Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır



Yüklə 2.84 Kb.
PDF просмотр
səhifə10/14
tarix07.12.2016
ölçüsü2.84 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
95
www.elkhan-suleymanov.az
üçün  xüsusi  kateqoriyalı  öhdəliklər  xarakteri  daşıyır.  Bu 
öhdəliklərin pozulması bütövlükdə dünya birliyi dövlətlərinin 
ümumi maraqlarının pozulması ilə müşayiət edilir. Odur ki, bu 
öhdəliklər bütün tərəflər qarşısında olan öhdəliklərdir və dün-
ya  dövlətləri  bu  öhdəlikləri  pozmuş  dövləti  məsuliyyətə  cəlb 
etmək hüququna malikdirlər. 
Beləliklə,  Ermənistanın  Azərbaycana  qarşı  silahlı  təcavüz 
etməsi,  Xocalı  şəhərində  soyqırım  cinayətləri  törətməsi,  işğal 
edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirməsi bu 
dövlətin  tək Azərbaycan  qarşısında  deyil,  bütövlükdə  dünya 
birliyi  dövlətləri  qarşısında  beynəlxalq-hüquqi  məsuliyyətini 
doğurmuşdur. 
Eyni  zamanda  təcavüz  və  işğal  nəticəsində  Azərbaycana 
konkret  maddi  və  mənəvi  zərər  vurulmuşdur  və  bu  zərərə 
görə  işğalçı  dövlət  kimi  Ermənistan  Azərbaycan  qarşısın-
da  məsuliyyət  daşıyır.  Qeyd  edildiyi  kimi,  Ermənistanın 
Azərbaycana  qarşı  təcavüzü  nəticəsində  Azərbaycan  torpaq-
larının  20%-i  işğal  edilmiş  və  bir  milyona  yaxın  insan  qaçqın 
və  məcburi  köçkün  olmuş, Azərbaycanın  əhalisinə,  ərazisinə, 
iqtisadiyyatına, mədəniyətinə, ekologiyasına, bitki və heyvanat 
aləminə  böyük  miqdarda  maddi  və  mənəvi  zərər  vurulmuş-
dur. Yuxarıda göstərildiyi kimi, ilkin hesablamalara görə işğal 
nəticəsində Azərbaycana vurulmuş maddi zərərin ümumi miq-
darı 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz 
altı milyon) ABŞ dolları təşkil edir.
Aydındır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və 
mənəvi  zərər  belə  zərərin  tam  həcmdə  ödənilməsi  zərurətini 
yaradır.  Belə  ki,  beynəlxalq  hüquqa  görə  məsuliyyət  daşıyan 
dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş ol-
duğu ziyanı tam həcmdə ödəməlidir. 
Qeyd  edilməlidir  ki,  müasir  beynəlxalq  hüquqda  zərərin 
ödənilməsinin  müəyyən  formaları  mövcüddur.  Bu  formalar 
bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən 
isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu 
məsələlər  tam  aydınlığı  ilə  BMT  Baş Assambleyasının  12  de-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
96
www.elkhan-suleymanov.az
kabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqa-
zidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə 
eyni  adlı  əlavədə  göstərilmişdir.  Sənədin  28-ci  maddəsində 
göstərilir  ki,  beynəlxalq  hüquqazidd  əməllər  dövlətin 
beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr 
doğurur.  “Beynəlxalq  hüquqazidd  əməllərə  görə  dövlətlərin 
məsuliyyəti”nin  31-ci  maddəsinə  əsasən,  məsuliyyət  daşıyan 
dövlət  beynəlxalq  hüquqazidd  əməllər  nəticəsində  vurduğu 
zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər 
nəticəsində  vurulmuş  bütün  ziyanlardan,  o  cümlədən  maddi 
və  ya  mənəvi  ziyanlardan  ibarətdir.  “Beynəlxalq  hüquqazidd 
əməllərə  görə  dövlətlərin  məsuliyyəti”nin  34-cü  maddəsində 
beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin 
ödəmə  formaları  müəyyən  edilib.  Bu  maddədə  göstərilir  ki, 
“beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam 
ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya for-
malarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də də 
bir-biri ilə bağlı istifadə edilə bilər” [79]. 
Bu müddəa eyni zamanda BMT Baş Assambleyası tərəfindən 
16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı “Beynəlxalq 
humanitar  hüququn  ciddi  pozuntuları  və  insan  hüquqları 
sahəsində  beynəlxalq  normaların  ciddi  pozuntularının  qur-
banları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna 
aid  əsas  prinsiplər  və  rəhbəredici  müddəalar”  adlı    qətnamə 
ilə  bir  daha  təsdiq  olunmuşdur.  Bu  qətnamənin  “Vurulmuş 
zərərin ödənilməsi” adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, 
beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, və 
həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində 
beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq hu-
manitar hüququn ciddi pozuntularının qurbanlarına və pozun-
tunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş 
qaydada  zərərin  tam  və  effektiv  ödənilməsi  restitusiya,  kom-
pensasiya,  reabilitasiya,  satisfaksiya  və  baş  vermiş  hadisənin 
təkrarlanmaması zəmanəti formalarında ola bilər [80].
Aydındır ki, təkcə hüquqazidd əməlin törədilməsinə qədər 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
97
www.elkhan-suleymanov.az
mövcüd  olan  vəziyyətin  bərpa  edilməsi  tam  ödəmə  üçün 
kifayət deyil. Belə ki, bu cür əməllər tək maddi zərərin vurulma-
sı ilə məhdudlaşmır, onlar eyni zamanda əlavə mənəvi zərərin 
vurulması  ilə  müşayiət  olunur.  Odur  ki,  BMT  Baş Assamble-
yasının  56/83  saylı  “Beynəlxalq  hüquqazidd  əməllərə  görə 
dövlətlərin məsuliyyəti” qətnaməsinə əlavənin 31-ci maddəsinə 
əsasən  məsuliyyət  daşıyan  dövlət  beynəlxalq  hüquqazidd 
əməllərə görə vurduğu zərəri ödəməlidir və bu zərər hüquqa-
zidd əməllər nəticəsində vurulmuş istənilən maddi və mənəvi 
ziyanı  özündə  əks  etdirir.  Bundan  başqa,  həmin  “Beynəlxalq 
hüquqazidd  əməllərə  görə  dövlətlərin  məsuliyyəti”nin  34-cü 
maddəsinə əsasən beynəlxalq hüquqazidd əməllər nəticəsində 
meydana gəlmiş hüquq pozuntularının nəticələrini bütövlükdə 
aradan  qaldırmaq  üçün  ödəmə  ya  ayrı-ayrı  formaların  və  ya 
bütün  formaların  tətbiq  edilməsini  tələb  edə  bilər.  Bu  pozul-
muş  beynəlxalq  öhdəliyin  xarakterindən,  həmçinin  vurulmuş 
zərərin növündən və miqdarından asılıdır. Ödəmə formasının 
seçilməsi  eyni  zamanda  zərərçəkmiş  tərəfin  əsaslandırılmış 
istəyindən asılıdır.
BMT Baş Assambleyasının “Beynəlxalq hüquqazidd əməllərə 
görə  dövlətlərin  məsuliyyəti”  qətnaməsinə  əlavənin  35-ci 
maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllərə görə 
məsuliyyət daşıyan dövlət restitusiyanın həyata keçirilməlidir. 
Belə  ki,  restitusiya  hüquqazidd  əməlin  törədilməsinə  qədər 
mövcüd olan vəziyyətin bərpa edilməsini özündə ehtiva edir. 
Bu isə restitusiya vasitəsilə əvvəlki maddi vəziyyətin və qeyri-
maddi hüquqların bərpa edilməsi deməkdir. 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağ-
lı  Ermənistanın  hüquqazidd  əməli  nəticəsində  Azərbaycana 
vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün iş-
ğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması, Ermənistan 
əsirliyində saxlanılan azərbaycanlıların azad edilməsi, onların 
insan hüquqlarından istifadə edə bilməsi, məcburi köçkünlərin 
əvvəlki yaşayış yerlərinə qayıda bilməsi, əmlakının qaytarılma-
sı və s. deməkdir. Bundan əlavə, restutisiya Ermənistan tərəfinin 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
98
www.elkhan-suleymanov.az
Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi ilə bağlı Ali Sove-
tin  qəbul  etdiyi  qərarın,  Ermənistanın  dövlət  müstəqilliyi  ak-
tında  Dağlıq  Qarabağın  bu  dövlətin  ərazisi  elan  edilməsi  və 
digər qanunsuz qəbul edilmiş bütün normativ aktlarının ləğv 
edilməsini  də  özündə  ehtiva  edir.  Eyni  zamanda,  işğal  edil-
miş  Azərbaycan  torpaqlarında  işğalçı  Ermənistan  tərəfi  ilə 
bağlanmış  müqavilələr  əsasında  xarici  şirkətlərin  təsərüfat 
fəaliyyəti ilə məşğul olunmasına qadağan qoyulması tələbinin 
yerinə  yetirilməsi  də  restitusiya  çərçivəsində  həyata  keçirilən 
tədbirlərdən olmalıdır.
Kompensasiya  beynəlxalq  hüquqazidd  əməl  nəticəsində 
vurulmuş  zərərin  maliyyə  şəkildə  ödənilmə  formasıdır.  BMT 
Baş  Assambleyasının  “Beynəlxalq    hüquqazidd  əməllərə 
görə  dövlətlərin  məsuliyyəti”  adlı  qətnaməsinə  əlavənin 
36-cı  maddəsinə  əsasən  beynəlxalq  hüquqazidd  əmələ 
görə  məsuliyyət  daşıyan  dövlət  özünün  qanunazidd  əməli 
nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə 
kompensasiya  yolu  ilə  ödəməyə  borcludur.  Kompensasiya 
əldən verilmiş gəlir də daxil olmaqla, belə zərərin ödənilməsinə 
yönəlib. Beləliklə, kompensasiya vurulmuş zərərin restitusiya 
ilə ödənilmədiyi halda tətbiq edilə bilər. Kompensasiya maliyyə 
baxımından  qiymətləndirilə  bilən  hər  bir  zərəri,  o  cümlədən 
müəyyən edilə bilən əldən verilmiş mənfəət də daxil olmaqla, 
ödəmə formasıdır. O, vurulmuş zərərə görə tam ödəməni təmin 
etməyə yönəlməlidir və beynəlxalq praktikada zərərin ən çox 
rast gəlinən ödənilməsi formasıdır. Bu müddəa müəyyən edir 
ki, kompensasiyanın miqdarı əmlaka zərərin vurulduğu vaxt-
dakı  dəyəri  deyil,  onun  kompensasiya  ödənilməsi  vaxtında 
olan qiyməti miqdarında ödənilməlidir. 
Göründüyü  kimi,  kompensasiya  vurulmuş  zərərə  görə 
müstəqil  ödəmə  forması  və  ya  restitusiyaya  əlavə  qismində 
çıxış  edə  bilər.  Baxmayaraq  ki,  hüquq  pozuntusu  halında,  ilk 
növbədə,  restitusiya  məsələsi  meydana  gəlir,  restitusiyanın 
həyata keçirilməsi bir çox hallarda mümkün olmur və ya tam 
ödəməni təmin etmir. Əgər zərər çəkmiş dövlət kompensasiyaya 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
99
www.elkhan-suleymanov.az
üstünlük verirsə, bu halda restitusiya xaric oluna bilər. Kompen-
sasiyanın vəzifəsi tam ödəmənin təmin edilməsindən ibarətdir. 
Ümumiyyətlə, vurulmuş zərər deyəndə, dövlətin özünə vurul-
muş zərərlə yanaşı onun vətəndaşlarına, təşkilatlarına və kom-
mersiya strukturlarına vurulmuş zərər nəzərdə tutulur. Odur ki, 
zərər çəkmiş dövlət, həm də onun vətəndaşlarının sağlamlığına 
vurulmuş zərərə görə müəyyən kompensasiyanın ödənilməsini 
tələb etmək hüququna malikdir. Onu da qeyd etmək lazımdır 
ki, birbaşa vurulmuş fiziki və maddi itkilərlə yanaşı, həm də 
mənəvi və psixoloji zərərə görə də, məsələn, doğma və yaxın-
ların  itirilməsinə,  əzablara,  təhqirlərə,  mülki  əhalinin  qanun-
suz həbsdə saxlanılmasına, işgəncələrə, şikəstetməyə və s. görə 
kompensasiya verilməlidir.
Qeyd edilməlidir ki, beynəlxalq hüquqazidd əməllərə görə 
kompensasiya,  onun  həcmi  və  miqdarına  vaxtın  təsirinə  dair 
sual yarana bilər. Praktika göstərir ki, uzun sürən vaxt keçdikdə 
belə  kompensasiya  hüququ  itirilmir.  Digər  tərəfdən  dəymiş 
itkilər kompensasiyanın miqdarını müəyyən etmək üçün əsas 
meyardır. Əsas əhəmiyyəti əmlakın dəyərinin, əldə edilməmiş 
mənfəətin,  əlavə  xərclərin  kompensasiya  edilməsi  daşıyır. 
Beynəlxalq  hüquqazidd  əməlin  nəticəsində  özgəninkiləş-
dirilmiş  və  ya  ləğv  edilmiş  əmlakın  dəyəri,  bir  qayda  olaraq, 
onun  ədalətli  bazar  qiyməti  əsasında  müəyyən  edilir.  Xü-
susi  xarakterli  əmlaka  aid,  misal  üçün,  mədəni  mülkiyyətə 
aid  məsələ  daha  çətin  həll  edilir.  Müəssisənin  dəyərinin 
qiymətləndirilməsində  onun  təmiz  balans  qiymətinin,  yəni, 
onun aktivləri və öhdəlikləri arasında fərqin müəyyən edilməsi 
üsulu istifadə olunur.  
Ətraf  mühitə  vurulmuş  zərərə  görə  kompensasiyanın 
verilməsinin  öz  xüsusiyyəti  var.  Belə  ki,  zərər  çəkmiş  dövlət 
tərəfindən ekoloji zərərin nəticələrinin aradan qaldırılması və 
ya ləğv edilməsi gedişatında aparılmış ağlabatan xərclərin və 
ya  zədələnmiş  əmlakın  dəyərinin  azaldılmasına  görə  kom-
pensasiyanın  ödənilməsi  zəruri  hesab  olunur.  Bundan  əlavə, 
onu  da  nəzərə  almaq  lazımdır  ki,  dövlətlərin  məsuliyyəti 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
100
www.elkhan-suleymanov.az
haqqında  “Beynəlxalq  hüquqazidd  əməllərə  görə  dövlətlərin 
məsuliyyəti”nin 36-cı maddəsinə aid şərhin 15-ci bəndində qeyd 
olunur ki, hərdən “utilitar əhəmiyyət daşımayan dəyərlər” ad-
lanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi 
ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurul-
muş zərədən az real və ödənilməli olmalı deyil, baxmayaraq ki, 
bəlkə də, miqdar cəhətdən onun hesablanması daha çətin ola 
bilər”. 
Beynəlxalq hüquqda bu sahəyə aid normaların formalaşması 
və inkişafı Küveytə qarşı təcavüz nəticəsində vurulmuş zərərin 
İraq  tərəfindən  ödənilməsinə  dair  məsələlərin  həllində  BMT 
Təhlükəsizlik  Şurasının  və  BMT  Kompensasiya  Komissiyası-
nın fəaliyyəti ilə bağlıdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının 
687 saylı 3 aprel 1991-ci il tarixli qətnaməsinin 16-cı bəndində 
qeyd  edilir  ki,  Küveytə  hüquqazidd  təcavüz  və  onun  işğalı 
nəticəsində  meydana  gəlmiş  bütün  itkilərə,  o  cümlədən  ətraf 
mühitə  vurulmuş  zərərə  və  təbii  resursların  azalmasına  görə 
beynəlxalq hüquq üzrə İraq məsuliyyət daşıyır. Bu qətnaməyə 
əsasən  BMT-nin  Kompensasiya  komissiyası  konkret  olaraq, 
“ətraf mühitə vurulmuş zərər və təbii resursların azalması” an-
layışlarını əhatə edən zərərin müxtəlif növlərini göstərdi. Qeyd 
edilənlər ətraf mühitə vurulmuş zərərə görə məsuliyyətin ar-
tırılması tendensiyasını əks etdirir və bu hal ətraf mühitə vu-
rulmuş  zərərin  azaldılmasında  dövlətlərin  ümumi  marağını 
müəyyən edir. 
“Beynəlxalq  hüquqazidd  əməllərə  görə  dövlətlərin 
məsuliyyəti”nin 37-ci maddəsinə əsasən beynəlxalq hüquqazidd 
əməllərə görə məsuliyyət daşıyan dövlət bu əməllər nəticəsində 
vurulmuş  zərərin  restutisiya  və  ya  kompensasiya  ilə  ödənilə 
bilməyən hissəsi qədər satisfaksiya təqdim etməlidir. Satisfak-
siya  pozuntuların  etiraf  edilməsindən,  təəssüf  edilməsindən, 
rəsmi üzr istənilməsindən və ya digər müvafiq formadan ibarət 
ola bilər. Qeyd edilməlidir ki, satisfaksiya halında pul şəklində 
ödəmələr də mümkündür və bu halda belə ödəmələr mənəvi 
zərərin ödənilməsi forması şəklində olur.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
101
www.elkhan-suleymanov.az
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 
satisfaksiya  Ermənistan  tərəfinin  Azərbaycana  qarşı  təcavüz 
faktını  etiraf  etməsi,  Azərbaycan  torpaqlarının  işğalı  faktı-
nı  etiraf  etməsi,  Xocalıda  törədilmiş  soyqırımı  etiraf  etməsi, 
Azərbaycan  xalqı  qarşısında  rəsmi  üzr  istəməsi  formaların-
da ola bilər.  Öz hərəkətləri ilə beynəlxalq hüquqazidd əmələ 
gətirib  çıxarmış  şəxslərin  cəzalandırılması  da  satisfaksiyanın 
bir forması ola bilər. 
Xüsusilə  vurğulamaq  lazımdır  ki,  beynəlxalq  hüquqazidd 
əməllərə  görə  ödəmələrin  müəyyənləşdirilməsi  zamanı  ən 
çətin  məsələlər  ödənilən  zərərin  miqdarının  və  belə  zərərin 
qiymətləndirilməsi  qaydalarının  müəyyən  edilməsində  ya-
ranır.  Bu  qaydalar  pozulmuş  öhdəliklərin  xarakterindən, 
tərəflərin  davranışının  qiymətləndirilməsindən  və  bir  sıra 
digər amillərdən asılı olaraq əhəmiyyətli dərəcədə bir-birindən 
fərqlənir.  Müasir  praktikanın  təhlili  göstəriri  ki,  bir  çox  hal-
larda dövlətə vurulmuş ziyan bu dövlətə qarşı təcavüz və bu 
dövlətin  ərazilərinin  işğal  edilməsi  nəticəsində,  bu  dövlətin 
digər  əmlakına  zərərin  vurulması  nəticəsində,  ətraf  mühitin 
çirkləndirilməsi, o cümlədən transsərhəd çaylara və s. dəymiş 
zərərin  aradan  qaldırılması  ilə  bağlı  xərclərin  aparılması 
nəticəsində  baş verir.  
Bundan  əlavə,  beynəlxalq  praktikada  hər  hansı  dövlətin 
beynəlxalq hüquq pozuntusu nəticəsində zərər çəkmiş dövlət 
ona vurulmuş zərərə görə təzminatın məbləğindən faiz almaq 
hüququna malik olması öz əksini tapmışdır. Belə ki,  “Beynəlxalq 
hüquqazidd  əməllərə  görə  dövlətlərin  məsuliyyəti”nin  38-ci 
maddəsinə əsasən, beynəlxalq hüquq pozuntusu nəticəsində vu-
rulmuş zərərin tam ödənilməsinə nail olmaq məqsədilə həmin 
zərərin məbləğinə faiz hesablanır. Sənəddə göstərildiyi kimi, fa-
izin dərəcəsi və  hesablanması metodu o formada müəyyən edi-
lir ki, vurulmuş zərərin tam ödənilməsinə nail olunsun. Habelə, 
faizlər vurulmuş zərərin əsas məbləğinin ödənilməsinə başla-
nılmalı olduğu tarixdən ödəniş öhdəliyinin yerinə yetiriləcəyi 
tarixə qədər hesablanır. Beləliklə, zərərçəkmiş dövlət ona vu-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
102
www.elkhan-suleymanov.az
rulmuş  zərərə  görə  belə  zərərin  nəticələrinin  aradan  qaldırıl-
ması  məqsədilə  təzminat  məbləğindən  faiz  almaq  hüququ-
na  malikdir.  Misal  olaraq  göstərmək  lazımdır  ki,  1991-ci  ildə 
İraqın  silahlı  təcavüzü  nəticəsində  Küveytə  vurulmuş  zərərlə 
bağlı  məsələlərin  kompleks  şəkildə  həllinə  nail  olmaq  üçün 
BMT Kompensasiya Komissiyası yaradıldı. BMT Kompensasi-
ya Komissiyasının İdarə Şurasının faiz haqqında məsələyə həsr 
olunmuş qərarında göstərilir ki: “1. İşi udmuş iddiaçılara kom-
pensasiya  qismində  verilmiş  əsas  məbləğdən  istifadə  etmək 
imkanının itirilməsini kompensasiya etmək üçün kifayət olan 
faiz dərəcəsi üzrə faizlər zərər yaranmış tarixdən ödəniş edilən 
tarixə  qədər  verilməlidir...  3.  Faizlər  kompensasiyanın  əsas 
məbləği ödənildikdən sonra verilməlidir.”  
BMT  Kompensasiya  Komissiyasının  İdarə  Şurası  müxtəlif 
şəxslər,  korporasiyalar  və  hökumətlər  tərəfindən  daxil  olmuş 
1550871 iddia ərizəsi əsasında İraqın Küveytə silahlı təcavüzü 
nəticəsində  vurulmuş  zərəri  52  467  108  060  (əlli  iki  milyard 
dörd yüz altmış yeddi milyon yüz səkkiz min altmış) ABŞ dol-
ları  məbləğində  müəyyən  etmişdir  [81].    BMT  Kompensasiya 
Komissiyasının  verdiyi  məlumata  görə  28  oktyabr  2010-cu  il 
tarixinə qədər  kompensasiya ediləcək məbləğin 30,7 milyard 
ABŞ dolları ödənilib [82]. 
Göründüyü  kimi,  Azərbaycanın  Ermənistanın  beynəlxalq 
hüquqazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi 
zərərə görə təzminat almaq hüququ var və bunun üçün müva-
fiq beynəlxalq-hüquqi mexanizmlər mövcuddur. Azərbaycanın 
ona dəymiş zərərin müqabilində müvafiq təzminat almaq hü-
ququna  malik  olması  beynəlxalq  təşkilatların  qərarlarında  da 
təsdiqlənmişdir.  Misal  üçün,  13-14  Mart  2008  il  Dakar,  Sene-
qal  Respublikasında  keçirilmiş  On  Birinci  Zirvə  Görüşündə 
(“Müsəl man  Umması  21-ci  əsrdə”),  “İslamın  müqəddəs 
yerlərinin qorunması haqqında” 2/11-C (İS) saylı qətnaməsinin 
4-cü  bəndində  İKT  “Azərbaycanın  ona  dəymiş  ziyanın 
müqabilində  təzminat  almaq  hüququna  malik  olduğunu  he-
sab edir və bu təzminatın ödənilməsi üçün Ermənistanın tam 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
103
www.elkhan-suleymanov.az
məsuliyyət daşıdığını təsdiq edir”. Eyni məzmunlu müddəalar 
İKT-nin  digər  sənədlərində  də  öz  əksini  tapmışdır.  Məsələn, 
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qar-
şı  təcavüzü  haqqında”  10/11-P  (IS)  saylı  qətnaməsinin  22-ci 
bəndində  qeyd  olunur  ki  İKT:  “Azərbaycanın  məruz  qaldığı 
zərərlərə  görə  müvafiq  kompensasiya  hüququ  olduğunu  he-
sab edir və bu zərərlərə görə adekvat kompensasiya ödənilməsi 
məsuliyyətini Ermənistanın üzə rinə qoyur”.
Beləliklə,  aydındır  ki,  Azərbaycana  vurulmuş  maddi  və 
mənəvi zərərin ödənilməsi problemi Ermənistanın təcavüzünün 
nəticələrinin aradan qaldırılmasının və bütövlükdə Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması pro-
sesinin vacib aspektlərinin biridir.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
104
www.elkhan-suleymanov.az
Nəticə
Aparılmış tədqiqat və təhlilləri ümumiləşdirərək, aşağıdakı 
nəticələrə gəlirik:
1.  Ermənistan  əsassız  ərazi  iddialarını  reallaşdırmaq 
məqsədilə  Azərbaycana  qarşı  silahlı  təcavüz  etmiş,  20% 
Azərbaycan  ərazisini,  o  cümlədən  keçmiş  Dağlıq  Qarabağ 
Muxtar  Vilayətini  (DQMV)  və  digər  7  rayonu  işğal  etmişdir. 
Ermənistan dövləti Azərbaycana qarşı silahlı təcavüz etməklə 
beynəlxalq  sülhə  qarşı  cinayət  əməli  törətmişdir.  Təcavüz 
cinayətkarlığı insanlığa qarşı cinayət hesab edilir və Ermənistan 
həyata keçirdiyi silahlı təcavüz aktına görə beynəlxalq-hüquqi 
məsuliyyət daşıyır.
2. Azərbaycana qarşı silahlı təcavüz zamanı Ermənistanın si-
lahlı qüvvələri tərəfindən 20 mindən çox insan öldürülmüş, 50 
mindən çox insan yaralanmış və şikəst edilmiş, minlərlə insan 
itkin düşmüş, məhkəməsiz edamlar və mülki əhalinin kütləvi 
qırğını, girov götürülməsi, onlardan icbari işlərdə istifadə olun-
ması halları baş vermişdir. Hərbi əsirlər və girovlar işgəncələrə 
və  digər  qeyri-insani  rəftarlara  məruz  qalmış,  yaralılar  və 
xəstələrə  adi  tibbi  yardım  belə  göstərilməmişdir.  Beləliklə, 
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə 
zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə 
pozulmuşdur. 
3.  Ermənistan  silahlı  qüvvələri  1992-ci  il  fevralın  25-dən 
26-a keçən gecə Xocalı şəhərində soyqırım cinayəti törətmişdir. 
Şəhərin işğal zamanı dinc əhalinin 613 nəfəri, o cümlədən 63 
uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öl-
dürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə 
qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Qanlı ak-
siya  zamanı  1275  insan  əsir  götürülmüş,  150  insan  itkin  düş-
müş, 487 insan şikəst olmuşdur. Kütləvi qırğınlar zamanı 8 ailə 
tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyinini, 130 uşaq 
isə bir valideyinini itirmişdir, 56 insan işgəncələr verilərək öl-

Ermənistanın Azərbaycana qarşı silahlı 
təcavüzünün nəticələri

Ermənistanın Azərbaycana qarşı silahlı 
təcavüzünün nəticələri

Ermənistanın Azərbaycana qarşı silahlı 
təcavüzünün nəticələri

Ermənistanın Azərbaycana qarşı silahlı 
təcavüzünün nəticələri

Ermənistanın Azərbaycana qarşı silahlı 
təcavüzünün nəticələri

Ermənistanın Azərbaycana qarşı silahlı 
təcavüzünün nəticələri

Ermənistanın Azərbaycana qarşı silahlı 
təcavüzünün nəticələri

Ermənistanın Azərbaycana qarşı silahlı 
təcavüzünün nəticələri
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə