Elmi tədqiqatın aparılmasının mühüm məsələlərindən biri etibarlı məlumat bazasının formalaşdırılmasıdır. Müasir dövrdə məlumatların əldə edilməsinin coxsaylı metodlarndan istifadə edilir
Elmi tədqiqatın aparılmasının mühüm məsələlərindən biri etibarlı məlumat bazasının formalaşdırılmasıdır. Müasir dövrdə məlumatların əldə edilməsinin coxsaylı metodlarndan istifadə edilir. Sosial-iqtisadi həyatın idarəedilməsində statistika mühüm rol oynayır. Statistiska ölkənin inkişafını xarakterizə edən informasiyanın toplanmasını, ümumiləşdirilməsini, elmi əsasda işlənməsini və təhlilini həyata keçirir. Bunun nəticəsində iqtisadiyyatdakı qarşılıqlı əlaqələr aşkar edilir, onun inkişaf dinamikası öyrənilir, beynəlxalq müqayisəlr aparılır və müxtəlif səviyyələrdə səmərəli idaretmə qərarları qəbul edilir.
Statistika makro və mikro səviyyədə bazar iqtisadiyyatınım inkişaf meyli və qanunauyğunluqlarını əks etdirir, həmçinin istehsalın idarəedilməsinin və kom- mersiya fəaliyyətinin optimal istiqamətlərinin tapılmasında sahibkarlara və mene- cerlərə köməklik edən vasitədir. Bazaq şəraitində statistik informasiya həqiqətən uğurun açarıdır. Statistik təhlil və proqnozlaşdırma bazar iqtisadiyyaı dənizində (olduqca çoşqun) bələdci (losman) rolunu oynayır.
Başqa sözlə desək, müasir rəhbər üçün müəssisənin marketinq starte- giyasının və imicinin formalaşdırılmasının əsasında duran kommersiya məlumat- larının təqdimi və izahının əsas metodlarını tətbiq etməsi daha mühüm əhəmiyyət kəsb edir. Deməli, müasir rəhbər məlumatları əldə etməyi,onları təqdim etməyi və izahını verməyi bacarmalıdır.
İstənilən tədqiqatın aparılmasının mühüm şərtlərindən biri öyrənilən obyek üzrə məlumatların (faktların) toplanmasıdır. Həm kəmiyyət, həm də keyfiyyət təhlildə ilkin mərhələ zəruri informasiyanın toplanmasıdır. Məlumatların toplan- masının həyata keçirilməsinin çoxlu yanaşmalrı, metodları vardır.
* İlkin yanaşma mövcud materiallara müraciət etməkdir. Belə materiallar daxili və xarici informasiyadan ibarət ola bilər. Məsələn istehsal, satış və kadrların tərkibi məsələləri üzrə kampaniyanın daxili hesabatı zəruri məlumatlar verə bilər. Bu cür məlumatlar kğız daşıyıcılarında verilə bilər, kampaniyanın komruter məlumatlar bazasında ola bilər ki, bu da konkret informasiyaya əlçatanlığı asanlaşdırır. Daha sonra xarici nəşrlərdən, məsələn statistika komitəsinin ictimai həyatın müxtəlif sahələr haqqında nəşr etdiyi statistik məcmuələrdən məlumatlar əldə etmək mümkündür. Bu nəşrlərdə ölkə miqyasında məlumatların geniş dairəsi, məsələn, əhalinin sayının və onun demoqrafik tərkibinin dəyişməsi meyli, qiymət və gəlirlər haqqında məlumatlar, ticarət dövriyyəsi, məhsul buraxılışının və istehlakın həcmi və s. öz əksini tapır. Eyni zamanda zəruri məlumatlarl toplayarkən digər xarici nəşrlərdə, məsələn yerli idarəetmə orqanlarının statistik materialları, marketinq tədqiqatlarının yekunları və kommersiya strukturlarının hesabatları faydalı ola bilər. Bu mənbələrdən əldə edilən məlumatlar ikinci (əlavə) adlandırılır. Ona gör ki, onun toplanması konkret məqsədli xarakter daşımır. Əgər məlumatın toplanması cari təhlilin həyata keçirilməsi məqsədi daşımırsa, onda o təkrar (əlavə) informasiya hesab edilir.
* Cari informasiyanın olmadığı halda məlumatların toplanması metodu kon- kret məqsədlərə nail olunmasına istiqamətlənməlidir. İlkin məlumatların toplan- masının bəlli metodlarından biri sorğu vərəqələrindən istifadədir. Məlumatların toplanmasının bu metodu böyük seçmədən məlumatların əldə edilməsinin nisbətən aşağı xərcliliyini təmin edir. Məsələn, sorğu vərəqələrindən işçilərin müəssisədə əmək şəraitinin dəyişməsinə münasibəti haqqında informasiyanı toplamaq üçün istifadə edilə bilər. Sorğu vərəqələri tipinə görə müxtəlif ola bilər. ikimənalı yaxud köməkçi sualların olmaması üçün sorğu vərəqələrinin tərtibinə diqqətlə yanaşmaq
lazımdır. Sorğu vərəqələrinin keyfiyyətli tərtibi etibarlı və dəyərli informasiyanın toplanmasının əsasıdır. Sorğu vərəqəsinin tərtibi prosesi bir neçə əsas mərhələdən ibarətdir.
* Ilkin informasiyanın əldə edilməsi metodu kimi şifahi sorğu daha xərcli və əməktutumludur. Sorğu vərəqəsi ilə müqayisədə bu metoda çox vaxt cari konyuk- tura haqqında məlumatların toplanmasına zərurət yarandıqda üstünlük verilir. İstənilən ziddiyyətli, pərtedici informasiya anketləşdirmə apararkən adətən məqbul hesab edilmir. Belə ki, əvvəldə qeyd etdiyimiz, yəni işçilərin əmək şəraitinin dəyişməsinə münasibəti haqqında nümunədə məlumatların toplanmasının əsas metodu kimi sifahi sorğunun tətbiqi daha münasibdir. Bu metodun tətbiqinin mənfi cəhətlərinə xərclərin artmasını, yüksək vaxt məsrəflərini və müvafiq qaydada hazırlıqlı mütəxəsislərin cəlb edilməsi zəruriliyi aiddir. Bundan başqaçox ehtimal ki, sorğunun aparılması müddətinin məhdudluğu seçmənin həcminin azal- masına gətirib çıxaracaqdır ki, bu da toplanmış informasiyanın həcminin azalması deməkdir.
* Bir sıra hallarda zəruri informasiyanı toplamaq üçün müşahidə metodundan istifadə etmək yaxşıdır. Məsələn, restoran, mehmanxana biznesi işçilərinin sərəncamında olan müxtəlif vasitələrdən və mexanizmlərdən istifadəyə dair məlu- matlar toplayarkən işçilərin şifahi sorğusu yolu ilə vəziyyəti konkretləşdirmək- dənsə, ən yaxşısı müşahidəni aparmaqdır. Hətta birbaşa istehsal mühitində obyekt- lərinin izlənməsi və müşahidəsi maraqlı heyətin sorğusuna nisbətən daha etibarlı məlumatlar verə bilər. Şübhə yoxdur ki, məlumatların toplanması təhlil prosesinin ən mühüm tərkib hissəsidir. Məlumatların toplanmasında münasib olmayan metod- lardan istifadə edilməsi keyfiyyətsiz (yararsız) informasiyanın və yanlış nəticələrin əldə edilməsinə gətirib çıxara bilər.
(şərtlər) Empirik məlumatların toplanması metodlarını seçərkən tədqiqatçı aşağıdakı şərtləri nəzərə almalıdır:
-tədqiqatın operativliyi və qənaətliliyi məlumatların keyfiyyətinin təmin edilməsinə ziyan vurmamalıdır. Bu başlıca tələbə riayət edilməsi peşəkarlıq bacarığını xarakterizə edir.
-hec bir metod universal deyildir, hər birinin çevrəsi dəqiq çızılmış dərketmə imkanları vardır,
. ümumiyyətlə, “yaxşı” və “pis” metod yoxdur. Tədqiqat vəzifələrinə adek- vat və qeyri-adekvat metodlar vardır. Etibarlı metodun seçilməsi deməli, onun qarşıya qoyulmuş vəzifələrə uyğunluğunu məntiqi əsaslandırmaqdır.
-metodun etibarlılığı yalnız onun əsaslandırılması deyil, həm də onun tətbiqi qaydalarına riayət edilməsi təmin edir,
-metodun adekvatlığı və etibarlılığı sınaq (pilot) tədqiqatlarda yoxlanılır,
-sınaq tədqiqatında hər bir metod aprobasiyanın xüsusi qaydası ilə yoxlanmalıdır.
Kəmiyyət tədqiqatı informasiyanın toplanması və işlənməsi prosesinin ciddi standartlaşdırılması və formallaşdırılmasına istiqamətlənən təsviri tədqiqatdır. Bu tədqiqat obyekti haqqında mütləq yaxud nisbi kəmiyyətlə ifadə edilmiş dəqiq məlumatlar əldə etməyə imkan verir. Bir qayada olaraq sorğu texnikası əsas kəmiyyət tədqiqatıdır. Əsas kəmiyyət metodlarına sorğu, müşahidə, eksperiment, testləşdirmə, qeydiyyat və s. aid edilir.Kəmiyyət metodunun əsas üstünlüyü sta- tistik təhlildən istifadə edərək formalaşdırılmış vasitələr üzrə məlumatların müqayisəsi imkanıdır.
Kəmiyyət metodları məlumatların təhlili üçün istifadə edilən riyazi və statistik metodlar dəstidir. Empirik nəzəriyyəni və fərziyyəni yoxlamaq üçün keyfiyyətli ilkin məlumatların mənbələrindən kompleks şəkildə və geniş istifadə edilir.Kəmiyyət məlumatlarını təhlil etmək üçün birincisi, onları təsvir etmək, yəni informasiyanı strukturlaşdırmaq və ümumi parametirləri müəyyən etmək zəruridir. İkincisi, onları müəyyən etdikdən sonra onların assosasiyaya yaxud korrelyasiyaya məruz qaldığını, əgər məruz qalıbsa hansı dərəcədə olduğunu görmək üçün variant- lar arasındakı daxili əlaqələri öyrənmək vacibdir.
Qeyd etdiyimiz kimi kəmiyyət tədqiqatı ilkin informasiyanın toplanması və təhlilidir. Bu cür tədqiqat bir qayda olaraq dəqiq, statistik yoxlanılmış rəqəm məlumatları lazım olduqda həyata keçirilir. Kəmiyyət tədiqiqatının metodikasının əsasında həmişə dəqiq riyazi və statistik modellər durur ki, bu da nəticədə öyrənilən göstəricilərin dəqiq kəmiyyət qiymətini əldə etməyə imkan verir.
Kəmiyyət tədqiqatının köməyi ilə həll edilən vəzifələrə - natural və pul ifadəsində bazarın potensial və real həcmini və tutumunu qiymətləndirmək, əsas rəqabətçilər arasında bazar payının bölgüsünü qiymətləndirmək, əsas istehlakçı seqmentlərini, istehlakçıların məhsulu əldə etmək hazırlığını, məhsulun bazarda olması meylini və perspektivini, sosial-demoqrafik, psixoloji xarakteristika əsa- sında istehlakçıların portretini müəyyən etmək, istehlakçıların məhsula münasi- bətini xarakterizə edən verilmiş bir sıra parametirlər üzrə ölçünü aparmaq, yeni məhsul yaxud xidməti sınaqdan çıxaranlar arasında təkrar alış sistemini planlaşdırmaq, məhsul üçün ən yaxşı qablaşdırmanı müəyyən etmək, mal və xidmətlərinoptimal qiymətinin müəyyən etmək, mövcud məhsulun bazarın təla- batına uyğunluğunu, reklam kampaniyasının və digər kommunikasiya vasitələrinin səmərəliliyini, malların yaxud xidmətlərin satış səviyyəsini, pərakəndə şəbəkədə məhsulların təmsilçiliyini qiymətləndirmək və s. aiddir.
Tədqiqatın kəmiyyət metodunun üstülüklərinə aiddir:
-böyük sayda tədqiqat obyektlərini əhatə etmək,
-kəmiyyət məlumatlarının toplanması imkanı,
-sorğu iştirakçılarının anonimliyinin mümkünlüyü,
-əyani materiallardan istifadə mümkünlüyü,
-tədqiqatın gedişində müxtəlif metodikadan istifadə mümkünlüyü.
Kəmiyyət tədqiqatında informasiya, onların əldə edilməsi mənbələri dəqiq müəyyənləşdirilir və məlumatların işlənməsi statistik prosedurların köməyi ilə həyata keçirilir.
Kəmiyyət tədqiqatında istifadə edilən əsas statistik metodlara müşahidə, qruplaşdırma, təsviri təhlil, analitik təhlil, əlaqələrin təhlili, proqnoz təhlil aid edilir. Ümumiyyətlə, tədqiqatda müxtəlif obyektləri öyrənmək üçün, həm kəmiyyət qiymətləndirmələrinə və iqtisadi-statistik hesablamalara əsaslanan formal, həm də təhlilin keyfiyyət metodlarından və atributiv qiymətləndirmələrdən istifadə edən qeyri-formal xarakterli müxtəlif metodlar uzlaşdırılır.
Tədqiqatın keyfiyyət metodu fərdlər haqqında informasiyanın toplanması, işlənməsi və təhlili metodudur. Keyfiyyət tədqiqatının predmeti “rolların icra xarakteridir”, yəni sosial seçimin variasiyasıdır. Vasitə kimi keyfiyyət metodu keyfiyyət yaxud humanist sosiologiya adlanan spesifik metodologiyanın tərkib hissəsidir və sosioloji biliyin ayrıca sahəsi hesab edilir.
Keyfiyyət tədqiqatı sahəsini müstəqil adlandırmaq olar, lakin onun ümumu metodoloji əsası-empirik (tədqiqatçının kabinetdən çıxması), maraq obyekti kon- kret insanlardır (“canlı aktyorlar”), konkret həiat vəziyyətində fərdi və sosial mü- nasibətlərin xüsusiyyətləri tədqiq edilir (sosial rolunun və təcrübənin ayrılması) - vardır. Keyfiyyət tədqiqatında əsasən komkret vəziyyətdə konkret insanlara baxılır. İnsanların gündəlik qarşılıqlı fəaliyyəti kimi aspektlərə tədqiq edilir. Keyfiyyət tədqiqatı ümumi diqqəti sosial təcrübənin tam mənzərəsinin təsvirinə yönəldir.
Keyfiyyət tədqiqatının metodlarına müşahidə, dərin müsahibə, fokus-qrup, şəxsi sənədlərin təhlili, vizual sənədlər aid edilir. Dərin və ekspert müsahibənin aparılması tədqiqatın keyfiyyət metodlarına aiddir.
Ən məşhur və çox istifadə edilən keyfiyyət metodu dərinləşdirilmiş müsa- hibənin aparılmasıdır. Belə müsahibənin gedişində cavab birmənalı “bəli” yaxud “xeyr” tələb edən deyil, geniş cavab tələb edən suallardan istifadə edilir. Dərinləşdirilmiş müsahibədən bu və ya digər proqramın səmərəliliyini qiymət- ləndirmək üçün istifadə edilir. Dərinləşdirilmiş müsahibə tədqiqatçını maraqlan- dıran suallar dairəsi üzrə respodenti davamlı və ətraflı müzakirəyə vadar edən metodikadan istifadə edilməsi əsasında və əvvəlcədən müəyyənləşdirilmiş plan üzrə müsahibəçi ilə aparılan qeyri-formal şəxsi söhbətdir. Müsahibə təkbə-tək aparılır və 30 dəqiqədən 60 dəqiqəyə qədər davam edir. Müsahibənin gedişində respodentin şəxsi fikri, onun qənaətləri və dəyərləri tədqiq edilir. Dərinləşdirilmiş müsahibə çox vaxt apara bilər, bəzi hallarda bəzi cavabları şərh etmək çətin olur. Dərinləşdirilmiş müsahibənin aparılması müsahibə aparanda müəyyən təcrübənin olmasını tələb edir. Müsahibənin təcrübəli müsahibə götürən tərəfindən aparılması vacibdir. Ona görə ki, bu tədqiqatın son nəticələrinə təsir edən mühüm amillərdən biridir.
Keyfiyyət metodunun kəmiyyət metodundan fərqi ondan ibarətdir ki, birinci halda məlumatlar nisbətən az sayda respodentlər qrupundan toplanılır və statistikanın köməyi ilə təhlil edilmir. Kəmiyyət metodundan istifadə zamanı insanların böyük qrupu tədqiq edilir və məlumatlar sonradan statistik metodların köməyi ilə təhlil edilir.
Keyfiyyət tədqiqatından əsasən problemin müəyyən edilməsi və fərziyyənin işlənib hazırlanması üçün istifadə edilir. Eyni zamanda ondan əsas göstəriciləri müəyyən etmək üçün kəmiyyət tədqiqatına hazırlıq kimi də istifadə edilə bilər. Respodentlər qrupu az olduğundan kəmiyyət tədqiqatının nətiucələrini bütün ob- yekt (əhali) üçün ümumiləşdirmək olmaz. Lakin onlar bu və ya digər məsələni öyrənmək, müxtəlif proqramları qiyməttləndirmək üçün olduqca faydalı ola bilər. Bundan başqa kəmiyyət metodlarından fərqli olaraq keyfiyyət metodları insanların daxili motivini və istəklərini aşkar etməyə imkan verir.
Tədqiqatın keyfiyyət metodunun çatışmazlığı təhlildə subyektivizmin yüksək ehtimallığı, əldə edilmiş məlumatların təhlili çətinliyidir. Həmçinin yüksək ixtisaslı tədqiqatçılara, məsələn moderatorlara təlabat yüksəkdir.
Özünü praktikliyinə baxmayaraq tədqiqatın kəmiyyət metodu tənqidə məruz qalır. Belə ki, R.Lapıera deyir ki, kəmiyyət ölçüsü dəqiq, keyfiyyət ölçündə isə subyektiv yanlışlıqlar vardır. J.Kempbell qeyd edir ki, keyfiyyət metodu əldə edilmişinformasiya əsasında kəmiyyət yoxlanması imkanları ilə yanaşı daxili validizasiya (formal (məntiqi) düzgünlük) mexanizmlərinə də malikdir.
A.A.Matveev tədqiqatın keyfiyyət metodunun aşağıdakı çatışmazlıqlarını ayırmışdır:
-konteksin mahiyyətinin dəyişməsi nəticəsində tədqiqatın əvvəlki vəzifələri yerini dəyişir,
tədqiqatçının şəxsi calarlarını özündə daşıyan nəticələrin formalaşdırılması,
-öyrənilən hadisələr arasında səbəb-nəticə əlaqələrinin tədqiqinin mümkün- süzlüyü,
-müxtəlif respodentlərdən alınmış kəmiyyət və keyfiyyət məlumatları ara- sındakı fərqlərin izah edilməsi problemi,
obyektiv və zəruri informasiyanın əldə edilməsinin zəruri şərti kimi tədqi- qatçının yüksək peşəkarlıq səviyyəsi və s.
Onu da qeyd etmək lazımdır ki, tam, obyektiv və etibarlı nəticələr olmadıqda respodent özü nə deyəcəyini seçə bilər.
Elmi tədqiqat prosesinin mühüm və məsuliyyətli mərhələlərindən biri tədqiqat obyekti üzrə zəruri informasiyanı toplamaq, ümumiləşdirmək, təhlil etmək və etibarlı nəticələr, nəzəri və praktiki vəzifələrin həll edilməsinə istiqamətlənən yeni elmi biliklrin formalaşdırmaqdır.
Tədqiqatın informasiya bazası hər hansı bir obyekt haqqında məlumatlar, faktlar, biliklərdir. İnformasiyanı əldə edilmə üsuluna və mənbəyinə görə ilkin və ikinci (əlavə), onun xarakterinə görə kəmiyyət və keyfiyyət məlumatlarına ayırmaq olar.
İlkin informasiya konkret problemin həll edilməsi üçün birbaşa mənbədən əldə edilir. Xüsusi həyata keçirilmiş tədqiqat əsasında öyrənilən obyekti haqqında informasiyanın toplanması ilkin informasiyanın mahiyyətini təşkil edir.
İkinci informasiya tədqiqat obyekti haqqında daxili və xarici mənbələrdən əvvəllər toplanmış məlumatlardır. İkinci informasiyanın mənbələri müəssisə baxı- mından daxili və xarici mənbələrə ayrılır.
İlkin informasiya ilə müqayisədə ikinci informasiyanın əsas çatışmazlıq- larına informasiyadan istifadənin tamlığını, etibarlılığını və imkanlarının, rəqiblər üçün əlverişliliyinin qiymətləndirilməsi çətinliyini, həyata keçirilən tədqiqatın məqsədlərinə uyğun gəlməməsini, köhnə yaxud köhnəlmiş ola bilməsini, məlu-
matların toplanması metodologiyasının məlum olmamasını, bütün nəticələrin nəşr olunmamasını, ziddiyyətli məlumatların mövcudolmasını və s. aid etmək olar.
İkinci informasiyanın üstünlüklərinə bir qayda olaraq ilkin informasiya ilə müqayisədə əldə etmə tezliyi və az xərcliliyi, bir necə mənbələrin müqayisəliliyi imkanları, onun bir çox növlərinin bahalı olmaması, bir necə mənbələrinin olması, mənbələrdə müstəqil əldə edilməsi mümkün olmayan məlumatların olması, asılı olmayan mənbələrdən toplanılan məlumatların bir qayda olaraq daha etbarlı olması, hazırlıq mərhələsinin təhlilinə kömək etməsi, öyrənilən problem haqqında daha tam təsəvvürün formalaşdırılması daxildir.
İlkin informasiyanı üstünlüklərin aiddir: dəqiq məqsədlərə uyğun toplanılır, məlumatların toplanması metodologiyası məlumdur və tədqiqatçı tərəfindən nəzarət edilir, əldə edilən mənbəyə məxsusdur və rəqiblər üçün əlçatan deyil, ziddiyyətli məlumatlar olmur, etibarlılıq dərəcəsi müəyyən edilə bilər, zəruri məlumatların əldə edilməsinin yeganə üsulu ola bilər.
İlkin informasiyanın çatışmazlıqlarına aiddir: məlumatların toplanması çox vaxt tələb edə bilər, böyük xərclər tələb edə bilər, bəzi növ informasiya əldə edilə biməz, giriş məhdud xarakter daşıya bilər, firma ilkin məlumatların toplanması qabliyyətində olmaya bilər.
İlkin informasiyanın əldə edilməsinin üç əsas metodu fərqləndirilir. Bunlar müşahidə, sorğu və eksperimentdir. Xarici ikinci informasiyanın bəzi növlərinə iqtisadi, birja və maliyyə, peşəkar elmi-texniki, kommersiya, statistik və s. infor- masiyanı aid etmək olar. İkinci informasiyanın daxili mənbələrinə statistik hesabat, mühasibat hesabatları, müştərilərin hesabları, əvəllər həyata keçirilmiş tədqiqat materialları, təşkilatda saxlanılan yazılı hesabatlar aid edilir. İkinci informasiyanın xarici mənbələrinə hökumət və qeyri-hökumət informasiyası aid edilə bilər.
İlkin ibformasiya hər hansı konkret məqsədlər üçün ilk dəfə toplanılan məlumatlardır. İkinci mənbələrin təhlili zəruri informasiyanı təmin etmədikdə il- kin informasiyaya zərurət yaranır. İlkin informasiyanın toplanması üçün müvafiq resurslara - informasiyanın toplanması, işlənməsi və təhlili sahəsində ixtisaslı mütəxəsislərin olması, informasiya ilə işləmək üsullarının metodiki təminatı (in- formasiyanın toplanması və işlənməsi metodları onun keyfiyyətinə əhəmiyyətli təsir göstərir), tədqiqatın gedişində informasiyanın qeydiyyatına imkan verən zə- ruri avadanlıqların, texniki vasitələrin mövcudluğu və s. - malik olmaq lazımdır.
Elmi biliyi iki baxımdan- yeni biliyin əldə edilməsi və mövcud biliyin, yəni nəticələri - öyrənmək olar. Bu məqsədlərlə istifadə dilən metodlar bir - birindən fərqlənir. Birinci halda elmi tədqiqatın metodologiyası, ikinci halda isə mövcud elmi biliyin təhlili metodologiyası ayırd edilir.
Metod hər hansı bir məqsədə nail olmanın yolunu göstərir. Ona görə də geniş mənada metod dedikdə müəyyən parktiki və nəzəri məqsədlər nail olmağa istiqamətlənən nizamlı və təşkil edilmiş fəaliyyət üsulu başa düşülür.
Ən birinci metodun əmələ gəlməsi (ortaya şıxması) konkret praktiki və- zifələrin həll edilməsi ilə bağlı olmüşdur. Müasir metodologiya həqiqətin axtarıl- masında ümumi xüsusiyyətləri məqsədmüvafiqlik, təşkil edilmiş və sistematiklik xarakteri olan çoxlu sayda digər üsul və qaydalardan istifadə edilir. Ona görə də ən geniş mənada metoda müəyyən ardıcıl əməliyyatlardan ibarət olan və tətbiqi qarşıya qoyulmuş məqsədlərə nail olmağa, ya da ona yaxınlaşmağa gətirib çıxaran bir necə sistematik prosedur kimi baxmaq olar.
Elmi tədqiqatda əldə edilən nəticələrin obyektivliyi və etibarlılığı tədqiqatın metodlarının düzgün seçilməsindən birbaşa asılıdır. Müəyyən standartlara, nor- malara və kriteriyalara əsaslanan tədqiqat metodları əldə edilən nəticələrin eti- barlılığnı təmin edir.
Elmi bilik üçün mühm kriteriyalardan biri ziddiyətsizlikdir yaxud tədqiqat və nəticələrin ardıcıllığıdır. Digər mühüm kriteriyalardan biri də real dünya, o cümlədən öyrənilən tədqiqat obyekti haqqında informasiyanın yoxlanmasıdır.
Tədqiqatın metodologiyası nəzəri və praktiki məsələlərin öyrənilməsinə və həll edilməsinə elmi yanaşmanı əsaslandırmağa imkan verir.
Tədqiqatın məzmununa aid edilir: problemin vəziyyətini öyrənmək, məqsəd və vəzifələri müəyyənləşdirmək, fərziyyəni seçmək, tədqiqat metodlarını əsaslan-
dırmaq və s. Bu zaman tədqiqatın məntiqi və xronoloji sxeminə, tədqiqat metod- larının seçilməsinə təsir edən amillər nəzərə alınmalıdır. Tədqiqat özünə nəticələrin etibarlılığını təmin edən faktiki məlumatların toplanmasını, alınmış nəticələrin nəzəri və kəmiyyətcə işlənməsini, onların şərhini və nəticələrin formalaşdırılmasını daxil edir. Tədqiqat fəaliyyətinin gedişində “doğrulur -yanlışlıq” prinsipinin rəhbər tutulması zəruridir. Tədqiqatın etibarlılığının yüksəldilməsi zəruriliyi ilə əlaqədar olaraq tədqiqatın mərhələlərini müəyyənləşdirmək vacibdir. Aparılan elmi tədqi- qatın və onun metodologiyasının etibarlılığını ilk növbədə nəticələr, ümumiləş- dirmələr və müəlifin tövsiyyələri əsaslana mənbələr məcmusu, dah sonra mənbə- lərin etibarlılığı, obyektivliyi, onun qanunauyğun istifadə edilməsi, tədqiqatın ümumi elmi və xüsusi metodlarının tətbiqinin əsaslandırılması təsdiq edir.
Ümumiyyətlə, tədqiqat metodlarına müəyyənləşdirilmiş başlıca tələblərə aşağıdakıları aid etmək olar:
elmi dərketmənin metodlarının təkmilləşdirilməsində nəzəriyyənin daimi zənginləşdirilməsinin böyük praktiki əhəmiyyəti vardır. İnkişafın hər bir mərhələsi elmi tədqiqatın metodlarının təkmilləşdirilməsini, nəzəri və praktiki vəzifələrin həll edilməsinin yeni yollarının axtarılmasını tələb edir. Elmi tədqiqat obyektinin dərk edilməsi ümumelmi və xüsusi metodların kompleks tətbiqini zəruri edir.
-elmi tədqiqatın metodları öyrənilən obyektin mahiyyətini, dərketmə prose- sinin özünün xüsusiyyətlərini əks etdirməlidir.
-elmi tədqiqatın məqsədlərinin tədqiqat metodlarına təsiri öyrənmə qayda- larının və üsullarının seçilməsində və öyrənməyə məruz qalan materialların seçil- məsində, problemli sualların qoyuluşunda, yerinə yetirilən işin məzmununda və həcmində təzahür edir. Tədqiqat metodlarının seçilməsi mütəxxəsidən, onun inte- lektual imkanlarından və bacarığından və s. asılıdır.