Elşən Misir oğlu Nəsibov


Qeyd  olunduğu  kimi,  dövlət  hüququ  insan  hüququnun  tərkibidir



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə89/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   85   86   87   88   89   90   91   92   ...   140
Azf-286777

Qeyd  olunduğu  kimi,  dövlət  hüququ  insan  hüququnun  tərkibidir.
 
Çünki  dövləti  ictimai  bir  müqavilə  forması  kimi    insanlar  yaradırlar    və  ona 
hüquqlar,  bu  baxımdan,  səlahiyyətlər,  vəzifələr  verirlər.  Dövləti  həmçinin 
öhdəliklə  məsuliyyətli  tərəfə  çevirirlər.  Çünki  hüququ  olan  istənilən  tərəfin 
məsuliyyəti  və  öhdəliyi  də  vardır.  Məsuliyyət  və  öhdəlik  kimi  anlayışlar  və 
ifadələr  elə  hüquq  anlayışının  tərkibini  təşkil  edir.  İnsanların  hüquqları, 
qurumların  hüquqları  genişləndikcə  məsuliyyət  və  öhdəlikləri  də  artır.  Çünki 
hər bir hərəkət məsuliyyəti şərtləndirir.   
Xalqı  təmsil  edən  dövlətin  (dövlət  rəhbərinin,  dövlət  hakimiyyətinin)  
hüquqları  vətəndaşların  və  əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin  


65 
 
hüquqlarını  təmin  etmək  üçündür.  Burada  əcnəbi  və  vətəndaşlığı  olmayan 
şə
xsin  hüquqlarını  dövlət  ona  görə  təmin  edir  ki,  beynəlxalq  sənədlərlə  öz 
üzərinə  öhdəlik  götürür.  Onları  öz  vətəndaşlarından,    bəzi  istisnalar  olmaqla, 
ayırmır.  Dövlətin  əsas  vəzifə  və  səlahiyyəti,  öhdəliyi  məhz  insan  hüquqlarını 
insanların  maraqlarının  əks  olunduğu  sahələrdə  təmin  etməkdən  ibarətdir. 
Maraq  ardırıcıl  qaydada,  subyektlərin  hərəkət  məkanlarına  və  resurslara 
müvafiq  olaraq  ümumən  artır.  Bəzi  hallarda  isə  azalır,  məhdudlaşır.  Burada 
resurs  və  əməl  amili  mühüm  rol  oynayır.    İnsanların    universal  və  məxsusi 
hüquqları    ümumi  vətəndaşlıq  prinsiplərinə,  məxsusi  hallarda  isə  fərdi 
kateqoriyaya,  həmçinin  fərdi    qabiliyyətə  görə  təmin  edilir.  Hüquq  normaları 
ümumi və fərdi statuslar yaradır.  
Dövlət 
öz 
idarəçiliyini 
hüquqyaratma 
və 
icrasını 
təminetmə 
mexanizmləri:  subyekt  və  obyektləri  (vasitələr  də  demək  olar)    ilə  həyata 
keçirir.  Dövlət  insan  hüquqlarını  inkişaf  sahələrinə  və  resurslarına  görə 
müəyyən  edir,  təsbit  edir,  eləcə  də  təmin  və  təsdiqini  həyata  keçirir.  Dövlət 
hakimiyyətinin aparatları (mərkəzi və yerli aparatlar) insan hüquqlarının təsbit 
və təsdiqini təmin edir. 
Dövlət  öz  vətəndaşlarının  hüquqlarını  digər  kateqoriyalarla  yanaşı, 
zaman
 kateqoriyası ilə də təmin edir. Həm də ona görə ki, beynəlxalq aləmin 
üzvü olur və bu aspketdə dünyanın inkişaf tempinə müvafiq olaraq, resursların 
mənimsənilməsini  səmərəli  həyata  keçirmək  məqsədilə  hüquqi  islahatları 
həyata  keçirir.  Zaman  kateqoriyası  əsasında  mövcud  və  gələcək  zamanın 
hüquqları  təmin  edilmiş  olur.  Dövlət  gələcək  zamanda  hüquqların  təmin 
olunmasını  hədəf  kimi  müəyyən  edir.  Zamanla    ayaqlaşmaqla  insan 
hüquqlarının təmin olunması məsələsi dövlətin özünün inkişafını şərtləndirir.  
İ
nsan  hüquqlarının  təmin  olunmasında  zaman  kateqoriyasının  tətbiqi 
vətəndaşların  ardıcıl  şəkildə  hüquqlarının  rəvan  əsaslarla  təmin  olunmasını 
ə
sas götürür.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin