Əlyazması hüququnda Məmmədli Nicat Nizami oğlu (magistrantin a. S. A.) «kommersiya münasiBƏTLƏRİNİN İdarə ediLMƏSİ yollari və onlarin təKMİLLƏŞDRİLMƏSİ»



Yüklə 0.57 Mb.
səhifə1/6
tarix10.07.2017
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda

Məmmədli Nicat Nizami oğlu

(MAGİSTRANTIN A.S.A.)



«KOMMERSİYA MÜNASİBƏTLƏRİNİN İDARƏ EDİLMƏSİ YOLLARI VƏ ONLARIN TƏKMİLLƏŞDRİLMƏSİ»

mövzusunda



MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: 060411 «Kommersiya»

İxtisaslaşma: «Kommersiya fəaliyyəti»

Elmi rəhbər Magistr proqramının rəhbəri



dos. M.Q. Əkbərov prof. A.H. Səmədov

______________________ _______________________

Kafedra müdiriv



dos. M.Q. Əkbərov

_______________________

BAKI - 2016

M Ü N D Ə R İ C A T
GİRİŞ ……………………………….……..........…………………………………. 3

I FƏSİL. İDARƏETMƏNİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI.

KOMMERSİYA MÜNASİBƏTLƏRİNİN İDARƏ EDİLMƏSİNİN

SƏMƏRƏLİLİYİ
§ 1.1 İdarəetmə nəzəriyyəsinin və praktikasının xarakterik

xüsusiyyətləri ......................................................................................... 6
§ 1.2. İdarəetmə qərarları: mahiyyəti və xüsusiyyətləri.

İdarəetmə qərarlarının qəbul olunması prosesi .............................. 15
§ 1.3. İdarəetmənin strategiyasının işlənilməsində menecmentin və

marketinqin yeri və rolu ................................................................... 25

II FƏSİL. KOMMERSİYA MÜƏSSİSƏSİNDƏ İDARƏETMƏ

PROSESLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI
§ 2.1. Rəqabət şəraitində kommersiya müəssisəsinin idarə

edilməsinin xüsusiyyətləri …………….............….....………............43
§ 2.2. Kommersiya müəssisələrinin effektiv idarə edilməsi yolları ......... 52
§ 2.3. Kommersiya müəssisələrində sahibkarlıq qərarlarının

modelləşdirilməsi və optimallaşdırılması metodları ….................... 58

Nəticə və təkliflər ………........................……….….............…..………..……....... 70
İstifadə olunmuş ədəbiyyat siyahısı …………..........……...................……...…... 79
Резюме
Resume

G İ R İ Ş

Mövzunun aktuallığı. Biznes fəaliyyəti sahəsində uğurların əldə edilməsi amillərindən biri sahibkarın iqtisadi fəaliyyətinin informasiya məkanının təşkil olunmasıdır.

XX əsrin sonu göstərdi ki, informasiya resursu həm bütövlükdə ölkənin, həm də ayrılıqda hər bir müəssisənin, müxtəlif mülkiyyət formasında fəaliyyət göstərən təşkilatın, fərdi şəxsin əsas rifah halına çevrilir. İnformasiya – iqtisadiyyatı və insanın həyat fəaliyyətinin bütün sferalarını - əmək, məişət, asudə vaxtını, siyasəti əhatə edir. Təbii və insanın digər həyat sferaları ilə yanaşı, kommunikasiya şəbəkələri vasitəsilə insanları bir-diri ilə birləşdirən informasiya sferası insanların həyat fəaliyyətinin ayrılmaz bir hissəsinə çevrilmişdir.

Cəmiyyətin və iqtisadiyyatın informatizasiyalaşdırılması elmtutmlu istehsalların inkişafını və iqtisadi fəaliyyətin bütün sahələrinə informasiya texnologiyalarının tətbiq olunmasını sürətləndirir, kütləvi kommunikasiya sistemlərinin qlobal inkişafını müəyyən edir , və bu da öz növbəsində ticarətin inkişafına və səmərəliliyinə də xüsusi təsir edir.

İnformasiyanın və informasiya texnologiyaların rolunun qlobal miqyasda görünməmiş səviyyədə artması, texnikada və xüsusilə, informasiya texnologiyalarında baş verən inqilabi dəyişiliklərin olması mövzunun aktuallığını müəyyən edir.

Bazar münasibətləri şəraitində sahibkarlıq fəaliyyətinin idarə olunması milli rifahın bir mənbəyi kimi xüsusi maraq doğurur.

Sözün geniş mənasında idarəetmə - bioloji, sosial, texniki, təşkilati sistemlərin bir funksiyası kimi həmin sistemlərin bütövlülüyünü, onların strukturunu və müəyyən iş rejimini təmin edir.

İdarəetmə bir sistem kimi idarəetmə təsirlərinin işlənilməsini və həyata keçirilməsini nəzərdə tutur. İdarəetmə sistemində: idarəolunan sistem və idarəedən sistem, yəni idarəetmə subyekti fərqləndirilir.

Ölkənin təsərrüfat sistemi çox mürəkkəb bir sisitemi özündə cəmləşdirir. Onun tərkibində olan əlaqələrin, məqsdələrin, halqa və elementlərin sayı həddindən artıq çoxdur. Buna görə də idarəetmənin (o cümlədən ticarət sahəsində) əsas vəzifəsi sistemin daha səmərəli işləməsi üçün lazım olan şəraitin daimi olaraq saxlanılmasının təmin olunmasından ibarətdir. Müasir iqtisadi konsepsiyaların sürətlə dəyişilməsi (transforma­siyası), iqtisadi paradiqmaların inkişafı bütün səviyyədən olan mütəxəssislərdən, rəhbərlərdən yüksək səriştəlik və peşəkarlıq, me­necment sahəsində dərin nəzəri biliklərin olmasını tələb edir.

Buna görə də kommersiya münasibətlərinin idarəedilməsi mexanizminin araşdırılması və onun ölkə iqtisadiyyatı üçün əhəmiyyətliliyinin öyrənilməsi aktual bir problemdir. Buraxılış işində menecmentin yaranması, onun inkişaf tarixi, kommersiya münasibətlərinin idarəedilməsinin özünəməxsus xüsusiyyətləri, idarəetmə qərarlarının qəbul edilməsi haqqında məsələlər göstərilmişdir.

Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın əsas məqsədi bazar iqtisadiyyatı kommersiya münasibətlərinin idarəedilməsinin xarakterik xüsusiyyətləri, hazırda dünyada bu sahədə baş verən dəyişikliklərin öyrənilməsindən, idarəetmə metodlarının araşdırılmasından, əldə edilən nəticələr əsasında respublikada kommersiya fəaliyyətinin canlandırılması, ölkənin kommersiya müəssisələrinin dünyanın aparıcı ölkələrinin inkişaf təcrübəsindən istifadə olunması yollarının göstərilməsindən ibarətdir. Tədqiqatın vəzifələr dairəsi dissertasiya işinin strukturundan irəli gələrək araşdırılmışdır.

Tədqiqatın predmet və obyekti. Tədqiqatın obyekti kimi problemli vəziyyəti yaradan və öyrənilmə üçün seçilmiş proses və yaxud hal, hadisə, predmeti kimi isə bu obyektin hüdudlarında olanlar nəzərdə tutulur. Bu baxımdan dissertasiya işinin predmeti bütövlükdə kommersiyada idarəetmənin mahiyyəti ilə səciyyələnilir. Tədqiqat işinin obyekti kimi bütövlükdə kommersiya münasibətlərinin idarəedilməsinin işləmə mexanizminin təkmilləşdirilməsi məsələsi nəzərdən keçirilir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqatın informasiya bazasını araşdırılan mövzu üzrə yerli və xarici müəlliflərin elmi işləri, rəsmi və biblioqrafik mənbələr təşkil edirlər. Tədqiqatın alətlər bazası kimi daha çox nəticə verə bilən elmi dərketmə, araşdırmalar və təhlil metodlarından istifadə olunmuşdur. Elmi dərketmə metodları kimi empirik tədqiqatlar metodundan (müqayisəetmə və s.), həm empirik, həm də nəzəri tədqiqat səviyyəsində istifadə olunan metodlardan (təhlil, sintez və s.), həmçinin nəzəri tədqiqat metodundan istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat işində aparılan araşdırmalar əvvəlki ümumi yanaşmalardan özünün kompleksliliyi ilə fərqlənir, kommersiya fəaliyyəti sahəsində idarəetmənin yerinin müəyyən olunması və bu məsələdən irəli gələn xüsusiyyətlərin dərindən araşdırılması əsasında tədqiqat metodları tətbiq edilməklə maraqlı nəticələr əldə edilmişdir.

Tədqiqiatın praktiki əhəmiyyəti. Elmi tədqiqatın nəticələri kimi əldə olunan təkliflər praktiki əhəmiyyətliliyə malikdirlər və təcrübədə istifadə oluna bilər.

I FƏSİL. İDARƏETMƏNİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI.

KOMMERSİYA MÜNASİBƏTLƏRİNİN İDARƏ EDİLMƏSİNİN

SƏMƏRƏLİLİYİ

§1.1. İdarəetmə nəzəriyyəsinin və praktikasının xarakterik xüsusiyyətləri

Kommersiya fəaliyyətinin əsas proseslərinə aşağıdakılar aiddirlər:



  • Mövcud müəssisənin (topdan satış ticarəti) fəaliyyət obyekti olan məhsulun satılması;

  • digər müəssisələr tərəfindən istehsal olunmuş malların satışı üzrə kommersiya vasitəçiliyi;

  • özünün istehsalının lazımi resurslarla təmin olunması;

  • artıq resursların satışının təşkili.

Kommersiya fəaliyyəti - təşkilat kimi adlandırılan kompleks bir sistemin struktur tərkib hissələrindən biridir. Вütün struktur tərkib hissələrini, müəssisə sisteminin vahid nəticəyə can atması – mənfəətin əldə olunması birləşdirir. Bu zaman hər bir struktur tərkib hissələri özlərinin spesifik məqsədlərini reallaşdırmağa çalışır.

Marketinq fəaliyyətinin altsisteminin məqsədi müəssisənin vəziyyətini möhkəmləndirməkdən, həmçinin daha yaxşı perspektivlərin əldə olunmasının strategiyası və taktikasının işlənib hazırlanmasından ibarətdir. İstehsal fəaliyyəti altsistemi istehsal prosesinin ticarət texnologiyasına uyğun fasiləsiz olaraq həyata keçirilməsinə istiqamətlənmişdir. Kommersiya fəaliyyəti altsistemi – istehsal obyektlərinin istehlakçılara vaxtında çatdırılması məqsədini güdür.

Bir-biri ilə qarşılıqlı təsirdə olan idarəetmə sisteminin yaradılmasının obyektiv zəruriliyi Maykl Меskonun «Menecmentin əsasları» əsərində göstərilmişdir: «İdarəetmə - prosesdir, çünki məqsədlərə nail olmaq üçün iş – bu, hər hansı birdəfəlik hərəkət deyil, bir-biri ilə qarşılıqlı bağlılıqda olan fasiləsiz hərəkətlərin silsiləsidir. Bu hərəkətlərin hər biri özlüyündə prosesdir və müəssisənin uğur qazanması üçün çox vacibdirlər. Onları idarəetmə funksiyaları adlandırırlar. Hər bir idarəetmə funksiyası da özlüyündə bir prosesdir, çünki bir-bir ilə qarşılıqlı əlaqədə olan hərəkətlərdən ibarətdir. İdarəetmə prosesi, bütün funksiyaların ümumi məbləğindən ibarətdir». [17]

А.Fayol ictimai istehsalın idarəedilməsi nəzəriyyəsini yaratmış və burada müəssisənin potensial resurslarına əsaslanan idarəetmə prinsipləri ifadə olunmuşdur. О, idarəetmədə beş ilkin funksiyaları ayırmışdır: planlaşdırma, təşkiletmə, sərəncam vermə, əlaqələndirmə və nəzarət.

Fayolun inzibatçılıq nəzəriyyəsi.

Menecmentin «atası» hesab olunan Anri Fayol, böyük biznesdə rəhbərliyin yüksək səviyyəsində çalışmaq təcrübəsi olan adam idi. Anri Fayol ilk dəfə menecmentə sistemli baxmış, onun funksional əlamətlərinə, operativ planlaşdırma, təqvimi tənzimləmə, əlaqələndirmə (koordinasiya), təşkiletmə və nəzarətə əsasən başlıca prinsiplərini müəyyən etmişdir. Anri Fayol 20-ci əsrin əvvəllərində özünün «Ümumi və sənaye idarəedilməsi» əsərində menecmentin 14 prinsipini sistemləşdirib formalaşdırmışdır. Müasir dövrdə isə menecmentdə tətbiq edilən prinsiplərin sayı bir qədər də artmışdır. Anri Fayola görə menecmentin aşağıdakı prinsipləri vardır:


Əmək bölgüsü, Səlahiyyət və məsuliyyət, İntizam,Vahid rəhbərlik,Vahid istiqamət, Şəxsi marağın ümumi marağa tabe olması, Mükafatlandırma, Mərkəzləşdirmə, Pilləvari zəncir, Rejim, Ədalət, İş yerinin sabitliyi, Təşəbbüskarlıq, Birlik [12]. Elmi idarəetmə məktəbi XX əsrin əvvəllərində ABŞ-da inkişaf etmiş və onun əsasını əməyin elmi təşkili ideyası təşkil etmişdir. Bu məktəbin banisi F.Teylordur. Onun təlimi menecmentin müasir konsepsiyalarının əsas nəzəri mənbələrini təşkil edir. F.Teylorun «Elmi menecmentin prinsipləri» əsəri menecmentin bir elm və müstəqil tədqiqat sahəsi kimi qəbul edilməsinin başlanğıcı olmuşdur. F.Teylor hesab edirdi ki, menecment dəqiq qanunların, qaydaların planlaşdırmanın işin faktiki yerinə yetirilməsindən ayrılması prinsiplərinin əsasında duran bir elmdir. O, belə bir nəticəyə gəlmişdir ki, idarəetmə üzrə iş müəyyən ixtisasdır və təşkilat o halda uğur qazanır ki, hər bir işçi qrupu daha uğurla yerinə yetirdiyi işlə məşğul olsun. Elmi idarəetmə konsepsiyası nəticəsində menecment elmi tədqiqatların müstəqil sahəsi kimi qəbul edilmiş və sübut olunmuşdur ki, elm və texnikada tətbiq edilən metodlar müəssisə və təşkilatların fəaliyyətində də səmərəli surətdə istifadə oluna bilər. Elmi yanaşma konsepsiyasının müəllifləri tədqiqatlarını əsas etibarilə istehsalın idarə edilməsi problemlərinə, o cümlədən istehsalın səmərəliliyinin yüksəldilməsi məsələlərinə həsr etmişlər. Klassik və ya inzibati idarəetmə məktəbi bütünlükdə təşkilatın idarə edilməsinin ümumi problemlərinin və prinsiplərinin hazırlanmasına yönəldilmişdir. Bu konsepsiya hədlərində XX əsrin 20-ci illərində firmanın təşkilat strukturu, müəyyən iyerarxiyaya malik qarşılıqlı əlaqələr sistemi kimi ifadə edilmişdir. Bu halda təşkilata qapalı sistem kimi baxılırdı. Onun fəaliyyətinin yaxşılaşdırılması xarici mühitin təsiri nəzərə alınmadan firmadaxili səmərəli fəaliyyətlə təmin edilirdi. Eyni zamanda aydın oldu ki, məqsədə daha səmərəli surətdə çatmaq üçün təşkilatı sistemləşdirilmiş qaydada idarə etmək olar. Bu konsepsiya həm də idarəetmənin klassik nəzəriyyəsi adlandırılır. İdarəetmənin klassik (inzibati) məktəbinin nümayəndələrindən biri olan A.Fayolun konsepsiyasına görə «idarəetmə - öncəgörmə, təşkiletmə, sərəncamvermə, razılaşdırma və nəzarətetmə» deməkdir. Alimin bu fikri 1923-cü ilə aiddir. O dövrdə idarəetmə nəzəriyyəsi yenicə inkişaf etməyə başlamışdı. A.Fayol idarəetməyə (onun təbirincə inzibatçılıq) firmanın ehtiyatlarından və imkanlarından daha səmərəli və optimal istifadə etməklə sahibkarlıq fəaliyyətinə yönəldilmiş prinsiplərin, qaydaların və fəndlər in məcmusu kimi baxırdı. İdarəetmə nəzəriyyəsinə A.Fayolun başlıca töhfəsi ondan ibarət olmuşdur ki, o, idarəetməyə planlaşdırma, təşkil və nəzarət kimi bir neçə qarşılıqlı əlaqədar funksiyalardan ibarət olan universal proses kimi baxırdı. Eyni zamanda istehsalın təşkili və idarə edilməsinin strukturunun qurulması prinsiplərini də A.Fayol hazırlamışdır. A.Fayol klassik idarəetmə nəzəriyyəsini əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. O, əlaqələndirmə və nəzarət kimi funksiyalara bölməklə, inzibatçılıq nəzəriyyəsini yaratdı. O inzibati fəaliyyət prinsipini təsis etmişdir. Bu prinsiplər əmək bölgüsünü, rəhbərlik və amiranəliyin vəhdətini, fərdi (o cümlədən şəxsi) marağın ümumi marağa tabeçiliyini, işçilərin təşəbbüskarlığını və sairəni təmin edən idaretmə fəaliyyətinin təşkilini nəzərdə tuturdu.

A.Fayol idarəetmənin müxtəlif mərhələlərində idarəetmə fəaliyyətinin xüsusiyyətlərini təhlil edərək, ixtisaslı işçilərin, ustaların, sex müdirlərinin, direktorların və yüksək müəssisə rəhbərlərinin hazırlanması tədəblərini qısa və dürüst ifadə etmək üçün cəhd göstərmişdir.

İqtisadi fəaliyyət kommersiya işinin yerinə yetirilməsinin rasionallıq dərəcəsinin qiymətləndirilməsini həyata keçirir və öz hərəkəti ilə kommersiya proseslərinə dayaq olur.

Kommersiya fəaliyyətinin məqsədlərini iqtisadi ədəbiyyatda kəmiyyət və keyfiyyət məqsədlərinə bölürlər, оnların hər birinin əhəmiyyətliliyinin müəyyən olunması kommersiya fəaliyyəti prosesinin idarəedilməsi üçün lazımlıdır. Kommersiya fəaliyyətinin məqsədləri planlaşdırma, təşkiletmə, uçot və nəzarət, təhlil və nizamlama yolu ilə vahid sistem çərçivəsində onun idarəedilməsi vasitəsilə əldə olunurlar.

Kommersiya fəaliyyətini həyata keçirən bütün struktur bölmələri bir-biri ilə müəyyən münasibətdə, üzvi əlaqədə və qaşılıqlı təsirdədirlər. Sistemli təhlil bu münasibətləri açmağa, struktur vahidləri arasında qarşılıqlı əlaqələri tədqiq etməyə və kommersiya fəaliyyətinin idarəedilməsinin təkmilləşdirilməsi üzrə praktiki təklifləri işləyib hazırlamağa imkan verir.

Ticarət müəssisəsinin kommersiya fəaliyyətinə idarəetmə baxımından əsas yanaşmaları yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, o, müəssisənin biznes-modelini əks etdirir və müəssisənin inkişaf strategiyası ilə müəyyən olunan son nəticənin əldə olunmasına yönəldilmiş və məntiqi bağlılıqda olan biznes-proseslərin ardıcıllığını göstərir. Hər bir biznes-proses müəyyən bir hadisənin baş verməsi ilə (biznes-prosesin girişi) başlanır, yeni hadisə ilə - biznes-prosesin yerinə yetirilməsinin nəticəsi ilə (biznes-prosesin çıxışı) başa çatır. Bu hadisələr biznes-proseslər arasında əlaqələri təşkil edirlər.

Biznes-proses – biznes-funksiyaların məcmusunu ifadə edir ki, onlar da müəssisənin fəaliyyət məqsədlərinə çatmağa yönəldilmiş işlərin bir-biri ilə bağlı zəncirini təşkil edirlər.

Ticarətin ictimai təkrar istehsal sistemində oynadığı rol, müvafiq funksiyaların yerinə yetirilməsini nəzərdə tutur.

Ticarət müəssisələrində kommersiya funksiyalarını aşağıdakı şək.1-də göstərildiyi kimi ayırıb qeyd eləmək lazımdır.

Kommersiya funksiyalarıının yerinə yetirilməsi zamanı bazarın iqtisadi qanunlarına, maliyyə siyasətinə və kommersiya hüququna əsaslanmaq, kommersiya fəaliyyətinin strategiyasını işləyib hazırlamaq və onun effektivliyini qiymətləndirmək lazımdır. Hadisənin yaranması zamanı maddi-informasiya resurslarının biznes-proseslər arasında ötürülməsi, biznes-proseslərin yerinə yetirilməsi nəticəsində isə - resursların yenidən dəyişilməsi həyata keçirilir.



Alışların idarəedilməsi

Malların çeşidinin idarəedilməsi

Planlaşdırma, operativ uçot və nəzarət

Mal ehtiyatlarının idarəedilməsi



Marketinqin idarəedilməsi

Satışların idarəedilməsi

Alıcılara xidmətlərin göstərilməsi

Müəssisənin kommersiya xidmətləri

Kommersiya üzrə direktor

Şəkil 1.1. Ticarət müəssisələrində kommersiya fəaliyyətinin funksiyaları


Göstərilən nəzəri əsaslar müəssisənin bazar şəraitində kommersiya fəaliyyətinin idarəedilməsinə yanaşmalar haqqında təsəvvür yaradır.

Kommersiya fəaliyyətinin idarəedilməsinin ümumi funksiyalarından başqa, əlaqələndirici proseslərin iki tipini də fərqləndirirlər ki, onlarsız idarəetmə funksiyalarını həyata keçirmək mümkün deyildir. Bunlara: informasiya təminatı və qərarların qəbul olunması aiddirlər. Təşkilatın informasiya sisteminin fəaliyyətinin effektivliyi funksiyaların həyata keçirilməsinin keyfiyyətini müəyyən edir. Onun əsas tərkib hissələri: informasiya axınlarının nizamlanması və müasir informasiya texnologiyalarıdır. Daxili və xarici mənbələrdən alınan ilkin məlumatlar informasiyaya çevrilir və onların əsasında kommersiya fəaliyyətində qərarların qəbul olunması həyata keçirilir.

Kommersiya fəaliyyətinin idarəedilməsi prosesində idarəetmənin: fəaliyyətin göstəricilərinin iqtisadi təhlili, tələbin və satışın proqnozlaşdırılması və s. funksiyalarından istifadə olunur.

Bu zaman idarəetmə, kommersiya proseslərinin effektivliyinin qaldırılması və müəssisənin son məqsədlərinin əldə olunması məqsədilə əməkdaşların işinin optimallaşdırılmasına yönəldilir.

Beləliklə, bazara doğru yönəldilmiş idarəetmə sistemi, təkcə strukturun təşkilini və müəssisənin fəaliyyətə cəlb olunmuş proseslərinin qarşılıqlı əlaqədə olan məcmusunu deyil, həmçinin onların bütün xarici amillərlə uzlaşmasını da nəzərdə tutur.

Kommersiya münasibətlərinin idarəedilməsi idarəetmə sənətinə arxalanır və bu sənət həm qədim olduğu kimi, həmçinin bir elm kimi müasirdir. İdarəetmə böyük siyasi, iqtisadi, texnoloji, sosial və etik sistemlərin bir hissəsi olmaqla yanaşı, həm də ciddi elmi-metodiki əsasa malikdir və özünün şəxsi konsepsiyalarına, prinsiplərinə və metodlarına əsaslanir.

İdarəetmə nəzəriyyəsi təkcə onun özünə məxsus olan tədqiqat predmetinə malikdir, o, idarəetmə prosesinin təşkilinin qanunauyğunluqlarını, insanlar arasındakı münasibətləri öyrənir, tədqiqat obyektinə xas olan metodoloji üsulları müəyyən edir, idarəetmə obyektinə fəal təsir metodlarını və sistemlərini işləyib hazırlayır, öyrənilən proseslərin proqnozlaşdırılması və qabaqcadan görülmə üsullarını müəyyən edir. Hadisələrin, vəziyyətlərin qeyd olunması və sistemləşdirilməsi, qanunauyğunluqların açılması, praktiki nəticə və təkliflərin işlənilib hazırlanması üçün onlar arasında əlaqələrin müəyyən olunması, – bütün bunlar hər bir elmin, o cümlədən, idarəetmə elminin əsas vəzifələrindən biridir. [4]

İdarəetmə təkcə elm deyil, həm də sənət olduğu üçün intuisiyanın idarəetmə qərarlarının qəbul olunmasında rolu xüsusilə böyük və məsuliyytəlidir. İdarəetmə nəzəriyyəsi və sənəti özünün minillik tarixinə malikdir və damla-damla yığılmış biliklər, təcrübələr bizim yaddaşımızda saxlanılmaqdadır.

İdarəetmə nəzəriyyəsi həyatın konkret vəziyyəti üçün hazır tövsiyyə verə bilməz və hər bir insan intuisiyaya və öz şəxsi təcrübəsinə əsaslanaraq qərar qəbul edir. Lakin hər bir improvizasiya qanunlara dərindən yiyələnməyə, elmi cəhətdən əsaslandırılmış və insan tərəfindən başa düşülən ustalıq metodlarına əsaslanır.

İdarəetmə sənəti – insanın informasiya və vaxt çatışmazlığı şəraitində qeyri-adi qərar qəbul etmək bacarığıdır. Bunun əsasında idarəetmə elminin metodologiyası və və prinsipləri durur ki, bu da öz növbəsində, elmlərin inteqrasiya dövrünün fənni sayılır və avtomatik nizamlanmanın, informasiya nəzəriyyəsinin, kibernetikanın, iqtisadiyyatının nailiyyətlərinə əsaslanır və cəmiyyətin ictimai həyatının əsas konsepsiyalarının dəyişmələrinə münasibətini göstərir. Eyni zamanda, idarəetmə sənəti psixologiyanın, məntiqin, etikanın, ritorikanın, fəlsəfənin, hüququn ümumbəşər nailiyyətlərini, həmçinin şəxsiyyətə təsir metodlarını və müxtəlif dini qurumların sosiumlarını özündə cəmləşdirmişdir.

Bir sözlə, səmərəli idarəetmə üçün onun nəzəri əsaslarını bilməli, praktiki əsaslara və praktiki təcrübəyə malik olmalı, nəzəriyyə və praktikadan yaradıcılıqla istifadə etməli, yəni idarəetmə sənətinə malik olmak lazımdır.

Beləliklə, idarəetmə elminin məqsədi – idarəetmənin prinsiplərinin, strukturunun, metodlarının və texnikasının öyrənilməsi və təkmilləşdirilməsidir. İdarəetmənin optimal metodlarının axtarışı daimi olaraq həyata keçirilir və bu, geniş diapazonda – texnoloji metodlardan (əl ilə, avtomatik, telemexaniki idarəetmə, Avtomatlaşdırılmış İdarəetmə Sistemləri - AİS) tutmuş, iqtisadi, inzibati və sosial-psixoloji metodlaradək həyata keçirilir. İdarəetmə metodunu qarşıya qoyulan vəzifələr çatmaq üçün idarəedilən sistemə təsir vasitəsi kimi müəyyən etmək olar. İdarəetmə metodları adətən bir-birlərini tamalayırlar, onların seçimi hər hansı istənilən əsas metodların iqtisadi məqsədəuyğunluğu, vaxtlı-vaxtında olması və əldə edilməsi ilə bağlıdır.


Psixologiya



İdarəetmə

sənəti


Fəlsəfə


Məntiq



Din


Ritorika



İdarəetmə nəzəriyyəsi

Hüquq

Etika


Sosiologiya




Siyasət


İqtisadiyyat

Kibernetika

İnformasiya nəzəriyyəsi

Avtomatik nizamlama nəzəriyyəsi

Şəkil 1.2. İdarəetmə sənətinin “geneоloji ağacı” [6]


Şəkil 1.2.-dən göründüyü kimi, idarəetmə sənətinin geneoloji ağacı idarəetmə nəzəriyyəsi ilə sıx əlaqədə olan müxtəlif elmlərin və biliklərin, o cümlədən psixologiya, məntiq, ritorika, etika, fəlsəfə, din, hüquq, sosiologiya ilə, siyasətlə, iqtisadiyyat elmi ilə, kibernetika, informasiya nəzəriyyəsi və avtomatik nizamlama nəzəriyyəsi ilə sıx əlaqəsi vasitəsilə mövcuddur. Sahibkarlıq qərarı kompleks bir hal olduğu üçün bu, tamamilə təbii bir haldir, Sahibkarlıq qərarlarının mahiyyətinin dərk olunması üçün onun aşağıdakı yanaşmaları nəzərdən keçirmək lazımdır:

1) psixoloji yanaşma – sahibkarlıq qərarı ilk növbədə, məntiqi-dərkolunma aktı kimi nəzərdən keçirilir, yəni idarəetmə subyektinin müəyyən problemin həllinə yönəldilən daxili şüurlu fəaliyyətidir;

2) informasiya yanaşma– qərarın qəbul olunması prosesi, ilkin informasiyanın idarəetmə qərarının informasiyasına çevrilməsi prosesi kimi nəzərdən keçirilir, qərarın özü isə idarəetmə subyekti tərəfindən xüsusi olaraq toplanmış, təhlil olunmuş və işlənilmiş informasiya kimi başa düşülür;

3) hüquqi yanaşma- qəbul olunan sahibkarlıq qərarlarının hüquqi tərəfinə fikir verilir. Qərar, bu zaman ilk növbədə, idarəetmə subyekti tərəfindən müəyyən olunmuş qaydada qəbul olunmuş və lazımi qaydada rəsmiləşdirilmiş təşkilati-hüquqi akt kimi nəzərdən keçirilir;

4) təşkilati yanaşma – sahibkarlıq qərarı, idarəetmə subyektinin praktiki fəaliyyətini təşkil edən rəhbərin iradəli hərəkətinin məqamlarından biri kimi müəyyən olunur.

Kommersiya münasibətlərinin idarə edilməsi prosesində meydana çıxan çoxsaylı problemlərinin həll olunması bir sıra çətinlikliklərlə bağlıdır, və bunun da səbəbi kəmiyyətlə ölçülə bilən proseslərlə, məsələn resursların kəmiyyət və dəyər ifadəsində məsrəfləri, enerji məsrəfi, metaltutumluluğu və s. bu kimi proseslərlə yanaşı elə proseslər fəaliyyət göstərirlər ki, onları obyektiv olaraq kəmiyyət qiymətləndirilməsi ilə ölçmək mükün deyildir. Qeyd eləmək lazımdır ki, belə halların təhlili və onların qiymətləndirilməsi, uzunmüddətli təcrübədən keçirildikdən və əldə olunan nəticələrin riyazi üsullarla işlənilməsindən sonra mümkündür.

İdarəetmə, özünün geniş mənasında – az vaxt və resurs məsrəfi ilə optimal nəticələrin əldə olunması üçün idarəetmə obyektinə (şəxsiyyət, kollektiv, texnoloji proses, müəssisə, dövlət) daimi təsir prosesidir. İdarəetmə sahəsindəki hər bir mütəxəssis idarəetmə nəzəriyyəsinə, təcrübəsinə və bacarığına malik olmağa borcludur, onlar öz fəaliyyət məqsədlərini dəqiq müəyyən etməyi bacarmalı, strategiya və taktikanı müəyyən etməli, idarəetmə qərarlarını qəbul etməli və onlara görə şəxsi məsuliyyət daşımalıdırlar.

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə