Əlyazması hüququnda h üseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»


Azərbaycanda lizinqin inkişaf perspektivləri



Yüklə 0,84 Mb.
səhifə43/54
tarix01.01.2022
ölçüsü0,84 Mb.
#50276
1   ...   39   40   41   42   43   44   45   46   ...   54
Huseynova narmin

Azərbaycanda lizinqin inkişaf perspektivləri.

    Özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksi olan lizinq sahibkarlığın inkişafına dəstək verən  əsas maliyyə alətlərindəndir. İnkişaf etmiş ölkələrdə əsas vəsaitlər fondunun yenilənməsində uzunmüddətli maliyyələşmə olan lizinqdən geniş istifadə edilir. Bəz Azərbaycanda bu sahədə vəziyyət necədir? Respublikamızda Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) fəaliyyət göstərir.

 Tarixi arayış

Ölkəmizdə  lizinqin tarixini və inkişafını iki mərhələyə ayırmaq olar. Respublikamızda lizinq  haqqında ilk qanun 1994-cü ildə qəbul edilmişdir (bu, MDB məkanında  lizinq haqqında ilk qanun idi).  Lakin Azərbaycanda lizinqin inkişafı, əsasən, 2003-cü ildən başlayır. 2003-cü ildən 2008-ci ilə qədər lizinq şirkətlərinin portfelində hər il ən azı iki dəfə artım müşahidə edilirdi. Lakin 2008-ci ildən bəzi imtiyazlar dayandırıldığına görə, Azərbaycanın lizinq bazarındakı artım nisbətən azaldı. Məsələn, 2008-ci ildə lizinq bazarının portfel həcmi  200 milyon ABŞ dollarına çatmışdısa,  2010-2011-ci illərdə bu rəqəm 150 milyon dollardan artıq olmamışdır.



Maliyyələşmə mənbələri

Ölkəmizdə lizinq şirkətləri həm yerli bankların, həm də xarici kapitalın iştirakı ilə yaradılır. Son iki ildə, əsasən, xarici maliyyə kapitalının iştirakı ilə lizinq şirkətləri yaradılıb. Xarici kapital həm ucuzdur, həm də uzunmüddətlidir. Lakin lizinq şirkətləri kapitallaşma problemləri ilə üzləşirlər. Onların kapital səviyyələri xaricdən maliyyə vəsaiti cəlb etməyə imkan vermir.

 Maliyyə böhranı və lizinq

Dünya maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirsiz ötdüyündən lizinq bazarına da elə bir ciddi təsir göstərməmişdir. Yəni bəzi lizinq şirkətlərinin portfelində azalma müşahidə edilsə də, bu müddətdə bağlanan və ya iflasa uğrayan lizinq şirkətləri olmamışdır. Sadəcə, bir çox lizinq şirkətləri  hər hansı layihənin icrasına ehtiyatla yanaşmışlar, bəzi şirkətlər isə ümumiyyətlə, böhran bitənə qədər maliyyələşmə aparmamışlar.



Əlverişli sahələr

Azərbaycanda lizinqin bir çox sahələrdə inkişaf perspektivi var. Məsələn, kənd təsərrüfatı məhsullarının saxlanması məqsədilə soyuducu avadanlıqların, saxlanma anbarlarının, o cümlədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istilik avadanlıqlarının, telekommunikasiya sahəsində bahalı avadanlıqların uzun müddətə maliyyələşməsi sahəsində lizinq sərfəli ola bilər. Hazırda Azərbaycanda lizinq daha çox tikinti və kənd təsərrüfatı sektorunun payına düşür. 

 Rəqabət mühiti

Bu gün lizinq şirkətləri üçün perspektivli sahələrdən biri də kənd təsərrüfatıdır. Lakin respublikada fəaliyyət göstərən lizinq şirkətləri «Aqrolizinq» şirkəti  ilə rəqabətə girə bilmədiyindən, bu sahə onların fəaliyyət dairəsindən kənarda qalır və ya cüzi bir həcm təşkil edir.  Məlumdur ki, Aqrolizinq şirkət bu gün xeyli imtiyazlara malikdir, dövlət büdcəsindən güzəştli maliyyələşmə əldə edir və cüzi faizlərlə və ya faizsiz texniki avadanlıqları kənd təsərrüfatında işləyən sahibkarlara lizinqə verir. Lakin digər lizinq şirkətləri Aqrolizinqə verilmiş imtiyazlardan və güzəştli maliyyə vəsaitlərindən kənarda qalır.

Bununla yanaşı, lizinq şirkətləri geniş maliyyə resurslarına malik banklarla rəqabətə girə bilmirlər və bu da lizinq sektorunun zəifləməsinə və lizinq portfelinin aşağı düşməsinə gətirib çıxarır.

Azərbaycanda sürətlə inkişaf edən bir çox sahələrdə lizinqdən istifadə edilməsi məqsədəuyğun olardı. Belə ki, telekommunikasiya, informasiya texnologiyaları, tikinti, nəqliyyat, infrastruktur layihələrində, kənd təsərrüfatı, emal sənayesi, yüngül sənaye və digər inkişafda olan sahələrdə lizinqdən geniş istifadə edilə bilər ki, bu da respublikada lizinq sektorunun inkişafına güclü təkan vermiş olardı.

Bu gün Azərbaycanın lizinq  potensialından hələ tam istifadə olumur. Məsələn, inkişaf etməkdə olan  ölkələrdə  ÜDM-in ən azından 2,4%-ni, inkişaf etmiş ölkələrdə isə 5%-ni lizinq sektorunun payı  təşkil etdiyi halda, bu göstərici  Azərbaycanda  0,4%-dir.

Qanunçuluq

Respublikamızda lizinq münasibətlərinin formalaşması «Lizinq xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu [1] və Azərbaycan Respublikasının «Mülki Məcəlləsi» ilə tənzimlənir. Mülki Məcəllənin 747-751-ci maddələri lizinqu münasibətlərə həsr olunmuşdur [2]. Azərbaycanda lizinqin inkişafı üçün, ilk növbədə, vahid qanuna ehtiyac var. Qanunvericiliyin məhdud olması səbəbindən hazırda lizinq şirkətləri operativ lizinq xidməti göstərə bilmirlər. Halbuki dünyada operativ maliyyə lizinqindən daha çox istifadə olunur. Lizinq haqqında hazırkı vergi qanunvericiliyi lizinqə verilən əmlakın 18% bahalaşmasına səbəb olur. Lizinq alan ƏDV-ni əvəzləşdirə bilmədiyi və 18% itirdiyi üçün, təbii ki, kreditlə bağlı banklara müraciət edir.  Digər bir məqam əvvəllər 2 əmsalla tətbiq olunan sürətli amortizasiyanın ləğv edilməsi ilə əlaqədardır. Halbuki sürətli amortizasiya lizinq sektorunda əsas vəsaitlərin yenilənməsi üçün olduqca vacibdir. Buna görə lizinq haqqında vergi qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac duyulur.

     Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası

  ALŞA Azərbaycanda lizinq sektorunun lobbiçiliyindən, lizinq şirkətlərinin maraqlarını təmsil etməklə dövlətlə lizinq sektorunun əlaqələndiricisi funksiyasını yerinə yetirir. Bazarın bütün aktiv iştirakçıları ALŞA-nın üzvləridir. Hazırda ALŞA-da lizinq sahəsini, qanunvericiliyi, maliyyə sektorunu yaxşı bilən  mütəxəssislər toplaşmışdır. Beynəlxalq səviyyədə ALŞA Rusiya, Türkiyə, Belarus, Avropa ölkələrinin lizinq assosiasiyaları ilə əməkdaşlıq edir.  Artıq MDB məkanında lizinq assosiasiyalarının vahid qurum şəklində  birləşməsi nəzərdə tutulur və hazırda  bu qurumun nizamnaməsi və digər hüquqi sənədləri müzakirə olunur və bu il fəaliyyətə başlaması planlaşdırılır. 

Azərbaycanda fəaliyyət göstərən əsas lizinq firmaları və şirkətləri aşağıdakılardan ibarətdirlər:


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin