Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır



Yüklə 2.84 Kb.
PDF просмотр
səhifə7/14
tarix07.12.2016
ölçüsü2.84 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
63
www.elkhan-suleymanov.az
çevriməsi, 20 min nəfərin həlak olması, 50 min nəfərin əlil olma-
sı və təxminən 5 min nəfərin əsir və itkin düşməsi ilə yanaşı, iş-
ğal olunmuş rayonlardan olan əhalinin təbii artımı 22-26 nəfərə 
(hər 1000 nəfərə) qədər azalmışdır ki, bu da Azərbaycanda de-
moqrafik vəziyyətə ciddi mənfi təsir etmişdir.
Ermənistanın  apardığı  etnik  təmizləmə  siyasəti  və  silah-
lı  təcavüzü  nəticəsində  Azərbaycanda  fövqəladə  humanitar 
vəziyyət yaranmışdır. Bu fakt, ilk növbədə, BMT Təhlükəsizlik 
Şurasının qətnamələrində öz əksini tapmışdır. 
Belə ki, BMT Təhlükəsizlik Şurası özünün  30 aprel 1993-cü il 
tarixli 822(1993) saylı qətnaməsində regionda çoxlu sayda mül-
ki  şəxslərin  yerdəyişməsi  və  fövqəladə  humanitar  vəziyyətin 
yaranması ilə bağlı öz dərin narahatlığını ifadə etmişdir [11].
BMT Təhlükəsizlik Şurası özünün 29 iyul 1993-cü il il tarixli 
853(1993)  saylı qətnaməsində Azərbaycanda çoxlu sayda mül-
ki  şəxslərin  yerdəyişməsi  və  fövqəladə  humanitar  vəziyyətin 
yaranması ilə bağlı yenidən öz dərin narahatlığını ifadə etmiş-
dir. Göründüyü kimi, qətnamədə regionda olan vəziyyət daha 
dəqiq  ifadə  olunmuşdur.  Yəni,  çoxlu  sayda  mülki  şəxslərin 
yerdəyişməsinin  məhz  Azərbaycanın  ərazisində  baş  verməsi 
vurğulanır [12].
BMT  Təhlükəsizlik  Şurası  özünün  14  oktyabr  1993-cü  il  il 
tarixli  874(1993)  saylı  qətnaməsində  təcavüz  nəticəsində  in-
sanların əziyyət çəkməsi, regionda yaranmış fövqəladə huma-
nitar  vəziyyətlə,  Azərbaycanda  çoxlu  sayda  mülki  şəxslərin 
yerdəyişməsi ilə bağlı yenidən özünün ciddi narahatlığını ifadə 
etmişdir [13].
BMT Təhlükəsizlik Şurası özünün 12 noyabr 1993-cü il il ta-
rixli 884(1993) saylı qətnaməsində çoxlu sayda mülki şəxslərin 
yerdəyişməsi  və  Zəngilan  rayonunda  və  Horadiz  şəhərində 
və  Azərbaycanın  cənub  sərhədində  fövqəladə  humanitar 
vəziyyətin yaranması ilə bağlı yenidən özünün ciddi narahatlı-
ğını ifadə etmişdir [14].
BMT Baş Assambleyası 20 dekabr 1993-cü ildə özünün 48/114 
saylı  “Azərbaycanda  qaçqınlara  və  köçkünlərə  fövqəladə  hu-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
64
www.elkhan-suleymanov.az
manitar  yardım  vəziyyətinə  dair”  qətnaməsində  çoxlu  sayda 
mülki şəxslərin yerdəyişməsi ilə bağlı Azərbaycanda humani-
tar vəziyyətin daimi pisləşməsi ilə əlaqədar özünün ciddi nara-
hatlığını ifadə etmişdir. Bu qətnamənin əsas dəyərlərindən biri 
ondan ibarətdır ki, ilk dəfə beynəlxalq sənəddə Ermənistanın 
təcavüzü nəticəsində Azərbaycanda qaçqınların və köçkünlərin 
sayının bir milyonu aşdığı təsdiqlənmişdir [20].
BMT Baş Assambleyası 14 mart 2008-ci ildə özünün 62/243 
saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 
qətnaməsində  Dağlıq  Qarabağ  münaqişəsinin  Cənubi  Qafqaz 
ölkələrində  inkişafa  və  humanitar  vəziyyətə  mənfi  təsirləri 
qeyd olunur [22].
İslam  Konfransı  Təşkilatının  13-14  mart  2008  il  Seneqal 
Respublikasının  Dakar  şəhərində  keçirilmiş  On  Birinci  Zirvə 
Görüşündə “Ermənistan Respublikasının Azərbaycan Respub-
likasına qarşı təcavüzü haqqında” 10/11-P (IS) saylı Qətnamə 
qəbul olunmuşdur. Bu sənəddə də qeyd olunur ki: “İKT erməni 
təcavüzü  nəticəsində  bir  milyondan  çox  azərbay can lının  qaç-
qın və məcburi köçkünə çevrilməsindən və bu bö yük humani-
tar problemin ağırlığından dərin narahatlıq” ke çirir. Həm də bu 
qətnamənin 21-ci maddəsində qeyd olunur ki: “İKT Azərbaycan 
Respublikası ərazisində bir milyondan çox məcburi köçkün və 
qaçqının  mövcudluğu  ilə  əlaqədar  humanitar  problemlərin 
kəskinliyindən narahat lığı nı ifadə edir” [53].
Beləliklə,  Ermənistanın Azərbaycana  qarşı  silahlı  təcavüzü 
nəticəsində fövqəladə humanitar vəziyyət yaranması faktı nü-
fuzlu beynəlxalq təşkilatların qərarlarında öz təsdiqini tapmış-
dır. 

Erməni separatçıları tərəfindən dağıdılmış Azərbaycanın 
tarix və mədəniyyət abidələri
Ermənilərin İrandan Şimali Azərbaycana köçürülmələrinin 150 illiyi 
şərəfinə ucaldılmış abidə. Ağdərə. 1978 
“150 il” abidəsi erməni separatçıları tərəfindən dağıdıldıqdan sonra. 
Ağdərə. 1988 

Erməni separatçıları tərəfindən dağıdılmış Azərbaycanın 
tarix və mədəniyyət abidələri

Erməni separatçıları tərəfindən dağıdılmış Azərbaycanın 
tarix və mədəniyyət abidələri

Erməni separatçıları tərəfindən dağıdılmış Azərbaycanın 
tarix və mədəniyyət abidələri

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
65
www.elkhan-suleymanov.az
4. Ermənistanın işğalı nəticəsində Azərbaycan 
tarixi və mədəniyyət abidələrinə dəymiş zərər 
Azərbaycan  ərazilərinin  işğalı  zamanı  Ermənistan 
hərbi  birləşmələri  Azərbaycan  xalqının  milli  mədəniyyət 
abidələrini də qəddarcasına ucurub dağıtmış və dünya xalqları 
mədəniyyətinin  tərkib  hissəsi  olan Azərbaycan  mədəni  irsinə 
misli görünməmiş zərər vurmuşdur. Ermənistan tərəfindən iş-
ğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarix və mədəniyyət 
abidələrinin dağıdılması və qəsdən korlanması kimi əməlləri Si-
lahlı munaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haq-
qında Haaqa Konvensiyasının (1954-cu il), Mədəni sərvətlərin 
qeyri-qanuni  dövriyyəsi  haqqında  Paris  Konvensiyasının 
(1970-ci  il), Arxeoloji  irsin  muhafizəsi  haqqında Avropa  Kon-
vensiyasının (1992-ci il), YUNESKO-nun Ümumdünya mədəni 
və təbii irsin mühafizəsi haqqında Konvensiyasının (1972-ci il) 
müddəalarının ciddi və kobud şəkildə pozulması ilə müşayiət 
edilmişdir. 
Belə ki, hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə 
ilk  insan  məskənlərindən  olmuş  məşhur  Azıx  və  Tağlar  ma-
ğaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi 
məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, 
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, iş-
ğal olunmuş Şuşa, Lacın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli 
rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü 
abidələr,  məscidlər,  məbədlər,  Qafqaz  Albaniya sına  məxsus 
abidələr və Azərbaycan xalqının digər milli abidələri məhv edi-
lir.
Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalcı dövlətin 
silahlı qüvvələri Aşağı və Yuxarı Gövhərağa, Köcərli, Mərdinli 
cumə  məscidlərini,  dahi  bəstəkar  Üzeyir  Hacıbəyovun, 
Azərbaycan  professional  vokal  sənətinin  banisi  Bülbülün  ev 
müzeylərini,  Xurşud  Banu  Natəvanın  saray  kompleksini,  Fi-

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
66
www.elkhan-suleymanov.az
rudin  bəy  Köcərlinin,  Zöhrabbəyovların  malikanələrini,  şair, 
rəssam  və  alim  Mir  Mövsüm  Nəvvabın  evini,  ümumiyyətlə 
şəhərin  Şərq  memarlığı  xususiyyətlərini  əks  etdirən  milli  üs-
lubda  inşa  edilmiş  əksər  yaşayış  evlərini,  buradakı  qədim 
qəbiristanlığı, boyuk Azərbaycan şairi, Qarabağ xanının vəziri 
Molla Pənah Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, 
Cümə  məscidini,  Lacın  rayonunda  Həmzə  Sultan  və  Soltan 
Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş 
heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşa-
yış binalarını vandalcasına dağıtmış, daşınması mümkün olan 
maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.
İşğal  edilmiş  ərazilərdə  Azərbaycan  xalqının  maddi 
mədəniyyət  yadigarlarının  dağıdılması  prosesi  indi  də  da-
vam edir. İşğalcılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qa-
zıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları 
Ermənistana daşıyırlar. 
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan tor-
paqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya 
əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli 
(119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 
memarlıq,  22  arxeoloji,  23  bağ,  park,  monumental  və  xatirə 
abidələri,  15  dekorativ  sənət  nümunəsi)  tarix  və  mədəniyyət 
abidələri qalmışdır. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın 
toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 
808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray,  
8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi 
məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 
kinoqurğu,  20  ədəd  kinokamera,  423  videomaqnitofon,  5920 
dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 
25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qal-
mışdır.
Kecmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin 
bombardmanı  zamanı  yerlə  yeksan  edilmiş,  dunya  şöhrətli 
Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Lacın ta-
rix-diyarşünaslıq  muzeyinin  5  mindən  cox  qiymətli  və  nadir 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
67
www.elkhan-suleymanov.az
eksponatı Ermənistana daşınmışdır.
Şuşanın  işğal  edilməsi  nəticəsində  8  muzey,  31  kitabxana, 
17  klub,  8  mədəniyyət  evi  dağıdılmış,  viran  edilmişdir.  Şuşa 
şəhərinin  tarixi  muzeyinin  5  minədək  eksponatı, Azərbaycan 
Xalçası  və  Xalq  Tətbiqi  Sənəti  Dövlət  muzeyi  Şuşa  filialı-
nın,  Dövlət  Qarabağ  Tarixi  muzeyinin  1000-dək  eksponatı, 
Azərbaycan  professional  musiqisinin  banisi,  bəstəkar  Üzeyir 
Hacıbəyovun (300-dən cox əşya), Azərbaycan vokal sənətinin 
əsasını  qoymuş  boyuk  müğənni  Bülbülün  (400-dək  əşya), 
gorkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən 
cox əşya) xatirə müzeylərinin, Ağdam tarix-diyarşünaslıq mu-
zeyinin (2 mindən cox əşya), Qubadlı tarix-diyarşünaslıq muze-
yinin (3 mindən cox əşya), Zəngilan tarix-diyarşünaslıq muze-
yinin (6 minədək əşya) fondları qarət edilmişdir. 
Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam 
rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayon-
larının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır. Erməni 
təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xal-
qının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və 
heykəltəraşlıq  əsərləri,  dünya  şöhrətli  Azərbaycan  xalçaları, 
xalça  məmulatları,  Azərbaycanın  görkəmli  şəxsiyyətlərinin 
xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur. Şuşa, La-
cın  və  Qubadlı  rəsm  qalereyalarının  Azərbaycanın  görkəmli 
rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da da-
ğıdılmışdır.
Erməni  təcavüzkarları  Azərbaycan  musiqisinin  böyük 
xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xur-
şud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan 
ərazisinə  aparmışlar.  Bu  abidələr  bütün  mənəviyyat  norma-
larının  ziddinə  olaraq  vəhşicəsinə  güllələnmiş  və  ağır  tex-
nika  vasitəsilə  zədələnmişdir.  Həmin  abidələr  çox  çətinliklə 
əldə edilərək Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət 
İncəsənət Muzeyində numayiş etdirilir.
Beləliklə,  Ermənistanın  işğalı  nəticəsində  Azərbaycana 
vurulmuş  humanitar  və  mədəni-tarixi  zərərin  miqdarı  çox 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
68
www.elkhan-suleymanov.az
böyükdür.  Erməni  təcavüzkarları  tərəfindən  Azərbaycanın 
mədəni  irsini  təşkil  edən  obyektlər  talanmışdır.  Azərbaycan 
ərazilərinin Ermənistan hərbi işğalı ölkədə ağır humanitar böh-
ran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin 
məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurul-
ması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət 
abidələrinə də ağır zərər vurmuşdur və, əfsuslar olsun ki, ha-
zırda həm bu abidələrin qiymətlərini, həm də onların dağıdı-
laraq  məhv  edilməsi  nəticəsində  Azərbaycan  xalqına  dəymiş 
mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün 
deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi 
abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyası-
nın çox dəyərli mədəniyyət nümunələri idi.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
69
www.elkhan-suleymanov.az
5. Ermənistan tərəfindən işğal olunmuş 
Azərbaycan ərazilərində ətraf mühitə və 
təbii sərvətlərə dəymiş zərər
Ermənistanın silahlı təcavüzü nəticəsində 1988-1993-cü illər 
ərzində Azərbaycan Respublikasının 1,7 milyon ha ərazisi işğal 
olunmuşdur. İşğal olunan ərazilər Kiçik Qafqazın dağlıq zonası 
olmaqla Azərbaycanın  iri  meşə  rayonlarıdır  və Azərbaycanın 
meşə  örtüyünün  25%-i  bu  ərazilərdə  yerləşir.  Bundan  əlavə, 
işğal edilmiş ərazilərdə təbiət abidələri, nadir bitki və heyvan 
növləri geniş yayılmışdır. Həmin ərazilərdə 460 növdən çox ya-
banı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növlər 
olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, 
ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzü-
mü,  pirkal,  şümşad,  eldar  şamı,  adi  xurma,  söyüdyarpaq  ar-
mud və s. növ ağaclar işğal olunmuş ərazilərdə məhv edilərək, 
dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, 
bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na 
daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və 
reptililərin 3, həşaratların 8, bitkilərin isə 27 növü qorunurdu. 
Qeyd etmək lazımdır ki, Kiçik Qafqazın təbii landşaftı, nadir 
bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Dağlıq 
Qarabağ münaqişəsindən əvvəlki illərdə Azərbaycanda həyata 
keçirilən  tədbirlər  nəticəsində  xüsusi  mühafizə  olunan  təbiət 
ərazilərinin sahəsi 890 min hektara çatdırılmışdı və bir sıra qo-
ruq və yasaqlıqlar təşkil olunmuşdu. Lakin bu ərazilərin 42997 
hektarı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 
Bəsitçay Dövlət Təbiət Qoruğu, Qaragöl Dövlət Təbiət Qoruğu, 
Arazboyu  Dövlət  Təbiət  Yasaqlığı,  Laçın  rayon  Dövlət  Təbiət 
Yasaqlığı,  Qubaqlı  rayon  Dövlət  Təbiət  Yasaqlığı  və  Daşaltı 
Dövlət  Təbiət  Yasaqlığının  ərazilərində  olan  qiymətli  ağac  və 
biomüxtəlifliyin  digər  növləri  hazırda  Ermənistan  tərəfindən 
talan edilərək məhv edilməkdədir. 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
70
www.elkhan-suleymanov.az
Nümunə üçün göstərmək lazımdır ki, Bəsitçay Dövlət Təbiət 
Qoruğu 1974-cü ildə Azərbaycanın cənubi-qərbində, hazırda iş-
ğal altında olan Zəngilan rayonu ərazisinin Bəsitçay dərəsində 
şərq çinarını qorumaq məqsədilə yaradılmışdır və onun sahəsi 
107 hektardır. Çay boyu şərq çinarı meşəliyi 12 km məsafədə 
uzanır və yaşı 500 ilə qədər olan şərq çinarı ağacları “Azərbaycan 
Respublikasının  Qırmızı  Kitabı”na  daxil  edilmişdir.  Eyni  za-
manda qeyd edilməlidir ki, Laçın rayon Dövlət Təbiət Yasaqlığı 
Azərbaycanın  işğal  olunmuş  Laçın  rayonu  ərazisində  1961-ci 
ildə təşkil edilmişdir. Sahəsi 21, 4 min ha olan bu yasaqlıqda 
dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), tu-
rac (800), kəklik (2500) mühafizə olunurdu. Bu təbiət inciləri iş-
ğalçı Ermənistan tərəfindən kobudcasına məhv edilmişdir. 
Bütövlükdə,  Ermənistanın  işğalı  altında  olan  Azərbaycan 
ərazilərində  247352  ha  meşə  sahəsi,  o  cümlədən  13197,5  ha 
qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geo-
loji obyekt qalmışdır və böyük əhəmiyyət kəsb edən bu təbiət 
abidələrinin əksəriyyəti işğalçı dövlət tərəfindən amansızcası-
na məhv edilmişdir. Belə ki, Kəlbəcər rayonunda “Azərbaycan 
Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 968 ha ərazini 
əhatə  edən  ayıfındığı  ağacları  kütləvi  şəkildə  qırılaraq  xarici 
ölkələrə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ 
bitki vardır ki,  bunlardan 200-ə qədəri dərman bitkiləridir. On-
lar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə beynəlxalq hü-
quq normalarına zidd formada talan edilərək digər ölkələrə da-
şınır ki, bu da bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə 
və regionda mövcud biomüxtəlifliyin məhv edilməsinə səbəb 
olur. 
Hazırda  işğalçı  Ermənistan  tərəfindən  Azərbaycanın 
təbiətinə  qarşı  planlaşdırılmış  ekosid  siyasəti  həyata  keçirilir. 
İşğal edilmiş ərazilərdə meşələrin qırılması və məhv edilməsi 
hesabına Ermənistanda ağac emalı sənayesi inkişaf edir. Təkcə, 
1993-cü ildə işğal  edilmiş ərazilərdən Ermənistana 206,6 min 
m
3
 qiymətli ağac növləri aparılmışdır. 
İşğal    edilmiş  regionun  faunasına  da  əvəzolunmaz  zərər 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
71
www.elkhan-suleymanov.az
vurulmuşdur.    Regionun  bioloji  müxtəlifliyi  təhlükə  altında-
dır,  çünki  bir  çox  növü  “Qırmızı  kitab”-a  salınmış  faunanın 
nəzarətsiz məhv olunması prosesi gedir. İşğal olunmuş Laçın 
rayonunda  yasaqlıq  məhv  edilir.  Bu  yasaqlıqda  yerləşən  Ha-
cışamlı  meşəsində  ermənilər,  sonradan  xaricə  satış  məqsədlə, 
qırmızı palıdın qırılması və tədarük edilməsi ilə məşğuldurlar. 
Bununla yanaşı, xarici ölkələrə satış məqsədilə, dekorativ me-
bel  və  parketin  hazırlamasında  əvəzsiz  olan  Bəsitçay  qoruğu 
ərazisində bitən genişyarpağlı palıd meşələri, çinar və qoz ağac-
ları da qırılır. Sahəsi 240 ha olan Qaragöl qoruğu da tamamilə 
məhv olunma təhlükəsi qarşısındadır. Burada 68 müxtəlif bitki 
növünə və 27 bitki ailələsinə mənsub olan bitkilər var idi. Sahəsi 
13160 ha meşə təsərrüfatı olan Qubadlıda da meşələr tamamilə 
məhv edilib. 2005-ci ilə kimi ermənilər işğal edilmiş ərazilərdən 
720 min m
3
 ağac tədarük etmişlər.
Bununla  yanaşı,  Şuşa  şəhərindən  cənubda,  dəniz 
səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng 
daşlarından  ibarət  uzunluğu  114  m  olan  “Xan  Mağarası” 
mühafizə olunurdu. Müxtəlif mənbələrdən alınan məlumatlara 
görə,  həmin  abidələr  qəddarcasına  məhv  edilir  və  digər 
məqsədlər üçün istifadə olunur.
Ermənistanın  işğalı  altında  olan  Azərbaycan  ərazilərində 
ekoloji  əhəmiyyətə  malik  olan  bir  çox  göllər  hazırda  böyük 
antropogen təsirə məruz qalır və bununla da regionda ekoloji 
tarazlıq ciddi şəkildə pozulur. Belə ki, irili-xırdalı 7 relikt göl 
– Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, 
Kiçik  Alagöl,  Zalxagöl,  Qaragöl,  Canlıgöl,  İşıqlı  Qaragöl  və 
Ağdərə rayon ərazisində (Tərtərin qolu Torağaçayda) Qaragöl 
kimi şirin su ehtiyatları hazırda işğal altında qalmaqdadır.
İşğal  edilmiş  Azərbaycan  ərazilərində  böyük  müalicə 
əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqla-
rı  mövcuddur.  Bunların  içərisində Kəlbəcər  rayonunda  Yuxa-
rı  və Aşağı  İstisu,  Bağırsaq,  Keşdək,  Laçın  rayonunda  İlıqsu, 
Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular 
xüsusilə qeyd edilməlidir. Kəlbəcər rayonu ərazisində yerləşən 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
72
www.elkhan-suleymanov.az
İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, 
yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə 
fərqlənir. Bu mineral sular həm xarici, həm də daxili xəstəliklər 
üçün müalicəvi xüsusiyyətlərə malikdir. Odur ki, İstisu bulağı 
üstündə 80-ci illərdə iri kurort və mineral su doldurma zavodu 
tikilmişdi. Həmin zavod sutka ərzində 800 min litr su istehsal 
edirdi. Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşən Turşsu 
mineral  bulağı  vasitəsi  ilə  müxtəlif  daxili  xəstəliklər  müalicə 
olunur.  Turşsu  mineral  bulağından  kəmər  vasitəsi  ilə  Şuşa 
şəhərinə su verilirdi. Ümumiyyətlə, Azərbaycanın mineral su-
larının ümumi geoloji ehtiyatlarının 39,6%-i  hazırda işğal altın-
da olan rayonların payına düşürdü. 
Qeyd  etmək  lazımdır  ki,  Ermənistanın  silahlı  təcavüzü 
nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinə yaxın olan 
rayonlarının  su  təminatı  və  suvarma  sistemi  pozulub,  bu  isə 
torpağın və bitki qatının vəziyyətinə mənfi təsir göstərir. Quraq 
region hesab edilən Azərbaycan üçün suvarma əkinçiliyinin in-
kişafı, şəhər və kəndlərin su ilə təchizatı həyati məsələlərdən 
biridir. Bu baxımdan Azərbaycanın su ehtiyatlarının formalaş-
masında sıx çay şəbəkəsinə malik olan və hazırda Ermənistanın 
işğalı  altında  qalmış  Kiçik  Qafqaz  dağlarının  da  əhəmiyyəti 
əvəzedilməzdir.  Bu  dağlardan  öz  mənbəyini  götürən  bütün 
çaylar,  xüsusilə  Kürün  sağ  qolları  olan  Tərtər,  Həkəri,  Xaçın-
çay, Köndələnçay və başqaları özləri ilə düzən ərazilərə bol su 
gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma 
kanalları yaradılmışdır. Belə ki, 1976-cı ildə Tərtər çayı üzərində 
inşa edilmiş, bəndinin hündürlüyü 125 m və ümumi su tutu-
mu 560 milyon m
3
 olan Sərsəng su anbarı da Ermənistanın iş-
ğalı altında qalmış ərazilərdə yerləşir. Ermənistanın işğalından 
əvvəl Sərsəng su anbarından öz başlanğıcını götürən magistral 
kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 
Tərtər, Ağdam, Bərdə, Goranboy və digər rayonları ərazilərində 
79000  ha  əkin  sahəsi  suvarılırdı.  Hazırda Azərbaycanın  7  ra-
yonu  Sərsəng  su  anbarından  istifadə  etmək  imkanlarından 
məhrum  edilmişdir.  Uzun  müddət  ərzində  texniki  qurğulara 

Xocalı soyqırımının qurbanları. Fevral 1992

Xocalı soyqırımının qurbanları. Fevral 1992

Xocalı soyqırımının qurbanları. Fevral 1992

Xocalı soyqırımının qurbanları. Fevral 1992

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
73
www.elkhan-suleymanov.az
xidmət göstərilməməsi nəticəsində qəza vəziyyətində olan an-
bardan aşağıda yerləşən 400 min nəfər Azərbaycan əhalisi ha-
zırda  təhlükə  altında  yaşayır.  Belə  ki,  təcavüzkar  Ermənistan 
suyu Sərsəng su anbarından qışda buraxır və bunun nəticəsində 
torpağlar  su  altında  qalır,  yollar  dağılır,  sel  baş  verir.  İnsan-
ların  və  kənd  təsərrüfatının  suya  çox  böyük  ehtiyac  duydu-
ğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsir. Bunun 
nəticəsində Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurul-
muş, əkin sahələrinin suvarılmasında problemlər yaranmış, ya-
şıllıqlar quruyaraq məhv olmuş, bölgədə ciddi ekoloji gərginlik 
yaranmışdır.
İşğal  nəticəsində  ümumu  həcmi  674  mln.  m
3
  təşkil  edən  5 
su anbarından, 7296 hidrotexniki qurğusundan, 36 nasos stan-
siyasından  və  26  suvarma  sistemindən  ibarət  olan  1203  kilo-
metrlik irriqasiya infrastrukturu və su kommunikasiya sistemi 
tamamilə məhv edilmişdir. Azərbaycanın vahid irriqasiya inf-
rastrukturu  sisteminin  bir  hissəsi  olan  Dağlıq  Qarabağ  regio-
nunun  irriqasiya  sisteminin  məhv  edilməsi  nəticəsində  işğal 
olunmuş  ərazilər  hüdudundan  kənarda  qalmış Azərbaycanın 
5  rayonunda  120  min  ha  torpaq  sahəsi  suvarmasız  qalmış  və 
praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılmışdır. Ümumi 
olaraq isə 1 milyon hektardan çox torpağ sahəsi, o cümlədən 
127700 hektar suvarılan torpaq sahəsi və 34600 hektar üzüm və 
meyvə bağçaları əkin növbəsindən çıxardılmış və yararsız hala 
düşmüşdür. 
Azərbaycanın ərazisindən axan transsərhəd çaylar Ermənis-
tan  tərəfindən  qəsdən  zəhərləyici  maddələrlə  çirkləndirilir. 
Belə  çaylar  arasında  Araz,  Ağstafa  və  s.  çaylarının  adlarını 
çəkmək  olar.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın 
çay  suları  resurslarının  təxminən  70%  tranzit  çaylar  hesabı-
na  formalaşır.  Çay  sularının  çirklədilməsi  ilə  mübarizə  üzrə 
bir  çox  regional  sazişlərdə  birbaşa  nəzərdə  tutulur  ki,  digər 
dövlətin ərazisindən axan çay sularının əhəmiyyətli dərəcədə 
çirklədilməsi və bununla da bu dövlətə əhəmiyyətli dərəcədə 
zərər vurulması beynəlxalq hüquq normalarının ciddi şəkildə 
1   2   3   4   5   6   7   8   9   10   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə