Elşən Misir oğlu Nəsibov


Demokratiya və institutsional idarəetmə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə71/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   67   68   69   70   71   72   73   74   ...   140
Azf-286777

Demokratiya və institutsional idarəetmə 
 
Cəmiyyət  və  dövlət  fenomeni  insanları  bir  mərkəzdə  bağlayan  və  onları 
bir  arada  toplayan  fenomenlərdir.    Dövlətlər    və  cəmiyyətlər  daxilən  maraq 
məkanlarından ibarət olan kompozisiyalardır. Sosial,  maddi, mənəvi və siyasi  
ünsürlər olan insanlar cəmiyyətdə və dövlətdə yaşayırlar,  fəaliyyət göstərirlər. 
Fəaliyyətin  nəticələri  də  dövlətlər  və  cəmiyyətlər  üçün  olur.  İnsanlar 
cəmiyyətlərdə  və  dövlətlərdə  cəmləşirlər  və  maddi,  sosial  və  siyasi  birliklər 
yaradırlar.  Bu cəmləşmə maraqların oxşar əsaslarla qruplaşmasından meydana 
gəlir.  Maraqların  müxtəlifliyi  də  özlüyündə  qruplaşmanı  yaradır.  Qruplaşma, 
kollektivçilik  cəmiyyətdə  tərkibi  müxtəlif  olan  maraqlar  şəbəkəsini  meydana 
gətirir.    Fərd  öz  maraqlarını  daha  çox  kollektivçilk  prinsipindən  və 
formasından ödəməyə çalışır. Çünki əslində elə cəmiyyət də kollektiv əsaslarla 
inkişafa  məruz  qalır.  Həm  də  fərdlər    yalnız  cəmiyyətlərdə  və  dövlətlərdə 
şə
xslərə  çevrilir  və  öz  maraqlarını  bu  strukturlarda,  məkanlarda    maddi  və 


53 
 
mənəvi  baxımdan  ödəyirlər.  Kollektivçilkdə  zənginlik  və  dəyərlər  məcmusu 
formalaşır.  Cəmiyyət  və  dövlət  elə  kollektiv  ünsürdür,  kompleksidir.  Sahələr 
müxtəlifliyi  kollektivçiliyi  zəruri  edir.  Kollektivçilik  özündə  enerjini  toplayır. 
Dövlət və cəmiyyət mərkəzləşdirici və ətraflara doğru şaxələndirici funksiyanı 
yerinə  yetirən  komplekslərdir.  Dövləti  insanlar  yaradır  və  onun  işində, 
idarəçilikdə iştirak edirlər. Hakimiyyəti təşkil etmək, işini həyata keçirmək və 
ümumiyyətlə,  hakimiyyətin  əsaslarını  formalaşdırmaq  elə  demokratiyanın 
ə
saslarını  meydana  gətirir.  Hakimiyyətin  subyekti  insanlar  və  onların 
kollektivləridir.  
Məlumdur  ki, demokratiya  xalqın  hakimiyyəti deməkdir.   Xalq dövlətini 
yaradır.  Dövlət  ayrı-ayrı  sahələri  tənzim  edən  strukturlardan  təşkil  olunur. 
İ
darəçilik  sahələri  çoxluq  təşkil  etdiyindən  demokratiyanın  da  tərkib  sahələri 
çoxluqlardan  ibarətdir.  Demokratiya  strukturlu,  sistemli  və  müəyyən 
mexanizmli  bir  məzmundur.  İdarəçilik  normalarla  həyata  keçirilir  və 
təşkilatçılıqdan  ibarət  olur.  Təşkilatçılıq  strukturlaşdırma  və  koordinasiya 
etməkdən  ibarətdir.  Dövlət  özü  də  bir  universal  təşkilatdır  universal 
mərkəzləşdirici  və  ətrafayönəldici  sistemdir.    Təşkilati  prosesləri  təmin  edir. 
Bu  proseslər  daxilində  maraqlar  təmin  edilir.  İdarəçilik  bir  hakimiyyət 
məsələsidir. 
İ
darəetmə 
yolu 
ilə 
vətəndaşların 
siyasi 
hakimiyyətdə 
təsdiqlənmələri, özünütapma  halları   müəyyən edilir. Hakimiyyətin işi başlıca 
olaraq kollektiv əsaslarla təşkil olunur.  Buna  görə də şəbəkəli əsaslara  malik 
olur.  
Demokratiya  sahələri  çoxdur.  Yəni,    xalqlar    dövlətləri  daxilində  öz 
hakimiyyətlərinin  çoxlu  sahələrini  təşkil  edir    Buna  görə  də  sahələri  tənzim 
etmək,    onları  bir  arada  koordinasiya  etmək  məqsədilə    aidiyyatı      institutlar 
yaradılır. İnstitutları  siyasət  hazırlayan və siyasəti icra edən  xassələrə bölmək 
olar.  Məsələn,  ali  məktəbləri,  tədqiqat  mərkəzlərini,  partiya  və  digər 
təşkilatları,  ictimai-siyasi  qurumları,  mətbuat  qurumlarını  siyasət  hazırlayan 
mərkzələr  kimi  təsnif  etmək  olar.  Parlamentin  özü  də  siyasət  hazırlayan  əsas 
mərkəzdir.  Çünki  burada  qanunlar  və  qərarlar  qəbul  olunur.  Dövlət 
hakimiyyətinin digər qollarının strukturları da nəzəri və praktik olaraq siyasət 
hazırlamaqla, siyasət həyata keçirməklə məşğuldur.  Hər bir institutut (təşkilat) 
özünün  maraq  sahələrinə  malik  olur.  Təyinatın  obyekti  mövcud  olur  ki,  buna 
görə  də  idarəetmə    institutları  meydana  gəlir.  İdarəetmə  institutları  ayrı-ayrı 
sahələrdə  insan  maraqlarının  təmin  olunmasını  həyata  keçirir.  İdarəetmə 
institutlarının  ali  əsasları  elə  ali  hakimiyyətin  qollarından  ibarət  olur.  Hər  bir 
qol  öz-özlüyündə  strukturlardan,  komplekslərdən  ibarətdir.  Bu  sistem  elə 
institutların əsasını meydana gətirir. Dövlətin institutlarla idarə olunması onun 
rasional  idarəolunmasını  zəruri  edir.  Burada  bütün  istiqamətləri  hüquq 
normaları-qanunvericilik aktları ( qanunlar və qaydalar) müəyyən edir.  
İ
nstitutlarda  hüquq  normaları  hazırlanır.  Eyni  zamanda  tətbiq  qaydaları 
müəyyən  edilir.  Siyasət  yolu  ilə  məsələlər  həllini  tapır.    Bu  proses  zamanı 


54 
 
cəmiyyətin  və  dövlətin  inkişaf  vəziyyətləri  və  parametrləri  nəzərə  alınır. 
Mövcud  resurslar,  mövcud  qanunvericilik  vasitələri  sonrakı  bazalar  üçün 
resurs və vasitə rolunda çıxış edir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin