5
(öyrənmək istiqaməti kimi) yaranmasına səbəb olmuşdur. Təbiətin
düşünülməsi həm də riyaziyyat elminin əsaslarını ortaya qoymuşdur.
Düşüncə istiqamətləri elmin istiqamətlərini meydana gətirir. Hər bir elm
də sahələrdə cəmləşərək öz sahəsini yaradır. Sahələrdə həm də fəlsəfə
mövcuddur. Elmin qənaəti elə fəlsəfi nəticədir. Bu baxımdan da hər bir elmin
tərkibində fəlsəfə var. Elmin nəticələri təsirli düşüncələr ardıcıllığını yaradırsa,
fəlsəfədir, çünki geniş məzmun tərkiblərdən və sintezlərdən meydana gəlir.
Fəlsəfə məntiqlə əldə olunan elmlər məcmuəsidir. Deduktiv nəticələrlə fəlsəfi
düşüncələr tərkibə ayrılır, tezislərdən sintez yaranır və analizlər bütövü
meydana gəlir.
Deməli, haradasa fəlsəfə bütöv, elm onun tərkibidir.
Dostları ilə paylaş: