Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır



Yüklə 2.84 Kb.
PDF просмотр
səhifə6/14
tarix07.12.2016
ölçüsü2.84 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
53
www.elkhan-suleymanov.az
və  bu,  bölgədə  olan  dövlətlər  üçün  vacib  siqnaldır”.  NATO-
nun  bu  mövqeyi  2008-ci  ilin  aprel  ayında  Buxarestə  keçiril-
miş üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində 
(zirvə  görüşündə)  bir  daha  öz  təsdiqini  tapmışdır.  Buxarest 
zirvə görüşünün yekunu üzrə 3 aprel 2008-ci ildə qəbul olun-
muş Bəyannamənin 43-cü bəndində deyilir ki, ”NATO Cənubi 
Qafqazda  və  Moldovada  regional  münaqişələrin  saxlanılma-
sından  öz  narahatlığını  bildirir.  Bizim  xalqlar  Azərbaycanın, 
Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə, 
müstəqilliyinə və suverenliyinə  öz dəstəyini verirlər. Biz, bu 
prinsiplər  nəzərə  alınmaqla,  bu  regional  münaqişələrin  dinc 
yolla  nizamlanmasına  yönəlmiş  tədbirlərə  dəstək  verilməsinə 
davam  edəcəyik”  [43].  Riqada  qəbul  olunmuş  sənədə 
nisbətən  Buxarestdə  qəbul  olunmuş  sənəddə  çox  vacib  bir 
əlavə  var.  Sənəddə  Cənubi  Qafqazda  və  Moldovada  regional 
münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qa-
rabağ münaqişəsinin nizama salınmasının prinsipləri müəyyən 
edilir.  Bunlar  Azərbaycanın  və  Ermənistanın  ərazi  bütövlü-
yü,  müstəqilliyi  və  suverenliyi    prinsipləridir.  Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair nəzərə almaq 
lazımdır ki, Azərbaycan rəsmi olaraq hal-hazırda Ermənistanın 
ərazisinə iddia etmir və heç bir iddia tələbi irəli sürmür. Əksinə 
olaraq,  Ermənistan  Azərbaycanın  torpaqlarını  işğal  altında 
saxlayır  və  Azərbaycanın  ərazi  bütövlüyünü  pozur.  Deməli, 
NATO-nun Buxarest Bəyannaməsinin 43-cü bəndinin mahiyyəti 
faktiki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 
dair Azərbaycanın  ərazi  bütövlüyünə  dəstək  verilməsi  və  bu 
münaqişənin yanlız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində 
nizama salınmasından ibarətdir. 
NATO-nun  eyni  mövqeyi  3  dekabr  2008-ci  ildə  Brüsseldə 
NATO-nun baş qərargahında NATO-nun Xarici İşlər Nazirləri 
səviyyəsində  keçirilmiş  görüşun  yekun  kommunikesinin  35-
ci bəndində [44] və 4 Aprel 2009-ci ildə Strastburqda - Kelledə 
NATO  ölkələrinin  Dövlət  və  Hökumət  Başçılarının  sammiti-
nin  (zirvə  görüşünün)  yekun  bəyannaməsinin  58-ci  bəndində 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
54
www.elkhan-suleymanov.az
öz  əksini  tapmışdır.  Bəyannamədə  qeyd  olunur  ki,  NATO 
Cənubi Qafqaz ölkələrinin və Moldovanın ərazi bütövlüyünə, 
müstəqilliyinə  və  suverenliyinə  dəstək  verməyə  davam  edir 
və  bu  prinsiplər  nəzərə  alınmaqla  bu  reqional  munaqişələrin 
sülh  yolu  ilə  nizama  salınmasına  yönəlmiş  tədbirlərin 
dəstəklənməsinə davam edəcəkdir [45]. 
19-20  noyabr  2010-cu  ildə  Lissabonda  NATO-nun  növbəti 
sammiti  baş  tutdu.  Bu  sammitdə  də  Azərbaycanın  ərazi  bü-
tövlüyü  yenidən  dəstəkləndi.  Belə  ki,  NATO-ya  üzv  olan 
ölkələrin dövlət və hökumət başçılarının Lissabon sammitində 
qəbul  olunmuş  Bəyannamənin  35-ci  bəndində  Ermənistanın, 
Azərbaycanın, Gürcüstanın və Moldova Respublikasının ərazi 
bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verilir və 
bu  prinsiplər  nəzərə  alınmaqla  regional  munaqişələrin  sülh 
yolu ilə nizama salınmasına yönəlmiş tədbirlər dəstəklənir [46]. 
Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə NATO Baş Katibi-
nin keçmiş xüsusi nümayəndəsi Robert Simmons qeyd edir ki, 
NATO regionda mövcud olan münaqişələrin nizamlanmasında 
maraqlıdır və bu istiqamətdə siyasi danışıqları dəstəkləyir. Onun 
sözlərinə görə, Cənubi Qafqazda olan münaqişələrin dövlətlərin 
ərazi bütövlüyü çərçivəsində həll edilməsi NATO-nun Lissabon 
sammitində qeyd olunmuşdur [47]. Faktiki olaraq, NATO-nun 
bu  mövqeyi  bir  daha Azərbaycanın  dəstəklənməsinə  yönəlib. 
Çox maraqlıdr ki, NATO tərəfindən qəbul edilmiş qərarlarda 
Azərbaycanın  ərazi  bütövlüyünə  heç  bir  qeyd-şərt  olmadan 
dəstək verilir və, ümümiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş prinsiplərin 
sırasında  xalqların  öz  müqəddaratını  təyinetmə  prinsipinin 
heç  adı  belə  çəkilmir.  NATO  Ermənistan-Azərbaycan  Dağlıq 
Qarabağ münaqişəsinin nizamlanmasını ölkələrin ərazi bütöv-
lüyü, müstəqilliyi və suverenliyi prinsipləri əsasında görür və 
bu prinsiplər nəzərə alınmaqla bu regional munaqişələrin sülh 
yolu ilə nizama salınmasına yönəlmiş tədbirləri dəstəkləyir. 
NATO tərəfindən qəbul olunmuş sənədlər bir daha sübut edir 
ki,  bu  beynəlxalq  hərbi-siyasi  təşkilat Azərbaycanın  ərazi  bü-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
55
www.elkhan-suleymanov.az
tövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin nizamlanmasını Azərbaycanın ərazi bütövlüyü 
çərçivəsində  dəstəkləyir.  NATO-nun  keçmiş  Baş  Katibi  Yaap 
de Hoop Sxeffer NATO-nun bu mövqeyini bir daha təsdiqlədi. 
O, Azərbaycan prezidenti ilə görüşün nəticələrinə dair 29 ap-
rel  2009-cu  ildə  keçirilən  mətbuat  kofransında  bəyan  etdi  ki, 
NATO-nun  üzvü  olan  28  ölkə  hesab  edir  ki,  Dağlıq  Qarabağ 
probleminin  həlli  ”suverenlik  və  ərazi  bütövlüyü  prinsipinə 
əməl edilməsi əsasında tapılmalıdır”[48]. Baş Katib qeyd etmiş-
dir ki, “NATO Dağlıq Qarabağ münaqişəsində birbaşa iştirak 
etməsə də, hesab edir ki, onun nizamlanmasında ərazi bütövlü-
yü prinsipi sual altına alınmamalıdır” [49].
Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  NATO  tərəfindən  qəbul 
olunmuş  qərarlarda  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 
münaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət verilir və bu 
münaqişənin nizamlanmasının beynəlxalq-hüquqi əsasını təşkil 
edən prinsiplər müəyyən edilir. Bu prinsiplər ölkələrin ərazi bü-
tövlüyü, müstəqilliyi və suverenliyi, o cümlədən Azərbaycanın 
ərazi bütövlüyü prinsipləridir.
Beləliklə,  Azərbaycanın  ərazi  bütövlüyü  ən  nüfuz-
lu  dövlətlərarası  beynəlxalq  təşkilatlar  tərəfindən  tanınır 
və  dəstəklənir.  Bu  isə,  öz  növbəsində,  deməkdir  ki  müasir 
beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən Azərbaycan 
torpaqlarının  zəbt  edilməsi  Ermənistanın  Azərbaycana  qarşı 
təcavüzünün əyani sübutudur. Bir dövlətin başqa bir dövlətə 
qarşı  təcavüzü  ən  ağır  beynəlxalq-hüquqi  cinayət  sayılır  və 
təcavüz etmiş dövlətin beynəlxalq-hüquqi məsuliyyətini yara-
dır.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
56
www.elkhan-suleymanov.az
3. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 
işğal edilməsi nəticəsində fövqəladə humanitar 
vəziyyətin yaranması
Ermənistan  silahlı  qüvvələrinin  1988-1993-cü  illərdə 
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan tor-
paqlarının 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar 
Vilayəti  (DQMV),  eləcə də ona  bitişik  olan  7  rayonun  (Laçın, 
Kəlbəcər,  Ağdam,  Füzuli,  Cəbrayıl,  Qubadlı  və  Zəngilan  ra-
yonları) əraziləri işğal edilmişdir. Bundan əlavə, Azərbaycanın 
Ermənistanla  həmsərhəd  və  işğal  edilmiş  rayonlarla  qonşu 
olan  7  rayonun  ərazisindəki  bir  sıra  yaşayış  məntəqələri  iş-
ğal olunmuşdur. Ümumiyyətlə, Ermənistanın silahlı təcavüzü 
nəticəsində keçmiş DQMV-nin inzibati ərazisinə daxil olmayan 
işğal edilmiş Azərbaycanın rayonlarının ərazisi Dağlıq Qarabağ 
bölgəsinin ərazisindən dörd dəfə böyükdür.
Ermənistanın Azərbaycana  silahlı  təcavüzü  nəticəsində  in-
san  hüquqları  sahəsində  qəbul  edilmiş  çoxsaylı  beynəlxalq 
müqavilələrdə  ehtiva  edilmiş  normalar,  o  cümlədən  “İnsan 
hüquqlarına  dair  Ümumdünya  Bəyannaməsi”-nin,  “Mülki  və 
Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt”-ın, “İqtisadi, Sosial və 
Mədəni  Hüquqlar  üzrə  Beynəlxalq  Pakt”-ın,  “İrqi  ayrı-seçki-
liyin  bütün  formalarının  ləğv  edilməsi  haqqında  Beynəlxalq 
Konvensiya”-nın, “İşgəncələrə və digər qəddar, qeyri-insani və 
ya  insan  ləyaqətini  alçaldan  münasibətlərə  qarşı  və  ona  görə 
cəzalandırma  haqqında  Konvensiya”-nın,  “Uşaq  hüquqları 
haqqında Konvensiya”-nın bütün müddəaları  ciddi şəkildə po-
zulmuşdur.  Bundan əlavə, silahlı təcavüz zamanı beynəlxalq 
humanitar hüquq normaları da, o cümlədən “Quruda müharibə 
aparma qanunları və adətləri haqqında” 18 oktyabr 1907-ci il 
Haaqa Konvensiyasının (Konvensiya IV), “Müharibə vaxtı mül-
ki əhalinin müdafiəsi haqqında” 12 avqust 1949-cu il Cenevrə 
Konvensiyasının,  “Hərbi  əsirlərlə  davranış  haqqında  12  av-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
57
www.elkhan-suleymanov.az
qust 1949-cu il Cenevrə Konvensiyası”-nın, “Beynəlxalq silahlı 
münaqişələrin  qurbanlarının  müdafiəsi  haqqında”  12  avqust 
1949-cu  il  Cenevrə  Konvensiyalarına  əlavə  Protokolun  (1977-
ci  il),  BMT  Baş Assambleyasının  “Silahlı  münaqişələr  zamanı 
qadın və uşaqların müdafiəsi haqqında” 14 dekabr 1974-cü il 
tarixli 3318(XXIX) qətnaməsinin müddəaları ciddi şəkildə po-
zulmuşdur.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü insan hü-
quqlarının  kütləvi  və  kobud  şəkildə  pozulması  ilə  müşayiət 
olunmuşdur və Ermənistanın yerli azərbaycanlı əhalisinə qar-
şı  törətmiş  olduğu  cinayət  əməlləri  bəşəriyyətə  qarşı  cinayət 
kateqoriyasına düşür. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ  münaqişəsi  zamanı  Ermənistanın  silahlı  qüvvələri 
tərəfindən 20 mindən çox insan öldürülmüş, 50 mindən çox in-
san yaralanmış və şikəst edilmiş, minlərlə insan itkin düşmüş, 
məhkəməsiz edamlar və mülki əhalinin kütləvi qırğını, girov 
götürülməsi,  onlardan  icbari  işlərdə  istifadə  olunması  halla-
rı baş vermişdir. Hərbi əsirlər və girovlar işgəncələrə və digər 
qeyri-insani rəftarlara məruz qalmış, yaralılar və xəstələrə adi 
tibbi yardım belə göstərilməmişdir. Hazırda hərbi əsirlərin və 
girovların  böyük  əksəriyyəti  Ermənistan  Respublikasında  və 
işğal altındakı ərazilərdə beynəlxalq Qırmızı Xaç Komitəsindən 
(BQXK) gizli saxlanılır.
Azərbaycan xalqına qarşı ən dəhşətli cinayətlərdən biri Xo-
calı şəhərində törədilmişdir. Xocalı faciəsi Xatın və Lidise soy-
qırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Belə ki, 
1992-ci  il  fevralın  25-dən  26-a  keçən  gecə  Ermənistan  silahlı 
qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni si-
lahlı dəstələri ilə birgə Xankəndi ilə Əsgəran arasında yerləşən 
Xocalı  şəhərini  zəbt  edərək,  Azərbaycan  xalqına  qarşı  soyqı-
rım  cinayəti  həyata  keçirmişdir.  Xocalı  şəhərində  törədilmiş 
cinayətlər keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoa-
tıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə 
həyata keçirilmişdir. Belə ki, Rusiya silahlı qüvvələrinin 366-cı 
motoatıcı alayının mayoru Oqanyan Seyran Muşeqoviçin (Sey-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
58
www.elkhan-suleymanov.az
ran Oqanyan hazırda Ermənistanın müdafiə naziridir)  koman-
danlığı altında 2-ci batalyonu, Yevgeni Nabokixinin komandalı-
ğı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Çitç-
yan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni 
zabit və gizirlər Xocalıda insanlığa sığmayan cinayət əməllərini 
törədənlərdən olmuşlar. 
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplar-
dan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başla-
mışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-
sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə 
bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 
2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağ-
dam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə 
məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmamışdır. Belə ki, 
qaçaraq canını qurtarmağa çalışan dinc əhali erməni silahlıları-
nın əvvəlcədən hazırladıqları pusqulara düşərək, qəddarcasına 
məhv edilmişdir. 
Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, 
o  cümlədən  63  uşaq,  106  qadın,  70  qoca  xüsusi  amansızlıqla, 
işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çı-
xarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edil-
mişdir.  Qanlı  aksiya  zamanı  1275  insan  əsir  götürülmüş,  150 
insan itkin düşmüş, 487 insan şikəst olmuşdur. Onlardan 76-sı 
həddi-buluğa  çatmamışlardır.  Kütləvi  qırğınlar  zamanı  8  ailə 
tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq 
isə bir valideynini itirmişdir, 56 insan işgəncələr verilərək öldü-
rülmüşdür. Xocalı şəhəri yerlə yeskan edilərək tamamilə məhv 
edilmişdir.
Şəhər  əhalisinin  bir  hissəsi  zorakılıqdan  qaçıb  qurtarmaq 
istəyərkən əvvəlcədən düzəldilmiş pusqulara düşərək qətlə ye-
tirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin 
məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə 
yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyi-
din təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 
meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
59
www.elkhan-suleymanov.az
ekspertizasından  keçirilmişdir.  Ekspertiza  zamanı    müəyyən 
edilmişdir  ki,  151  nəfərin  ölümünə  güllə  yaraları,  20  nəfərin 
ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vuru-
laraq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş 
dərisinin  soyulması  faktını  da  qeydə  almışdır.  Həmin  günlər 
“Memorial” hüquq-müdafiə mərkəzi xəbər verirdi: “...Qaçanlar 
erməni  pusqularına  düşür  və  gülləbaran  edilirdi.  Qaçanların 
bir qismi hər halda Ağdama gəlib çata bildi, digər qismi, əsasən 
qadınlar  və  uşaqlar  (onların  sayını  dəqiqləşdirmək  mümkün 
deyil)  dağlarda  azıb  qalaraq  şaxtadan  donublar,  ...  əsirlərin 
müəyyən hissəsi güllələnib... Dörd gün ərzində Ağdama 200-
dək cəsəd gətirilib. Onlarla meyitdə zorakılıq əlamətləri aşkar 
görünürdü. Ağdam  şəhər  sanitar  qatarının  həkimləri  başları-
nın dərisi soyulmuş dörd meyit qeydə alıblar, bir meyitin isə 
başı  kəsilmişdi...  Həmin  sanitar  qatarda  canlı  insanın  başının 
dərisinin soyulduğu qeydə alınıb...” [50].
Qeyd  edilməlidir  ki,  2008-ci  ildə  Ermənistanın  preziden-
ti olmuş Serj Sarkisyan Xocalı şəhərinin mülki əhalisinə qarşı 
həyata keçirilmiş qanlı aksiyanın təşkilatçılarından biri olmuş-
dur.  İngilis  jurnalisti  Tomas  de  Vaal  bu  məsələyə  toxunaraq, 
yazır  ki,  “Erməni  hərbi  komandiri  Serj  Sarkisyandan  Xocalı-
nın  zəbt  edilməsi  haqda  danışmağı  xahiş  etdikdə,  o  ehtiyatla 
cavab  verdi:  “Biz  bu  barədə  ucadan  danışmamağa  üstünlük 
veririk”.  Tomas  de  Vaal  daha  sonra  qeyd  edir  ki,  Sarkisyan 
baş vermiş hadisələrlə bağlı daha düzgün və daha sərt danış-
dı: “Düşünürəm ki, başlıcası başqa məsələ idi. Xocalıya qədər 
azərbaycanlılar  düşünürdülər  ki,  bizimlə  zarafat  etmək  olar, 
onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa 
qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq” [51]. 
Azərbaycanın  keçmiş  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin 
hüdudlarından kənarda işğal edilən ərazilərində də bəşəriyyətə 
qarşı cinayət əməlləri davam etdirilmişdir - Azərbaycan Respub-
likasının Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və 
Qubadlı rayonlarının yüz minlərlə dinc sakinlərinin əvvəlcədən 
planlaşdırılmış, kütləvi və kobud şəkildə hüquqları pozulmuş, 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
60
www.elkhan-suleymanov.az
onlar qısa bir müddət ərzində məcburi köçkünlərə çevrilmişlər.
Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsi  və  ətraf  ərazilərinin 
işğalı zamanı minlərlə insan əsir və girov götürülmüş və ya it-
kin düşmüşdür. Məlum olduğu kimi, girovlar və hərbi əsirlər 
beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslər 
kateqoriyasına aid edilirlər. Beynəlxalq humanitar hüquq bu ka-
teqoriyadan olan insanlara qarşı repressiv zorakılıq üsullarının 
tətbiqini qadağan edir, girovların və əsirlərin təhlükəsizliyinin 
təmin olunmasını tələb edir. Azərbaycan Respublikasının Əsir, 
İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət 
Komissiyasının məlumatlarına görə müharibə qurbanı olan mül-
ki əhali və hərbi əsirlər arasında qeyri-insani rəftara, müxtəlif 
zorakılıq növlərinə, fiziki və mənəvi işgəncələrə, qətllərə, tibbi 
eksperimentlərə  məruz  qalanlar  olmuşdur.  Girovlar  və  hərbi 
əsirlər işgəncə verilməklə öldürülür, yaxud dözülməz şəraitdə 
saxlanma nəticəsində həlak olur, əsirlikdən azad edilənlər isə 
ömürlük əlilə çevrilirlər. Əsir, İtkin düşmüş, girov götürülmüş 
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 yanvar 2011-ci 
il tarixinə olan məlumatlarına əsasən, əsir, itkin düşmüş və gi-
rov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlar-
dan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərin hərbçi 
və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri 
itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaş-
lı  qız),  247  nəfər  qadın,  347  nəfər  yaşlı  şəxsdir  (149  nəfər  qa-
dın). İndiyədək əsir və girovluqdan 1399 nəfər azad edilmişdir. 
Onlardan 343 nəfəri qadın, 1056 nəfəri kişidir. Eyni zamanda, 
onlardan 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri yaşlı  
şəxsdir (112 nəfər yaşlı qadın). Bundan əlavə, Dövlət Komissi-
yasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir 
və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat 
etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 448 nəfər 
kişidir, 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum 
şəxslərdir [52].
Qeyd  edilənlərlə  yanaşı,  Ermənistan  işğal  etdiyi  ərazilərdə 
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
61
www.elkhan-suleymanov.az
və  bu  əraziləri  monoetnik  zonaya  çevirmişdir.  İşğal  edilmiş 
ərazilərdən yerli azərbaycanlı əhali çıxarılaraq məcburi köçkünə 
çevrilmişlər. Azərbaycanın keçmiş DQMV işğal edildikdən son-
ra azərbaycanlı əhali zorla öz vətənlərindən qovulmuş, bundan 
sonra  isə  eyni  hadisələr Azərbaycanın  digər  7  rayonunda  da 
təkrarlanmışdır.  Belə  ki,  Ermənistan  tərəfindən  işğal  edilmiş 
Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 74000, Ağdam 
rayonundan 165600, Füzuli rayonundan 146000, Cəbrayıl rayo-
nundan 66000, Qubadlı rayonundan 37900, Zəngilan rayonun-
dan  isə  39500  nəfər  Azərbaycan  vətəndaşı  məcburi  köçkünə 
çevrilmişdir. Ümumiyyətlə, Ermənmistanın silahlı təcavüzü və 
etnik  təmizləmə  siyasəti  nəticəsində Azərbaycanın  işğal  edil-
miş  (DQMV  və  ətraf  7  rayon)  ərazilərindən  660000-dən  artıq 
dinc  əhali  məcburi  köçkün  olmuşdur.  Bundan  əlavə,  100000-
dən  artıq  Azərbaycan  vətəndaşı  Ermənistanla  həmsərhəd  və 
işğal xətti ilə təmasda olan ərazilərdən ölkənin digər ərazilərinə 
pənah  gətirmişlər.  Digər  tərəfdən,  yuxarıda  qeyd  etdiyimiz 
kimi,  1988-ci  ilin  sonu  və  1989-cu  ilin  əvvəllərində,  indiki 
Ermənistan  Respublikasının  ərazisindən  250  mindən  artıq  et-
nik azərbaycanlı deportasiya edildi və onlar qaçqın qismində 
Azərbaycanda məskunlaşdılar. Beləliklə, indiki Ermənistandan 
azərbaycanlıların deportasiyası, Azərbaycanın 20% ərazisinin iş-
ğalı və işğal edilmiş ərazilərdə həyata keçirdiyi etnik təmizləmə 
siyasəti  nəticəsində  minlərlə  insan  öldürülmüş,  müxtəlif 
dərəcəli xəsarət almış, əsir götürülmüş və itkin düşmüş, dinc 
əhali ağır psixoloji və mənəvi gərginlik keçirmiş, 1 milyondan 
artıq azərbaycanlı öz tarixi vətənlərindən, evlərindən didərgin 
salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 
Həmin kateqoriyaya aid olan insanlar Azərbaycanın  62  şəhər 
və  rayonunda,  1600-dən  çox  sıx  məskunlaşma  obyektində 
müvəqqəti məskunlaşmışlar. 
Bundan  əlavə,  Ermənistanın  işğal  etdiyi  rayonlardan  olan 
əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onların arasında təbii 
artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. İş-
ğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasında-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
62
www.elkhan-suleymanov.az
kı dövrdə doğum kəskin surətdə aşağı düşmüş və təbii artım 
hər  1000  nəfərə  görə  həddən  çox  azalmışdır.  Bu  azalma  (hər 
1000 nəfərə görə) rayonların hamısında 11,2-22,6 nəfər arasın-
da  olmuşdur.  Göstərilən  illərdə  Cəbrayıl,  Qubadlı,  Zəngilan 
və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə 
təbii  artım  16,9-22,6  nəfər  arasında  olmuşdur.  İşğal  olunmuş 
rayonların  hamısında  demoqrafik  göstəricilər  orta  respublika 
səviyyəsindən aşağı olmuşdur. Sosial və iqtisadi şəraitin həddən 
artıq ağır olması, dağ və dağətəyi zonaların yaşayış şəraitinin 
düzən yerlərdəki isti iqliminə uyğunsuzluğu, Ermənistanın si-
lahlı təcavüzü, təcavüzkarların mülki əhaliyə qarşı qeyri-insa-
ni davranışı, işgəncələrin verilməsi və etnik təmizləmə siyasəti 
nəticəsində insanların şok vəziyyətinə düşməsi, uzunmüddətli 
psixoloji gərginlik durumunda olması və s. işğal olunmuş ra-
yonlarda  əhalinin  təbii  artımının  aşağı  düşməsinin  başlıca 
səbəbləri olmuşdur. 
Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də on-
ların  işlə  təmin  olunması  ilə  bağlı  çətinliklərdir.  Azərbaycan 
Respublikası  Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri 
üzrə  Dövlət  Komitəsinin  verdiyi  məlumata  görə  1999-cu  ildə 
301359 nəfər əmək qabiliyyətli  qaçqın və məcburi köçkün  ol-
muşdur, onların 196380 nəfəri yaxud ümumi əmək ehtiyatları-
nın 65,2%-i işsiz qalmışdır. 1999-cu ilə olan məlumata əsasən, 
məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan ça-
dır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış evlərdən ibarət 
qəsəbələrdə,  17,5  min  nəfəri  ictimai  binalarda,  məktəblərdə, 
uşaq  bağçalarında  və  yataqxanalarda,  20,2  min  nəfəri  qohum 
evlərində, qalanları zəbt olunmuş mənzillərdə, yarımçıq qalmış 
tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol 
kənarlarında məskunlaşmışlar. Heç bir normal istilik, elektrik 
enerji  təchizatı,  sanitar-gigiyena  şəraiti  olmayan  belə  qaçqın 
məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağ-
lamlığı təhlükə altında qalır.
Beləliklə,  Ermənistanın  təcavüzü  nəticəsində  1  milyondan 
artıq  Azərbaycan  vətəndaşının  qaçqın  və  məcburi  köçkünə 
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə