İdrak (dərketmə, yeni bilik əldə etmə) prosesi özünə faktların toplanmasını daxil edir. Faktları sistemləşdirmədən, ümumiləşdirmədən, məntiqini anlamadan heç bir elm mövcud ola bilməz. Faktların tədqiqatçıya hava kimi lazım olduğuna baxmayaraq, onların ayrı-ayrılıqda götürülməsi hələ elm deyildir. Faktlar sistemləşdirilmiş və ümumiləşdirilmiş şəkildə çıxış etdikdə elmi biliyin tərkib hissəsinə çevrilir. Yaradıcı ideyadan başlayaraq elmi işlə yekunlaşmasına qədər istənilən elmi tədqiqat fərdi şəkildə həyata keçirilir. Ümumi və xüsusi metodlara əsaslanaraq tədqiqatçı tədqiqata başlamaq üçün nəyin lazım olduğu, faktları necə ümumiləşdirmək və nəticələrə hansı yollarla gəlmək kimi suallara cavablar əldə edir. Bu zaman aşağıdakı tövsiyyələrə riyaət edilməsi qanunauyğundur:
-dürüst və aydın (aksomatik) olmayan heç nəyi həqiqət kimi qəbul etməmək, -
mürəkkəb məsələləri problemin həll edilməsi üşün gərəkli olan hissələrə ayırmaq,
-mürəkkəb və çətin məsələləri dərk etmək üçün tədqiqata ən sadə və əlverişli
olandan başlamaq,
-nəyinsə diqqətdən kənarda qalmamasına əmin olmaq üçün hər şeyə təfsilatı ilə
müraciət etmək.
Elmdə yeni elmi faktların müəyyənləşdirilməsi kifayət deyildir. Onun elmi baxımdam izahının verilməsi, ümumu nəzərə və təcrübəvi əhəmiyyətinin göstərilməsi, həmçinin əvvəllər məlum olmayan yeni prosesləri və hadisələri nəzərə tutmaq lazımdır.
Elmi iş dəqiq planlaşdırılmış fəaliyyətdir. Bu zaman hər bir tədqiqatçının öz nöqteyi-nəzəri olur. Elm özünün mənşəyinə, inkişafına və istifadəsinə görə ictimaidir. İstənilən elmi kəşflər bəşəriyyətin ümumi əməyi, naliyyətlərinin məcmusudur. Elmi tədqiqat məlum olanların köməyi ilə məlum olmayanların xüsusiyyətlərini müəyyən etməyə hədəflənməlidir. Deməli, elmi tədqiqat kifayət qədər uzun və mürəkkəb prosesdir. O, ideyanın yaranmasından başlayaraq fərziyyə və mühakimələrin düzgünlüyünün subut olunması ilə başa çatır.
Elmi tədqiqatın əsas mərhələlərinə aiddir: -ideyanın yaranması, tədqiqat mövzunun formalaşdırılması,
-tədqiqatın məqsəd və vəzifələrini formalaşdırmaq,
-fərziyyələrin irəli sürülməsi, nəzəri tədqiqat,
-eksperimentin aparılması, elmi faktların və nəticələrin ümumiləşdirilməsi,
-elmi tdqiqatın təhlili və tərtibi,
-elmi tədqiqatın tətbiqi və səmərəliliyinin müəyyən edilməsi.
Elmi tədqiqatda elmi istiqamət, problemlər və mövzular fərqləndirilir. Elmi tədqiqatın hazırlıq mərhələlərindən biri elmi tədqiqat mövzusunun seçilməsidir. Elmi-tədqiqatın mövzusu müəyyən elmi istiqamətə yaxud elmi problemə aid ola bilər.
Elmi istiqamət dedikdə elmi kollektivin elmin müəyyən sahəsində hər hansı bir iri, fundamental, nəzəri və eksperimental vəzifələrin yerinə yetirilməsinə həsr etdiyi elmi tədqiqat sferası başa düşülür. Məsələn, iqtisadçıların yerinə yetirdiyi elmi tədqiqatlar “ekonomika” ümumi istiqamətini əhatə edir. Onun daxilində konkret istiqamətləri, xüsusi iqtisadi elmlərini: iqtisadi nəzəriyyə, iqtisadi təhlil, vergi, dünya iqtisadiyyatı və s. ayırmaq olar.
Elmi istiqamətin struktur vahidləri problemlər kompleksi, problemlər, mövzular və suallardır. Kompleks problem özünə bir necə problemləri daxil edir. Elmi problem mürəkkəb nəzəri yaxud praktiki vəzifələr, elmi-tədqiqat işlərinin mövzularının məcmusudur. Problem tədqiqatın mühüm sahəsini əhatə edir və perspektiv əhəmiyyətlidir. Problem sahəvi, sahələrarası və qlobal ola bilər.