Elxan Süleymanov Vurğun Süleymanov



Yüklə 72 Kb.
PDF просмотр
səhifə1/14
tarix22.07.2017
ölçüsü72 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14
24501

Elxan Süleymanov 
Vurğun Süleymanov
Ermənistanın Azərbaycana qarşı 
silahlı təcavüzü və işğalın ağır 
nəticələri
jA z e rb a y cn n   R e sp ııb lik o sı  Prez»<1f  •

İşio r  İd aro si 
!
PREZIDEN T  K İT A B X M
j
- S '   |
I-------Bakı—-2012— 
J

Məsləhətçilər:
Jan Pol Murman,
Belçika Konstitusiya Məhkəməsinin hakimi 
Eduard Lintner,
Almaniya millət vəkili (1976-2009)
Çingiz İsmayılov,
coğrafiya elmləri doktoru, professor
AVCİYA-nm prezidenti, Şamaxmm millət vəkili, AVRONEST Par- 
lament Assambleyasmda Azərbaycan nümayəndə heyətinin rəhbəri, 
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə 
heyətinin üzvü  Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə 
doktoru  Vurğun  Süleymanovun  müəllifi  olduğu  "Ermənistanın 
Azərbaycana  qarşı  silahlı  təcavüzü və  işğalın ağır nəticələri"  kita- 
bmda  təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi 
zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə 
olaraq araşdırılır. Kitabda həmçinin,  Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ  münaqişəsinin  tarixi  və  geosiyasi  kökləri  tədqiq  olunur, 
beynəlxalq  təşkilatların  Ermənistanm  Azərbaycan  ərazilərini  işğalı 
faktmı tanıması mühüm sənədlər vasitəsilə çatdırılır.
Kitabda AzərTAc-ın, Azərbaycan  Respublikası  Qaçqınların  və Məcburi 
Köçkiinlərin  İşləri iizrə  Dövlət  Komitəsinin  (http://qmkdk.gov.az)  və 
www.azerbaiian.az portahnm fotomateriallarından  istifadə ohınmuşdur.
06050010405
-----------------  qrifli nəşr
036-2012
ISBN 978 9952-8134-7-8
© 
Elxan  Süleymanov
 & 
Vurğun  Siileymanov  2012
Ermənistanm Azərbaycana qarşı silahlı  təcavüzü  və işğahn ağır nəticələri
Giriş
Ermənistanm  silahlı  təcavüzü  nəticəsində  Azərbaycan 
ərazilərinin 20  faizi,  o  cümlədən  keçmiş Dağlıq Qarabağ Mux- 
tar  Vilayəti  (DQMV)  və  digər  7  rayon  işğal  edilmiş,  20  min 
azərbaycanlı həlak olmuş, 50 min insan yaralanmış və müxtəlif 
dərəcəlı xəsarət almış, 5 mindən artıq azərbaycanlı əsir və itkin 
düşmüş,  Ermənistanm öz ərazisində və işğal etdiyi Azərbaycan 
ərazilərində 
həyata 
keçirdiyi 
etnik  təmizləmə  siyasəti 
nəticəsində  1  milyondan  artıq azərbaycanlı  qaçqm və  məcburi 
köçkünə  çevrilmişdir.  Müharibə  nəticəsində  900-dən  çox  ya- 
şayış  məntəqəsi  dağıdılmış  və  qarət  edilmiş,  mülki  əhalinin 
ümumilikdə 9  milyon  m2  sahədə evləri,  dövlət müəssisələri və 
sosial  obyektlər  dağıdılmış  və  yandırılmışdır.  Ümümiyyətlə, 
Ermənistanm Azərbaycana qarşı silahlı təcavüzü və Azərbaycan 
ərazilərinin  işğalı  nəticəsində  ölkəmizə  bilavasitə  dəyən 
zərərin miqdarı  onlarla milyard  dollar hesablansa  da,  müxtəlif 
mənbələrdə  bu barədə  dəqiq məlumat verilmir.  Umumiyyətlə, 
vurulmuş  zərər  deyəndə  həm  dövlətin  özünə  vurulmuş  zərər, 
həm  də  onun  vətəndaşlanna,  təşkilatlarma  və  kommersiya 
strukturlarına vurulmuş zərər nəzərdə tutulur.
Bununla  yanaşı,  Ermənistanm  silahlı  təcavüzü  və  işğalı 
nəticəsində  Azərbaycana  bilavasitə  ziyanlarla  yanaşı,  dolayısı 
ilə  ziyanlar  da  dəymişdir.  Bu  ziyanlarm  miqdarı  işğal  altmda 
olan  ərazilər azad  edilməyənədək  hər il  artmaqda  qavam  edir. 
Uzun  müddətdir  ki,  Azərbaycan  ərazilərinin  dinc  yolla  işğal- 
dan  azad  edilməsi  istiqamətində  danışıqlar  aparılır,  əgər  danı- 
şıqlar nəticəsində Azərbaycan ərazilərinin azad edilməsinə nail 
olunmasa belə, Azərbaycan beynəlxalq hüquq normalarına mıi- 
vafiq olaraq özünü müdafiə hüququndan istifadə edərək işğala 
son  qoyacaq  və hazırda  işğal  altında  olan  ərazilərdə  öz  dövlət 
müstəqilliyini  bərpa  edəcəkdir.  İstənilən  halda  Azərbaycan 
Respublikası  beynəlxalq  məhkəmələrdə  ona  dəyən  ziyanm 
ödənilməsi barədə  iddia  qaldırmaq  və  müvafiq təzminatlar  al-
------------------------------------------------------------------------------------------------------------------- 3
w w w .elkhan-suleym anov.az

maq hüququna malikdir. Odur ki, Ermənistanın silahlı təcavüzü 
və  Azərbaycan  ərazilərinin  işğalı  nəticəsində  ölkəmizə  dəyən 
ziyanm müəyyənləşdirilməsi böyük aktuallıq kəsb edir.
Lakin  indiyədək  Azərbaycana  vurulmuş  maddi  və  mənəvi 
zərərin ödənilməsinə yönəlmiş kompleks xarakterli beynəlxalq- 
hüquqi  məsələlərin  tədqiqi  ayrıca  araşdırmanm  predmeti  ol- 
mamışdır. Bu boşluğu müəyyən dərəcədə doldurmaq məqsədlə 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  poli- 
toloji,  beynəlxalq-hüquqi,  iqtisadi  aspektlərinin,  Azərbaycana 
dəymiş  ziyanın  ödənilməsi  istiqamətində  beynəlxalq-hüquqi 
əsaslarımn araşdırılması dövlət əhəmiyyətli vacib məsələ hesab 
edilməlidir. Belə ki, Azərbaycana qarşı təcavüzə və Azərbaycan 
torpaqlarınm  işğalma  görə  Ermənistanm  beynəlxalq-hüquqi 
məsuliyyətinin yaranmasmdan  irəli  gələn Azərbaycana  vurul- 
muş maddi və mənəvi zərərin ödənilməsi probleminin araşdırıl- 
ması işğalın nəticələrinin aradan qaldırılmasmın və bütövlükdə 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli 
həll edilməsinə yönəlmiş vacib məsələlərdən biridir.
Eyni zamanda qeyd edilməlidir ki, Ermənistamn Azərbaycana 
qarşı  ərazi  iddialarmm,  silahlı  təcavüzünün,  Dağlıq  Qarabağ 
bölgəsinin və  ətraf rayonlarm işğalmın  indiyədək əsasən ümu- 
mi xarakterli  siyasi və hüquqi  aspektləri tədqiq  edilmişdir.  La- 
kin Ermənistanm təcavüzü nəticəsində Azərbaycana vurulmuş 
maddi  və  mənəvi  zərərin  ödənilməsinə  yönəlmiş  kompleks 
məsələlərin tədqiqi  araşdırma  predmeti  olmamışdır və təqdim 
edilən  tədqiqat  çərçivəsində  həyata  keçirilən  belə  bir  araşdır- 
manm  aparılmasına  cəhd  göstərilir.  Bu  isə,  öz  növbəsində, 
tədqiqatm  aktuallığmı  və  yeniliyini  müəyyən  edir  və  sübhəsiz 
ki,  Ermənistan  tərəfindən  Azərbaycanm  Dağlıq  Qarabağ 
bölgəsinin  və  ətraf  rayonlarmın  işğalma  dair  dünya  dövlətləri 
birliyində və dünya ictimai fikrində Azərbaycan tərəfinin möv- 
qeyinin əsaslı, qanuni və ədalətli olmasmın sübutedici bazasmı 
daha da gücləndirir.
Ermənistanm Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
Ermənistanm Azərbaycana  qarşı  silahlı  təcavüzü və  işğalın ağır nəticələri
1. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin tarixi və geosiyasi kökləri
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  et- 
nik  azərbaycanhların  1988-1989-cu  illərdə  cəmi  bir  neçə  ay 
ərzində öz tarixi torpaqlan  olan indiki Ermənistan Respublika- 
sı  ərazisindən  deportasiyası  və  bu  dövlətin  zor  tətbiq  etməklə 
yeni  ərazilər  əldə  etmək  siyasətinin  davamı  kimi  Azərbaycan 
Respublikasma qarşı silahlı təcavüzü nəticəsində baş vermişdir.
Qeyd edilməhdir ki, Azərbaycana qarşı silahlı təcavüz ölkənin 
Dağhq Qarabağ bölgəsində erməni separatçı qruplarm hüquqa- 
zidd  hərəkətləri  ilə başlanmışdır.  Ermənistanın hakimiyyət  or- 
qanları isə separatçıların bu əməllərini özlərinin beynəlxalq hü- 
quq normaları ilə ziddiyyət təşkil edən qərarları ilə dəstəkləmiş 
və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürmüşdür. Bu 
qərarlar  sırasında  Ermənistan  SSR  Ali  Sovetinin  "Ermənistan 
SSR  ilə  Dağlıq  Qarabağm  birləşdirilməsi  haqqında"  1  dekabr 
1989-cu il tarixli qərarı və Ermənistamn dövlət suverenliyi haq- 
qmda 23 avqust 1990-cı il tarixli bəyannamə xüsusilə vurğulan- 
malıdır. Ermənistan tərəfindən qəbul edilmiş beynəlxalq hüquq 
normaları ilə ziddiyyət təşkil edən həmin sənədlərə görə, digər 
bir dövlətin ərazisinin bir hissəsi - Azərbaycan Respublikasımn 
Dağlıq  Qarabağ  bölgəsi  "Ermənistan  Respublikasımn  ayrıl- 
maz  hissəsi"  elan  edilirdi.  Ermənistan  SSR Ali  Sovetinin  qeyd 
edilən  qərarları  bu  dövlətin  silahlı  qüvvələrinin  Azərbaycan 
Republikasma  qarşı  silahlı  təcavüzü  nəticəsində  reallaşdırıldı. 
Azərbaycana qarşı silahh döyüşlərə muzdlulardan ibarət silah- 
lı  qeyri-qanuni  birləşmələr  geniş  cəlb  edilmişdi.  Bununla  ya- 
naşı,  Ermənistanın  silahlı  təcavüzü  bu  dövlətin  xiisusi  xidmət 
orqanlarınm  və  beynəlxalq  erməni  terror  təşkilatlarının  tək 
cəbhəyanı  və sərhədyanı  ərazilərdə  deyil,  eyni  zamanda  cəbhə 
və  sərhəd  xətlərindən  uzaqlarda Azərbaycan  xalqına  qarşı  ter- 
ror  əməliyyatlannın  kəskin  şəkildə  intensivləşməsi  fonunda
4
w w w .elkhan-suleym anov.az  wunu.elkhan-sıtleym anov.az
5

Erm ənistanm  Azərbaycana qarşı silahlı təcavüzü  və işğalın ağır nəticələri
həyata keçirildi. Ermənistan silahlı birləşmələrinin tammiqyaslı 
hərbi əməliyyatları 1991-ci ilin sonu və  1992-ci ilin əvvəllərində 
Azərbaycanm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 
inzibati  ərazisi  hüdudlarında  aparılırdı,  1992-ci  ilin  maymdan 
isə  döyüş  əməliyyatlan  keçmiş  DQMV  hüdudlarından  kənara 
çıxaraq, Azərbaycanın digər rayonlarma yayılmağa başladı.
Ermənistanm  silahlı  təcavüzü  nəticəsində  Azərbaycan  Res- 
publikasmm  keçmiş  DQMV  və  7  ətraf  rayonu,  o  cümlədən 
cəbhəyanı və sərhədyanı rayonların bir sıra yaşayış məntəqələri 
də daxil olmaqla Azərbaycan Respublikasının 20% ərazisi işğal 
edildi. Rusiya Federasiyasmın vasitəçiliyi ilə 1994-cü ilin 12 m ay 
tarixində tərəflər arasmda atəşkəs haqqmda protokol imzalandı 
və  hazırda  münaqişənin  sülh  yolu  ilə  tənzimlənməsi  ilə  bağlı 
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır.
Xüsusilə qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ münaqişəsinin meydana gəlməsinin tarixi və geosiyasi 
kökləri mövcuddur.  Belə ki, bu münaqişənin əsası  "ləng açılan 
bomba"  şəklində  1988-ci  ildən  xeyli  əvvəl,  daha  dəqiq  desək, 
XIX əsrin əvvəllərində  qoyulmuşdur. Belə ki,  çar Rusiyası hələ 
XVII  əsrin  sonu  və  XVIII  əsrin  əvvəllərindən  başlayaraq  Os- 
manlı dövlətinin torpaqlarınm bölüşdürülməsi, Aralıq dənizinə 
və  Şərqə  çıxış  əldə etmək məqsədilə  dəfələrlə Türkiyə və Irana 
qarşı  müharibələr  aparmışdır.  Bu  müharibələrin  nəticəsi  kimi, 
1813  və  1828-ci  illərdə  çar  Rusiyası  və  İran  arasında  müvafiq 
olaraq  Gülüstan  və  Türkmənçay  müqavilələri  imzalanmış- 
dır.  Bu  müqavilələrin  imzalanması  nəticəsində  Azərbaycan 
xalqma  qarşı  tarixi  ədalətsizlik  rəsmiləşdirildi  və  Azərbaycan 
torpaqları  ikı  dövlət  arasmda  bölüşdürüldü.  Beləliklə,  həmin 
müqavilələrin  faciəli  nəticəsi  kimi  Azərbaycan  xalqı  bölündü, 
Azərbaycanm tarixi torpaqları parçalandı.
Türkmənçay  müqaviləsində  uzağagedən  geosiyasi  oyunla- 
rın  və  gələcək fəlakətlərin əsası  qoyulmuş  oldu.  Belə ki, həmin 
müqavilə imzalandıqdan sonra  1828-ci ildən başlayaraq İran və 
Türkiyədə  yaşayan  ermənilərin  Rusiyanın  işğal  etmiş  olduğu 
Zaqafqaziyaya (Cənubi Qafqaza) kütləvi köçürülməsinə başlan-
6
w w w .elkhan-suleym anov.az
Ermənistanın Azərbaycana  qarşı  silahlı təcavüzü və işğalm  ağır nəticələri
mışdır.  Müharibədən  sonrakı  iki  il  ərzində,  1828-ci  ildən  1830- 
cu  ilə kimi Cənubi Qafqaza Irandan 40 mindən,  Türkiyədən isə 
84  mindən  çox  erməni  köçürüldü.  Cənubi  Qafqaza  köçürülən 
ermənilər  strateji  baxımdan  əhəmiyyət  kəsb  edən  Yelizavet- 
pol  (Gəncə)  və  Irəvan  quberniyalarmda  yerləşdirilirdilər.  Rus 
tədqiqatçısı  N.N.Şavrov bu  məsələ  ilə bağlı  yazırdı ki,  "Yeliza- 
vetpol  quberniyasımn  dağlıq  hissəsi  və  Göyçə  gölünün  sahili 
həmin ermənilər tərəfindən məskunlaşdırılmışdır". N.N.Şavrov 
daha  sonra  göstərirdi  ki,  1908-ci  ildə  "Zaqafqaziyada  yaşayan 
1  milyon  300  min  erməninin  1  milyondan  çoxu  diyarm  köklü 
sakinləri olmayıbbizim tərəfimizdən məskunlaşdırılmışdır"  [1].
Beləliklə, Çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə 
Cənubi  Qafqaza,  o  cümlədən  Qarabağm  dağlıq  hissəsinə 
köçürülməsi  bu  regionda  demoqrafik  vəziyyətə  ciddi  təsir 
göstərmiş və ermənilərin gələcək ərazi iddialarımn əsasmı qoy- 
muşdur.
Əvvəlcə  çar Rusiyasının,  sonra isə  Sovet İttifaqınm  apardığı 
siyasət nəticəsində son 200 il ərzində Cənubi Qafqazda demoq- 
rafik vəziyyət ciddi şəkildə dəyişdirilmiş, azərbaycanlılar öz ta- 
rixi torpaqlarmdan, doğma yurdlarından sıxışdırılaraq məcburi 
köçürülmələrə  məruz  qalmışlar.  Təkcə  XX  yüzillik  ərzində 
azərbaycanlılar  ən  azı  beş  dəfə  təqiblərə  və  deportasiyalara 
məruz  qalaraq,  öz  tarixi  torpaqlarından  didərgin  düşmüşlor. 
1905-1907-ci  illərdə  ermənilər  azərbaycanlılara  qarşı  bütün 
Azərbaycanı,  eləcə  də  indiki  Ermənistan  ərazisindəki  əzəli 
azərbaycanlı  yaşayış  məntəqələrini  əhatə  edən  genişmiqyaslı 
qanlı əməliyyatlar həyata keşirmiş, yüzlərlə yaşayış məntəqəsini 
yerlə  yeksan  etmiş,  minlərlə  azərbaycanlını  vəhşicəsinə  qətlə 
yetirmişlər.  Daha  sonra  1917-ci  ilin  dekabrından  başlayaraq 
1918-ci ilin iyun aymadək təkcə keçmiş İrəvan xanlığı ərazisində 
200  azərbaycanlı  kəndi  yandırılaraq  məhv  edilmişdir.  Bolşe- 
vizm  bayrağı  və  əksinqilabçı  ünsürlərə  qarşı  mübarizə  adı  al- 
tında Stcpan Şaumyanın rəhbərlik etdiyi silahlı dəstələr 1918-ci 
ilin martından  etibarən  Bakı  quberniyasında  azərbaycanlıların 
məhv  edilməsi  üzrə  dəhşətli  plan  həyata  keçirməyə  başladı
________ —
....................... -
________ _______________ _________ -
-
.......................................................................... -_____________________ -___________________ 
7
iuw w.elkhan-suIeymnnov.az

Erm ənistanm  Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
Ermənistamn Azərbaycana  qarşı silahlı təcavüzü və  işğalın ağır nəticələri
və  qısa  müddət  ərzində  Bakmın  xeyli  hissəsi  xarabalığa  çev- 
rildi.  Azərbaycanlılara  qarşı  soyqırımı  əməliyyatları  Bakıda, 
Şamaxıda,  Qubada,  Qarabağda,  Zəngəzurda,  Naxçıvanda, 
Lənkəranda  və  digər bölgələrdə  xüsusi  qəddarlıqla  həyata ke- 
çirildi.  Dinc  əhali yalnız  etnik  azərbaycanlı  olması  səbəbindən 
kütləvi şəkildə  öldürülür,  yaşayış məntəqələri  yandırılır,  milli- 
mədəniyyət  abidələri,  məktəblər,  xəstəxanalar,  məscidlər  və 
digər  tikililər  dağıdılaraq  məhv  edilirdi.  Bu  dövrdə  Cənubi 
Qafqazda  erməni  qüvvələri  tərəfindən  təxminən  100  mindən 
çox etnik azərbaycanlı məhv edildi.
Azərbaycan  28  may  1918-ci  ildə  dövlət  müstəqilliyi  elan 
etdikdən  sonra  yenidən  ermənilərin  ərazi  iddiaları  ilə  üzləşdi. 
Yaranmış  tarixi-siyasi  vəziyyəti  nəzərə  alaraq,  əsasən  də 
ermənilərin  ərazi  iddialarma  son  qoyulması  və  ermənilərin 
azərbaycanlılara  qarşı  silahlı  hücumlarının  dayandırılması 
müqabilində  Azərbaycan  tərəfi  1918-ci  ildə  İrəvan  şəhərinin 
ermənilərə  verilməsi  barədə  qərar  qəbul  etdi.  Bununla  da,  ta- 
rixi  Azərbaycan  torpaqlarında  paytaxt  Irəvan  şəhəri  olmaqla 
Ermənistan  dövləti yaradıldı.  Lakin erməni  tərəfi bundan  son- 
ra  da  ərazi  iddialarından  əl  çəkmədi  və  azərbaycanlıların  zo- 
rakılıqla  öz  tarixi  torpaqlarından  qovulması  davam  etdirildi. 
Nəhayət,  ermənilərin  silahlı  təcavüzü  nəticəsində  Zəngəzur 
mahalı  işğal  edildi  və erməni  tərəfi  İranla  sərhəd  qurulmasma 
nail oldu.
SSRI  tərkibində  Zaqafqaziya  Federasiyasının  qurulma- 
sı  və  ləğvi,  Azərbaycan  SSR  və  Ermənistan  SSR-in  yaradıl- 
ması  dövründə  sərhədlərin  dəqiqləşdirilməsi  bəhanəsi  ilə 
Azərbaycan  əraziləri  yenidən  Ermənistan  SSR-in  tərkibinə 
qatılır,  yerli  Azərbaycan  əhalisi  isə  bu  və  ya  digər  yollarla  öz 
doğma  yurdlarmı  tərk  etməyə  məcbur  edilirdi.  Ermənistan 
SSR-də  yaşayan  azərbaycanlılara  qarşı  etnik  təmizləmə  və  de- 
portasiya  siyasəti İkinci Dünya  Müharibəsindən sonra da SSRİ 
rəhbərliyi səviyyəsində davam etdirildi. Misal üçün, Ermənistan 
SSR-ə  xaricdən  gələn  ermənilərin  yerləşdirilməsi  bəhanəsilə 
İ.V.Stalinin  imzaladığı  "Kolxozçulann  və  digər  Azərbaycan
ww w .elkhan-snleym anov.az
əhalisinin  Ermənistan  SSR-dən  Azərbaycan  SSR-in  Kür-Araz 
ovalığma  köçürülməsi  haqqında"  1947-ci  il  23  dekabr  tarixli 
4083  saylı  və  "Kolxozçuların  və  digər  Azərbaycan  əhalisinin 
Ermənistan  SSR-dən  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığma 
köçürülməsi ilə əlaqədar tədbirlər haqqmda"  1948-ci il  10 mart 
tarixli  754  saylı  SSRI  Nazirlər  Sovetinin qərarlarma  əsasən  150 
minədək  azərbaycanlı  özlərinin  tarixi  torpaqlarından  deporta- 
siya olundu.
Qeyd etmək lazımdır ki, çar Rusiyasınm XIX əsr boyu və XX 
əsrin  əvvəllərində  Cənubi Qafqazda  demoqrafik vəziyyəti cid- 
di şəkildə dəyişdirməyə nail olmasına baxmayaraq,  1918-ci ildə 
cəmisi  9  min  km2  ərazidə  yaradılmış  Ermənistan  dövlətində 
575  mindən  çox  azərbaycanh  yaşayırdı  ki,  bu  da  Ermənistan 
ehalisinin  üçdə  birindən  çox  idi.  Sonradan  SSRİ  dövründə 
Azərbaycanın  ərazisinin  114  min  km2-dən  86,6  min  km2-ə 
qədər  azaldılması  hesabma  Ermənistanm  əraziləri  artırıldı  və 
bu  ərazilərdə  müxtəlif  bəhanələrlə  yerli  azərbaycanlı  əhaliyə 
qarşı  açıq  və  gizli  şəkildə  etnik  təmizləmə  siyasəti  həyata  ke- 
çirildi.  Nəhayət,  1988-ci  ilin  sonu  və  1989-cu  ilin  əvvəllərində 
indiki  Ermənistan  dövlətinin  ərazisindən  son  250  mindən 
çox  azərbaycanh  deportasiya  edildi.  Rəsmi  Yerevanm  ardıcıl 
və  davamlı  şəkildə  həyata  keçirdiyi  etnik  təmizləmə  siyasəti 
nəticəsində hazırda bu  ölkə  ərazində bir nəfər də  azərbaycanlı 
qalmamışdır.
Etnik  təmizləmə  və  indiki 
Ermənistan  ərazilərinin 
azərbaycanlıların  tarixi  torpaqları  olması  barədə  izlərin  belə 
silinməsi  siyasətinin  növbəti  mərhələsi  1988-ci  il  noyabrın 
sonunda  başlandı.  Rəsmi  hakimiyyət  orqanlarının  dəstəyi 
və  sanksiyası  ilə  indiki  Ermənistan  dövlətinin  ərazisində 
məskunlaşmış  son  250  mindən  artıq  azərbaycanlı  qısa  bir 
müddət  ərzində  öz  tarixi  torpaqlarından  deportasiya  olundu. 
Ermənistanm azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin 
növbəti  faciəvi  mərhələsi  olan  bu  kütləvi  qovulma  aksiyası 
azərbaycanlıların öldürülməsi, onlara işgəncələrin verilməsi ilə 
müşayiət edildi.  Etnik  təmizləmə nəticəsində  216  azərbaycanlı
w ww.elkhan-suleym anov.az

Erm ənistanm  Azərbaycana  qarşı silahlı  təcavüzü və işğalın ağır nəticələri
Ermənistanın Azərbaycana  qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
qətlə  yetirildi  ki,  bunların  əksəriyyəti  də  qadmlar,  uşaqlar  və 
qocalar idi. Bunlardan 49 nəfəri xilas olmağa çalışarkən dağlar- 
da  donmuş,  41  nəfəri  xüsusi  qəddarlıqla  döyülərək  qətlə  yeti- 
rilmiş,  35  nəfəri uzun  sürən işgəncələrlə  öldürülmüş,  11  nəfəri 
diri-diri  yandırılmış,  16  nəfəri  güllələnmiş,  10  nəfər  əzab  və 
işgəncələrə  dözməyərək  ölmüş,  2  nəfər  xəstəxanada  həkimlər 
tərəfindən  öldürülmüş,  2  nəfərin  başı  kəsilmiş,  digərləri  isə 
suda boğularaq, asılaraq, elertrik cərəyanma birləşdirilərək və s. 
qeyri-insani üsullarla qətlə yetirilmişlər.  Etnik azərbaycanhlara 
qarşı  cinayətlər Quqark,  Kalinin,  Gorus,  Stepanavan, Vardenis, 
Masis,  Spitak,  Ararat,  Kirovakan,  İcevan,  Krasnoselo,  Yexek- 
nadzor,  Amasiya,  Qafan,  Abovyan,  Sisyan,  Sevan,  Noyember- 
yan, Meğri və digər rayonlarmda xüsusi qəddarlıqla həyata ke- 
çirilmişdir  [2].
Etnik zəmində həyata keçirilən bu cinayət əməlləri rəsmı Ye- 
revan tərəfindən qabaqcadan düşünülmüş və planlaşdırılmışdı. 
Belə  ki,  azərbaycanlılarm  öz  tarixi  vətənlərindən  deportasiya 
edilməsinə,  onların  məskunlaşdığı  yaşayış  məntəqələrinə  hü- 
cumlara Ermənistan hökumətinin məmurları, milis və prokuror- 
luq əməkdaşları, rayon partiya komitələrinin katibləri rəhbərlik 
edirdi.  Şübhəsiz  ki,  SSRİ  rəhbərliyi,  xüsusən  də  M.Qorbaçov 
Ermənistan rəhbərliyinin bu  cinayətkar əməllərindən xəbərdar 
idi.  Lakin  SSRİ  rəhbərliyi  Ermənistan  ərazisində  azərbaycanlı 
əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmə faktlarma görə 
təhqiqatlarm  aparılması barədə  qərar qəbul etmədi,  bu cinayət 
əməllərinin təşkilatçıları və icraçılarını məsuliyyətə cəlb etmədi.
Qeyd  edilməlidir  ki,  beynəlxalq  hüquq  normalarına  əsasən 
hər hansı milli, etnik və ya dini qrupun üzvlərinin öldürülməsi, 
belə  qrupun  üzvlərinə  ciddi  bədən  xəsarəti  və  ya  əqli  pozun- 
tularm  yetirilməsi,  hər  hansı  qrupun  tam  və  ya  tədricən  fi- 
ziki  məhvinə  gətirib  çıxaran  əvvəlcədən  düşünülmüş  həyat 
şəraitinin  yaradılması  belə  qrupa  qarşı  soyqırımı  (genosid) 
cinayəti  kimi  qiymətləndirilir  [3].  Beləliklə,  beynəlxalq  hü- 
quq  normalarma  əsasən  Ermənistan  rəsmi  hakimiyyətinin  et- 
nik  azərbaycanlılara  qarşı  həyata  keçirdiyi  əməllər  genosid
w w w .elkhan-suleym anov.az
cinayətləri kimi qiymətləndirilməlidir.
Daha  sonra  Ermənistan  hakimiyyəti  öz  ərazisində  yaşayan 
azərbaycanlıları  öz  tarixi  torpaqlarmdan  deportasiya  etməklə 
kifayətlənməmiş  və  1988-1994-cü  illərdə  Azərbaycana  qarşı 
silahlı  təcavüz  etmişdir.  Azərbaycana  qarşı  silahlı  döyüşlərdə 
Ermənistanın  silahlı  qüvvələri  ilə  yanaşı,  dünyanm  müxtəlif 
ölkələrinin  vətəndaşları  olan  etnik  ermənilərdən  ibarət  silahlı 
muzdlular  dəstəsi  və beynəlxalq  erməni  terror  təşkilatları  işti- 
rak  etmişlər.  Ermənistanm  Azərbaycana  qarşı  hərbi  təcavüzü 
nəticəsində  Azərbaycan  torpaqlarınm  20  faizi,  o  cümlədən 
keçmiş  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  (DQMV),  eləcə  də 
ona  bitişik  olan  7  rayonunun  (Laçm,  Kəlbəcər,  Ağdam,  Füzu- 
li,  Cəbrayıl,  Qubadlı və Zəngilan rayonları)  əraziləri işğal edil- 
mişdir. Bundan əlavə Azərbaycanın cəbhəyanı və Ermənistanla 
sərhədyanı  rayonlarının  da  bir  sıra  yaşayış  məntəqələri  işğal 
olunmuş (Naxçıvan MR,  Qazax, Tərtər, Ağcabədi, Gədəbəy) və 
ciddi  zərər  (Ağstafa,  Beyləqan,  Tovuz)  vurulmuşdur.  Hazırda 
Dağlıq  Qarabağ  və  ona  bitişik  ərazilər  də  daxil  olmaqla,  Nax- 
çıvan  Muxtar  Respublikasmm  işğal  olunmuş  2  kəndindən  1-i, 
Ağdam rayonunun işğal olunmuş 82 kəndindən 80-i, Füzuli ra- 
yonunun işğal  olunmuş  76  kəndindən 54-ü,  Tərtər rayonunun 
13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 7-si 
hələ də işğal altmda qalmaqdadır.
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin 
sülh yolu ilə həllinə nail olmaq məqsədilə  1992-ci ilin martında 
ATƏT-in  Minsk  qrupu yaradıldı və  BMT bu  münaqişənin həlli 
məsələsini  həmin qrupa həvalə etdi.  Sonradan ATƏT-in  Minsk 
qrupunun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu 
formalaşdırıldı.  Həmsədrlər  1997-1998-ci  illərdə  münaqişənin 
həlli  ilə  bağlı  üç  təklif  irəli  sürmüş,  lakin  bu  təkliflər  qəbul 
edilməmişdir. 2007-ci ildən etibarən Azərbaycan vo Ermənistan 
prezidentləri  səviyyəsində  danışıqlar  ATƏT-in  Minsk  qrupu- 
nun  həmsədrləri  tərəfindən  Dağlıq  Qarabağ  münaqişəsinin 
tənzimlənməsinin əsas  prinsiplərini özündə  əks etdirən  "Maq- 
rid  prinsipləri"  çərçivəsində  aparılır.  Bu  prinsiplər  10  iyul
w w ıo.elkhan-suleymanov.az
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə