Əlyazması hüququnda Məmmədli Nicat Nizami oğlu (magistrantin a. S. A.) «kommersiya münasiBƏTLƏRİNİN İdarə ediLMƏSİ yollari və onlarin təKMİLLƏŞDRİLMƏSİ»


§2.1. Rəqabət şəraitində kommersiya müəssisəsinin idarə edilməsinin xüsusiyyətləri



Yüklə 0.57 Mb.
səhifə3/6
tarix10.07.2017
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6
§2.1. Rəqabət şəraitində kommersiya müəssisəsinin idarə edilməsinin xüsusiyyətləri
Rəqabət – bazarda çıxış eləyən müəssisələr arasında qarşılıqlı fəaliyyət, qarşılıqlı əlaqə və mübarizənin iqtisadı prosesi kimi öz məhsulunun satışı üçün əlverişli imkanların yaradılması, istehlakçıların tələbatının təmin olunmsası və daha çox gəlirin əldə olunması məqsədinı daşıyır.

Rəqabət (rəqabət aparmaq) bazar təsərrüfatı şəraitində iqtisadi münasibətlərin ifadəsidir.О, istehsal faktorlarının və yaxud cəmiyyətin iqtisadi resurslarının müəyyən inkişaf formasını ifadə edir. Rəqabət münasidətləri bazar iqtisadiyyatının bütün subyektləri arasında, tələb və təklif agentləri, rifahların (malların, xidmətlərin) stehlakçıları və istehsalçıları arasında yaranır. Bu münsaibətlər iqtisadi həyatın əsas sferalarını: istehsal, bölgü, mübadilə və istehlak sahələrini əhatə edirlər.

İqtisadi ədəbiyyatda «rəqabət» kateqoriyasının bir çox izahatları mövcuddur.

Klassik siyasi iqtisad məktəbinin izahatına görə rəqabət - mənfəət əldə olunması üçün tərəflər arasında olan yarışdır. Digər izahatlara görə rəqabət - təsərrüfat subyektləri arasında iqtisadi fəaliyyətin nəticələrinin müqayisə olunması üzrə olan münasibətlərdən ibarətdir.

Rəqabətin çoxsaylı izahatları bu kateqoriyanın mürəkkəbliyini və çox funksiyalılığını əks etdirir. Onu qeyd eləmək lazımdır ki, rəqabətdən kənarda bazar, təsərrüfat subyektlərinə iqtisadi təsir göstərmək imkanından məhrumdur.

Bazar rəqabəti - bazar iqtisadiyyatının bir sistem kimi normal özünüinkişafını təmin eləyən obyektiv zəruri mühitdir.

Hər bir iqtisadi subyektləri bazarda onların şəxsi iatisadi maraqları hərəkət etdirir. Təsərrüfat subyektlərinin heç kim tərəfindən qarşısı alınmayan şəxsi qərəzli maraqları bazar təsərrüfatının normal fəaliyyətini dağıda bilər. Belə olan halda vəziyyətin əlverişsiz inkişafı yolunda maneə kimi ancaq rıəqabət çıxış edə bilər. Rəqabət şəraitində daha çox gəlir əldə etmək üçün hər hansı bir subyektin şəxsi marağı digər subyektin çox da az olmayan marağı ilə toqquşur. Rəqabət mübarizəsində qalib gəlmək üçün məsrəflərin və qiymətlərin azalması baş verir, malların keyfiyyəti yaxşılaşır, istehlakçıların tələblərinə cavab verən malların istehsalı təşkil olunur və s. Başqa sözlə, rəqabət sahibkarlıq eqoizminə əlavə və ona qarşı kimi çıxış edir və onun təsərrüfat fəaliyyətini bütün cəmiyyətin . maraqlarına doğru yönəldir.

Rəqabətin bazar mexanizmi D.Rikardonun və digər klassik iqtisadi məktəb nümayəndələrinin əsərlərində daha dolğun və ardıcıl açıqlanmışdır.

Еще более полно и последовательно развивается действительный рыноч­ный механизм конкуренции у Д. Рикардо и других экономистов классического направления.

Rəqabətin məzmunu daha tam olaraq onun funksiyalarının təhlili zamanı açıqlanır.

Müasir bazar iqtisadiyyatında rəqabətin altı əsas funksiyalarını göstərmək olar:

1) nizamlayıcı;

2) allokasiya;

3) innovasiyalı;

4) adaptasiya olunmuş;

5) bölgü;

6) nəzarət edici.

Nizamlayıcı funksiya təklifə təsir olunması  və rəqabətin tələbə (istehlaka) optimal uyğun olan rifahların istehsalı nəzərdə tutulur. Bu funksiyanın devizi kimi aşağıdakı prinsip çıxış edir: ancaq onu istehsal edin ki, onu sata bilərsiniz, və onu satmağa cəhd göstərməyin ki, nəyi istehsal edə bilmisiniz.

Rəqabətin allokasiya funksiyası başqa cür yerləşdirmə funklsiyası (ingiliscə allocation - yerləşdirmə) adlanmaqla, istehsal faktorlarının özlərinin (ilk növbədə, əmək, torpaq və kapital) daha yüksək nəticə gətiən yerlərdə (təsərrüfat təşkilatlarında və regionlarda) effektiv yerləşdirilməsini ifadə edir.

Rəqabətin innovasiya funksiyası elmi-texniki tərəqqiyə söykənən və bazar iqtisadiyyatı subyektlərinin faktiki inkişaf  dinamizmini qabaqcadan müəyyən edən yeniliklərin müxtəlif hissələrində pzünü göstərir.

Adaptasiya funksiyası müəssisələrin (firmaların) daxili və xarici mühitin şəraitinə rasional uyğunlaşmağa yönəldilmişdir.

Rəqabətin bölgü funksiyası istehsal olunmuş rifahların (ümumi milli məhsulun) istehlakçılar arasında bölgüsünə birbaşa və dolayı təsir göstərir.

Və nəhayət, rəqabətin nəzarət funksiyası bazarın bir agentlərinin digər agentlər üzərində  inhisarçı diktatının olmasına yol verməməkdən ibarətdir.

Məşhur ingilis alımı, rəqabət sahəsində nüfuzlu alim M.Porterin tədqiqatlarına əsasən müəyyən bazarda rəqabətin vəziyyətinin beş rəqabət qüvvələri ilə xarakterizə etmək olar.




Şəkil 2.2. Sahədə rəqabəti müəyyən eləyən beş qüvvə

Rəqabətin beş qüvvəsi sahənin mənfəətliliyini müəyyən edir, çünki onlar qiymətlərə, vəsrəflərə, kapital qoyuluşlarının ölçülərinə təsir edirlər.

Yeni rəqiblərin yaranma təhlükəsi sahənin mənfəətliliyinin ümumi potensialını aşağı salır, çünki onlar sahəyə yeni istehsalat gücləri gətirirlər və satış bazarından pay almağa cəhd göstərirlər və bununla da mövqe üzrə mənfəəti aşağı salır.

Sahədə gedən şiddətli rəqabət mənfəətlilik səviyyəsini aşağı salır, çünki rəqabət qabiliyyətini saxlamağa görə əlavə xərclər çəkilməli (reklama, satışın təşkilinə, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə) və ya qiymətlərin aşağı düşməsi hesabına mənfəət istehlakçıya “axıb gedir”.

Əvəzedici malların mövcudluğu qiyməti məhdudlaşdırır: yüksək qiymətlər istehlakçıları əvəzedici ucuz mala müraciət etməyə sövq edə bilər və bu da sahədə istehsal həcmlərinin aşağı düşməsinə gətirib çıxara bilər.

Rəqabətin hər bir beş qüvvəsinin əhəmiyyəti sahənin strukturu ilə, yəni onun əsas iqtisadi və texniki xarakteristikaları ilə müəyyən edilir. Öz strategiyaları ilə firmalar bütün beş qüvvələri bu və ya digər tərəflərə dəyişə bilərlər.

Sahədəki mövqe – firmanın bütövlükdə rəqabətə yanaşması strategiyasından asılıdır. Sahədəki mövqeyi rəqabət üstünlüyü (competitive advantage) müəyyən edir.

Rəqabət üstünlüyü iki əsas növə bölünür:



  1. daha aşağı məsrəflər;

  2. malların fərqləndirilməsi.

Rəqabət üstünlüyü firma tərəfindən ayrı-ayrı fəaliyyət növlərini necə təşkil etməsi və həyata keçirməsi hesabına əldə olunur.

Rəqabət üstünlüklərini nəqədər çox vaxnda saxlamaq qabiliyyəti üç amildən asılıdır.



Birinci amil onunla müəyyən edilir ki, üstünlüyün mənbəyi nədən ibarətdir.

Aşağı dərəcəli üstünlükləri (ucuz işçi qüvvəsi və ya xammal) rəqiblər də asanlıqla əldə edə bilərlər.

Daha yüksək dərəcəli üstünlükləri (patentləşdirilən texnologiya, unikal mallar və ya xidmətlər ilə fərqlənmə, güclü marketinq fəaliyyətinə əsaslanan firmanın nüfuzu və ya müştərilərlə sıx əlaqələrin mövcudluğu) daha uzun müddət ərzində saxlamaq olur.

Rəqabət üstünlüklərinin saxlanılmasını müəyyən edən ikinci amil müəyyən firmanın aşkar rəqabətli istehsal mənbələrinin sayından asılıdır.

Rəqabət üstünlüyünün saxlanılmasının üçüncü amili – istehsalın və digər fəaliyyət növlərinin daima yeniləşdirilməsindən ibarətdir. Əgər üstünlüyü əldə saxlamaq istəyirsənsə, bir yerdə dayanmaq olmaz. Firma yeni üstünlükləri rəqiblərin mövcud olan şeyləri təqlid etdikləri sürətlə yaratmalıdır. Əsas vəzifə - firmanın göstəricilərini yorulmadan yaxşılaşdırmaq və bununla da mövcud üstünlükləri gücləndirməkdən ibarətdir (məsələn, istehsalat güclərindən səmərəli istifadə etmək və ya müştərilərə çevik xidməti təşkil etmək).

Bildiyimiz kimi, təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi onun malik olduğu rəqabətli üstünlüklərdən səmərəli istifadə sayəsində mümkündür. Deməli, təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyini təmin etmək üçün onu dayamqlı rəqabətli mübarizədə üstün mövqeyə (dayanıqlı rəqabət üstünlüyünə -DRÜ-yə) gətirmək lazımdır. Bundan başqa, M.Porterin apardığı araşdırmalar onu göstərir ki, daxili bazarda əldə olunan rəqabətli üstünlüklər firmalara beynəlxalq bazarlarda da uğurlu fəaliyyət göstərməyə imkan verir.

Təsərrüfat subyektlərinin idarəedilməsi səviyyəsində rəqabətqabiliyyətliliyin təmin edilməsinə iki yanaşma mövcuddur ki, bunlardan birincisi, marketinq strategiyasının formalaşdırılmasının «xaricdən-daxilə» yönəlmiş metodu (sahə modeli), ikincisi isə «daxildən-xaricə», resurslara əsaslanmış baxışdır (internal baxış).

«Xaricdən-daxilə» yönəlmiş baxışlara bazara istiqamətlənmə də deyilir. «Sahədə rəqabətə təsir göstərən qüvvələri və onların mənbələrini qiymətləndirərək korporasiya kompaniyanın güclü və zəif tərəflərini təyin edə bilər... Bundan sonra strategiya müəllifi aşağıdakıları özünə daxil edən hücum tədbirlərinin planını tərtib edə bilər: (1) şirkəti rəqiblərin gücü qarşısında etibarlı müdafiəni təmin etməyə imkan verəcək qaydada mövqeləşdirmək; və/və ya (2) strateji manevrlərin köməyilə qüvvələrin şirkətin mövqeləşdirməsini yaxşılaşdırmağa imkan verəcək qaydada yenidən formalaşmasına təsir göstərmək; (3) rəqabətli təsir amillərinin dəyişməsinin proqnozlaşdırılması və yeni rəqabət balansına daha çox uyğun gələn strategiyanı seçərək üstünlük əldə etmək məqsədilə bu dəyişiklərə cavab tədbirlərinin verilməsi, bu zaman dəyişiklikləri hələ dərk etməmiş rəqibləri də təyin etmək lazımdır». Beləliklə, birinci yanaşmaya görə fırma sahədə rəqabətə təsir göstərən beş qüvvəni tədqiq etməklə öz zəif və güclü tərəflərini təyin edə və bundan da çıxış edərək rəqabət strategiyasını formalaşdıra bilər. Deməli, firma uğur əldə etmək üçün fəaliyyət göstərdiyi spesifık sahə mühitində qarşılaşdığı təhlükə və imkanlara cavab vermək qabiliyyətində olan struktur formalaşdırmalıdır. Strateji qərar qəbul etmə prosesi və fırmanın əldə etdiyi gəlirlər böyük ölçüdə xarici bazar mühitindən şərtlənir.

Birinci qrup baxışlardan fərqli olaraq resurslara əsaslanmış baxışlar (RƏB) strategiyanın hazırlanmasının «daxildən-xaricə» prosesidir. RƏB sahə modelinin qəbul etdiyi «eyni sahədə fəaliyyət göstərən fırmaların oxşar resurs və imkanlara malik olması» prinsipini rədd edir və hər bir fırmanm fəaliyyətləri dönəmində əldə etdiyi və inkişaf etdirdiyi özlərinə məxsus spesifık resurs və bacarıqlardan istifadə edərək rəqabətli strategiya irəli sürə biləcəyini qeyd edir. «RƏB-in əsas prinsipi ondan ibarətdir ki, strategiyanın dayanıqlı olması üçün o mütləq firmanın resurslarına və imkanlarına tabe olmalıdır. R.Grant öz fıkirlərini belə ifadə etmişdir: «Şirkətiı əhatə edən ətraf mühit sürətlə dəyişdikcə o, uzunmüddətli strategiya hazırlanması zamanı xarici bazarlara diqqət yönəltmək əvəzinə öz daxili resurs və imkanlarına əsaslanmalıdır». Müəssisələr çoxlu sayda resurslara malikdir, lakin, bütün resurslar rəqabətli üstünlük yaratmaq anlamında əhəmiyyətli deyil. Rəqabətli üstünlüyü təmin edəcək resurslar aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

1 .Müştərilər üçün dəyər yaradır;

2.Unikaldır və yaxud nadir keyfıyyətə malikdir;

3.Rəqiblər tərəfmdən təkrar edilməsi qeyri-mümkündür. Davamlı rəqabətli üstünlüyün yaradılması fırmaya məxsus və asan təkrar olunmayan resurslar sayəsində mümkündür.

Hər iki baxışın müxtəlif qütblərdə dayanması onların sintezində dayanan mərkəzi baxışların da formalaşmasma səbəb olub.

Dayanıqlı rəqabətli üstünlük nəzəriyyələrini kəskin tənqid edən R.A.D’Aveni isə «hiper-rəqabət» (rəqabətin güclü olduğu və sürətlə dəyişdiyi mühit) terminindən istifadə edir. Onun fıkrincə fırmalar ənənəvi rəqabət mühitində dayanıqlı rəqabət üstünlüyü yarada bilərdilər, lakin onlar indiki «hiper-rəqabət şəraitində» sürətlə dəyişən bazar şərtlərinə sürətlə uyğunlaşmalı, öz strategiyalarını dəyişməli və müxtəlif cür hərəkət etməlidir. R.A.D’Aveninin fıkrincə yeni «hiper rəqabət»şəraitində aşağıdakı şərtlər formalaşmışdır: dayanıqlı rəqabətli üstünlük əldə etmək istəyən fırmalar öz rəqabət üstünlüklərini həmişə dəyişməli və davamlı olaraq ləğv etməlidir; hiper-rəqabət şəraitində fırmalar daima bazarın tələbatlarının ödənilməsinin yeni formalarını axtarmalı, rəqiblərin imitasiya etməsinin qarşısını almaq üçün qısamüddətli rəqabət üstünlüklərindən yararlanmalı və daha sonra onları ləğv etməlidir; strategiya rəqabətli üstünlüyün yaradılması və onların ləğv edilməsinə yönəlməlidir, bu da qısamüddətli rəqqabət üstünlüyü yaradılmasını zəruri edir; uğurlu yanaşmalar rəqiblərin təkrarlanmasımn qarşısım alan gözlənilməz və irrasional yanaşmalardır; fırmalar daima sürətlə və gözlənilməz rəqabət bacarıqlarmı inkişaf etdirməlidirlər.


FİRMA
Resurslar Bacarıqlar


Strateji aktivlər

SAHƏ

Strateji sahə amilləri









Şəkil 2.3. Rəqabətli üstünlüyün təmin edilməsinə mərkəzi baxış


Rəqabətli üstünlüyü təmin edən strategiyalarının dayaq nöqtələrinə fərqli baxışları nəzərdən keçirdikdən sonra üstünlük strategiyasının yollarını müəyyən edək. M.Porter fırmanın rəqibləri üzərində rəqabətli üstünlük yaratmasının iki yolunu müəyyən edir: «Hər bir kompaniyanın rəqibləri ilə müqayisədə çoxlu sayda güclü və zəif tərəflərinin olmasına baxmayaraq, onlar ümumən iki rəqabətli üstünlüyə malik ola bilərlər: aşağı xərclərə və məhsulun differensiasiyalaşmasına. Kompaniyanın güclü və zəif tərəflərinin əhəmiyyəti son nəhayətdə onun rəqiblərə nisbətən xərclərini maksimal aşağı salmağı və məhsulunun böyük differensiasiyasına nail olmağı ilə təyin edilir».

Cədvəl 2.1.

Müvəfəqiyyət amillərinin reytinqi [12]


Müvəfəqiyyət amilləri

%

Rəqabətli qiymət

65.1

Məhsulun keyfıyyəti

54.7

İstehlakçı ehtiyacı və tələbatlarını bilmək

33.5

Məhsulun/xidmətin təqdimatı

29.6

Müştərilərlə sıx əlaqə

29.2

İstehlakçı ehtiyaclarına cəld reaksiya

26.4

Müvəfiəqiyyət amillərinin reytinqindən də göründüyü kimi təsərrüfat subyektlərinin əsas uğur amilləri məhsulun qiyməti və keyfıyyəti ilə bağlıdır. Digər amilləri isə ümumilikdə məhsulun qiyməti və keyfıyyəti ilə əlaqələndirmək mümkündür. Qeyd etdiklərimizi nəzərə alaraq, M.Porterin irəli sürdüyü və strateji menecment ədəbiyyatlarında da rəqabətli üstünlüyün təmin edilməsi yolları kimi ümumən qəbul edilmiş metodologiya bizim də təhlilimizin karkasını müəyyən edəcəkdir.



Xərclərin minimallaşdırılması strategiyası. Aparılmış tədqiqatlar və bizim də gəldiyimiz nəticələr göstərir ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə təsərrüfat subyektləri xarici ticarətdə uğur qazanmaq üçün əsasən xərclərin minimallaşdırılması strategiyasından istifadə etməlidirlər. SWOT təhlilin nəticələri göstərir ki, təsərrüfat subyektlərimiz rəqibləri qarşısında istehsal resurslarının və işçi qüvvəsinin ucuz olması kimi üstünlüklərə malikdir. Rəqabətli üstünlük əldə edilməsi vasitəsi olan xərclərin minimallaşdırılması iki formada təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyinə təsir göstərir:

1. Rəqiblərə nisbətən xərcləri aşağı olan təsərrüfat subyektlərinin qiymətləri aşağı salmaq imkanları formalaşır və deməli, rəqiblərinə nisbətən qiymət rəqabətqabiliyyətliliyinə malik olur.

2. Xərclərin aşağı olması təsərrüfat subyektlərinin sərəncamında rəqiblərinə nisbətən daha çox sərbəst vəsait olmasına şərait yaradır ki, bu da onlara yeni layihələrin maliyyələşdirmə və bizneslərini genişləndirmə imkanı yaradır.

Deməli, xərclərin minimallaşdırılması strategiyası çərçivəsində rəqabətli üstünlük əldə etmək istəyən təsərrüfat subyektlərinin qarşısmda duran əsas məsələ xərclərin mümkün minimallaşdırılmasına nail olmaqdır. Bunun üçün isə xərclərin formalaşmasına təsir göstərən əsas amilləri müəyyənləşdirmək, onları təhlil etmək və mümkün dərəcədə aşağı salmaq lazımdır. Xərclərə təsir göstərən amillər və onlarm təsir səviyyələri sahədən-sahəyə və hətta müəssisədən-müəssisəyə dəyişsə də, onları aşağıdakı kimi ümumiləşdirmək olar (şəkil 2.4):


Xərclər






Şəkil 2.4. Xərclərin minimallaşdırılması amilləri [20]



§2.2. Kommersiya müəssisələrinin effektiv idarə edilməsi yolları
Kommersiya müəssisələrinin effektiv idarəedilməsi menecmentin effektivliyi ilə sıx bağlıdır və menecmentin effektivliyinin qiymətləndirilməsi məsələləri idarəetmədə mərkəzi yerldən birini tutur. Belə ki, müxtəlif kommersiya müəssisələrinin məqsədləri müxtəlif olduğu üçün təşkiltın menecmentinin məqsədi - onun effektivliyinin qaldılrılmasından ibarətdir.

Hazırki dövrdə idarəetmə elmində sintetik yanaşma daha çox üstünlük təşkil edir ki, bu da, idarəetmə fəaliyyətinin proseslərini, biznesi, insan fəaliyyətini və s. özündə cəmləşdirir. Sintetik yanaşmalar üçün idarəetməyə çoxplanlı, kompleks və dəyişkən hal kimi baxış xarakterikdir. XX əsrin ikinci yarısında menecmentdə idarəetməyə prosesli (50-ci illərin sonundan), sistemli (70-ci illərin ortalarından) və situasiyalı (80-ci illər) kimi yanaşmalar formalaşmış və geniş yayılmışdır.

Prosesli yanaşma inzibatçılıq idarə edilmənin tərəfdarları tərəfindən təklif olunmuşdur. Bu zaman idaretmə, bir proses kimi nəzərdən keçirilir, çünki digərlərin köməyi ilə məqsədlərə nail olmaq üzrə işlər birdəfəlik fəaliyyət deyil, bir-biri ilə qarşılıqlı əlaqədə olan fasiləsiz fəaliyyətlərin seriyasıdır.

Sistemli yanaşma bütün prosesləri və halları müəyyən vahid sistemlər şəklində nəzərdən keçirir ki, bunlar da onun tərkib hissələrinə xas olmayan yeni keyfiyyət və funksiyalara malik olurlar. Bütün sistemlər dayanıqlı daxili strukturlara malikdirlər və spesifik funksiyaları olan qarşılıqlı əlaqədə olan elementlərdən (yarımsistemlərdən) ibarətdirlər. Sistem - bir-biri ilə qarşılıqlı əlaqədə olan hissələrdən ibarət olan özünəməxsus vahidlikdən ibarətdir.

İdarəetməyə situasiyalı, və yaxud keysli (case) yanaşma, daha çox, sistemli yanaşma kimi konkret fəaliyyət dəsti deyil, təfəkkür üsuludur. Bu metod Harvard biznes məktəbində (ABŞ) işlənilib hazırlanmışdır və gələcək menecerlərə konkret vəziyyətdə yaranan problemləri tez həll etmə yollarını öyrədir. Bu yanaşma, əldə olan amillərdən asılı olaraq optimal qərarın qəbul olunmasını tələb edir. Əgər prosesli və sistemli yanaşmalardan daha sakit hallarda və menecerin planauyğun fəaliyyəti prosesində istifadə etmək məqsədəuyğundursa, situasiyalı yanaşmadan daha çox qeyri-standart hallarda və gözlənilməz vəziyyətlərdə istifadə olunur.

Menecmentin effektivliyinin meyarlarının seçilməsi - mürəkkəb bir məsələdir.

Hər halda menecmentin effektivliyinin meyarları ənənəvi göstərici olan məhsuldarlığın maksimallaşdırılması və məsrəflərin minimallaşdırılması meyarından daha uzaqdırlar.

Effektivlik meyarları probleminin daha məhsuldar üsulu - onların təşkilatın fundamental xarakteristikaları vasitəsilə qaydaya salınmasından ibarətdir. Bu cür yanaşma meyarları təşkilatın tərkib hissələri ilə bağlamağa imkan verir və sonradan isə meyarların iyerxiyalaşdırılması prinsipini izah etməyə köməklik edir. Məsələn, effektivlik meyarlarını aşağıdakı dörd qütb ətrafında yerləşdirmək olar:



  • daxili əlaqələndirmə mexanizmləri;

  • həvəsləndirmə proseduraları;

  • informasiya sistemləri;

  • qərarların qəbul edilməsi strukturları.

Effektivlik parametrləri (müvəffəqiyyət amilləri) kimi təşkilatın fəaliyyətinin vacib parametrlərini göstərirlər ki, bunlar da problemin keyfiyyətli həll olunmasını və təşkilat qarşısında qoyulan məqsədlərə çatmağı qiymələndirməyə imkan yaradırlar. İqtisadi nöqteyi-nəzərdən effekt meyarı kimi: yaradılmanın dəyəri və (və yaxud) vaxtı; müəyyən olunmuş dövr ərzində olan gəlir, mənfəət (zərərlər) və s. bu kimi parametrlər nəzərdən keçirilə bilər. İqtisadi effektivliyin qiymətləndirilməsi zamanı gəliri, mənfəəti, zərərləri, əmək məhsuldarlığını və s. ölçürlər və onları optimallaşdırırlar.

Müəssisədə strateji idarəetmənin təşkil olunması sxemi şək.2.5.-də göstərildiyi kimidir.

«Strateji menecment» ifadəsi ХХ əsrin 60-70-ci illərində yüksək səviyyədə həyata keçirilən idarəetməni istehsal səviyyəsində cari idarəetmədən fərqliliyini əks etdirmək üçün tətbiq olunmağa başlanmışdı. 1965-ci ildə İ.Ansoff keçmiş uzunmüddətli planlaşdırma metodlarını şübhə altına alaraq strateji planlaşdırma modelini təklif etdi. Baxmayaraq ki, strateji menecmentin yeni bir fənn kimi yaradılmasına çoxlu sayda müəlliflər öz töhfələrini vermişlər, onun pionerləri Alfred Çandler (Alfred D. Chandler, Jr.), Filip Zelsnik (Philip Selcnik) və İqor Ansoff (Igor Ansoff) və Piter Druker (Peter Drucker) sayılır.

Ali rəhbərlik



İnformasiya-hesablama mərkəzi



Strateji idarəetmə

qrupu


Müəssisənin struktur bölmələri







Strateji müəssi-sənin işlənilməsi və bölmələrin strategiyalarının əlaqələnirilməsi



Strateji idarəetmənin və təhlilin informasiya bazasının təşkili



Nəzarət və yerinə yetirilmənin qiymətlən-dirilməsi






  • idarəetmə təsirləri

  • informasiya axınları

Şək. 2.5. Müəssisədə strateji idarəetmənin təşkil olunması sxemi

Strateji menecment haqqında on bir-birindən prinsipcə fərqli olan biliklər sistemi mövcuddur ki, bunlar da «Strateji menecment məktəbi» adlanırlar:


  1. Dizayn məktəbi — strategiyanın, düşünülmüş proses kimi formalaşması.

  2. Planlaşdırma məktəbi — strategiyanın, formal proses kimi formalaşması.

  3. Mövqeləşdirmə məktəbi — strategiyanın, analitik proses kimi formalaşması.

  4. Sahibkarlıq məktəbi — strategiyanın, qabaqcadan görmə prosesi kimi formalaşması.

  5. Koqnitiv məktəb — strategiyanın, mental proses kimi formalaşması.

  6. Tədris məktəbi — strategiyanın, inkişafda olan proses kimi formalaşması.

  7. Hakimiyyət məktəbi — strategiyanın, danışıqların aparılması prosesi kimi formalaşması.

  8. Mədəniyyət məktəbi — strategiyanın, kollektiv proses kimi formalaşması.

  9. Xarici mühit məktəbi — strategiyanın, reaktiv proses kimi formalaşması.

  10. Konfiqurasiya məktəbi — strategiyanın, çevrilmə (transformasiya) prosesi kimi formalaşması.

Strateji idarəetmə (menecment) – idarəetmə (menecment) funksiyası olmaqla şirkətin uzunmüddətli məqsədlərinə və fəaliyyətinə şamil edilir. Strategiyanın ifadə olunması və onun dəqiq alətlər bazası idarəetmənin özəyini təşkil edir və şirkətin yaxşı menecmentinin vacib əlamətlərdən biridir.

Strateji idarəetmə – firmanın fəaliyyətinin nəticəliliyinin uzunmüddətli dövr ərzində rəqiblərin səviyyəsindən yuxarı olmasına aраran hərəkətlərin işlənilib hazırlanması və həyata keçirilməsidir.

Strategiya – təşkilati məsələlərin və məqsədlərin əldə olunması üçün istifadə olunan hərəkətlərin və idarəedici yanaşmaların surətidir.

strategiya -

Plan

kimi


strategiya -

Mövqe

kimi


strategiya -

Üsul (fənd)

kimi



strategiya -

Hərəkət patterni (nümunəsi)

kimi


strategiya -

Perspektiv

kimi


Şəkil 2.6. Strategiyanın beş elementi (Genri Minsberqə görə) [9]
Təşkilatın strategiyası – təşkilatın rəqiblərə qarşı mövcudluğunun və gücünun möhkəmləndirilməsi naminə bir-biri ilə bağlı olan uzunmüddətli tədbirlərin və yaxud yanaşmaların komplesindən ibarətdir. Təşkilatın strategiyası – öz mahiyyətinə görə - qərarların qəbul edilməsi üçün qaydalar dəstindən ibarətdir ki, bunlardan təşkilat öz fəaliyyətində istifadə edir.

Strateji plan  – şirkət və yaxud bölmə (strateji biznes-vahidlər (SBV)) səviyyəsində işlənib hazırlanan plandır ki, şirkətin məramının (missiyasının), onun uzunmüddətli artım istiqamətlərinin müəyyən olunması, şirkətin malları çeşidinin işlənib hazırlanması üçün əsasın yaradılması və resursların şirkətin bölmələri arasında bölüşdürülməsi məqsədilə tərtib olunur.

Strateji təhlil  («portfel analizi») – strateji planlaşdırmanın əsas elementlərindən biridir. Strateji təhlil strateji idarəetmənin aləti kimi çıxış edir, bunun vasitəsilə müəssisənin rəhbərliyi daha mənfəətli və perspektiv istiqamətlərə vəsait qoyuluşu üçün öz fəaliyyətini müəyyən edir və qiymətləndirir. Portfel təhlilininəsas metodu ikiölçülü matrisaların qurulmasıdır. Bu matrisaların köməyi ilə istehsalların, bölmələrin, proseslərin, məhsulların müvafiq meyarlar üzrə müqayisəsi yerinə yetirilir.

Strateji menecment məsələləri üzrə akademik və tətbiqi ədəbiyyat, bir qayda olaraq, biznes-vahid səviyyəsində strategiyalara həsr olunub: biznes-vahid bazarda necə mövqeləşir, rəqabət üstünlüyü qazanmaq üçün öz imkanlarından necə istifadə edir [9]. Əgər bütün şirkətlər Adam Smitin iynə fabriki kimi asan olsaydılar bu tövsiyələr kifayət qədər olardı. Lakin, nəzərə alsaq ki, indiki zamanda kommersiya şirkətlərinin böyük bir əksəriyyəti mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş biznes-vahidlərin mürəkkəb toplusundan ibarətdirlər, şirkətlərin rəhbərləri müxtəlif bölmələrin işinin əlaqələndirilməsi və sinergiya yaradılması üçün üsullar axtarırlar. Bir çox şirkətlər problemi matrisa təşkilatlarını tətbiq etməklə həll etməyə cəhd göstərirlər [15]. Tipik matrisa təşkilatı şək. və şək. –də göstərildiyi kimidir və burada hər bir biznes-vahid həm şirkət səviyyəsində funksional menecerlərə, həm də məhsul xətti və yaxud biznes istiqaməti üzrə menecerə tabe olur, yerli müəssisələr qlobal məhsul xətlərinə və yerli rəhbərliyə tabe olurlar.

Cədvəl 2.2.

Matrisa təşkilatı: funksional menecerlərə və məhsul xətlərinə tabeçilik



Biznes-vahid

Funksiya

Biznes-vahid 1

Biznes-vahid 2

.....

Biznes-vahid n

Tədqiqatlar və işləmələr

Tədqiqatlar üzrə menecer BV1

Tədqiqatlar üzrə menecer BV2

.....

Tədqiqatlar üzrə menecer BVn

Alışlar

Alışlar üzrə menecer

BV1

Alışlar üzrə menecer

BV2

.....

Alışlar üzrə menecer

BVn

İstehsal

İstehsal üzrə menecer

BV1

İstehsal üzrə menecer

BV2

.....

stehsal üzrə menecer

BVn

Marketinq

Marketinq üzrə menecer

BV1

Marketinq üzrə menecer

BV2

.....

Marketinq üzrə menecer BVn

Satış

Satışlar üzrə meışnecer

BV1

Satışlar üzrə menecer

BV2

.....

Satışlar üzrə menecer

BVn

Cədvəl 2.3.



Matrisa təşkilatı: qlobal məhsul xətlərinə və yerli rəhbərliyə tabeçilik




Ölkə 1

Ölkə 2

.....

Ölkə n


Məhsul xətti 1


BV11


BV12

.....


BV1n


Məhsul xətti 2


BV21


BV22

.....


BV2n


Məhsul xətti 3


BV31


BV32

.....


BV3n

>

>

>

>

>

>

>

>

>

V V V

>

>

>


Strateji menecmentin məzmunu:

  • Firmanın xarici mühitinin təhlili.

  • Firmanın daxili vəziyyətinin təhlili.

  • Firmanın məramının və məqsədlərinin formalaşdırılması.

  • Strateji təsərrüfatçılıq zonası (STZ) səviyyəsində strategiyanın seçilməsi və işlənilməsi.

  • Diversifikasiya olunmuş firmanın portfelinin analizi.

  • Təşkilati strukturun layihələşdirilməsi.

  • İnteqrasiya və idarəetmə sisteminin dərəcəsinin seçilməsi.

  • «Strategiya - struktur - nəzarət» kompleksinin idarəedilməsi.

  • Firmanın ayrı-ayrı fəaliyyət sferalarında davranış normativlərinin və siyasətinin müəyyən olunması.

  • Şirkətin nəticələrinin və strategiyasının əks əlaqəsinin təmin olunması.

  • Strategiyanın strukturun, idarəetmənin təkmilləşdirilməsi.

Strateji menecmentin əsas mərhələləri

  • Biznes sferasının müəyyən olunması və firmanın təyinatının işlənib hazırlanması.

  • Firmanın təyinatının ayrı-ayrı uzunmüddətli və qısamüddətli məqsədlərə çevrilməsi.

  • Fəaliyyət məqsədlərinə nail olmağın strategiyasının müəyyən olunması.

  • Strategiyanın işlənilməsi və həyata keçirilməsi.

  • Fəaliyyətin qiymətləndirilməsi, vəziyyətə nəzarət edilməsi və dəqiqləşdirici təsirlərin edilməsi.



: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə