Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə65/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   60   61   62   63   64   65   66   67   68
18 oktyabr 2011-ci il.

YENİ AZƏRBAYCAN PARTİYASININ QADINLAR ŞURASININ SƏDRİ NURLANA ƏLİYEVANIN TÜRKİYƏNIN BAŞ NAZİRIİ RƏCƏB TAYYIB ƏRDOĞANIN RƏHBƏRLİK ETDİYİ ƏDALƏT VƏ İNKİŞAF PARTİYASININ QADIN QOLUNUN QURULTAYINDA ÇIXIŞI
Hörmətli Baş nazir !

Hörmətli qurultay iştirakçıları !

İlk olaraq təmsil etdiyim Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının təbriklərini Sizlərə çatdırmaq istəyirəm. 40-a yaxın ölkədən 70-dən çox əcnəbi qadın siyasətçinin də qatıldığı bu möhtəşəm tədbirdə sizləri qardaş Azərbaycan xalqının qadınları adından salamlamaqdan qürur və iftixar duyuram.

Bu qurultay bütün türk qadınlarının qurultayıdır, ona görə də buradakı türk ruhu açıq-aydın duyulmaqdadır. Bu qurultaya möhtəşəmlik verən də sadəcə, insanların çoxluğu deyil, buraya qatılan hər bir qadının daxili hisslərinin, duyğularının məcmusudur. Çünki türk qadını tarixən daim həyat yoldaşının yanında olmuş, onun güc və ilham mənbəyinə çevrilmişdir. Türk qadınları tarixən ox atmaqda, at çapmaqda kişilərdən geri qalmamış, düşmənə qarşı savaşlarda həmişə ərlərinin ən yaxın silahdaşı olmuşlar. Türk qadınlarının əxlaqi təmizliyi həmişə dünya tarixçiləri tərəfindən qeyd edilmiş, onların namus, qeyrət mücəssəməsi olması ədəbi mənbələrdə daim mədh edilmişdir. Türk xalqlarında ailə ən vacib sosial birlik olduğundan ailənin əsasını təşkil edən qadın obrazı türk dastanlarında, türk əfsanələrində həmişə uca tutulmuşdur.

Qadının öhdəsinə kişinin həyat yoldaşı və uşaqlarının anası olmaq kimi çox şərəfli bir vəzifə düşür. Daha önəmlisi isə türk qadını türk millətinin bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə ehtiram­la əyildikləri bir şərəf abidəsidir. Buna görə də qədim türk dastanlarında qadın ilahi bir varlıq səviyyəsinə qaldırıl­mış­dır.

Azərbaycan qadınları da türk xalqlarının bir parçası olaraq tarixən öz qəhrəmanlıqları və şücaətləri ilə seçilmişlər. Bu gün Azərbaycanda Həcər qeyrəti, Nigar isməti, Tomris cəsarəti, Sara xatun siyasəti kimi xalqımızın dilində tez-tez işlənən ifadələr məhz azəri qadınlarının tarixi qəhrəmanlıqları ilə bağlıdır.

Əziz qadınlar !

Biz məmnunuq ki, bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Çünki bizim əlaqələrimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bu münasibətlər Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əlaqələrində də özünü göstərir. Çox qürur hissi keçiririk ki, Azərbaycanın uğurları qardaş Türkiyədə də böyük sevinclə qarşılanır. Yeni Azərbaycan Partiyası Ədalət və İnkişaf Partiyası ilə əməkdaşlığı daha da gücləndirməyə hər zaman hazırdır. 2002-ci il noyabrın 3-də Türkiyədəki seçkilərdə Ədalət və İnkişaf Partiyasının qələbə çaldığı və yeganə iqtidar partiyasına çevrildiyi zamandan etibarən YAP-AKP əməkdaşlığı xeyli güclənmişdir. AKP-nin qurucusu və lideri, Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğan Ulu öndərimiz Heydər Əliyevin dəvəti ilə Azərbaycana gəlişində Ümummilli liderimiz Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlığının vacibliyini qeyd etmişdi. Uzaqgörən siyasətçi, böyük şəxsiyyət Heydər Əliyev AKP-nin və cənab baş nazir Rəcəb Tayyib Ərdoğanın bir lider kimi gələcək perspektivlərini görmüş, onun kamil siyasətçi, dünya səviyyəli bir lider olacağını bildirmişdi.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan-Türkiyə əlaqələrinə böyük diqqət yetirilir. Onun “Bir millətin iki diasporu olmaz” ifadəsi hər iki ölkənin xarici ölkələrdəki diasporlarının fəaliyyət istiqamətlərini dəyişib. Son illər hər iki partiya keçirdikləri tədbirlərdə, layihələrdə qarşılıqlı olaraq iştirak edirlər. Hər iki partiyanın Gənclər qolu, Qadın təşkilatları qolu bir-biri ilə sıx əməkdaşlıq edirlər. Bu əmək­daşlıq dövlətlərimiz arasındakı münasibətlərin möh­kəm­lən­məsinə böyük töhfədir.

Hörmətli qurultay iştirakçıları !

Hər bir qadın istəyir ki, dünyada güllələr açılmasın, güllər açılsın. Bu güllələrin açılmaması üçün hər bir xalqın sinəsini sipər edən oğulları var və bu oğulları da dünyaya gətirən analar olub. Mustafa Kamal Atatürk deyib ki, dünyanın uğurları qiymətli anaların böyütdüyü oğulların işidir.

Biz çox şadıq ki, bu gün Azərbaycanda da, Türkiyədə də qadınlar üçün çox gözəl imkanlar yaradılıb. Bu, qadınlara hörmətdən, dövlətlərimizin qadınlara münasibətindən xəbər verir. Çünki qadın xoşbəxtdirsə, onda ölkədə ailə xoşbəxtdir, övlad xoşbəxtdir və deməli, bütövlükdə cəmiyyət xoşbəxtdir. Həm Türkiyədə, həm də Azərbaycanda cəmiyyətinin forma­laş­ma­sında, inkişafında, tərəqqisində qadınların rolunun böyük ol­ması danılmaz bir faktdır.

Mən üç il bundan öncə də AKP Qadın Qolunun qurul­ta­yın­da iştirak etmək üçün Ankarada olmuşam. Ötən üç il ərzində Ankarada böyük işlər görülüb. Bu dövrdə Azərbaycanda da bö­yük abadlıq, quruculuq işləri həyata keçirilib. Paytaxtımız o qə­dər gözəlləşib ki, özümüz də onu tanıya bilmirik. Bu, bizim möh­tərəm Prezidentimiz İlham Əliyev tərəfindən hər birimizin qəlbində abidəsi ucalmış Heydər Əliyevin arzularının həyata keçirilməsi istiqamətində apardığı siyasətin nəticəsidir.

Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azər­baycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkə­mizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmlən­diril­­məsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi de­mok­ratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edil­məsində qadınlarımız misilsiz xidmətlər göstərirlər. Qadın mə­sələləri həmişə dövlətimizin diqqət mərkəzində olub. Ümum­milli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi dövr­dən daim qadınların problemləri ilə maraqlanmış, onların irəli çəkil­məsi üçün şərait yaratmışdır. Ulu öndərimizin verdiyi bir çox qərar və sərəncamlar Onun cəmiyyətdə gender balansının for­malaşdırılması sahəsində uzaqgörən siyasətinin əməli ifa­də­si­dir.

Bu gün Azərbaycanımız haqqında dünyada söylənilən müs­bət fikirlər bizi çox sevindirir. Bu fikirlərin formalaşmasında Hey­dər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliye­va­nın böyük rolu vardır. Onun rəhbərliyi ilə Təşkilat Ko­mitə-sinin “Eurovision” mahnı müsabiqəsini çox yüksək səviyyədə hazır­layaraq həyata keçirməsi dünyada Azərbaycana yeni imic qazandırdı. Ümumiyyətlə, Mehriban xanımın Azərbaycan mə­də­niyyətinin dünyada təbliğ olunması istiqamətindəki misilsiz xid­mətləri hər bir Azərbaycan qadınını fərəhləndirir.

Əziz qadınlar!

Mən bu gün bu kürsüdən Azərbaycanın siyasətçi xanım­lar­ı­nın təmsilçisi olaraq bildirmək istəyirəm ki, qarşılıqlı əmək­daşlığı daha da gücləndirməyə və bütün türk dünyasının siya­sətçi xanımlarının birliyini yaratmağa ehtiyac var. Çünki bu əməkdaşlıqdan bütün Türk dünyası bəhrələnəcək və bu birlik problemlərimizin birgə həllinə nail olmaq üçün bizə yardımçı olacaqdır.

Mən çıxışımı böyük Azərbaycan ədibi Hüseyn Cavidin ana, qadın haqqında misraları ilə tamamlamaq istəyirəm. Hüseyn Cavid deyirdi:



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin