Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır



Yüklə 2.84 Kb.
PDF просмотр
səhifə9/14
tarix07.12.2016
ölçüsü2.84 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
84
www.elkhan-suleymanov.az
maddi zərər dəymişdir. Bu zərər özü isə iki hissədən ibarətdir 
-  bilavasitə  müharibə  gedişatında  dəymiş  maddi  zərər  və 
müharibədən sonrakı illərdə dəymiş maddi zərər.
Azərbaycanın  BMT-də  Daimi  Nümayəndəliyinin  BMT 
Baş  Katibinə  ünvalandığı  25  oktyabr  1996-cı  il  tarixli 
məktubunda göstərilir ki, ilkin və axıra qədər müəyyən olun-
mayan  məlumatlara  görə  Ermənistanın  Azərbaycana  qarşı 
təcavüzünün  nəticəsində  vurulmuş  maddi  zərərin  ümumi 
dəyəri on milyardlarla ABŞ dolları təşkil edir [2]. İslam Konf-
ransı Təşkilatının sənədlərində də bu rəqəm 60 mlrd. ABŞ dol-
ları həcmində göstərilir. 13-14 Mart 2008-ci ildə keçirilmiş İslam 
Konfransı Təşkilatının on birinci Zirvə Görüşündə (“Müsəlman 
Umması  21-ci  əsrdə”)  qəbul  olunmuş  “Üzv  ölkələrə,  İKT 
üzvü  olmayan  ölkələrə  və  müsəlman  icmalarına  iqtisadi  yar-
dım  göstərilməsinə  aid  fəaliyyət    haqqında”  2/11-E  (IS)  saylı 
qətnaməsinin Azərbaycana aid olan hissəsində qeyd edilir ki, 
Ermənistan  tərəfindən  işğal  edilmiş  ərazilərdə  Azərbaycana 
dəymiş iqtisadi zərərin həcmi 60 mlrd. ABŞ dollarıdır [56].
Qeyd edilməlidir ki, Azərbaycana vurulmuş (1994-cü il üçün 
qiymətlə)  60  milyarddan  artıq  maddi  zərərin  30  milyarddan 
çoxu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazisinin 
işğalı  nəticəsində  Azərbaycana  dəymiş  iqtisadi  zərərdir.  Yal-
nız onu göstərmək kifayətdir ki, təkcə keçmiş DQMV inzibati 
ərazisinə  aid  olan  Şuşa  rayonunun  işğalı  nəticəsində  təxmini 
hesablamalara görə Azərbaycana 4.257.474.000 (dörd milyard 
iki yüz əlli yeddi milyon dörd yüz yetmiş dörd min) ABŞ dol-
ları həcmində maddi zərər dəymişdir [57]. Xüsusilə vurğulan-
malıdır ki, qəsbkarlar tərəfindən dağıdılaraq məhv edilmiş 248 
tarixi abidənin, Azərbaycan şairi və dövlət xadimi M.P.Vaqifin 
məqbərəsinin,  Daşaltı  Dövlət  Təbiət  Yasaqlığının,  Paleontolo-
ji  abidə  olan  Xan  mağarasının  dəyərinin  hər  hansı    pul  vahi-
di  ilə  qiymətləndirməsinin  mümkünsüzlüyü  səbəbindən,  bu 
tarix və mədəniyyət incilərinin qiyməti Şuşa rayonunun işğa-
lı  nəticəsində  dəymiş  maddi  zərərin  göstərilən  həcmində  öz 
əksini tapmamışdır (Bax: Əlavə 1— Müəllif).    

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
85
www.elkhan-suleymanov.az
Təkcə Dağlıq Qarabağ regionuna bitişik olan, lakin bu regio-
na daxil olmayan 7 işğal edilmiş Azərbaycan rayonuna birbaşa 
vurulmuş maddi zərərin dəyəri 1994-cü il üçün qiymətlə 28,066 
milyard (iyirmi səkkiz milyard altmış altı milyon) ABŞ dol-
ları təşkil etmişdir. Belə ki, işğal nəticəsində vurulmuş birbaşa 
maddi zərər rayonlar üzrə ABŞ dolları ilə (1994-cü il qiymətlə) 
aşağıdakı kimi olmuşdur: Kəlbəcər rayonu - 1.774.000.000 (bir 
milyard yeddi yüz yetmiş dörd milyon) $ [58]; Ağdam rayonu 
- 6.100.107.000 (altı milyard yüz milyon yüz yeddi min) $ [59]; 
Füzuli rayonu - 4.742.936.050 (dörd milyard yeddi yüz qırx iki 
milyon doqquz yüz otuz altı min əlli) $ [60]; Qubadlı rayonu 
- 1.485.627.000 (bir milyard dörd yüz səksən beş milyon altı 
yüz iyirmi yeddi min) $ [61]; Cəbrayıl rayonu - 3.450.000.000 
(üç  milyard  dörd  yüz  əlli  milyon)  $  [62];  Zəngilan  rayonu  - 
3.414.170.000 (üç milyard dörd yüz on dörd milyon yüz yetmiş 
min) $ [63]; Laçın rayonu - 7.099.526.500 (yeddi milyard doxsan 
doqquz milyon beş yüz iyirmi altı min beş yüz) $ [64] (Bax
Əlavə 2— Müəllif). 
Bundan  əlavə,  Ermənistanın  silahlı  təcavüzü  nəticəsində 
Azərbay canın cəbhəyanı və bu dövlətlə sərhədyanı rayonlarına 
da külli miqdarda birbaşa maddi zərər vurulmuşdur. Bu zərərin 
miqdarı 1994-cü il üçün qiymətlə 1.389.233.284 (bir milyard üç 
yüz səksən doqquz milyon iki yüz otuz üç min iki yü səksən 
dörd) ABŞ dolları təşkil etmişdir. Belə ki, müvafiq rayon icra 
hakimiyyətinin verdiyi məlumatlara görə işğal nəticə sində vu-
rulmuş birbaşa maddi zərər rayonlar üzrə ABŞ dolları ilə (1994-
cü  il  qiyməti  ilə)  aşağıdakı  kimi  olmuşdur:  Tərtər  və Ağdərə 
rayonları – 799.295.100 (yeddi yüz doxsan doqquz milyon iki 
yüz doxsan beş min yüz) $ [65]; Qazax rayonu – 327.529.464 (üç 
yüz iyirmi yeddi milyon beş yüz iyirmi doqquz min dörd yüz 
altmış  dörd)  $  [66];  Tovuz  rayonu  –  189.873.420  (yüz  səksən 
doqquz milyon səkkiz yüz yetmiş üç min dörd yüz iyiymi
$ [67]; Ağcabədi rayonu – 22.420.050 (iyirmi iki milyon dörd 
yüz iyirmi min əlli) $ [68]; Ağstafa rayonu – 1.998.950 (bir mil-
yon doqquz yüz doxsan səkkiz min doqquz yüz əlli) $ [69]; 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
86
www.elkhan-suleymanov.az
Beyləqan rayonu – 3.812.500 (üç milyon səkkiz yüz on iki min 
beş yüz) $ [70]; Gədəbəy rayonu – 44.303.800 (qırx dörd milyon 
üç yüz üç min səkkiz yüz) $ [71] (Bax: Əlavə 3— Müəllif). 
Qeyd etmək lazımdır ki, göstərilən məlumatlar Dağlıq Qa-
rabağ  müharibəsi  zamanı  Naxçıvan  Muxtar  Respublikasına 
dəymiş maddi zərəri özündə əks etdirmir. Məlum olduğu kimi, 
hələ müharibədən əvvəlki dövrdən indiyədək Naxçıvan Muxtar 
Respublikası Ermənistan tərəfindən blokadaya alınmış və Mux-
tar Respublikaya qarşı silahlı hücumlar həyata keçirilmiş və iki 
yaşayış məntəqəsi işğal edilmişdi, hazırda Naxçıvan MR-in bir 
yaşayış məntəqəsi işğal altında qalmaqdadır. Bundan əlavə, blo-
kada nəticəsində Naxçıvan MR-nın istehlak malları, təbii qaz və 
neft məhsulları ilə təchizatında ciddi çətinliklər meydana çıx-
mış, Azərbaycan hökuməti ölkənin bu bölgəsindəki çətinlikləri 
aradan qaldırmaq üçün xeyli miqdarda əlavə vəsaitlər sərf et-
mişdir. Odur ki, Azərbaycanın Naxcıvan Muxtar Respublikası-
na da Ermənistanın təcavüzü nəticəsində çoxsaylı insan tələfatı 
ilə yanaşı, böyük maddi zərər vurulmuşdur. Lakin bu zərərin 
dəqiq miqdarı təqdim edilən araşdırmada öz əksini tapmamış-
dır.
Beləliklə, Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində 
Azərbaycana vurulmuş (1994-cü il üçün qiymətlə) 60 milyard-
dan artıq maddi zərərin 28,066 milyard (iyirmi səkkiz milyard 
altmış altı milyon) ABŞ dolları keçmiş DQMV ilə qonşu olan 
və hazırda işğal altında olan 7 rayona, 1.389.233.284 (bir mil-
yard üç yüz səksən doqquz milyon iki yüz otuz üç min iki 
yüz  səksən  dörd) ABŞ  dolları  isə  cəbhəyanı  və  Ermənistanla 
həmsərhəd  olan  rayonlara  vurulmuşdur  ki,  bu  da  Naxcıvan 
Muxtar Respublikasına vurulmuş maddi zərərin həcmi nəzərə 
alınmamaqla 29,455 milyard  (iyirmi doqquz milyard dörd yüz 
əlli beş milyon) ABŞ dollarından artıqdır. 
Qeyd  etmək  lazımdır  ki,  1994-cü  ildən  2011-ci  ilədək  dol-
lar  inflyasiyaya  məruz  qalmış,  onun  dünya  bazarında  alıcılıq 
qiyməti  dəyişərək,  bir  neçə  dəfə  aşağı  düşmüşdür.  Odur  ki, 
Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş birbaşa 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
87
www.elkhan-suleymanov.az
maddi zərərin dəyəri dünyanın ehtiyat valyutası olan dolların 
1994-cü ildəki qiyməti ilə 60 milyard dollar təşkil edirdisə, bu 
miqdar dolların dünya bazarında 1994-cü ildən 2011-ci ilədək 
alıcılıq qiymətinin dəyişməsi nəzərə alınmaqla yenidən hesab-
lanmalıdır. 
Dolların  dünya  bazarında  alıcılıq  qiymətinin  göstəricilə-
rindən biri kimi dünya bazarında qızılın qiyməti göstərilir. Bu 
göstəricidən  istifadə  etdikdə,  dünya  bazarında  1994-cü  ildən 
etibarən qızılın qiymətinə nəzər salmalıyıq. Qızılın giyməti XX 
əsrin  90-cı  illərinin  ikinci  yarısından  2001-ci  ilin  sonunadək, 
demək olar ki, sabit qalmışdır və 2001-ci ildə onun bir unsiya-
sının qiyməti 276,50 dollar təşkil etmişdir. Lakin 2002-ci ildən 
başlayaraq  dünya  bazarında  qızıl  bahalaşmağa,  dollar  isə, 
əksinə,  qiymətini  itirməyə  başlamışdır  və  2011-ci  ilin  birinci 
yarısında qızılın bir unsiyasının dəyəri orta hesabla 1500 ABŞ 
dolları məbləgində olmuşdur.  Göründüyü  kimi,  2002-ci ildən 
başlayaraq 2011-ci ilədək dünya bazarında qızılın bir unsiyası 5 
dəfədən artıq bahalaşmış, dollar isə müvafiq olaraq inflyasiyaya 
məruz qalaraq, 5 dəfədən artıq öz alıcılıq qiymətini itirmişdir 
[72]. Beləliklə, 1994-cü ildə Ermənistanın silahlı təcavüzü və iş-
ğalı nəticəsində Azərbaycana dəymiş bilavasitə maddi zərərin 
dəyəri 60 milyard olmuşdursa, 2011-ci il qiymətləri ilə həmin 
zərərin miqdarı 300 milyard dollardan artıq təşkil edir.
Bununla bərabər qeyd etmək lazımdır ki, Azərbaycana vurul-
muş maddi zərərin miqdarı ilbəil artmışdır. Belə ki, işğala qədər 
keçmiş  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  inzibati  ərazisində 
Azərbaycanın  ümumdaxili  məhsulunun  təxminən  15%-i  for-
malaşırdı.  İşğal  olunmuş  digər  7  rayon  isə  Azərbaycanın 
ümumdaxili  məhsulunun  təxminən  10%-i  formalaşdırırdı. 
Odur  ki,  Ermənistan  tərəfindən  Azərbaycan  torpaqlarının  iş-
ğalı nəticəsində Azərbaycan hər il təxminən özünün ÜDM-nun  
25%-ni  itirir.
Qeyd  edilənləri  nəzərə  aldıqda,  işğala  qədər  Azərbaycan 
Respublikasının ümumdaxili məhsulunun formalaşmasını 
T = A + O formulu ilə göstərmək olar. Burada T - Azərbaycanın 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
88
www.elkhan-suleymanov.az
tam  ÜDM-u,  O  -  hazırda  işğal  altında  olan  ərazilərində  for-
malaşan  ÜDM  və  A  -  Azərbaycanın  işğala  məruz  qalmamış 
ərazilərində formalaşan ÜDM.
Sadə hesablamalar əsasında O = 0,25 T olduğunu nəzərə alsaq, 
O=A/3  alırıq. Hesablamalardan göründüyü kimi, Ermənistanın 
işğalı  nəticəsində  Azərbaycan  hər  il  işğala  məruz  qalmamış 
ərazilərində formalaşan ümumdaxili məhsulun üçdə birini iti-
rir.  Dövlət  Statistika  Komitəsinin  rəsmi  məlumatları  əsasında 
1995-2010-cu  illər  üzrə Azərbaycan  Respublikasında  formala-
şan  ÜDM  əsasında  aldığımız  formul  ilə  işğal  nəticəsində  iti-
rilmiş ÜDM  hesablamaq olar və bu hesablamaların nəticələri 
aşağıdakı cədvəldə göstərilir. 
CƏDVƏL. Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində  
Azərbaycan Respublikasının 1995-2010-cu illər ərzində itirdiyi 
mənfəətin miqdarı (milyon ABŞ dolları ilə)
İllər
İşğal edilməmiş 
ərazilər üzrə ÜDM, A, 
milyon ABŞ dolları*
İşğal edilmiş ərazilər 
üzrə itirilmiş ÜDM, O, 
milyon ABŞ dolları
1995
2415,2
805,1
1996
3180,8
1060,3
1997
3960,7
1320,2
1998
4446,4
1482,1

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
89
www.elkhan-suleymanov.az
1999
4583,7
1527,9
2000
5272,8
1757,6
2001
5707,7
1902,6
2002
6235,9
2078,6
2003
7276,0
2425,3
2004
8680,4
2893,5
2005
13238,7
4412,9
2006
20983,0
6994,3
2007
33050,3
11016,8
2008
46258,2
15419,4
2009
43016,0
14338,7
2010
51799,9
17266,6
CƏMİ (1995-2010-cu illər üzrə)
86702,0

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
90
www.elkhan-suleymanov.az
* – Bu sütunda göstərilən rəqəmlər Azərbaycan Respublikası 
Statistika Komitəsinin rəsmi məlumatlarıdır [73]. 
Göründüyü kimi, Ermənistanın işğalı nəticəsində 1995-2010-
cu illər ərzində Azərbaycan 86.702.000.000 (səksən altı milyard 
yeddi  yüz  iki  milyon)  ABŞ  dolları  məbləğində  mənfəətdən 
məhrum olmuşdur.
Qeyd  edilməlidir  ki,  Azərbaycan  dövləti  Ermənistan 
tərəfindən  ərazilərin  işğalı  nəticəsində  yaranmış  fövqəladə 
humanitar  vəziyyətin  aradan  qaldırılması  istiqamətində  cid-
di  səylər  göstərmiş  və  ardıcıl  olaraq  bu  istiqamətdə  müxtəlif 
layihələr həyata keçirmişdir. Belə ki, indiyədək Azərbaycanın 
ayrı-ayrı  şəhər  və  rayonlarında  qaçqın  və  məcburi  köçkün 
ailələri  üçün  67  yeni  qəsəbə  salınmış,  100  min  nəfərdən  çox 
məcburi köçkün yeni evlərə köçürülmüşdür. 130 təhsil, 50-yə 
yaxın  səhiyyə,  onlarla  rabitə  müəssisəsi  və  mədəniyyət  oca-
ğı  tikilib  istifadəyə  verilmişdir.  Bundan  əlavə,  uzun  illərdir 
ki,  bu  kateqoriyadan  olan  vətəndaşların  komunal  xərclərinin 
ödənilməsi  dövlət  tərəfindən  həyata  keçirilir,  onlara  dövlət 
tərəfindən  subsidiyalar  ödənilir.  Qaçqınların  və  Məcburi 
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata 
görə, 13 may 2011-ci ilədək Azərbaycan hakimiyyəti tərəfindən 
qaçqın və məcburi köçkünlər üçün 4,684 milyard (dörd milyard 
altı yüz səksən dörd milyon) ABŞ dolları (3,7 milyard manat) 
məbləğində vəsait xərclənmişdir. Bu xərclərin 740 milyon ABŞ 
dolları beynəlxalq humanitar təşkilatlar tərəfindən, digər hissəsi 
isə (3,944 milyard dollar) Azərbaycanın dövlət büdcəsindən və 
Dövlət Neft Fondunun hesabından ayrılmışdır [74].
İşğal  nəticəsində  Azərbaycanın  təbii  sərvətlərinə  və  eko-
logiyasına  vurulmuş  zərərin  miqdarı  da  həddindən  artıq  bö-
yükdür.  Hərbi  əməliyyatlar  gedişatında  və  ərazilərin  işğalı 
nəticəsində Azərbaycanın təbiətinə əvəzolunmaz zərər yetiril-
mişdir.  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  flora  və  fa-
una  nümunələrinin  təbii  yaşayış  mühiti  məhv  edilməkdədir. 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Na-
zirliyinin təxmini hesablamalarına görə, Ermənistan tərəfindən 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
91
www.elkhan-suleymanov.az
işğal  edilmiş  ərazilərdə  təbii  sərvətlərin  talan  edilməsi,  təbii 
landşaftın,  nadir  bitki  və  heyvanlar  aləminin  məhv  edilməsi 
və  ətraf  mühitin  ekoloji  tarazlığının  pozulması  nəticəsində 
Azərbaycana  2011-ci  ilədək  40,15  milyard  (qırx  milyard  yüz 
əlli milyon) ABŞ dollarından (31,72 mlrd. AzN) artıq məbləğdə 
ziyan dəymişdir [55].
Nəhayət, Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində 
Azərbaycana vurulmuş birbaşa sosial-iqtisadi zərərin 300 mil-
yard ABŞ  dollarından,  ölkənin  1995-2010-cu  illər  ərzində  itir-
diyi  mənfəətin  86,702  milyard ABŞ  dollarından,  işğal  edilmiş 
ərazilərdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siya-
səti nəticəsində ölkədə yaranmış fövqəladə humanitar vəziyyətin 
aradan  qaldırılması  məqsədilə  qaçqın  və  məcburi  köçkünlər 
üçün sərf edilmiş xərclərin 4,684 milyard ABŞ dollarından, iş-
ğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin da-
ğıdılaraq talan edilməsi və ətraf mühitin ekologiyasına vurulan 
zərərin  40,15  milyard  ABŞ  dollarından  artıq  olmasını  nəzərə 
alaraq, Azərbaycana dəymiş maddi zərərin ümumi miqdarını 
müəyyənləşdirdikdə görürük ki, onun məbləği çox böyükdür 
və 2011-ci ilin əvvəllərinə olan məlumatlara əsasən 431,536 mil-
yard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ 
dolları təşkil edir.
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  göstərilən  məbləğ 
özündə işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin 
tam  miqdarını  əks  etdirmir.  Belə  ki,  1995-2010-cu  illər  üzrə 
Azərbaycanın itirmiş olduğu mənfəətin məbləği hesablanarkən 
bu  illər  ərzində  ABŞ  dollarının  dünya  bazarında  inflyasiyası 
nəzərə alınmamışdır. Bundan əlavə, işğal altında olan ərazilərdə 
təbii sərvətlərə və ətraf mühitin ekologiyasına vurulan zərərin 
miqdarı Azərbaycan tərəfində olan rəsmi məlumatlar əsasında 
hesablanmışdır  və  şübhəsiz  ki,  bu  məlumatlar  işğalçı  tərəfin 
dünya  ictimaiyyətindən  gizli  saxladığı  cinayətkar  əməllər 
nəticəsində  formalaşmış  zərəri  bütövlüklə  özündə  əks  et-
dirmir.  Üçüncü  bir  tərəfdən,  münaqişə  həll  edilməyincə  və 
Azərbaycan  işğal  edilmiş  ərazilərdə  öz  dövlət  müstəqilliyini 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
92
www.elkhan-suleymanov.az
bərpa etməyincə Azərbaycanın itirmiş olduğu mənfəətin miq-
darı artmaqda davam edəcək. Digər bir tərəfdən və ən başlıcası, 
göstərilən məbləğ Azərbaycanın milli-mədəniyyət abidələrinə 
vurulmuş  zərəri  özündə  əks  etdirmir  və  bu  zərərin  miqda-
rını  hesablamaq,  demək  olar  ki,  mümkünsüzdür.  Nəhayət, 
göstərilən məbləğ Azərbaycana vurulmuş maddi zərərin ümu-
mi miqdarıdır, bu məbləğ qaçqın və məcburi köçkünlər də da-
xil olmaqla, bütövlükdə Azərbaycan tərəfinə vurulmuş mənəvi 
zərəri  özündə  əks  etdirmir  və  bu  zərərin  hesablanması  üçün 
xüsusi tədqiqatların aparılmasına ehtiyac vardır. Beləliklə, ay-
dın  olur  ki,  bütün  faktorlar  nəzərə  alınarsa,  işğal  nəticəsində 
Azərbaycana vurulmuş zərərin ümümi miqdarı daha da böyük 
olar.  
Qeyd  edilənlər  göstərir  ki,  Ermənistanın  silahlı  təcavüzü 
və işğalı nəticəsində Azərbaycana vurulmuş zərərin yuxarıda 
göstərilən hesablamaları ilkin xarakter daşıyır. Bu hesablama-
lar tam dolğunluğu ilə Azərbaycana dəymiş maddi və mənəvi 
zərərləri  özündə  əks  etdirmir  və  digər,  o  cümlədən  məlum 
səbəblərə görə hələlik Azərbaycan tərəfinə məlum olmayan bir 
sıra amillər nəzərə alınarsa, bu zərərin daha da böyük olması 
şübhə doğurmur. 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
93
www.elkhan-suleymanov.az
8. Ərazilərin işğalı nəticəsində vurulmuş 
zərərə  görə Azərbaycanın Ermənistandan 
təzminat alma hüququ
Ermənistanın  silahlı  təcavüzü  və  işğalı  nəticəsində 
Azərbaycan külli miqdarda maddi və mənəvi zərər dəymişdir. 
Bu  zərərin  miqdarının  dəqiqləşdirilməsi  və  onun  ödənilməsi 
probleminin həll edilməsi bütövlükdə Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsinin  tənzimlənməsinin  mühüm 
aspektlərindən  biridir.  Bununla  yanaşı,  işğal  nəticəsində 
Azərbaycana dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə 
bağlı problemin bir neçə praktiki əhəmiyyəti vardır. 
Birincisi,  Ermənistanın  təcavüzü  nəticəsində  Azərbaycana 
vurulmuş  zərərin  miqdarını  müəyyən  etməyə  imkan  verir. 
Müasir beynəlxalq hüquqa görə Azərbaycan Respublikası ona 
dəyən ziyanın ödənilməsi barədə iddia qaldırmaq və müvafiq 
təzminatlar  almaq  hüququna  malikdir    (Bu  hüququn  həyata 
keçirilməsi mexanizmi artıq başqa bir problemdir).
İkincisi,  Ermənistan  tərəfindən  Azərbaycana  qarşı  irəli 
sürülə  bilən  iddiaların  müəyyən  dərəcədə  qarşısını  alır.  Belə 
ki,  Azərbaycanı  tərk  etmiş  ermənilər  iddia  edirlər  ki,  guya, 
Azərbaycanda onların qalmış əmlakının dəyəri 70 mlrd. təşkil 
edir.  Bundan  əlavə  bu  rəqəmə  onlar  guya  vurulmuş  mənəvi 
zərərə  görə  daha  30  mlrd.  ABŞ  dolları  əlavə  edirlər  [75]. 
Ermənistanda  fəaliyyət  göstərən  “Qaçqınlar  və  beynəlxalq 
hüquq” vətəndaş cəmiyyəti şəbəkəsinin 2011-ci ilin dekabrın-
da təqdim etdiyi məruzədə isə Azərbaycanı tərk etmiş erməni 
qaçqınlarına dəymiş birbaşa maddi zərərin 56 mlrd. ABŞ dolla-
rı olduğu iddia edilir. Məruzədə Azərbaycandan olan erməni 
qaçqınların Azərbaycan əhalisinin 7-8%-ni təşkil etdiyi və on-
ların torpaqların özəlləşmə prosesində iştirak etmədikləri vur-
ğulanaraq, Azərbaycan torpaqlarının 8%-nin erməni qaçqınlara 
verilməsinə və ya onlara mövcud bazar qiymətinə uyğun olaraq, 

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
94
www.elkhan-suleymanov.az
kompensasiyanın  ödənilməsinə  iddialı  olduqları  bildirilmiş-
dir. Eyni zamanda məruzədə Azərbaycanda özəlləşdirilməmiş 
təşkilatların, xüsusən də Dövlət Neft Şirkətinin gəlirlərindən də 
ermənilərə kompensasiya ödənilməsi kimi iddia irəli sürülür. 
Məruzədə Azərbaycanda neft-qaz istehsalı və ixracı sahəsində 
fəaliyyət göstərən xarici şirkətlər və qarışıq kapitala malik olan 
şirkətlərin də erməni qaçqınlara kompensasiya ödəmələri iddi-
ası da öz əksini tapıb. Məruzədə həmçinin erməni qaçqınlara 
xüsusi olaraq vurulmuş mənəvi zərərin miqdarının hesablan-
masının zəruriliyi də göstərilir (!) [76]
Üçüncüsü, işğal nəticəsində Azərbaycana dəymiş maddi və 
mənəvi  zərərin  ödənilməsi  probleminin  gündəmə  gətirilməsi 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizam-
lanmasında Azərbaycan tərəfinin sübutedici bazasının ədalətli 
olmasını bir daha təsdiq edir və gücləndirir. Bu isə Ermənistanla 
aparılan  informasiya  və  diplomatiya  müharibəsində  vacib 
amillərdən  biridir.
Ermənistan  Azərbaycana  qarşı  silahlı  təcavüz  etdiyinə  və 
Azərbaycan  ərazilərini  işğal  etdiyinə  görə  beynəlxalq-hüquqi 
məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasının 14 dekabr 
1974-cü  ildə  qəbul  etdiyi  “Təcavüzün  tərifi”  adlı  3314(XXIX) 
saylı qətnaməsinin 5-ci maddəsində göstərilir ki, “təcavüzkar 
müharibə  beynəlxalq  sülhə  qarşı  cinayətdir  və  təcavüz  aktı 
beynəlxalq məsuliyyət doğurur [77]. 
Təcavüz aktının törədilməsi soyqırım, irqi ayrı-seçkilik, etnik 
təmizləmə, aparteid, humanitar faciə və s.  kimi cinayət əməlləri 
kimi BMT Nizamnaməsi və digər vacib beynəlxalq sənədlərin 
pozulmasına  yönəlib  və  dünya  birliyi  dövlətləri  tərəfindən 
beynəlxalq cinayət kimi tövsif edilir. Məhz bu səbəbdən təcavüz 
cinayəti  soyqırım  cinayəti,  müharibə  cinayətləri  və  insanlığa 
qarşı  cinayətlərlə  bərabər  Roma  Statutunun  5-ci  maddəsinə 
əsasən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid 
edilmişdir [78]. 
Qeyd  edilməlidir  ki,  bu  beynəlxalq  cinayət  əməllərinin 
törədilməməsi öhdəlikləri bütövlükdə dünya birliyi dövlətləri 
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə