢ oxucu kütləsinə məlum olmayan yeni dərman bitkiləri və onlardan hazırlanan
1000-dən artıq yeni müalicəvi preparatlar, onların hazırlanma qaydaları, istifadə olunmaları
haqqında ətraflı məlumatlar verilir. Dərslikdə eyni zamanda dərman bitkilərinin botaniki
xüsusiyyətləri, yayılma arealları, ekoloji qrupları, vətəni, coğrafi mənĢəyi, yaranma ocaqları,
kimyəvi tərkibləri, istifadə olunan orqanları, bitki xammalının toplanma vaxtları və qurudulma
qaydaları və s. haqqında da maraqlı məlumatlar verilmiĢdir. Bundan baĢqa dərslikdə ilk dəfə olaraq
giləmeyvələrdən hazırlanan kosmetik vasitələrdən, cavanlaĢmanın yeni metod və üsullarından,
aromaterapiya, rəng terapiyası haqqında yeni elmi anlayıĢlar da yer almıĢdır. Dərslikdə qida təbiətli
dərman bitkilərindən yeni müalicəvi xörəklərin hazırlanması barəsində maraqlı praktiki məlumatlar
verilmiĢdir.
Dərslikdən ali məktəblərin biologiya, əczaçılıq, baytarlıq fakultələrinin bakalavr və magistr
pillələrində təhsil alan tələbələri, müəllimlər, tədqiqatçı alimlər, xalq təbabəti ilə məĢğul olanlar,
dərman bitkiləri tədarük edən mütəxəssislər ilə yanaĢı geniĢ oxucu kütləsi də yararlana bilər.
2
Dostları ilə paylaş: |