Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır



Yüklə 2.84 Kb.
PDF просмотр
səhifə3/14
tarix07.12.2016
ölçüsü2.84 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
23
www.elkhan-suleymanov.az
Dağlıq  Qarabağ  münaqişəsinə  dair  BMT  Baş  Assambleyası 
tərəfindən də bir neçə mühüm əhəmiyyətli qətnamə və qərar 
qəbul edilmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  “Azərbaycan  Respublikasının 
Dağlıq  Qarabağ  regionu”  ifadəsi  BMT  Baş  Assambleyasının 
qətnamələrində də öz əksini tapmışdır. Belə ki, BMT Baş As-
sambleyası  tərəfindən,  baş  komitələrə  vermədən,  qəbul  olun-
muş  16  yanvar  1998-ci  il  tarixli  “Birləşmiş  Millətlər  Təşkilatı 
və Avropada  Тəhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı  arasında 
əməkdaşlıq  haqqında”  A/RES/52/22  saylı  qətnamənin  16-cı 
bəndində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regio-
nu və onun ətrafında olan münaqişə” ifadəsi əks olunmuşdur 
[15]. Analoji  ifadə  BMT  Baş Assambleyası  tərəfindən  9  fevral 
2000-ci ildə qəbul olunmuş А/RES/54/117 (bənd 16) [16], 2 mart 
2001-ci  ildə  qəbul  olunmuş  А/RES/55/179  (bənd  15)  [17],  14 
fevral 2002-ci ildə qəbul olunmuş A/RES/56/216 (bənd 21) [18], 
6  fevral  2003-cü  ildə  qəbul  olunmuş  A/RES/57/298  (bənd  26) 
qətnamələrdə öz əksini tapmışdır [19]. 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinə 
və  bu  münaqişə  nəticəsində  humanitar  sahədə  yaranmış  ağır 
nəticələrin aradan qaldırılmasına dair BMT-nin Baş Assamble-
yası özünün 48-ci sessiyasının 20 dekabr 1993-cü ildə keçirilmiş 
85-ci  plenar  iclasında  “Azərbaycanda  qaçqınlara  və  məcburi 
köçkünlərə  fövqəladə  beynəlxalq  yardımın  göstərilməsi  haq-
qında” qətnamə qəbul etmişdir (sənəd A/RES/48/114) [20]. Bu 
sənəddə ilk dəfə BMT səviyyəsində etiraf edilir ki, Ermənistan-
Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  nəticəsində 
Azərbaycanda  humanitar  vəziyyət  ciddi  şəkildə  pisləşmiş  və 
Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı bir milyonu 
keçmişdir.
BMT Baş Assambleyası 7 sentyabr 2006-cı ildə keçirilmiş 61-
ci sessiyasının 98-cı plenar iclasında 60/285 saylı “Azərbaycanın 
işğal  olunmuş  ərazilərində  vəziyyət”  adlı  qətnamə  qəbul  et-
mişdir.  Bu  qətnamə  erməni  işğalçılarının  Qarabağda  və  ona 
bitişik  olan  ərazilərdə  törətdikləri  yanğınlarla  bağlı  yaranmış 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
24
www.elkhan-suleymanov.az
vəziyyətə  həsr  olunmuşdur  (sənəd  А/60/L.60/Rev.2).  BMT 
Baş  Assambleyasının  bu  qətnaməsinin  həm  adında,  həm  də 
mətnində  “Azərbaycanın  işğal  olunmuş  əraziləri”  ifadəsi  öz 
əksini tapmışdır [21]. 
Qətnamənin  adı  çox  məqamlardan  məlumat  verir. 
Qətnamənin adından göründüyü kimi bu sənəddə Azərbaycan 
torpaqlarının  işğal  olunması  faktı  etiraf  edilir.    “Azərbaycan 
Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi həm də BMT 
Baş Assambleyasının 14 mart 2008-ci ildə keçirilmiş 62 sessiya-
sında  qəbul  etdiyi  “Azərbaycanın  işğal  olunmuş  ərazilərində 
vəziyyət”  (sənəd  A/62/L.42)  adlı  qətnaməsində  də  öz  əksini 
tapmışdır.  BMT  Baş  Assambleyasının  bu  qətnaməsini  xüsusi 
qeyd etmək lazımdır. Qətnamədə onun beynəlxalq səviyyədə 
tanınmış  sərhədlər  çərçivəsində  Azərbaycan  Respublikasının 
suverenliyinə və ərazi bütövlüyünə dəstək verilməsi və daimi 
hörmət edilməsi qeyd edilir, Azərbaycan Respublikasının bü-
tün  işğal  olunmuş  ərazilərindən  erməni  qüvvələrinin  dərhal, 
tam və şərtsiz çıxarılması tələb olunur. Qətnamədə vurğulanır 
ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal 
olunması  nəticəsində  yaranmış  vəziyyəti  qanuni  saymamalı-
dır və belə vəziyyətin saxlanılmasına kömək etməməlidir [22]. 
Qətnamədə  yenidən  Azərbaycan  Respublikasının  beynəlxalq 
səviyyədə  tanınmış  sərhədləri  çərçivəsində  onun  ərazi  bü-
tövlüyünün  dəstəklənməsinə  və  suverenliyinə  daimi  hörmət 
edilməsi  bəyan  edilir  və  Azərbaycan  Respublikasının  bütün 
işğal olunmuş ərazilərindən erməni qüvvələrinin qeyd-şərtsiz 
çıxardılması  tələb  olunur.  Bu  sənəddə  həm  də  Azərbaycan 
Respublikasının  işğal  olunmuş  ərazilərindən  qovulmuş 
əhalinin öz evlərinə qayıtması onların ayrılmaz hüququ kimi 
təsdiqlənir  və  belə  qayıdış  üçün  müdaxilədən  zərərçəkmiş 
ərazilərin hərtərəfli reabilitasiyası da daxil olmaqla, bütün la-
zımi şəraitin yaradılması zərurəti qeyd olunur. Bununla yana-
şı,  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda 
erməni və azərbaycanlı icmaları üçün normal, təhlükəsizlik və 
bərabər yaşayış şəraitinin təmin edilməsi zərurəti etiraf edilir. 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
25
www.elkhan-suleymanov.az
Göstərilir ki, bu regionda Azərbaycan Respublikasının hüdud-
ları çərçivəsində özünüidarəetmənin effektiv demokratik siste-
mi  üçün  imkan  yaradılacaqdır.  Sənəddə  həm  də  xüsusi  qeyd 
olunur ki, Azərbaycan Respublikasının ərazilərinin işğal olun-
ması nəticəsində yaranmış vəziyyətin qanuni olmasını heç bir 
dövlət tanımamalıdır və belə vəziyyətin saxlanılmasına kömək 
və ya yardım etməməlidir. 
Qeyd  etmək  lazımdır  ki,  bu  qətnamə  birdəfəlik  xarakter 
daşımır.  Qətnamənin  8-ci  bəndində  BMT  Baş  Katibindən  bu 
qətnamənin həyata keçirilməsinə dair hərtərəfli məruzə təqdim 
edilməsi  xahişi  əks  olunmuşdur.  Bundan  əlavə,  qətnamənin 
9-cu bəndi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” 
adlı məsələni Baş Məclisin 63-cü sessiyasının gündəliyinə salın-
masını nəzərdə tutur. 
Onu da qeyd etmək lazımdır ki, bu qətnamələrlə yanaşı BMT 
Baş  Assambleyası,  Ermənistanın  və  onun  himayədarlarının 
bütün  əks  hərəkətlərinə,  tədbirlərinə  baxmayaraq  GUAM 
ölkələrinin  təşəbbüsü  ilə  qaldırılmış  keçmiş  SSRİ  ərazisində 
dondurulmuş  münaqişələr  haqqında  “GUAM  məkanında 
dondurulmuş münaqişələr və beynəlxalq sülhə, təhlükəsizliyə 
və  inkişafa  onların  təsiri”  adlı  məsələnin  61-ci  sessiyanın 
gündəliyinə  salınması  haqqında  qərar  qəbul  etdi  [23].  Sonra-
dan bu məsələ BMT-nin Baş Assambleyasının 62-ci, daha son-
ra 63-cü və 64-cü sessiyalarının və yenidən 65-cü sessiyasının  
gündəliyinə salındı.
Yuxarıda  qeyd  edilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar 
ki, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi 
sənədlərində:
-  Dağlıq  Qarabağ  Azərbaycanın  bir  regionu  kimi  tanınır. 
BMT-nin sənədlərində birmənalı olaraq Dağlıq Qarabağ regio-
nunun Azərbaycana mənsub olması təsdiq edilir;
- Azərbaycan ərazilərinin işğal olunması faktı etiraf edilir;
-  aparılmış  etnik  təmizləmə  nəticəsində  Azərbaycan 
əhalisinin  qovulmasından  sonra  Dağlıq  Qarabağ  ərazisində 
qalmış  əhali  mövcüd  olmayan  “Dağlıq  Qarabağ  xalqı”  kimi 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
26
www.elkhan-suleymanov.az
yox,  “Azərbaycanın  Dağlıq  Qarabağ  regionunun  erməniləri” 
kimi tanınır;
- regionda olan bütün dövlətlərin suverenliyi, ərazi bütöv-
lüyü,  beynəlxalq  sərhədlərin  toxunulmazlığı  və  ərazinin  əldə 
edilməsi  üçün  gücdən  istifadə  edilməsinin  yolverilməzliyi 
təsdiqlənir;
- Azərbaycanın  işğal  olunmuş  bütün  rayonlarından  işğalçı 
qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur;
- Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərindən 
qovulmuş əhalinin öz evlərinə qayıtmasına olan ayrılmaz hü-
ququ təsdiqlənir və belə qayıdış üçün müdaxilədən zərərçəkmiş 
ərazilərin  hərtərəfli  reabilitasiyası  da  daxil  olunmaqla,  lazımi 
şəraitin yaradılması zərurəti qeyd olunur;
-  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionun-
da erməni və Azərbaycan icmaları üçün normal, təhlükəsiz və 
bərabər yaşayış şəraitinin təmin edilməsi zərurəti etiraf edilir;
xüsusi  qeyd  olunur  ki,  Azərbaycan  Respublikasının 
ərazilərinin işğal olunması nəticəsində yaranmış vəziyyətin qa-
nuni olmasını heç bir dövlət tanımamalıdır və belə vəziyyətin 
saxlanılmasına kömək və ya yardım etməməlidir. 
Avropa  Şurası:    Avropa  Şurası  Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanmasında  mü-
hüm  əhəmiyyət  kəsb  edən  bir  neçə  qərar  və  qətnamə  qəbul 
etmişdir.  Avropa  Şurasının  bu  qərarlarında  bu  nüfuzlu 
beynəlxalq təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinə dair mövqeyi əks olunur. Xüsusi məruzəçi Sayt-
linqerin 10 aprel 1997-ci il tarixli məruzəsi əsasında [24] 22 aprel 
1997-ci ildə Avropa Şurası Parlament Assambleyası “Zaqafqa-
ziyada münaqişələr haqqında” 1119(1997) saylı qətnamə qəbul 
etmişdir. Abxaziya və Dağlıq Qarabağ münaqişələrinə dair As-
sambleya qeyd etmişdir ki: “öz təbiətinə görə bu münaqişələr 
fərqlənsə də, Assambleya qeyd edir ki, onların siyasi nizamlan-
ması 1975-ci il Helsinki Yekun Aktına və 1990-cı il Paris Xar-
tiyasına əsaslanan aşağıdakı prinsiplərin: sərhədlərin toxunul-
mazlığı, xüsusən çoxmillətli sülhməramlı qüvvələrdən istifadə 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
27
www.elkhan-suleymanov.az
edərək bu regionda bütün insanların təhlükəsizliyinin təminatı, 
bütün maraqlı olan tərəflərin danışıqları əsasında Abxaziyaya 
və Dağlıq Qarabağa geniş muxtariyyət verilməsini, insan hü-
quqlarına riayət edilməsini nəzərə almaqla, qaçqınların və ya-
şayış yerlərini məcburi dəyişmiş şəxslərin öz evlərinə qayıtması 
hüququ və onların reinteqrasiya olunması əsasında münaqişəyə 
cəlb olunan bütün tərəflərin danışıq predmeti olmalıdır” [25].
Avropa  Şurasının  Parlament  Assambleyasında  (AŞPA)  xü-
susi məruzəçi D.Atkinsonun 29 noyabr 2004-cü ildə təqdim et-
diyi məruzəsində (sənəd 10364) qeyd olunur ki, “Azərbaycan 
ərazisinin  mühüm  bir  hissəsi  hələ  də  erməni  quvvələri 
tərəfindən  işğal  olunub”.  D.Atkinsonun  məruzəsində  xüsusi 
qeyd olunur ki, “Azərbaycanın sərhədləri ölkənin 1991-ci ildə 
müstəqil  dövlət  kimi  tanınması  anında  beynəlxalq  səviyyədə 
tanınmışdı. Azərbaycanın ərazisinə Dağlıq Qarabağ regionu da 
daxil idi” (b.5, bölmə III) [26]. 
Bu məruzənin əsasında AŞPA “ATƏT-in Minsk Konfransının 
məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişəyə 
dair”  1416  (2005)  saylı  qətnamə  qəbul  etmişdir.  Qətnamədə 
AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından 
təssüfləndiyi, yüz minlərlə insanın hələ də köçkün olması və acı-
nacaqlı  şəraitdə  yaşaması, Azərbaycan  ərazisinin  əhəmiyyətli 
hissələrinin  hələ  də  erməni  qüvvələrinin  işğalı  altında  oldu-
ğu və separatçı qüvvələrin hələ də Dağlıq Qarabağ bölgəsinə 
nəzarət etdiyi bildirilmişdir. Assambleya hərbi əməliyyatların 
və  bundan  əvvəl  başlamış  kütləvi  etnik  düşmənçiliyin  qor-
xunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik 
qovulmalara və mono-etnik ərazilərin yaranmasına gətirib çı-
xarması ilə bağlı öz narahatlığını ifadə edərək bir daha təsdiq 
etmişdir  ki,  bir  dövlətin  ərazisindən  regional  ərazinin  ayrıl-
ması  və  müstəqilliyi  etnik  təmizlə mələrə  və  bu  cür  ərazinin 
digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı 
münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demok-
ratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə 
oluna bilər. Assambleya qətnamədə Azərbaycan ərazisinin mü-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
28
www.elkhan-suleymanov.az
hüm bir hissəsinin Ermənistan quvvələri tərəfindən işğal olun-
masına işarə edərək, təşkilatın hər hansı üzv dövləti tərəfindən 
xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü 
kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulma-
sı demək olduğunu xatırlatmış və münaqişə ərazisindən köç-
kün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıt-
ması hüququnu bir daha təsdiq etmişdir. Assambleya həmçinin 
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822(1993), 
853(1993), 874(1993) və 884(1993) saylı Qətnamələrini xatırlat-
mış və tərəflərin silahlı əməliyyatlardan çəkinməklə və istənilən 
işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara 
riayət  olunmasını  tələb  edərək,  AŞPA  Bürosundan  ATƏT-in 
Minsk konfransı ölkələrinin milli nümayəndə heyətlərinin baş-
çılarının da daxil olduğu alt komitə yaratmağı xahiş etmişdir 
[27]. 
Qeyd edilməlidir ki, AŞPA-nın 1416 saylı qətnaməsi çox bö-
yük əhəmiyyətə malikdir. Belə ki, İslam Konfransı Təşkilatından 
sonra AŞPA öz qərarında Ermənistanı Azərbaycanın ərazilərini 
işğal edən dövlət kimi göstərdi və faktiki bu dövləti Azərbaycana 
qarşı  təcavüzdə  ittiham  etdi  və  bununla  da  ermənilərin 
münaqişə tərəflərinin yanlız Azərbaycan və Dağlıq Qarabağ se-
paratçıları olması haqqında iddiasını təkzib etdi. 
Ümumiyyətlə,  Avropa  Şurasının  rəsmi  sənədlərində 
Azərbaycan  ərazilərinin  Ermənistan  hərbi  birləşmələri 
tərəfindən  işğal  olunması  faktı  dəfələrlə  qeyd  edilmişdir.  Bu 
prosesin davamı kimi 2006-cı il yanvar ayının 9-da AŞPA-nın 
Dağlıq  Qarabağ  problemi  üzrə  alt  komitəsinin  Strasburqda 
keçirilən növbəti iclasında mərhum Lord Rassel-Constonun ha-
zırladığı hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qa-
rabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının 
yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapdı. Lakin 
Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqe tut-
ması nəticəsində AŞPA-nın 1416 saylı qətnaməsi əsasında Dağ-
lıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyəti faktiki ola-
raq Lord Rassel-Constonun vəfatından sonra dayandırıldı. Alt 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
29
www.elkhan-suleymanov.az
komitənin fəaliyyətinin bərpa edilməsi barədə AŞ PA-da 2011-
ci  ildə  qərar  qəbul  edilsə  də,  Ermənistan  nümayəndə  heyəti 
alt komitənin işinə qatılmaqdan imtina etmişdir və indiyədək 
onun fəaliyyətini boykot edir.
AŞPA  2008-ci  ildə  özünün  yay  sessiyasında  bir  daha 
Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərdi. AŞPA-
nın  bu  sessiyasında  6  iyun  2008-ci  ildə  xüsusi  məruzəçilər 
Andreas  Herkel  və  Yevgeniya  Jivkova  tərəfindən  edilmiş 
“Azərbaycanda  demokratik  institutların  fəaliyyət  göstərməsi 
haqqında” [28] məruzə əsasında 24 iyul 2008-ci ildə 1614 saylı 
eyniadlı qətnamə qəbul etmişdir. Bu qətnamənin 25.1 bəndində 
deyilir:    “Assambleya  hesab  edir  ki,  ölkənin  ərazi  bütövlüyü 
bərpa edilməyənə qədər Azərbaycanda sabit demokratik inki-
şaf çox çətin olaçaqdır”. AŞPA-nın 1614 saylı qətnaməsinin 25.2 
bəndində deyilir ki, “Assambleya BMT-nin Baş Assambleyası-
nın 14 mart 2008-ci tarixində qəbul edilmiş “Azərbaycanın işğal 
olunmuş  ərazilərində  vəziyyət  haqqında”qətnaməsini  nəzərə 
alır” [29]. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  BMT  Baş  Assambleyası  özü-
nün 14 mart 2008-ci il tarixli qətnaməsində Azərbaycanın Dağ-
lıq  Qarabağ  regionu  və  onun  ətrafında  hərbi  münaqişənin 
beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaratmaqda davam 
etməsindən öz ciddi narahatlığını bildirir, Azərbaycanın ərazi 
bütövlüyünü  təsdiqləyir,  Azərbaycanın  beynəlxalq  səviyyədə 
tanınmış sərhədlərinə dəstək verir və işğal olunmuş ərazilərdən 
erməni  silahlı  qüvvələrinin  dərhal  çıxardılmasını  tələb  edir 
[22]. Beləliklə, AŞPA BMT Baş Assambleyasının 14 mart 2008-
ci il tarixli “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət 
haqqında”qətnaməsinə  öz  dəstəyini  bildirdi,  Dağlıq  Qarabağ 
regionunun  ərazi  mənsubiyyətini Azərbaycana  məxsus  oldu-
ğunu təsdiqlədi və Azərbaycanın işğal olunmuş ərazilərindən 
Ermənistan hərbi qüvvələrinin dərhal çıxarılmasını tələb etdi. 
İslam  Konfransı  Təşkilatı (hazırda:  İslam  Əməkdaşlıq 
Təşkilatı - Müəllif) İslam Konfransı Təşkilatı Azərbaycana qarşı 
erməni təcavüzünü daim pisləyir, öz qərarlarında Ermənistanı 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
30
www.elkhan-suleymanov.az
təcavüzkar  dövlət  kimi  qiymətləndirir,  BMT-ni  bu  dövlətə 
qarşı  sanksiyalar  tətbiq  etməyə  çağırır  və  Ermənistandan 
Azərbaycanın  bütün  işğal  olunmuş  ərazilərindən  öz  silahlı 
qüvvələrinin  dərhal,  qeyd-şərtsiz  və  tam  çıxardılmasını  tələb 
edir.
İslam  Konfransı  Təşkilatı  dünyanın  ən  vacib  beynəlxalq 
hökumətlərarası regional təşkilatlarından biridir və ən nüfuzlu 
müsəlman hökumətlərarası regional təşkilatıdır. Ümumiyyətlə, 
İKT  ona  üzv  olan  dövlətlərin  sayına  görə  Birləşmiş  Millətlət 
Təşkilatından sonra dünyanın ikinci beynəlxalq hökumətlərarası 
təşkilatıdır. Hal-hazırda İKT dörd qitədə — Asiyada, Avropada, 
Afrikada və Cənubi Amerikada yerləşən, əhalisinin ümumi sa-
yını 1,5 milyard insan təşkil edən 57 ölkəni birləşdirir. İKT-nın 
müasir beynəlxalq əlaqələr sistemində xüsusi yeri BMT və İKT 
arasında  əməkdaşlıq  haqqında  bağlanmış  müqavilədə  də  əks 
olunur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 
İKT  tərəfindən,  o  cümlədən  İKT-yə  üzv  ölkələrinin  dövlət  və 
hökumət  başçılarının  zirvə  görüşlərində  (sammitlərində)  və 
xarici işlər nazirləri səviyyəsində çoxsaylı qətnamə və qərarlar 
qəbul olunmuşdur. 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinə 
dair  müddəalar  İKT  ali  orqanı  -  üzv  ölkələrinin  dövlət  və 
hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş bir sıra 
sənədlərdə  öz  əksini  tapmışdır.  Onların  içində  13-15  dekabr 
1994-cü  ildə  Kasablanka  şəhəri,  Mərakeş  Krallığında  keçiril-
miş İKT-nin  yeddinci zirvə görüşünün sənədlərini [30] və 9-11 
dekabr  1997-ci  ildə  Tehran  şəhəri,  İran  İslam  Respublikasın-
da keçirilmiş İKT-nin  səkkizinci zirvə görüşünün sənədlərini 
[31], 2000-ci ilin 12-13 noyabr tarixində Qətərin Doha şəhərində 
keçirilmiş  İKT  Doqquzuncu  Zirvə  Görüşündə  [32],  2003-cü 
ilin oktyabr ayında İKT Onuncu Zirvə Görüşündə (Putrajaya, 
Malayziya) qəbul olunmuş Yekun Kommunikeni (33-cü bənd) 
[33],  2005-ci ilin dekabr ayında İKT Üçüncü Fövqəladə Zirvə 
Görüşündə  (Məkkə,  Səudi  Ərəbistan)  qəbul  olunmuş  Yekun 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
31
www.elkhan-suleymanov.az
Kommunikeni  [34],  2008-ci  ilin  mart  ayında  İKT  On  birinci 
Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş 
Yekun Kommunikeni (61-ci bənd) [35] göstərmək olar.
Bununla yanaşı, Doqquzuncu Zirvə Görüşündə (Doha, Qa-
tar) qəbul olunmuş 21/9-P(IS) saylı “Ermənistan Respublikası-
nın Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnaməni, 
21/9-E  (IS)  saylı  “Azərbaycan  Respublikasına  iqtisadi  yardım 
göstərilməsi  haqqında”  qətnaməni,  25/9-C  saylı  “Ermənistan 
Respublikasının  Azərbaycan  Respublikasına  qarşı  təcavüzü 
nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam ta-
rixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması 
haqqında”  qətnaməni,  Onuncu  Zirvə  Görüşündə  (Putrajaya, 
Malayziyada) qəbul olunmuş 12/I0-P (IS) saylı “Ermənistan Res-
publikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqın-
da” qətnaməni, 21/10-E (IS) saylı “Azərbaycan Respublikasına 
iqtisadi yardım göstərilməsi haqqında” qətnaməni, mədəniyyət 
məsələləri  mövzusuna  dair  Mədəniyyat  və  İslam  işləri  üzrə 
qətnamələrin  (j)  “Ermənistan  Respublikasının  Azərbaycan 
Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal 
olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin 
məhv edilməsi və dağıdılması haqqında”qətnaməni, On Birin-
ci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olun-
muş 10/11-P(IS) saylı “Ermənistan Respublikasının Azərbaycan 
Respublikasına  qarşı  təcavüzü  haqqında”  qətnaməni,  2/11-
E(İS) saylı “Üzv dövlətlərə və İKT-yə üzv olmayan ölkələrə və 
müsəlman icmalarına iqtisadi yardım edilməsinə aid fəaliyyət 
haqqında” qətnaməsinin “Azərbaycan Respublikasına iqtisadi 
yardım göstərilməsi” bölməsini, mədəniyyat və sosial məsələlər 
üzrə qətnamələrdə 2/11-C (İS) saylı “İslam müqəddəs yerlərinin 
müdafiəsi haqqında”qətnaməni də göstərmək olar. 
Bundan əlavə, ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağ-
lıq  Qarabağ  münaqişəsinə  dair  müddəalar  İKT  Xarici  İşlər 
Nazirləri  Şurasının  sessiyalarında  qəbul  olunmuş  müxtəlif 
sənədlərdə, o cümlədən yekun kommunikelər və bəyanatlarda 
və çoxsaylı qətnamələrdə öz əksini tapmışdır.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
32
www.elkhan-suleymanov.az
Seneqalın paytaxtı Dakar şəhərində İKT Dövlət və Hökumət 
Başçılarının 13-14 mart 2008-ci ildə keçirilmiş XI zirvə görüşündə 
İKT-nın ikinci və hal-hazırda qüvvədə olan Nizamnaməsi qəbul 
olunmuşdur.  Bu  Nizamnamə  18  fəsildə  39  maddə  birləşdirir. 
İKT Nizamnaməsinin 1-ci fəslin 1-ci maddəsinin 4-cü bəndində, 
Azərbaycanın səyləri nəticəsində işğal altında olan dövlətlərin 
öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər 
tərəfindən  birmənalı  dəstəklənməsi  barədə  müddəa  təsbit 
edildi.  Bu  isə,  öz  növbəsində,  ölkəmiz  üçün  gələcək  xarici 
siyasət  kursunun  istiqamətləndirilməsinin  hüquqi  bazasının 
möhkəmləndirilməsində müstəsna əhəmiyyət kəsb edir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 
müddəalar İKT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının 
zirvə görüşlərində qəbul olunmuş müxtəlif sənədlərlə yanaşı, 
həm də İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul 
olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommunike 
və bəyanatlarda və çoxsaylı qətnamələrdə də öz əksini tapmış-
dır. Burada onların bir neçəsini göstərmək olar:
İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  Türkiyənin  İstanbul 
şəhərində  17-18  iyun  1992-ci  ildə  keçirilmiş  5-ci  fövqəladə 
sessiyasının  Yekun  Kommunikesinin  15-ci  bəndi;  7-9  sent-
yabr  1994-ci  ildə  Pakistan  İslam  Respublikasının  İslamabad 
şəhərində  keçirilmiş  İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  7-ci 
fövqəladə  sessiyasının  Yekun  Kommunikesinin  “Ermənistan 
və Azərbaycan arasında münaqişə” bölməsinin 64, 65, 66, 67, 
68, 69, 70-ci bəndləri və “Ermənistan və Azərbaycan arasında 
münaqişə haqqında” 5/7-EX saylı Qətnamə; 25-29 aprel 1993-
cü ildə Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçi-
rilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 21-ci sessiyasının Ye-
kun Kommunikesinin 44 bəndi və “Ermənistan və Azərbaycan 
arasında  münaqişə  haqqında”  12/21-P  saylı  Qətnamə;  10-12 
Dekabr 1994-cü ildə Mərakeş Krallığının Kasablanka şəhərində 
keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 22-ci sessiyasının 
Yekun  Kommunikesinin:  Azərbaycan-Ermənistan  bölməsinin 
70, 71, 72, 73-cü bəndləri və, bununla yanaşı, “Ermənistan və 
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə