Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır



Yüklə 20.65 Mb.
Pdf просмотр
səhifə1/14
tarix07.12.2016
ölçüsü20.65 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

Elxan Süleymanov
Vurğun Süleymanov
Ermənistanın Azərbaycana qarşı 
silahlı təcavüzü və işğalın ağır 
nəticələri
Bakı - 2012

Məsləhətçilər: 
Jan Pol Murman,
Belçika Konstitusiya Məhkəməsinin hakimi
Eduard Lintner,
Almaniya millət vəkili (1976-2009)
 
Çingiz İsmayılov,
coğrafiya elmləri doktoru, professor
AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, AVRONEST Par-
lament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, 
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə 
heyətinin üzvü Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə 
doktoru  Vurğun  Süleymanovun  müəllifi  olduğu  “Ermənistanın 
Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kita-
bında təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi 
zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə 
olaraq araşdırılır. Kitabda həmçinin, Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ  münaqişəsinin  tarixi  və  geosiyasi  kökləri  tədqiq  olunur, 
beynəlxalq  təşkilatların  Ermənistanın  Azərbaycan  ərazilərini  işğalı 
faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır.
Kitabda AzərTAc-ın, Azərbaycan Respublikası Qaçqınların və Məcburi 
Köçkünlərin  İşləri üzrə  Dövlət  Komitəsinin  (http://qmkdk.gov.az)  və 
www.azerbaijan.az portalının fotomateriallarından istifadə olunmuşdur.
06050010405
–––––––––––  qrifli nəşr
   036-2012
ISBN 978 9952-8134-7-8            
© Elxan Süleymanov & Vurğun Süleymanov  2012

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
3
www.elkhan-suleymanov.az
Giriş
Ermənistanın  silahlı  təcavüzü  nəticəsində  Azərbaycan 
ərazilərinin 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Mux-
tar  Vilayəti  (DQMV)  və  digər  7  rayon  işğal  edilmiş,  20  min 
azərbaycanlı həlak olmuş, 50 min insan yaralanmış və müxtəlif 
dərəcəlı xəsarət almış, 5 mindən artıq azərbaycanlı əsir və itkin 
düşmüş, Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan 
ərazilərində    həyata    keçirdiyi    etnik  təmizləmə  siyasəti 
nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi 
köçkünə  çevrilmişdir.  Müharibə  nəticəsində  900-dən  çox  ya-
şayış  məntəqəsi  dağıdılmış  və  qarət  edilmiş,  mülki  əhalinin 
ümumilikdə 9 milyon m
2  
sahədə evləri, dövlət müəssisələri və 
sosial  obyektlər  dağıdılmış  və  yandırılmışdır.  Ümümiyyətlə, 
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və Azərbaycan 
ərazilərinin  işğalı  nəticəsində  ölkəmizə  bilavasitə  dəyən 
zərərin miqdarı onlarla milyard dollar hesablansa da, müxtəlif 
mənbələrdə bu barədə dəqiq məlumat verilmir. Ümumiyyətlə, 
vurulmuş zərər deyəndə həm dövlətin özünə vurulmuş zərər, 
həm  də  onun  vətəndaşlarına,  təşkilatlarına  və  kommersiya 
strukturlarına vurulmuş zərər nəzərdə tutulur.
Bununla  yanaşı,  Ermənistanın  silahlı  təcavüzü  və  işğalı 
nəticəsində Azərbaycana  bilavasitə  ziyanlarla  yanaşı,  dolayısı 
ilə ziyanlar da dəymişdir. Bu ziyanların miqdarı işğal altında 
olan ərazilər azad edilməyənədək hər il artmaqda qavam edir. 
Uzun müddətdir ki, Azərbaycan ərazilərinin dinc yolla işğal-
dan azad edilməsi istiqamətində danışıqlar aparılır, əgər danı-
şıqlar nəticəsində Azərbaycan ərazilərinin azad edilməsinə nail 
olunmasa belə, Azərbaycan beynəlxalq hüquq normalarına mü-
vafiq olaraq özünü müdafiə hüququndan istifadə edərək işğala 
son qoyacaq və hazırda işğal altında olan ərazilərdə öz dövlət 
müstəqilliyini  bərpa  edəcəkdir.  İstənilən  halda  Azərbaycan 
Respublikası  beynəlxalq  məhkəmələrdə  ona  dəyən  ziyanın 
ödənilməsi barədə iddia qaldırmaq və müvafiq təzminatlar al-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
4
www.elkhan-suleymanov.az
maq hüququna malikdir. Odur ki, Ermənistanın silahlı təcavüzü 
və Azərbaycan  ərazilərinin  işğalı  nəticəsində  ölkəmizə  dəyən 
ziyanın müəyyənləşdirilməsi böyük aktuallıq kəsb edir. 
Lakin  indiyədək Azərbaycana  vurulmuş maddi və mənəvi 
zərərin ödənilməsinə yönəlmiş kompleks xarakterli beynəlxalq-
hüquqi  məsələlərin  tədqiqi  ayrıca  araşdırmanın  predmeti  ol-
mamışdır. Bu boşluğu müəyyən dərəcədə doldurmaq məqsədlə 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  poli-
toloji,  beynəlxalq-hüquqi,  iqtisadi  aspektlərinin, Azərbaycana 
dəymiş  ziyanın  ödənilməsi  istiqamətində  beynəlxalq-hüquqi 
əsaslarının araşdırılması dövlət əhəmiyyətli vacib məsələ hesab 
edilməlidir. Belə ki, Azərbaycana qarşı təcavüzə və Azərbaycan 
torpaqlarının  işğalına  görə  Ermənistanın  beynəlxalq-hüquqi 
məsuliyyətinin yaranmasından irəli gələn Azərbaycana vurul-
muş maddi və mənəvi zərərin ödənilməsi probleminin araşdırıl-
ması işğalın nəticələrinin aradan qaldırılmasının və bütövlükdə 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli 
həll edilməsinə yönəlmiş vacib məsələlərdən biridir. 
Eyni zamanda qeyd edilməlidir ki, Ermənistanın Azərbaycana 
qarşı  ərazi  iddialarının,  silahlı  təcavüzünün,  Dağlıq  Qarabağ 
bölgəsinin və ətraf rayonların işğalının indiyədək əsasən ümu-
mi xarakterli siyasi və hüquqi aspektləri tədqiq edilmişdir. La-
kin Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulmuş 
maddi  və  mənəvi  zərərin  ödənilməsinə  yönəlmiş  kompleks 
məsələlərin tədqiqi araşdırma predmeti olmamışdır və təqdim 
edilən  tədqiqat  çərçivəsində  həyata  keçirilən  belə  bir  araşdır-
manın  aparılmasına  cəhd  göstərilir.  Bu  isə,  öz  növbəsində, 
tədqiqatın aktuallığını və yeniliyini müəyyən edir və sübhəsiz 
ki,  Ermənistan  tərəfindən  Azərbaycanın  Dağlıq  Qarabağ 
bölgəsinin və ətraf rayonlarının işğalına dair dünya dövlətləri 
birliyində və dünya ictimai fikrində Azərbaycan tərəfinin möv-
qeyinin əsaslı, qanuni və ədalətli olmasının sübutedici bazasını 
daha da gücləndirir. 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
5
www.elkhan-suleymanov.az
1. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin tarixi və geosiyasi kökləri
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  et-
nik  azərbaycanlı ların  1988-1989-cu  illərdə  cəmi  bir  neçə  ay 
ərzində öz tarixi torpaqları olan indiki Ermənistan Respublika-
sı ərazisindən deportasiyası və bu dövlətin zor tətbiq etməklə 
yeni  ərazilər  əldə etmək  siyasətinin  davamı  kimi Azərbaycan 
Respublikasına qarşı silahlı təcavüzü nəticəsində baş vermişdir.
Qeyd edilməlidir ki, Azərbaycana qarşı silahlı təcavüz ölkənin 
Dağlıq Qarabağ bölgəsində erməni separatçı qrupların hüquqa-
zidd hərəkətləri ilə başlanmışdır. Ermənistanın hakimiyyət or-
qanları isə separatçıların bu əməllərini özlərinin beynəlxalq hü-
quq normaları ilə ziddiyyət təşkil edən qərarları ilə dəstəkləmiş 
və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürmüşdür. Bu 
qərarlar  sırasında  Ermənistan  SSR Ali  Sovetinin  “Ermənistan 
SSR  ilə  Dağlıq  Qarabağın  birləşdirilməsi  haqqında”  1  dekabr 
1989-cu il tarixli qərarı və Ermənistanın dövlət suverenliyi haq-
qında 23 avqust 1990-cı il tarixli bəyannamə xüsusilə vurğulan-
malıdır. Ermənistan tərəfindən qəbul edilmiş beynəlxalq hüquq 
normaları ilə ziddiyyət təşkil edən həmin sənədlərə görə, digər 
bir dövlətin ərazisinin bir hissəsi - Azərbaycan Respublikasının 
Dağlıq  Qarabağ  bölgəsi  “Ermənistan  Respublikasının  ayrıl-
maz hissəsi” elan edilirdi. Ermənistan SSR Ali Sovetinin qeyd 
edilən  qərarları  bu  dövlətin  silahlı  qüvvələrinin  Azərbaycan 
Republikasına qarşı silahlı təcavüzü nəticəsində reallaşdırıldı. 
Azərbaycana qarşı silahlı döyüşlərə muzdlulardan ibarət silah-
lı  qeyri-qanuni  birləşmələr  geniş  cəlb  edilmişdi.  Bununla  ya-
naşı, Ermənistanın silahlı təcavüzü bu dövlətin xüsusi xidmət 
orqanlarının  və  beynəlxalq  erməni  terror  təşkilatlarının  tək 
cəbhəyanı və sərhədyanı ərazilərdə deyil, eyni zamanda cəbhə 
və sərhəd xətlərindən uzaqlarda Azərbaycan xalqına qarşı ter-
ror  əməliyyatlarının  kəskin  şəkildə  intensivləşməsi  fonunda 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
6
www.elkhan-suleymanov.az
həyata keçirildi. Ermənistan silahlı birləşmələrinin tammiqyaslı 
hərbi əməliyyatları 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində 
Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 
inzibati ərazisi hüdudlarında aparılırdı, 1992-ci ilin mayından 
isə döyüş əməliyyatları keçmiş DQMV hüdudlarından kənara 
çıxaraq, Azərbaycanın digər rayonlarına yayılmağa başladı.
Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan Res-
publikasının  keçmiş  DQMV  və  7  ətraf  rayonu,  o  cümlədən 
cəbhəyanı və sərhədyanı rayonların bir sıra yaşayış məntəqələri 
də daxil olmaqla Azərbaycan Respublikasının 20% ərazisi işğal 
edildi. Rusiya Federasiyasının vasitəçiliyi ilə 1994-cü ilin 12 may 
tarixində tərəflər arasında atəşkəs haqqında protokol imzalandı 
və hazırda münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı 
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır. 
Xüsusilə qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ münaqişəsinin meydana gəlməsinin tarixi və geosiyasi 
kökləri mövcuddur. Belə ki, bu münaqişənin əsası “ləng açılan 
bomba” şəklində 1988-ci ildən xeyli əvvəl, daha dəqiq desək, 
XIX əsrin əvvəllərində qoyulmuşdur. Belə ki, çar Rusiyası hələ 
XVII  əsrin  sonu  və  XVIII  əsrin  əvvəllərindən  başlayaraq  Os-
manlı dövlətinin torpaqlarının bölüşdürülməsi, Aralıq dənizinə 
və Şərqə çıxış əldə etmək məqsədilə dəfələrlə Türkiyə və İrana 
qarşı müharibələr aparmışdır. Bu müharibələrin nəticəsi kimi, 
1813  və  1828-ci  illərdə  çar  Rusiyası  və  İran  arasında  müvafiq 
olaraq  Gülüstan  və  Türkmənçay  müqavilələri  imzalanmış-
dır.  Bu  müqavilələrin  imzalanması  nəticəsində  Azərbaycan 
xalqına  qarşı  tarixi  ədalətsizlik  rəsmiləşdirildi və Azərbaycan 
torpaqları  iki  dövlət  arasında  bölüşdürüldü.  Beləliklə,  həmin 
müqavilələrin faciəli nəticəsi kimi Azərbaycan xalqı bölündü, 
Azərbaycanın tarixi torpaqları parçalandı. 
Türkmənçay  müqaviləsində  uzağagedən  geosiyasi  oyunla-
rın və gələcək fəlakətlərin əsası qoyulmuş oldu. Belə ki, həmin 
müqavilə imzalandıqdan sonra 1828-ci ildən başlayaraq İran və 
Türkiyədə  yaşayan  ermənilərin  Rusiyanın  işğal  etmiş  olduğu 
Zaqafqaziyaya (Cənubi Qafqaza) kütləvi köçürülməsinə başlan-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
7
www.elkhan-suleymanov.az
mışdır. Müharibədən sonrakı iki il ərzində, 1828-ci ildən 1830-
cu ilə kimi Cənubi Qafqaza İrandan 40 mindən, Türkiyədən isə 
84  mindən  çox  erməni  köçürüldü.  Cənubi  Qafqaza  köçürülən 
ermənilər  strateji  baxımdan  əhəmiyyət  kəsb  edən  Yelizavet-
pol  (Gəncə)  və  İrəvan  quberniyalarında  yerləşdirilirdilər.  Rus 
tədqiqatçısı N.N.Şavrov bu məsələ ilə bağlı yazırdı ki, “Yeliza-
vetpol  quberniyasının  dağlıq  hissəsi  və  Göyçə  gölünün  sahili 
həmin ermənilər tərəfindən məskunlaşdırılmışdır”. N.N.Şavrov 
daha  sonra  göstərirdi  ki,  1908-ci  ildə  “Zaqafqaziyada  yaşayan 
1  milyon  300  min  erməninin  1  milyondan  çoxu  diyarın  köklü 
sakinləri olmayıb bizim tərəfimizdən məskunlaşdırılmışdır” [1]. 
Beləliklə, Çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə 
Cənubi  Qafqaza,  o  cümlədən  Qarabağın  dağlıq  hissəsinə 
köçürülməsi  bu  regionda  demoqrafik  vəziyyətə  ciddi  təsir 
göstərmiş və ermənilərin gələcək ərazi iddialarının əsasını qoy-
muşdur. 
Əvvəlcə çar Rusiyasının, sonra isə Sovet İttifaqının apardığı 
siyasət nəticəsində son 200 il ərzində Cənubi Qafqazda demoq-
rafik vəziyyət ciddi şəkildə dəyişdirilmiş, azərbaycanlılar öz ta-
rixi torpaqlarından, doğma yurdlarından sıxışdırılaraq məcburi 
köçürülmələrə  məruz  qalmışlar.  Təkcə  XX  yüzillik  ərzində 
azərbaycanlılar  ən  azı  beş  dəfə  təqiblərə  və  deportasiyalara 
məruz  qalaraq,  öz  tarixi  torpaqlarından  didərgin  düşmüşlər. 
1905-1907-ci  illərdə  ermənilər  azərbaycanlılara  qarşı  bütün 
Azərbaycanı,  eləcə  də  indiki  Ermənistan  ərazisindəki  əzəli 
azərbaycanlı  yaşayış  məntəqələrini  əhatə  edən  genişmiqyaslı 
qanlı əməliyyatlar həyata keşirmiş, yüzlərlə yaşayış məntəqəsini 
yerlə  yeksan  etmiş,  minlərlə  azərbaycanlını  vəhşicəsinə  qətlə 
yetirmişlər.  Daha  sonra  1917-ci  ilin  dekabrından  başlayaraq 
1918-ci ilin iyun ayınadək təkcə keçmiş İrəvan xanlığı ərazisində 
200  azərbaycanlı  kəndi  yandırılaraq  məhv  edilmişdir.  Bolşe-
vizm bayrağı və əksinqilabçı ünsürlərə qarşı mübarizə adı al-
tında Stepan Şaumyanın rəhbərlik etdiyi silahlı dəstələr 1918-ci 
ilin martından etibarən Bakı quberniyasında azərbaycanlıların 
məhv  edilməsi  üzrə  dəhşətli  plan  həyata  keçirməyə  başladı 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
8
www.elkhan-suleymanov.az
və  qısa  müddət  ərzində  Bakının  xeyli  hissəsi  xarabalığa  çev-
rildi.  Azərbaycanlılara  qarşı  soyqırımı  əməliyyatları  Bakıda, 
Şamaxıda,  Qubada,  Qarabağda,  Zəngəzurda,  Naxçıvanda, 
Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqla həyata ke-
çirildi. Dinc əhali yalnız etnik azərbaycanlı olması səbəbindən 
kütləvi şəkildə öldürülür, yaşayış məntəqələri yandırılır, milli-
mədəniyyət  abidələri,  məktəblər,  xəstəxanalar,  məscidlər  və 
digər  tikililər  dağıdılaraq  məhv  edilirdi.  Bu  dövrdə  Cənubi 
Qafqazda  erməni  qüvvələri  tərəfindən  təxminən  100  mindən 
çox etnik azərbaycanlı məhv edildi.
  Azərbaycan  28  may  1918-ci  ildə  dövlət  müstəqilliyi  elan 
etdikdən sonra yenidən ermənilərin ərazi iddiaları ilə üzləşdi. 
Yaranmış  tarixi-siyasi  vəziyyəti  nəzərə  alaraq,  əsasən  də 
ermənilərin  ərazi  iddialarına  son  qoyulması  və  ermənilərin 
azərbaycanlılara  qarşı  silahlı  hücumlarının  dayandırılması 
müqabilində  Azərbaycan  tərəfi  1918-ci  ildə  İrəvan  şəhərinin 
ermənilərə verilməsi barədə qərar qəbul etdi. Bununla da, ta-
rixi  Azərbaycan  torpaqlarında  paytaxt  İrəvan  şəhəri  olmaqla 
Ermənistan dövləti yaradıldı. Lakin erməni tərəfi bundan son-
ra da ərazi iddialarından əl çəkmədi və azərbaycanlıların zo-
rakılıqla  öz  tarixi  torpaqlarından  qovulması  davam  etdirildi. 
Nəhayət,  ermənilərin  silahlı  təcavüzü  nəticəsində  Zəngəzur 
mahalı işğal edildi və erməni tərəfi İranla sərhəd qurulmasına 
nail oldu.
SSRİ  tərkibində  Zaqafqaziya  Federasiyasının  qurulma-
sı  və  ləğvi,  Azərbaycan  SSR  və  Ermənistan  SSR-in  yaradıl-
ması  dövründə  sərhədlərin  dəqiqləşdirilməsi  bəhanəsi  ilə 
Azərbaycan  əraziləri  yenidən  Ermənistan  SSR-in  tərkibinə 
qatılır, yerli Azərbaycan əhalisi isə bu və ya digər yollarla öz 
doğma  yurdlarını  tərk  etməyə  məcbur  edilirdi.  Ermənistan 
SSR-də yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə və de-
portasiya siyasəti İkinci Dünya Müharibəsindən sonra da SSRİ 
rəhbərliyi səviyyəsində davam etdirildi. Misal üçün, Ermənistan 
SSR-ə  xaricdən  gələn  ermənilərin  yerləşdirilməsi  bəhanəsilə 
İ.V.Stalinin  imzaladığı  “Kolxozçuların  və  digər  Azərbaycan 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
9
www.elkhan-suleymanov.az
əhalisinin  Ermənistan  SSR-dən  Azərbaycan  SSR-in  Kür–Araz 
ovalığına  köçürülməsi  haqqında”  1947-ci  il  23  dekabr  tarixli 
4083  saylı  və  “Kolxozçuların  və  digər  Azərbaycan  əhalisinin 
Ermənistan  SSR-dən  Azərbaycan  SSR-in  Kür–Araz  ovalığına 
köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart 
tarixli 754 saylı SSRİ Nazirlər Sovetinin qərarlarına əsasən 150 
minədək azərbaycanlı özlərinin tarixi torpaqlarından deporta-
siya olundu.       
Qeyd etmək lazımdır ki, çar Rusiyasının XIX əsr boyu və XX 
əsrin əvvəllərində Cənubi Qafqazda demoqrafik vəziyyəti cid-
di şəkildə dəyişdirməyə nail olmasına baxmayaraq, 1918-ci ildə 
cəmisi  9  min  km
2
  ərazidə  yaradılmış  Ermənistan  dövlətində 
575  mindən  çox  azərbaycanlı  yaşayırdı  ki,  bu  da  Ermənistan 
əhalisinin  üçdə  birindən  çox  idi.  Sonradan  SSRİ  dövründə 
Azərbaycanın  ərazisinin  114  min  km
2
-dən  86,6  min  km
2
-ə 
qədər azaldılması hesabına Ermənistanın əraziləri artırıldı və 
bu  ərazilərdə  müxtəlif  bəhanələrlə  yerli  azərbaycanlı  əhaliyə 
qarşı açıq və gizli şəkildə etnik təmizləmə siyasəti həyata ke-
çirildi. Nəhayət, 1988-ci ilin sonu və 1989-cu ilin əvvəllərində 
indiki  Ermənistan  dövlətinin  ərazisindən  son  250  mindən 
çox  azərbaycanlı  deportasiya  edildi.  Rəsmi  Yerevanın  ardıcıl 
və  davamlı  şəkildə  həyata  keçirdiyi  etnik  təmizləmə  siyasəti 
nəticəsində hazırda bu ölkə ərazində bir nəfər də azərbaycanlı 
qalmamışdır. 
Etnik  təmizləmə  və  indiki  Ermənistan  ərazilərinin 
azərbaycanlıların  tarixi  torpaqları  olması  barədə  izlərin  belə 
silinməsi  siyasətinin  növbəti  mərhələsi  1988-ci  il  noyabrın 
sonunda  başlandı.  Rəsmi  hakimiyyət  orqanlarının  dəstəyi 
və  sanksiyası  ilə  indiki  Ermənistan  dövlətinin  ərazisində 
məskunlaşmış  son  250  mindən  artıq  azərbaycanlı  qısa  bir 
müddət ərzində  öz tarixi torpaqlarından deportasiya olundu. 
Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin 
növbəti  faciəvi  mərhələsi  olan  bu  kütləvi  qovulma  aksiyası 
azərbaycanlıların öldürülməsi, onlara işgəncələrin verilməsi ilə 
müşayiət edildi. Etnik təmizləmə nəticəsində 216 azərbaycanlı 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
10
www.elkhan-suleymanov.az
qətlə  yetirildi  ki,  bunların  əksəriyyəti  də  qadınlar,  uşaqlar  və 
qocalar idi. Bunlardan 49 nəfəri xilas olmağa çalışarkən dağlar-
da donmuş, 41 nəfəri xüsusi qəddarlıqla döyülərək qətlə yeti-
rilmiş, 35 nəfəri uzun sürən işgəncələrlə öldürülmüş, 11 nəfəri 
diri-diri  yandırılmış,  16  nəfəri  güllələnmiş,  10  nəfər  əzab  və 
işgəncələrə dözməyərək ölmüş, 2 nəfər xəstəxanada həkimlər 
tərəfindən  öldürülmüş,  2  nəfərin  başı  kəsilmiş,  digərləri  isə 
suda boğularaq, asılaraq, elertrik cərəyanına birləşdirilərək və s. 
qeyri-insani üsullarla qətlə yetirilmişlər. Etnik azərbaycanlılara 
qarşı cinayətlər Quqark, Kalinin, Gorus, Stepanavan, Vardenis, 
Masis,  Spitak,  Ararat,  Kirovakan,  İcevan,  Krasnoselo,  Yexek-
nadzor, Amasiya, Qafan, Abovyan, Sisyan, Sevan, Noyember-
yan, Meğri və digər rayonlarında xüsusi qəddarlıqla həyata ke-
çirilmişdir [2]. 
Etnik zəmində həyata keçirilən bu cinayət əməlləri rəsmi Ye-
revan tərəfindən qabaqcadan düşünülmüş və planlaşdırılmışdı. 
Belə  ki,  azərbaycanlıların  öz  tarixi  vətənlərindən  deportasiya 
edilməsinə,  onların  məskunlaşdığı  yaşayış  məntəqələrinə  hü-
cumlara Ermənistan hökumətinin məmurları, milis və prokuror-
luq əməkdaşları, rayon partiya komitələrinin katibləri rəhbərlik 
edirdi.  Şübhəsiz  ki,  SSRİ  rəhbərliyi,  xüsusən  də  M.Qorbaçov 
Ermənistan rəhbərliyinin bu cinayətkar əməllərindən xəbərdar 
idi. Lakin SSRİ rəhbərliyi Ermənistan ərazisində azərbaycanlı 
əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmə faktlarına görə 
təhqiqatların aparılması barədə qərar qəbul etmədi, bu cinayət 
əməllərinin təşkilatçıları və icraçılarını məsuliyyətə cəlb etmədi. 
Qeyd edilməlidir ki, beynəlxalq hüquq normalarına əsasən 
hər hansı milli, etnik və ya dini qrupun üzvlərinin öldürülməsi, 
belə qrupun üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozun-
tuların  yetirilməsi,  hər  hansı  qrupun  tam  və  ya  tədricən  fi-
ziki  məhvinə  gətirib  çıxaran  əvvəlcədən  düşünülmüş  həyat 
şəraitinin  yaradılması  belə  qrupa  qarşı  soyqırımı  (genosid) 
cinayəti  kimi  qiymətləndirilir  [3].  Beləliklə,  beynəlxalq  hü-
quq normalarına əsasən Ermənistan rəsmi hakimiyyətinin et-
nik  azərbaycanlılara  qarşı  həyata  keçirdiyi  əməllər  genosid 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
11
www.elkhan-suleymanov.az
cinayətləri kimi qiymətləndirilməlidir.
Daha  sonra  Ermənistan hakimiyyəti  öz  ərazisində yaşayan 
azərbaycanlıları  öz  tarixi  torpaqlarından  deportasiya  etməklə 
kifayətlənməmiş  və  1988-1994-cü  illərdə  Azərbaycana  qarşı 
silahlı təcavüz etmişdir. Azərbaycana qarşı silahlı döyüşlərdə 
Ermənistanın  silahlı  qüvvələri  ilə  yanaşı,  dünyanın  müxtəlif 
ölkələrinin vətəndaşları olan etnik ermənilərdən ibarət silahlı 
muzdlular dəstəsi və beynəlxalq erməni terror təşkilatları işti-
rak  etmişlər.  Ermənistanın Azərbaycana  qarşı  hərbi  təcavüzü 
nəticəsində  Azərbaycan  torpaqlarının  20  faizi,  o  cümlədən 
keçmiş  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  (DQMV),  eləcə  də 
ona bitişik olan 7 rayonunun (Laçın, Kəlbəcər, Ağdam, Füzu-
li, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları) əraziləri işğal edil-
mişdir. Bundan əlavə Azərbaycanın cəbhəyanı və Ermənistanla 
sərhədyanı  rayonlarının  da  bir  sıra  yaşayış  məntəqələri  işğal 
olunmuş (Naxçıvan MR, Qazax, Tərtər, Ağcabədi, Gədəbəy) və 
ciddi zərər (Ağstafa, Beyləqan, Tovuz) vurulmuşdur. Hazırda 
Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Nax-
çıvan Muxtar Respublikasının işğal olunmuş 2 kəndindən 1-i, 
Ağdam rayonunun işğal olunmuş 82 kəndindən 80-i, Füzuli ra-
yonunun işğal olunmuş 76 kəndindən 54-ü, Tərtər rayonunun 
13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 7-si 
hələ də işğal altında qalmaqdadır.
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin 
sülh yolu ilə həllinə nail olmaq məqsədilə 1992-ci ilin martında 
ATƏT-in Minsk qrupu yaradıldı və BMT bu münaqişənin həlli 
məsələsini həmin qrupa həvalə etdi. Sonradan ATƏT-in Minsk 
qrupunun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu 
formalaşdırıldı.  Həmsədrlər  1997-1998-ci  illərdə  münaqişənin 
həlli  ilə  bağlı  üç  təklif  irəli  sürmüş,  lakin  bu  təkliflər  qəbul 
edilməmişdir. 2007-ci ildən etibarən Azərbaycan və Ermənistan 
prezidentləri  səviyyəsində  danışıqlar  ATƏT-in  Minsk  qrupu-
nun  həmsədrləri  tərəfindən  Dağlıq  Qarabağ  münaqişəsinin 
tənzimlənməsinin əsas prinsiplərini özündə əks etdirən “Maq-
rid  prinsipləri”  çərçivəsində  aparılır.  Bu  prinsiplər  10  iyul 

Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Şahin Fazil


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə