Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır



Yüklə 2.84 Kb.
PDF просмотр
səhifə5/14
tarix07.12.2016
ölçüsü2.84 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
43
www.elkhan-suleymanov.az
göndərilməsinin zəruriliyi də öz əksini tapmışdı. Belə ki, sənədə 
görə onlar razılaşırdılar ki, münaqişə tərəflərinin fikirlərinə uy-
ğun olaraq yuxarıda qeyd olunan sazişin əldə edilməsi həmin 
sazişin  həyata  keçirilməsinin  vacib  elementi  kimi  çoxmillətli 
sülhməramlı  qüvvələrin  yerləşdirilməsinə  imkan  verə  bilər 
və  silahlı  münaqişənin  dayandırılması  haqqında  tərəflər  ara-
sında sazişin əldə edilməsindən sonra, BMT Təhlükəsizlik Şu-
rasının müvafiq qətnaməsinin qəbul edilməsi şərtilə, ATƏM-i 
çoxmillətli sülhməramlı qüvvələrlə təmin etmək üçün siyasi ha-
zırlıqlarını bəyan edirlər. Onlar fəaliyyətdə olan sədrdən 1992-ci 
il Helsinki sənədinin III fəsli əsasında və BMT Nizamnaməsinə 
tam uyğun olaraq təşkil ediləcək belə qüvvələrin yaradılması, 
tərkibi və fəaliyyəti barəsində qısa zaman ərzində plan işləyib 
hazırlamağı xahiş etdilər. Bu məqsədlə fəaliyyətdə olan sədrə 
Minsk  Konfransı  həmsədrləri  və  Minsk  qrupu,  həmçinin  Baş 
Katib tərəfindən kömək ediləcək; müvafiq məsləhətləşmələrdən 
sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə yanaşı, ölçü-
sü və xarakteri, onlara rəhbərliyi və onların idarəsi, maddi-tex-
niki təchizatı, müvafiq altbölümlərin və resursların bölünməsi, 
güc tətbiq etmək qaydası və qüvvə verən dövlətlərlə razılaşma-
lar haqqında tövsiyələrin hazırlanması üçün Vyanada yüksək 
səviyyəli planlaşdırma qrupu yaradacaq. Fəaliyyətdə olan sədr 
Birləşmiş  Millətlər  Təşkilatının  texniki  məsləhət  və  eksper-
tiza  yardımının  göstərilməsinə  hazır  olması  haqqında  etdiyi 
bəyanatına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatına kömək 
üçün  müraciət  edəcək.  O,  həmçinin,  ATƏM-in  sülhməramlı 
qüvvələrinin mümkün yerləşdirilməsi üçün BMT Təhlükəsizlik 
Şurasının uzunmüddətli siyasi dəstəyini əldə etməyə çalışacaq”. 
Belə  hazırlıq  işini  və  1992-ci  il  Helsinki  sənədinin  III  fəslinin 
müvafiq  müddəalarına  əsasən  və  tərəflər  arasında  razılığın 
əldə olunmasından və onların Minsk Konfransının həmsədrləri 
vasitəsilə  fəaliyyətdə  olan  sədrə  rəsmi  xahişindən  sonra  Da-
imi  Şura  ATƏM-in  sülhməramlı  əməliyyatının  keçirilməsi 
barəsində qərar qəbul edəcək [37]. 
ATƏM-in  Zirvə  Görüşü  Minsk  Konfransına  Minsk  qru-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
44
www.elkhan-suleymanov.az
punun  köməyi  ilə  mövcud  atəşkəsin  davam  etdirilməsi  və 
sülh sazişinin imzalanması üçün müvafiq tədbirlər görülməsi 
istiqamətində səylərini artırmağı tövsiyə edirdi. Burada sülh sa-
zişinin imzalanmasından sonra münaqişə bölgəsinə çoxmillətli 
sülhməramlı qüvvələrin göndərilməsi də nəzərdə tutulurdu. 
Budapeşt  Zirvə Görüşünün əsas nəticələrindən biri Minsk 
qrupunda  həmsədrlik  institutunun  yaradılması  oldu.  Sülh-
məramlı qüvvələrin müxtəlif dövlətlərin hərbi qüvvələrindən 
təşkil olunması barədə qərar Rusiyanın məsələni təkbaşına həll 
etmək istəyinin qarşısını aldı. 
1996-cı  ilin  dekabrında  Lissabonda  ATƏT  üzvü  olan 
ölkələrin dövlət və hökumət başçılarının növbəti Zirvə Görüşü 
keçirildi. Bu Zirvə Görüşündə Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ  münaqişəsinin  nizamlanmasının  əsas  parametrləri 
müəyyən edilmişdir. Onlar ATƏT-in fəaliyyətdə olan sədrinin 
Bəyanatında öz əksini tapmışdir. Bəyanatda qeyd olunur ki: “...
son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan 
Respublikasının  ərazi  bütövlüyü  məsələsinin  həllində  heç 
bir  irəliləyiş  əldə  edilməmişdir.  Mən  təəssüflə  qeyd  edirəm 
ki,  məsələnin  nizamlanması  prinsiplərinə  dair  tərəflərin 
mövqelərinin  yaxınlaşdırılması  istiqamətində  Minsk  konfran-
sı həmsədrlərinin səyləri uğurla nəticələnmədi. Minsk qrupu-
nun  həmsədrləri  tərəfindən  Dağlıq  Qarabağ  münaqişəsinin 
nizamlanmasının tərkib hissəsi kimi formalaşdırılan üç prinsip 
tövsiyə edilmişdir. Bu prinsipləri Minsk qrupunun bütün üzv 
dövlətləri dəstəkləyir. Bu prinsiplər aşağıdakılardır: 
-   Ermənistan Respublikasının və Azərbaycan Respublikası-
nın ərazi bütövlüyü
-    Azərbaycanın  tərkibində  Dağlıq  Qarabağa  ən  yüksək 
səviyyəli  özünüidarə  hüququ  verən  öz  müqəddəratını  təyin 
etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın 
hüquqi statusu; 
-  bütün tərəflərin nizamlama müddəalarına riayət olunma-
sının  təmin  edilməsinə  dair  qarşılıqlı  öhdəliklər  də  daxil  ol-
maqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
45
www.elkhan-suleymanov.az
təhlükəsizliyi. 
Mən təəssüflə etiraf edirəm ki, bir iştirakçı dövlət bunu qəbul 
edə bilmədi. Bu prinsiplər digər iştirakçı dövlətlər tərəfindən 
dəstəklənirBu bəyanat Lissabon Zirvə Görüşünün sənədlərinə 
daxil ediləcək” [38]. 
      Beləliklə, ATƏT bir beynəlxalq təşkilat kimi, münaqişənin 
yalnız  Azərbaycanın  ərazi  bütövlüyü,  Dağlıq  Qarabağ  regio-
nunun Azərbaycanın tərkibində qalması və Dağlıq Qarabağın 
bütün əhalisinin (həm erməni, həm də Azərbaycan icmasının) 
təhlükəsizliyinin təmin edilməsi şərtləri daxilində nizamlanma-
sının mümkünlüyünü təsdiqlədi. Ermənistan isə ilk dəfə məhz 
bu sammit zamanı beynəlxalq birliyin ciddi narazılığı ilə qar-
şılaşdı və özünü təcrid olunmuş vəziyyətə saldı. Bu qərarı ilə 
ATƏT  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinə 
dair öz münasibətini müəyyən etdi.
19  noyabr  1999-cu  ildə  ATƏT-in  İstanbul  Zirvə  Görüşü 
keçirildi.  Bu  Zirvə  Görüşünün  Bəyannaməsinin  20  və  21-ci 
maddələri  tamamilə  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 
münaqişəsinə həsr olunmuşdur. Bəyannamədə qeyd olunur ki: 
“Biz Dağlıq Qarabağ münaqişəsilə bağlı yaranan vəziyyət və son 
hadisələr haqqında ATƏT-in Minsk qrupunun Həmsədrlərinin 
məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. 
Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən 
dialoqu  xüsusilə  alqışlayırıq  ki,  onların  müntəzəm  görüşləri 
problemin möhkəm və hərtərəfli həllinin tapılması prosesinin 
dinamikası üçün imkan yaratmışdır. Biz qəti şəkildə bu dialoqu 
dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqla-
rın bərpası ümidilə bu dialoqun davam etdirilməsinə çağırırıq. 
Biz həmçinin təsdiq edirik ki, ATƏT və məsələnin həllinin ta-
pılması  üçün  ən  münasib  format  olan ATƏT-in  Minsk  qrupu 
sülh prosesini və onun gələcəkdə həyata keçirilməsini, tərəfləri 
bütün zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha 
da irəlilətməyə hazırdır” [39]. 
2-3 dekabr 2010-cu ildə ATƏT-in Astana Zirvə Görüşü keçiril-
di. Bu Zirvə Görüşündə “Təhlükəsizlik cəmiyyətinə doğru” adlı 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
46
www.elkhan-suleymanov.az
Bəyannamə qəbul olunmuşdur. Sammit zamanı ATƏT-in Minsk 
qrupunun həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin 
başçılarının,  Azərbaycan  və  Ermənistan  prezidentlərinin 
Birgə  Bəyanatı  da  qəbul  olunmuşdur.  Bu  Bəyanatda  deyi-
lir  ki:  “ATƏT-in  Astanada  (Qazaxıstan)  keçirilən  sammiti  ilə 
əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin 
nümayəndə heyətlərinin başçıları (Rusiya Federasiyasının Pre-
zidenti D.Medvedev, Fransanın Baş naziri F.Fiyon və Amerika 
Birləşmiş Ştatlarının Dövlət katibi H.Klinton), Azərbaycan Pre-
zidenti İ.Əliyev və Ermənistan Prezidenti S.Sarkisyan razılığa 
gəldilər  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin  tənzimlənməsinə 
yönəlmiş daha qətiyyətli tədbirlər görmək vaxtı çatmışdır [40]. 
Bununla əlaqədar onlar Azərbaycan, Ermənistan və Rusiya 
Federasiyası prezidentlərinin 2 noyabr 2008-ci il tarixli Moskva 
və 27 oktyabr 2010-cu il tarixli Həştərxan bəyanatlarına istinad 
etdilər. Onlar razılaşdılar ki, danışıqlar yolu ilə dinc tənzimləmə 
regionda sabitliyi və xalqların təhlükəsizliyini təmin edər və on-
ların arasında barışığa nail olmaq üçün yeganə imkandır [40]. 
Ermənistan  və  Azərbaycan  prezidentləri  Dağlıq  Qara-
bağ  münaqişəsini  beynəlxalq  hüququn  prinsipləri  və  norma-
ları,  BMT-nin  Nizamnaməsi,  Helsinki  Yekun  Aktı,  eləcə  də 
prezidentlər D.Medvedev, N.Sarkozi və B.Obamanın 2009-cu il 
iyulun 10-da Akvilldə [4] və 2010-cu il iyunun 26-da Muskokda 
[5] verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq 
öhdəliklərini təsdiq etdilər. 
Üç  həmsədr  ölkə  dinc  tənzimləməyə  nail  olmaq  üçün 
Azərbaycan  və  Ermənistan  prezidentlərinin  qəbul  edəcəkləri 
zəruri qərarları dəstəkləyəcəklərini bildirdilər. Onlar Ermənistan 
və  Azərbaycan  rəhbərlərini  səylərini  Əsas  prinsiplərdə  hələ 
qalan  mübahisəli  məsələlərin  həlli  üzərində  yeni  qüvvə  ilə 
cəmləşdirməyə  çağırdılar  və  öz  həmsədrlərinə  münaqişə 
tərəflərinin  bu  səylərini  həyata  keçirmələrinə  kömək  etmək 
üçün onlarla işi davam etdirməyi tapşırdılar. Danışıqların ke-
çirildiyi  atmosferi  yaxşılaşdırmaq  üçün  tərəflərə  müraciətlə 
onları atəşkəs rejiminin möhkəmlənməsinə və bütün sahələrdə 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
47
www.elkhan-suleymanov.az
etimad  tədbirlərinin  həyata  keçirilməsinə  yönəlmiş  əlavə  ad-
dımlar atmağa çağırdılar”. Sənədin mahiyyətindən göründüyü 
kimi, o daha çox ümumi xarakter daşıyır.
Qeyd etmək lazımdır ki, ATƏT münaqişənin nizamlanması 
ilə məşğul olan və real nəticələrin əldə edilməsi istiqamətində 
həqiqətən  fəallıq  nümayiş  etdirən  beynəlxalq  təşkilatdır. 
Minsk  qrupunun  fəaliyyəti  bu  mənada  xüsusən  yüksək 
qiymətləndirilməlidir. Bu qurumun fəaliyyəti hələlik real sülhə 
gətirib  çıxarmasa  da,  etiraf  etmək  lazımdır  ki,  Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həmişə beynəlxalq 
ictimaiyyətin diqqət mərkəzində qalmasında ATƏT-in fəaliyyəti 
çox vacib rol oynayır. Onu da xüsusi qeyd etmək lazımdır ki, 
digər  beynəlxalq  təşkilatlardan  fərqli  olaraq  ATƏT,  hər  iki 
tərəfin  razılığı  ilə,  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 
münaqişəsinin nizamlanması ilə birbaşa məşğul olan təşkilatdır. 
Ola  bilsin  ki  bu  səbəbdən  ATƏT  münaqişəyə  dair  daha  çox 
“neytral mövqe“ tutmağa çalışır. Halbuki təcavüzkarla təcavüz 
qurbanı arasında fərqin qoyulmaması münaqişənin həllinə yox, 
əksinə uzadılmasına aparır.
Bununla  bərabər,  yekun  olaraq  belə  bir  nəticəyə  gəlmək 
olar  ki, ATƏT-in  sənədlərində  və  ilk  növbədə ATƏT-in  Zirvə 
Görüşlərində qəbul olunmuş sənədlərdə:
- Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisi ol-
ması faktı etiraf olunur və təsdiqlənir
- Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəklənir
-  Dağlıq Qarabağın hüquqi statusunun yalnız Azərbaycanın 
tərkibində ən yüksək səviyyəli özünüidarəetmə hüququ verən 
öz müqəddəratını təyin etmə əsasında müəyyən edilməsi vur-
ğulanır; 
-  bütün tərəflərin nizamlama müddəalarına riayət olunma-
sının  təmin  edilməsinə  dair  qarşılıqlı  öhdəliklər  də  daxil  ol-
maqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş 
təhlükəsizliyinin zəruriliyi qeyd olunur. 
Avropa İttifaqı: Avropa İttifaqı (digər adı – Avropa Birliyi
27 Avropa dövlətini birləşdirən iqtisadi və siyasi birlik olaraq, 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
48
www.elkhan-suleymanov.az
müasir  dünyada  qüvvələrin  geosiyasi  durumuna  böyük  təsir 
göstərən  əsas  təşkilatlardan  biridir.  Regional  inteqrasiyaya 
yönəlmiş bu İttifaq Maastrix müqaviləsi ilə 1993-cü ildə Avropa 
Birliyi prinsipləri əsasında yaranmışdır. 
Cənubi Qafqaz Avropa Birliyinin sərhədlərinə yaxın olduğu 
üçün bu regionda baş verən hadisələr Avropa Birliyini narahat 
etməyə  bilməz.  Avropa  Birliyi  beynəlxalq  hüququn  subyekti 
qismində çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin nizamlanması probleminə öz münasibətini açıq 
şəkildə bildirmişdir.
Qeyd  etmək  lazımdır  ki,  Avropa  Birliyi  Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk dəfə olaraq 
22 may 1992-ci ildə bəyanatla çıxış etmişdir. Bəyanatda birlik 
Dağlıq Qarabağ regionunda döyüşlərin intensivləşməsi ilə bağ-
lı dərin narahatlığını ifadə etmiş, erməni və Azərbaycan əhalisi 
daxil  olmaqla,  Ermənistan  və Azərbaycan  xalqlarının,  hər  iki 
hökumətin  ATƏM-in  prinsip  və  öhdəliklərini  qəbul  etmələri 
nəticəsində,  eyni  səviyyəli  mühafizə  ilə  təmin  olunmaq  hü-
ququna malik olduqlarını xatırlatmış, azərbaycanlı və erməni 
əhalisinin fundamental hüquqlarının beynəlxalq səviyyədə ta-
nınmış sərhədlər çərçivəsində tam şəkildə bərpa edilməli oldu-
ğunu bildirmişdir. Birlik tərəfləri təmkinlik nümayiş etdirməyə, 
ATƏM prosesinə konstruktiv töhfə verməyə və bütün tərəfləri 
Dağlıq  Qarabağ  üzrə  ATƏM-in  Sülh  Konfransının  tezliklə 
keçirilməsi istiqamətində iş aparmağa çağırmışdır.
Avropa Birliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsilə bağlı 
18 iyun 1992-ci ildə növbəti bəyanat qəbul edilmişdir. Təşkilat 
bu bəyanatda yenə də davam edən döyüşlərlə bağlı öz narahat-
lığını bildirmiş, Ermənistan və Azərbaycana bir daha müraciət 
edərək, onları ATƏM-ə daxil olarkən götürdükləri öhdəliklərə 
əsasən  insan  hüquqlarına  hörmət  etməyə  və  tərəfləri  region-
da sülhü bərpa etməyin ən yaxşı ümidini təklif edən ATƏM-
in himayəsi altında Minsk Konfransının tezliklə keçirilməsinin 
zəruri şərtlərinin yaradılmasına çağırmışdır. 
Avropa Birliyi münaqişə ilə bağlı növbəti bəyanatını 7 aprel 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
49
www.elkhan-suleymanov.az
1993-cü ildə yaymışdır. Həmin bəyanatda Birlik və üzv dövlətlər 
münaqişənin dərinləşməsindən narahatlıq keçirdiklərini, “hərbi 
əməliyyatların Kəlbəcər və Füzuli rayonları ərazisinə yayılma-
sından təəssüfləndiklərini” bildirmiş, qoşunların “Azərbaycan 
ərazilərindən  dərhal  çıxarılması  və  bu  ərazilərdə  döyüşlərin 
dayandırılması məqsədilə Ermənistan hökumətini Dağlıq Qa-
rabağın hərbi birləşmələri üzərində olan təsirindən qətiyyətlə 
istifadə etməyə” çağırmışdır.
Ermənistanın  işğalçı  qüvvələrinin  cəbhə  bölgəsində  yeni 
əməliyyatlar keçirməsi qurumu 1993-cü ilin 24 iyun və 3 sent-
yabr tarixlərində yeni bəyanatlarla çıxış etməyə məcbur etmiş-
dir. Bu sənəddə ermənilərin Azərbaycana qarşı hərbi hücum-
ları  pislənilmiş  və  qaçqınların  sayının  həddən  artıq  çoxalma-
sından  narahatlıq  ifadə  olunmuşdur.  Birlik  ATƏM-in  Minsk 
qrupunun bölgədə sülhün əldə edilməsi istiqamətində səylərini 
dəstəklədiyini bildirmiş və tərəfləri bu prosesin həyata keçməsi 
üçün  əlverişli  şərait  yaratmağa  çağırmışdır.  Təşkilat  BMT 
qətnamələrinə hörmət göstərilməsini hər iki tərəfdən tələb et-
miş,  silahlı  qüvvələrin  Kəlbəcər, Ağdam,  Füzuli,  Cəbrayıl  ra-
yonlarından çıxarılmasının zəruriliyini qeyd emişdir. Bəyanatda 
həmçinin Ermənistandan Azərbaycan ərazilərinə hücum edən 
yerli  erməni  qüvvələrinə  yardım  göstərməmək  tələbi  ifadə 
olunmuşdur. 
Avropa İttifaqı 9 noyabr 1993-cü ildə yenidən Dağlıq Qarabağ 
münaqişəsinə dair növbəti bəyanatını qəbul etmişdir. Təşkilat 
toqquşmaların genişlənməsindən narahatlıq keçirdiyini və qaç-
qınların  sayının  artmasının  bölgədə  gərginliyin  çoxalmasına 
gətirib  çıxaracağını  vurğulamışdır.  Bəyanatda  Avropa  İttifaqı 
ATƏM-in prinsiplərinə uyğun olaraq Azərbaycan Respublika-
sının ərazi bütövlüyünə və suverenliyinə əhəmiyyət verdiyini 
təsdiqləmişdir. Avropa İttifaqı silahlı toqquşmalardan qaçmaq-
la canını qurtaran on minlərlə mülki şəxsin taleyindən, xüsusilə 
narahat  olduğunu  ifadə  edərək,  qaçqınların  mövcudluğunun 
münaqişənin beynəlxalq miqyas alması təhlükəsini artırdığını 
və bütün regionun sabitliyi üçün təhdid olduğunu bildirmişdir. 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
50
www.elkhan-suleymanov.az
Avropa İttifaqının Sədrliyi adından 1994-cü ildə münaqişə ilə 
bağlı bir neçə kommunüke yayılmışdır və bu kommunükelərdə 
təşkilat  bir  daha  Azərbaycanın  ərazi  bütövlüyü  prinsipini 
dəstəklədiyini  bildirmiş  və  tərəfləri  münaqişənin  sülh  yolu 
ilə  nizamlanmasına,  BMT  Təhlükəsizlik  Şurasının  müvafiq 
qətnamələrinə əməl etməyə çağırmışdır. 
Göründüyü kimi, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi 
ilə bağlı qəbul etdiyi bəyanatlarda ehtiyatlı münasibət nüma-
yiş  etdirmiş,  təcavüzkar  dövlətlə  təcavüzə  məruz  qalan  tərəf 
arasında  fərq  qoymamış,  silahlı  hücumların  guya  Dağlıq  Qa-
rabağ erməniləri tərəfindən həyata keçirildiyini iddia etmişdir. 
Habelə, həmin sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini 
işğal etməsi faktına dair heç bir konkret münasibət ifadə olun-
mamış  və  münaqişənin  əsl  səbəbləri  barədə  fikir  bildirilmir, 
məsələyə daha çox neytral mövqedən yanaşma nümayiş etdi-
rilmişdir. 
Bununla  belə,  Avropa  İttifaqının  Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  mövqeyini  ifadə  edən 
ən  əsas  hadisələrdən  biri  2003-cü  ildə  baş  vermişdir.  Təşkilat 
münaqişənin  həlli  üçün  kommunikasiya  xətlərinin  açılma-
sı  müqabilində  Azərbaycanın  işğal  olunmuş  rayonlarından 
5-nin geri qaytarılmasını təklif etmişdir. Bu təklif uzun müddət 
müzakirə obyektinə çevrilmiş və hələ də öz aktuallığını saxla-
maqdadır. Bu təklif göstərir ki, Avropa İttifaqının həm region-
la əlaqələri inkişaf etdirmək, həm də Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanmasında  fəal  iştirak 
etmək niyyəti kifayət qədər ciddi xarakter almışdır.
Eyni  zamanda  vurğulamaq  lazımdır  ki,  Avropa  İttifaqı-
nın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı 
rəsmi mövqeyi Avropa Parlamentinin 20 may 2010-cu idə qəbul 
etdiyi  “Avropa  İttifaqının  Cənubi  Qafqaz  üzrə  Strategiyası” 
Qətnaməsində öz əksini tapmışdır [41]. Belə ki, Qətnamədə Avro-
pa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə əlaqələrində suveren-
lik və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşdığı diqqətə 
çatdırılmış, 2-ci maddədə regiondakı mövcud münaqişələr üçün 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
51
www.elkhan-suleymanov.az
status-kvonun qəbuledilməz olduğu, belə vəziyyətin gərginliyi 
və döyüşlərin yenidən başlaması riskini artırması vurğulanaraq, 
5-ci maddədə Cənubi Qafqaz dövlətlərinin suverenliyi və ərazi 
bütövlüyünə xələl gətirə biləcək şərtlərin qəbuledilməz olduğu 
bildirilmişdir.  Beləliklə,  Avropa  Parlamenti  öz  Qətnaməsində 
Cənubi Qafqaz dövlətlərinin, o cümlədən Azərbaycan Respub-
likasının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində 
dövlət  suverenliyini  və  ərazi  bütövlüyünü  birmənalı  şəkildə 
dəstəkləmiş,  onlara  xələl  gətirə  biləcək  hər  hansı  şərtlərin 
qəbuledilməz olduğunu vurğulamışdır.
Eyni  zamanda,  Qətnamənin  6-11-ci  maddələri  məhz  Dağ-
lıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə həsr edilmiş-
dir.  Sənədin  6-7-ci  maddələrində  Azərbaycan  və  Ermənistan 
prezidentlərinin  danışıqlar  prosesini  davam  etdirmələri, 
tərəflər arasında Moskva bəyannaməsinin imzalanması, ATƏT-
in  Minsk  qrupunun  vasitəçilik  səyləri,  həmsədr  dövlətlərin 
prezidentləri tərəfindən 2009-cu ilin iyul ayında G8 sammiti za-
manı bəyanatın yayılması alqışlanmışdır.
Avropa  İttifaqı  Qətnamənin  8-ci  maddəsində  Dağlıq  Qara-
bağ  müharibəsi  nəticəsində  öz  evlərindən  didərgin  düşmüş 
yüz  minlərlə  insanın  hələ  də  məcburi  köçkün  kimi  qalması-
nı,  onların  hüquqlarının,  o  cümlədən  qayıtmaq  hüquqları-
nın,  mülkiyyət  hüquqlarının  və  şəxsi  təhlükəsizlik  hüquqla-
rının  rədd  edilməsindən  təəssüfləndiyini  bildirmiş,  tərəfləri 
birmənalı  və  qeyd-şərtsiz  şəkildə  bu  hüquqları  tanımağa  və 
tezliklə realizə edilməsinə çağırmış, problemin həllinə nail ol-
maq  məqsədilə  Ermənistan  qoşunlarının  Azərbaycanın  bü-
tün  zəbt  edilmiş  ərazilərindən  çıxarılmasını  tələb  etmişdir. 
Qətnamənin 10-cu maddəsində bir daha Azərbaycanın Dağlıq 
Qarabağ  və  ətraf  rayonlar  da  daxil  olmaqla  bütün  işğal  edil-
miş ərazilərinin boşaldılmasının, Dağlıq Qarabağın statusunun 
tam müəyyən edilənə qədər ona aralıq statusun verilməsinin, 
regionda etnik azərbaycanlıların və etnik ermənilərin dinc ya-
şaması  və  əməkdaşlığı  üçün  keçid  çərçivənin  yaradılmasının 
əhəmiyyəti göstərilmişdir.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
52
www.elkhan-suleymanov.az
Bütövlükdə,  Avropa  Parlamentinin  qətnaməsi  bu  quru-
mun  regional  təhlükəsizlik  məsələləri  və  regionda  mövcud 
münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli 
istiqamətində mövqeyin tam aydınlıq gətirmişdir. Şübhəsiz ki, 
Avropa  Parlamenti  qətnamələrinin  müddəaları,  bir  tərəfdən, 
birbaşa  Avropa  Birliyinin  digər  rəhbər  orqanlarının,  digər 
tərəfdən isə Avropa Birliyinə üzv olan ölkələrin rəhbərliyinin 
mövqelərinə böyük təsir göstərir və Dağlıq Qarabağ problemi 
üzrə bü nüfuzlu təşkilatın öz siyasətini formalaşdırır.
Qeyd edilməlidir ki, Avropa Komissiyasının sədri Jose Manu-
el Barrozo 2011-ci ilin yanvar ayında Bakıya səfəri çərçivəsində 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  ilə  ke-
çirilmiş  birgə  mətbuat  konfransındakı  bəyanatında  və  Bakı 
Dövlət Universitetində etdiyi çıxışında Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsinə  toxunmuş,  bu  problemin  həll 
edilməməsinin regionda sülh və sabitlik üçün maneə olduğunu 
diqqətə çatdırmışdır. Avropa Komissiyasının sədri bildirmişdir 
ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü birmənalı 
şəkildə  dəstəkləyir  və  istəyir  ki, Azərbaycan  Respublikasının 
ərazi bütövlüyü təmin edilsin.
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO - North At-
lantic  Treaty  Organization):  Ermənistan-Azərbaycan  Dağlıq 
Qarabağ  münaqişəsinə  ədalətli,  müvafiq  beynəlxalq-hüquqi 
qiymətin  verilməsi  hərbi-siyasi  təşkilat  olan  NATO-nun 
sənədlərində də öz əksini tapmışdır. 
NATO  tərəfindən  bu  münaqişəyə  dair  bir  sıra  qərarlar  və 
qətnamələr  qəbul  olunub.  2006-cı  ilin  noyabrında  Riqada  ke-
çirilmiş  NATO-ya üzv olan ölkələrin dövlət və hökumət baş-
çılarının sammitinin yekun  kommunikesinin 43-cü bəndində 
postsovet  ölkələrində  mövcud  olan  münaqişələrə  münasibət 
bildirilmışdir.  Sənəddə  Azərbaycanın,  Ermənistanın,  Gürcüs-
tanın  və  Moldovanın  ərazi  bütövlüyünə,  müstəqilliyinə  və 
suverenliyinə dəstək verilir [42]. Bu çox vacib bir müddəadır. 
Avropa ölkələri və Avrasiya üzrə ABŞ dövlət katibinin müavini 
Daniel Frid qeyd edir ki, “NATO bu haqda ilk dəfə bəyan edir 
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə