Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır



Yüklə 2.84 Kb.
PDF просмотр
səhifə2/14
tarix07.12.2016
ölçüsü2.84 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
12
www.elkhan-suleymanov.az
2009-cu  ildə  İtaliyanın  Akvil  şəhərində  G8  (Böyük  səkkizlik) 
sammiti  zamanı  ABŞ,  Rusiya  və  Fransa  prezidentlərinin 
qəbul etdikləri birgə bəyanatda öz əksini tapmışdır. Həmsədr 
ölkələrin  prezidentlərinin  birgə  bəyanatında  Dağlıq  Qara-
bağ  münaqişəsinin ATƏM-in  1975-ci  il  tarixli  Helsinki  Yekun 
Aktında ehtiva edilmiş güc tətbiq etməmək, ərazi bütövlüyü, 
həmçinin xalqların bərabər hüquqluluğu və öz müqəddəratını 
təyinetmə prinsipləri əsasında tənzimlənməsinin vacibliyi vur-
ğulanmışdır [4].
Lakin  Ermənistanın  tutduğu  qeyri-konstruktiv  mövqe 
nəticəsində danışıqlarda irəliləyiş əldə edilməmişdir. Odur ki, 
16 iyun 2010-cu ildə Kanadanın Muskok şəhərində G8 (Böyük 
səkkizlik) sammiti zamanı ATƏT-in Minsk qrupunun həmsədr 
ölkələrinin prezidentləri yenidən birgə bəyanatla çıxış edərək 
tərəfləri münaqişənin tənzimlənməsi üzrə əsas prinsiplərin ra-
zılaşdırılması prosesini başa çatdırmağa çağırmışlar. Bəyanatda 
bir  daha  təsdiqlənmişdir  ki,  münaqişənin  tənzimlənməsi 
ATƏM-in Helsinki Yekun Aktında ehtiva edilmiş prinsiplərə və 
həmsədr ölkələrin prezidentlərinin Akvil bəyanatındakı aşağı-
dakı təkliflərə əsaslanmalıdır: Dağlıq Qarabağ ətrafı işğal edil-
miş ərazilərin qaytarılması; Dağlıq Qarabağ üçün təhlükəsizliyi 
və  özünüidarəni  təmin  edə  biləcək  aralıq  statusun  verilməsi; 
Dağlıq Qarabağı Ermənistanla birləşdirə biləcək dəhlizin yara-
dılması;  hüquqi  qüvvəyə  malik  olan  iradə  ifadəetmə  yolu  ilə 
Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsi; bütün 
daxili köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qa-
yıtmaq hüquqlarının təmin edilməsi; sülhməramlı əməliyyatlar 
da daxil olmaqla, təhlükəsizliyin beynəlxalq təminatı [5].
Həmsədr ölkələrin prezidentləri, nəhayət, 26 may 2011-ci ildə 
Dovildə (Fransa) keçirilən G8 sammiti zamanı növbəti bəyanatla 
çıxış etdilər. Bu bəyanatda onlar bir daha münaqişənin ATƏM-
in Helsinki Yekun Aktında ehtiva edilmiş prinsiplər və Akvil 
və Muskok bəyanatındakı təkliflər əsasında tənzimlənməsinin 
vacibliyini  vurğuladılar.  Həmsədr  ölkələrin  prezidentləri 
özlərinin  Dovil  bəyanatlarında  Azərbaycan  və  Ermənistan 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
13
www.elkhan-suleymanov.az
prezidentlərini siyasi iradə nümayiş etdirərək, Dağlıq Qarabağ 
münaqişəsinin tənzimlənməsi üzrə əsas prinsiplərin razılaşdı-
rılması prosesini keçiriləcək görüş zamanı başa çatdırmağa ça-
ğırdılar [6]. Lakin Rusiya prezidentinin iştirakı ilə Azərbaycan 
və Ermənistan prezidentlərinin 24 iyun 2011-ci il tarixli Kazan 
görüşündə yenə də real nəticə əldə edilmədi və dövlət başçıları 
qəbul etdikləri növbəti bəyanatda bir sıra məsələlər üzrə qar-
şılıqlı anlaşmanın əldə olunduğunu və bu məsələlərin həllinin 
əsas  prinsiplərin  təsdiq  olunması  üçün  şəraitin  yaranmasına 
kömək edəcəyini qeyd etməklə kifayətləndilər. 
Qeyd  edilməlidir  ki,  münaqişənin  sülh  yolu  ilə  həlli 
istiqamətində  intensiv  danışıqların  getdiyi  bir  vaxtda 
Ermənistan tərəfinin ardıcıl olaraq atəşkəsi pozması və mülki 
şəxsləri,  xüsusilə  də  azyaşlı  uşaqları  qətlə  yetirməsi  daha  da 
intensivləşmişdir. Bu sıradan göstərmək lazımdır ki, Ermənistan 
tərəfi özünün son zamanlar cəbhəyanı bölgədə həyata keçirdi-
yi cinayətkar aksiyaların qurbanı kimi daha çox azyaşlı uşaq-
ları hədəf seçməyə başlamışdır. Belə ki, Ermənistan tərəfindən 
Azərbaycanın Əlibəyli kəndinə daxil olan Tovuz çayına bura-
xılmış  “itəbənzər”  uşaq  oyuncağına  quraşdırılmış  partlayıcı 
qurğunun 2011-ci il iyulun 14-də işə düşməsi nəticəsində 1998-
ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuş-
dur. Qeyd edilməlidir ki, 2011-ci ilin martın 8-də doqquz yaşlı 
Fariz Bədəlov Ermənistan tərəfindən işğal olunmuş Ağdam ra-
yonu ərazisindən Ermənistan silahlı qüvvələrinin snayperinin 
açdığı atəş nəticəsində qətlə yetirilmişdi. Bu və digər hadisələr 
Ermənistan  tərəfinin  azyaşlı  uşaqları  hədəfə  almaqla  insan-
lıq  əleyhinə  cinayət  törətməsi  ilə  yanaşı,  həm  də  onların  sül-
hün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa 
yönələn niyyətlərindən xəbər verir.
Göründüyü kimi, ATƏT-in həmsədr ölkələri olan ABŞ, Rusi-
ya və Fransa prezidentlərinin bəyanatlarında  təcavüzkar ölkə 
ilə təcavüzə məruz qalan ölkə arasında heç bir fərq qoyulmamış, 
təcavüzkardan  beynəlxalq  hüquq  normalarına  riayət  edərək, 
işğal altında olan əraziləri dərhal və qeyd-şərtsiz azad etmək 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
14
www.elkhan-suleymanov.az
tələb  olunmamış,  bu  məqsədə  nail  olmaq  üçün  təcavüzkar 
Ermənistana  qarşı  heç  bir  siyasi  təsir  göstərilməmişdir.  Bu-
nun  əvəzində  həmsədr  ölkələrin  prezidentləri  münaqişənin 
tənzimlənməsi  məsuliyyətini  Azərbaycan  və  Ermənistan 
prezidentlərinin üzərinə ataraq, tərəfləri qarşılıqlı kompromisə 
çağırmışlar  və    onların  əldə  edəcəyi  istənilən  sülh  variantını 
dəstəkləyəcəklərini bildirmişlər. 
Həmsədr  ölkələrin  Dağlıq  Qarabağ  münaqişəsinin 
həlli  istiqamətində  faktiki  olaraq  neytral  mövqe  nümayiş 
etdirmələrinin əsas səbəblərindən biri bu münaqişənin eyni za-
manda geosiyasi xarakter daşıması ilə  bağlıdır. Belə ki, Qafqaz 
dünyada ən çox narahatçılıq doğuran regionlardan biri olmaqla 
bərabər, həm də böyük təbii sərvətlərə malikdir. Üç müstəqil 
dövlətin — Azərbaycan, Ermənistan və Gürcüstanın yerləşdiyi 
Cənubi Qafqaz strateji baxımdan Rusiya, Türkiyə və İran arasın-
da birləşdirici bölgədir, Şimal-Cənub, Şərq-Qərb strateji xətləri 
bu bölgədən keçir. Bir çox dövlərlərin maraqları məhz Cənubi 
Qafqazda toqquşur. Rusiya bu regionu özünün “xarici siyasət 
prioritetləri”, İran – “dövlət təhlükəsizliyi”, ABŞ və tərəfdaşları 
isə  “milli  təhlükəsizlik”  zonası  kimi  dəyərləndirirlər.  Təbii 
enerji  ehtiyatlarının  (neft  və  qaz)  Xəzər  hövzəsindən  dünya 
bazarına  nəqli  marşrutları  (Bakı-Supsa  və  Bakı-Tbilisi-Cey-
han neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) Cənubi 
Qafqaz ölkələri olan Azərbaycan və Gürcüstanın ərazilərindən 
keçir. Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin 
edilməsi  məqsədilə  Xəzərin  Azərbaycan  sektorundan  və 
Mərkəzi Asiyadan təbii qazın alternativ marşrutlarla nəql olun-
ması strateji əhəmiyyət kəsb edir ki, bu da Cənubi Qafqaz re-
gionu ətrafında müxtəlif güc mərkəzlərinin maraqlarının toq-
quşması  ilə  müşayiət  olunur.  Bundan  əlavə,  Cənubi  Qafqaz 
regionuna Uzaq Şərqi, Mərkəzi Asiya, Yaxın Şərq və Avropanı 
birləşdirəcək  transkontinental  nəqliyat  marşrutunun  (TRASE-
KA) təşkil edilməsi kimi strateji rol ayrılıb. 
Göründüyü  kimi,  Cənubi  Qafqaz  strateji  əhəmiyyət  kəsb 
edən bir regiondur. Məhz bu səbəbdən tarix boyu bu regiona 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
15
www.elkhan-suleymanov.az
sahib olmaq uğrunda müxtəlif imperiyalar müharibələr apar-
mış, region hər hansı imperiyaya birləşdirildikdən sonra met-
ropoliya  ərazidə  nisbi  sakitlik  və  sülh  əldə  edilməsinə  nail 
olmuşdur.  Region  bu  və  ya  digər  imperiyadan  azad  olduqda 
isə müxtəlif etnik qruplar arasında ərazilər əldə etmək uğrun-
da  mübarizələr  aparılmışdır.  Ermənistan-Azərbaycan  Dağlıq 
Qarabağ münaqişəsi SSRİ-nin zəifləməsi və süqutu dövründə 
rəsmi Moskvanın Cənubi Qafqaz regionunu öz təsir dairəsində 
saxlamaq istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsi 
kimi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə 
başlandı. 
Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusi-
ya, ABŞ və Fransanın Cənubi Qafqazda öz geostrateji maraqla-
rı var. Rusiya SSRİ süqut etdikdən sonra bu regionda itirilmiş 
mövqelərini qaytarmaq və daha da gücləndirərək, regionda öz 
hegemonluğunu  bərpa  etməyə  çalışır. ABŞ  və Avropa  İttifaqı 
isə, öz növbəsində, Xəzər hövzəsindən təbii enerji resurslarının 
dünya bazarına nəqli məqsədilə transmilli layihələr reallaşdırır 
və bu vasitələrlə regionda öz mövqelərini möhkəmləndirməyə 
çalışırlar. 
Qeyd  edilməlidir  ki,  Ermənistan  siyasətçiləri  Azərbaycana 
qarşı silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalını “Dağlıq 
Qarabağ xalqının” öz müqəddəratını təyin etmək və müstəqillik 
uğrunda  milli-azadlıq  hərəkatı”  adlandırırlar.  Erməni 
siyasətçiləri  “Dağlıq  Qarabağ  xalqı”  dedikdə,  Azərbaycanın 
Dağlıq  Qarabağ  bölgəsində  yaşayan  etnik  erməniləri  nəzərdə 
tuturlar. Bununla əlaqədar, belə bir fakta diqqət yetirmək lazım-
dır ki, münaqişə başayana qədər Azərbaycanın keçmiş Dağlıq 
Qarabağ Muxtar Vilayətində, SSRİ əhalisinin 1989-cu ildə siya-
hıya alınmasının nəticələrinə əsasən, 40688 etnik azərbaycanlı 
və 145450 erməni yaşayırdı [7]. Beləliklə, Azərbaycanın Dağlıq 
Qarabağ bölgəsində məskunlaşmış erməni əhalini heç bir hal-
da “Dağlıq Qarabağ xalqı” adlandırmaq olmaz. Onlar Dağlıq 
Qarabağda  məskunlaşmış  əhalinin  etnik  erməni  hissəsidir  və 
bütövlükdə, Azərbaycan Respublikasındakı milli azlıqdır. Digər 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
16
www.elkhan-suleymanov.az
tərəfdən,  erməni  xalqı  öz  müqəddəratını  indiki  Ermənistan 
Respublikası  çərçivəsində  təyin  edib.  Üçüncü  tərəfdən,  öz 
müqəddəratını təyin etmək hüququndan ərazidə məskunlaşmış 
əhalinin hər hansı bir hissəsi deyil, hamısı istifadə edə bilər. Eyni 
zamanda, xalqların öz müqəddəratını təyin etmək hüququnun 
həyata keçirilməsi və bu hüquqa hörmət  prinsipindən suveren 
və  müstəqil  dövlətin  ərazi  bütövlüyünü,  yaxud  siyasi  birliyi-
ni tamamilə və ya qismən pozan, ya da parçalayan hər hansı 
əməllərə icazə kimi istifadə olunmamalıdır. Bundan əlavə, xalq-
ların  bərabərlik  hüquqları  və  öz  müqəddəratını  təyin  etmək 
prinsipi  həmin  ərazidə  hər  hansı  ayrı-seçkiliyə  yol  vermədən 
legitim  hakimiyyət  tərəfindən  təqdim  olunur.  Nəhayət,  öz 
müqəddəratını təyin etmək prinsipi heç də  ayrılmaq və mövcud 
dövlətin  ərazisini  parçalamaq  hüququna  malik  olmaq  demək 
deyil.  Beynəlxalq  sənədlərə  uyğun  olaraq,  öz  müqəddəratını 
təyin  etmək  hüququnun  həyata  keçirilməsi  beynəlxalq  hüqu-
qun  digər  əsas  prinsiplərinə,  başlıcası  isə  dövlətin  ərazi  bü-
tövlüyü prinsipinə riayət olunmasını tələb edir [8], [9]. Yuxa-
rıda qeyd edilənlər göstərir ki, erməni tərəfinin Azərbaycanın 
Dağlıq Qarabağ regionu və ətraf rayonlarda baş verən silahlı 
toqquşmaları,  Azərbaycan  ərazisinin  silah  gücü  ilə  parçalan-
masını,  azərbaycanlılara  qarşı  etnik  təmizləmə  siyasətinin 
həyata  keçirilməsini  bu  ərazilərdə  məskunlaşmış  ermənilərin 
öz  müqəddəratını  təyin  etmək  kimi  qiymətləndirmə  cəhdləri 
beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və həqiqəti əks 
etdirmir. 
Əksinə, çoxsaylı faktlar sübut edir ki, Ermənistan təcavüzkar 
ölkədir və Azərbaycanın 20% ərazisini məhz bu ölkənin silah-
lı  qüvvələri  işğal  etmişdir.  Misal  üçün  Human  Rights  Watch 
beynəlxalq  təşkilatının  1994-cü  ildə  hazırladığı  “Dağlıq  Qa-
rabağda  münaqişənin  yeddi  ili”  adlı  məruzəsində  göstərilir 
ki, əldə edilmiş faktlar Ermənistanın münaqişə tərəfi olduğu-
nu sübuta yetirir. Məruzədə çoxsaylı müşahidələr və sübutlar 
əsasında  nəticə  çıxarılır  ki,  Ermənistan  silahlı  qüvvələrinin 
Azərbaycan  ərazilərində  olması  hüquqi  nöqteyi-nəzərdən  bu 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
17
www.elkhan-suleymanov.az
ölkəni münaqişə tərəfi edir, bu münaqişə tərəfləri Ermənistan 
və  Azərbaycan  olan  beynəlxalq  silahlı  münaqişə    kimi 
qiymətləndirilir [10].

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
18
www.elkhan-suleymanov.az
2. Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın 
Azərbaycan ərazilərini işğal etməsi 
faktının tanınması
Azərbaycana  qarşı  təcavüzə  və  Azərbaycan  torpaqlarının 
işğalına  görə  Ermənistanın  beynəlxalq-hüquqi  məsuliyyət 
daşıması  heç  bir  şübhə  doğurmur.  Ermənistan  Respublikası 
beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini kobud 
şəkildə pozaraq, nəinki sülhə və beynəlxalq təhlükəsizliyə qarşı 
cinayət sayılan və beynəlxalq hüquqa görə təcavüzkarın ciddi 
məsuliyyətini  yaradan  müharibəyə  başladı  və  Azərbaycanın 
20% ərazisini işğal etdi. 
Bu  fakt  ən  nüfuzlu  beynəlxalq  təşkilatların,    o  cümlədən, 
Birləşmiş  Millətlər  Təşkilatı,  Avropa  Təhlükəsizlik  və 
Əməkdaşlıq  Təşkilatı,  Avropa  Şurası,  Avropa  İttifaqı,  İslam 
Əməkdaşlıq  Təşkilatı,  Şimali  Atlantika  Müqaviləsi  Təşkilatı 
(NATO) kimi beynəlxalq dövlətlərarası təşkilatların Dağlıq Qa-
rabağ münaqişəsinə aid qərarlarında öz əksini tapmışdır.
Bununla bağlı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinə aid 
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini göstərmək  olar. 
Birləşmiş  Millətlər  Təşkilatı:  BMT-nin  Təhlükəsizlik  Şu-
rası 30 aprel 1993-cü ildə özünün qəbul etdiyi 822 (1993) say-
lı  qətnaməsində  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  BMT 
Təhlükəsizlik Şurası Sədrinin 29 yanvar və 6 aprel 1993-cü ildə 
edillmiş bəyanatlarına istinad edərək və BMT  Baş Katibinin 14 
aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq, regionda sülhə 
və təhlükəsizliyə təhlükə yaradan vəziyyətdən narahat olduğu-
nu bildirərək, regionda, xüsusən Kəlbəcər rayonunda fövqəladə 
humanitar  vəziyyətdən  və  çoxlu  sayda  mülki  şəxslərin 
yerdəyişməsi ilə bağlı dərin narahatlığını bildirərək, regionda 
bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətini 
təsdiqləyərək  və  bununla  yanaşı  beynəlxalq  sərhədlərin  to-
xunulmazlığını  və  ərazi  əldə  edilməsi  üçün  gücdən  istifadə 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
19
www.elkhan-suleymanov.az
edilməsinin  yolverilməzliyini  təsdiqləyərək,  bütün  işğalçı 
qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal 
edilmiş rayonlarından dərhal çıxarılmasını tələb etdi [11].
BMT Təhlükəsizlik Şurasının bu qətnaməsi böyük siyasi və 
hüquqi əhəmiyyətə malikdir. 
Birincisi
Ermənistan-Azərbaycan 
Dağlıq 
Qarabağ 
münaqişəsinə  dair  bu  BMT  Təhlükəsizlik  Şurası  tərəfindən 
qəbul edilən ilk qətnamədir. 
İkincisi,  bu  qətnamədə  BMT  Təhlükəsizlik  Şurasının 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinə  dair 
münasibətinin ilk cizgiləri müəyyən edilib. Belə ki, qətnamədə 
BMT  Təhlükəsizlik  Şurası  Azərbaycan  Respublikası  və 
Ermənistan  Respublikası  arasında  münasibətlərin  pisləşməsi 
ilə bağlı öz dərin narahatlığını bildirir. Çox guman ki, burada 
bu münaqişənin dövlətlərarası münaqişə olduğuna işarə edilir.
Üçüncüsü, bu münaqişənin xarakterinə qiymət verilir və bu 
münaqişə regionda sülhə və təhlükəsizliyə təhlükə yaradan hal 
kimi qiymətləndirilir. 
Dördüncüsü, bu regionda olan bütün dövlətlərin, o cümlədən 
Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini, 
sərhədlərinin toxunulmazlığını təsdiqləyir.
Beşincisi, ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin 
yolverilməzliyini təsdiqləyir. 
Bununla  da  BMT    Təhlükəsizlik    Şurası  gücdən  istifadə 
etməklə  başqa  dövlətin  ərazisinin  əldə  edilməsinin 
yolverilməzliyinin hüquqi əsasını müəyyən edir.  Məhz bu hü-
quqi əsas BMT Təhlükəsizlik Şurasına Azərbaycanın bütün iş-
ğal edilmiş ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılması-
nın tələb edilməsinə imkan yaratdı.
BMT-nin Təhlükəsizlik Şurası 29 iyul 1993-cü ildə qəbul etdi-
yi 853 (1993) saylı qətnamədə Azərbaycanın Ağdam rayonunun 
zəbt  edilməsini  qeyd  edərək,  yenidən Azərbaycanın  suveren-
liyini  və  ərazi  bütövlüyünü  təsdiqləmişdir.  BMT  TŞ  eyni  za-
manda beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə 
edilməsi  üçün  gücdən  istifadə  edilməsinin  yolverilməzliyini 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
20
www.elkhan-suleymanov.az
təsdiqləyərək, Ağdam rayonunun və Azərbaycan Respublika-
sının digər rayonlarının işğal edilməsi faktını pislədi və işğalçı 
qüvvələrin Ağdam  rayonundan  və  bütün  digər  işğal  edilmiş 
Azərbaycan  rayonlarından  dərhal,  tam  və  şərtsiz  çıxarılma-
sını  tələb  etdi.  BMT Təhlükəsizlik  Şurasının  bu  qətnaməsinin 
9  bəndində  “Azərbaycanın  Dağlıq  Qarabağ  regionunun 
erməniləri” ifadəsi əks olunub və bunu xüsusi qeyd etmək çox 
vacibdir [12].
Birincisi,  bu  ifadə  Dağlıq  Qarabağın Azərbaycanın  regionu 
olması faktını açıq-aşkar təsdiqləyir. 
İkincisi, burada yaşayan əhali, ermənilərin iddia etdiyi kimi,  
mövcud  olmayan  “Dağlıq  Qarabağ  xalqı”  yox, Azərbaycanın 
Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin, yəni erməni 
icmasının olduğunu təsdiqləyir (bu regionda yaşayan əhalinin 
digər  hissəsini,  Ermənistan  Respublikasının  silahli  qüvvələri 
tərəfindən  aparılmış  etnik  təmizləmə  siyasəti  nəticəsində,  öz 
doğma yurdlarından qovulmuş və hal-hazırda didərgin həyatı 
yaşayan Azərbaycan icması təşkil edir).
Üçüncüsü,  bu  qətnamədə  BMT  Təhlükəsizlik  Şurasının  822 
saylı  qətnaməsində  öz  əksini  tapmış  “Azərbaycan  Respub-
likası  və  Ermənistan  Respublikası  arasında  münasibətlərin 
pisləşməsi  ilə  bağlı  öz  dərin  narahatlığının  bildirilməsi” 
ifadəsinə “onların arasında artan gərginlik” sözlərini də əlavə 
olunmuşdur. Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq 
Qarabağ münaqişəsinin, öz təbiətinə görə, məhz dövlətlərarası 
münaqişənin  olması  faktının  getdikcə  daha  aydın  təsəffür 
etməsini əks etdirir.
Dördüncüsü,  əgər  BMT  Təhlükəsizlik  Şurasının  822  say-
lı  qətnaməsində  “regionda,  xüsusən  Kəlbəcər  rayonunda, 
fövqəladə humanitar vəziyyətdən və çoxlu sayda mülki şəxslərin 
yerdəyişməsi”  ilə  bağlı  dərin  narahatlığını  bildirilirdisə,  ar-
tıq bu ifadə daha da dəqiqləşdirilir və göstərilir ki, “regionda 
fövqəladə humanitar vəziyyətdən və Azərbaycanda çoxlu say-
da mülki şəxslərin yerdəyişməsindən” dərin narahatlığını bil-
dirir. Bununla da bu sənəddə göstərilir ki, əsasən Azərbaycan 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
21
www.elkhan-suleymanov.az
mülki əhalisi “yerdəyişməyə”, əslində isə etnik təmizlənməyə 
məruz qalıb.
Beşincisi,  əgər  BMT  Təhlükəsizlik  Şurasının  822  saylı 
qətnaməsində  bu  regionda  olan  bütün  dövlətlərin  suveren-
liyi  və  ərazi  bütövlüyünə  hörmət  edilməsi  təsdiqlənirdisə, 
BMT  Təhlükəsizlik  Şurasının  853  saylı  qətnaməsində,  ilk 
növbədə Azərbaycanın, sonra isə regionda olan digər ölkələrin 
suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi təsdiqlənir. 
Lakin hərbi əməliyyatların bütövlükdə Azərbaycanın ərazisində 
aparıldığını  nəzərə  alsaq,  belə  bir  qənaətə  gəlmək  olar  ki, 
burada  söhbət  əsasən  Azərbaycanın  suverenliyinə  və  ərazi 
bütövlüyünə hörmət edilməsindən gedir və bu amili BMT-nin 
Təhlükəsizlik Şurası xüsusi vurğulayır.
BMT-nin Təhlükəsizlik Şurası 14 oktyabr 1993-cu ildə özü-
nün  qəbul  etdiyi  874  (1993)  saylı  qətnaməsində  yenidən 
Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyi-
ni və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmaz-
lığını və ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin 
yolverilməzliyini  təsdiqləyərək  və Azərbaycanda  çoxlu  sayda 
mülki  şəxslərin  yerdəyişməsi  ilə  bağlı  öz  ciddi  narahatlığını 
bildirərək,  Azərbaycanın  işğal  olunmuş  ərazilərindən  erməni 
qüvvələrinin çıxarılmasına çağırdı. Bu qətnamənin preambula-
sında həm də “Azərbaycanın Dağlıq Qarabağ regionu və onun 
ətrafında münaqişə” ifadəsi öz əksini tapmışdır [13].
Bu ifadənin çox vacib əhəmiyyəti var. Burada söhbət təkcə 
Dağlıq  Qarabağ  regionunda  olan  münaqişədən  getmir,  həm 
də “onun ətrafında münaqişədən” gedir. Nəzərə alsaq ki, Dağ-
lıq Qarabağın Ermənistanla heç bir ümumi sərhədi yoxdur, və 
Dağlıq Qarabağ regionu digər Azərbaycan torpaqları ilə əhatə 
olunur, belə bir nəticəyə gəlmək olar ki, söhbət artıq təkcə Dağ-
lıq Qarabağdan yox, Ermənistan-Azərbaycan münaqişəsindən, 
daha doğrusu Ermənistanın Azərbaycana qarşı təcavüzündən 
gedir və bu fakta dolayısı olaraq qətnamədə işarə edilir. 
BMT-nin Təhlükəsizlik Şurası 12 noyabr 1993-cu ildə özünün 
qəbul etdiyi 884 (1993) saylı qətnaməsində, Azərbaycanın Hora-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
22
www.elkhan-suleymanov.az
diz şəhərinin və Zəngilan rayonunun işğalını narahatçılıqla qeyd 
edərək, Azərbaycanın və regionda olan digər dövlətlərin suve-
renliyini və ərazi bütövlüyünü, həm də beynəlxalq sərhədlərin 
toxunulmazlığını və ərazi əldə edilməsi üçün gücdən istifadə 
edilməsinin yolverilməzliyini təsdiqləyərək, böyük sayda mül-
ki  şəxslərin  son  yerdəyişməsi  halı  və  Horadiz  şəhərində  və 
Zəngilan rayonunda və Azərbaycanın cənub sərhədində yara-
nan fövqəladə humanitar vəziyyət ilə bağlı öz ciddi narahatlığı-
nı ifadə edərək, Horadiz şəhərinin və Zəngilan rayonunun işğal 
edilməsini,  dinc  əhaliyə  hücumları  və  Azərbaycan  Respubli-
kası  ərazisinin  atəşə  tutulmasını  pislədi  və  işğalçı  qüvvələrin 
Zəngilan rayonundan birtərəfli çıxardılmasını və ümumilikdə 
işğalçı qüvvələrin digər işğal olunmuş Azərbaycan rayonların-
dan çıxardılmasını tələb etdi.
Bu  qətnamənin  preambulasında  da  “Azərbaycan  Respubli-
kasının Dağlıq Qarabağ regionu və onun ətrafında münaqişə” 
ifadəsi  öz  əksini  tapmışdır.  Bundan  əlavə,  qətnamənin  2-ci 
bəndində həm də “Azərbaycanın Dağlıq Qarabağ regionunun 
erməniləri”  ifadəsi də əks olunub [14].
Beləliklə,  bu  beynəlxalq-hüquqi  sənədlərin  təhlili  belə  bir 
nəticəyə gəlmək üçün əsas verir :
- BMT Təhlükəsizlik Şurası öz qətnamələrində birmənalı ola-
raq Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olmasını 
təsdiqləyir. 
- BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın 
suverenliyi,  ərazi  bütövlüyü  və  onun  beynəlxalq  səviyyədə 
tanınmış  sərhədləri  dəstəklənir.  Bu  qətnamələrdə  digər 
dövlətlərin ərazisinin əldə edilməsi üçün gücdən istifadə olun-
masının yolverilməzliyi xüsusi vurğulanır və erməni qüvvələri 
tərəfindən  Azərbaycan  ərazisinin  işğalı  və  dinc  əhaliyə  qarşı 
hücumlar qətiyyətlə pislənir. 
- BMT Təhlükəsizlik Şurasının qətnamələrində erməni işğalçı 
qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal 
çıxardılması tələb olunur.
BMT Təhlükəsizlik Şurası ilə yanaşı Ermənistan-Azərbaycan 
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə