ƏBƏDİYAŞARLIQ FƏLSƏFƏSİ Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ən böyük daşıyıcısıdır Əksliklərin vəhdəti üzərində qərar tutan ziddiyyətli dünyamızda vaxt da insana qarşı dayanıb. Bütün ömrümüz bu “mücərrəd rəqib”lə mübarizədə keçir, ya biz vaxtı yenirik, ya da o bizi. Anın gözlənilməz zərbələrindən çox arzularımız əlçatmazlığa çəkilir, çox istəklərimizə doğru sona qədər irəliləyə bilmirik. Vaxt qarşısında acizlik həqiqəti bizimlə əbədi yol yoldaşı olur.
Amma doğrudanmı vaxt üzərində zəfərimiz mümkün deyil?! Bəs zəka və cəsarətlərinin qüdrəti ilə zamanı öz istəklərinə uyğun ram edərək vaxtı tarixə çevirmiş şəxsiyyətlər?!