Əlyazması hüququnda Məmmədli Nicat Nizami oğlu (magistrantin a. S. A.) «kommersiya münasiBƏTLƏRİNİN İdarə ediLMƏSİ yollari və onlarin təKMİLLƏŞDRİLMƏSİ»


§2.3. Kommersiya müəssisələrində sahibkarlıq qərarlarının modelləşdirilməsi və optimallaşdırılması metodları



Yüklə 0.57 Mb.
səhifə4/6
tarix10.07.2017
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6
§2.3. Kommersiya müəssisələrində sahibkarlıq qərarlarının modelləşdirilməsi və optimallaşdırılması metodları
Sahibkarlıq qərarlarını ənənəvi olaraq analitik və axtarış (yaradıcı) qərarlarına ayırmaq olar. Bu cür ayırmanın bütün şərtiliklərinə baxmayaraq, digər tərəfdən, belə ayırma alternativlərin işlənilməsi alətlərinın düzgün tapılmasına imkan yaradır.

Qərarların işlənbilməsinin analitik yanaşması aşağıdakı hallarda özünü doğruldur:



  • problem nisbətən sadədir;

  • alternativləri asan ifadə etmək olur;

  • qərarın işlənilməsi və qəbul olunması üçün lazım olan informasiya əldə olunandı;

  • axtarılan qərarın doğruluğunu göstərən standartlar mövcuddur.

Buna görə də, aydındır ki, təkcə analitik yanaşmanın tətbiq olunması bir sıra çox mühüm məhduduiyyətlərlə bağlıdır. Çətinliklərin birinci qrupu problemin özünün müəyyən olunmasına aiddir. Çox nadir hallarda qərarın axratışına başlamazdan əvvəl, tərəflər konsensusa (razılığa) gəlirlər. Çox vaxt problemlər elə formalaşdırılar ki, onlara qarşı hazır qərarlar tətbiq etmək mümkün olsun. Çətinliklərin ikinci qrupu alternativlərin işlənilməsinə aiddir. Onları bəzən daxil olduqca qiymətləndirirlər, bu da ona gətirib çıxarır ki, ilk əvvəl optimal deyil, qəbul edilə bilən qərar qəbul olunur. Bundan başqa, alternativlər çox vaxt keçmişdə müvəffəqiyyətə gətirib çıxaranlara əsalanırlar.

Yaradıcı (axtarış) yanaşmasından qeyri-standart, əvvəllər istifadə olunmamış qərarlar axtarılan zaman istifadə edirlər. Müəyyən dərəcədə rəsmiləşdirilə bilən analitik yanaşmadan fərqli olaraq, yaradıcı yanaşma, formallaşdırmağa daha az hallarda yol verir.

Sahibkarlıq qərarlarının işlənilməsi və optimallaşdırılması üçün müxtəlif metodlardanistifadə olunur ki, bunları da bir qayda olaraq, iki əsas sinfə: analitik metodlara və ekspert qiymətləndirmələri metodlarına bölürlər.



Modelləşdirmə metodları. Bu metodlar, həm də əməliyyatların tədqiqi modelləri adlandırılaraq, tez-tez təkrarlanan idarəetmə məsələlərinin həllində tətbiq olunan riyazı modellərə əsaslanırlar.

Konkret problemin həllinin riyazı modelləşdirmə metodları ilə işlənilməsi və optimallaşdırılması çox mürəkkəbdir və onu aşağıdakı ardıcıllıqla göstərmək olar:



  • məsələnin qoyuluşu;

  • təhlil olunan əməliyyatın səmərələlik meyarının müəyyən olunması;

  • tədqiq olunan əməliyyata təsir edən amillərin miqdarca ölçülməsi;

  • öyrənilən obyektin (əməliyyatın) riyazi modelinin qurulması;

  • məsələnin miqdarca həll olunması və optimal həll yollarının tapılması;

  • təhlil olunan vəziyyətin tapılmış həllinin və modelin adekvat olmasının (uyğunluğunun) yoxlanılması;

  • modelin dəqiqləşdirilməsi və yeniləşdirilməsi.

Mümkün olan konkret modellərin sayı problemlərin sayı qədər çoxdurlar.

Oyunlar nəzəriyyəsi modeli. Ticarət sahəsində aparılan təsərrüfat əməliyyatlarının çoxunu əks təsir şəraitində həyata keçirilən fəaliyyət kimi nəzərdən keçirmək olar. Əks təsirlərə, məsələn, qəzalar, yanğın halları, oğurluq, tətillər, müqavilə öhdəliklərinin pozulması və s. kimi amilləri aid etmək olar. Lakin əks təsirin ən çox kütləvi olan halı – rəqabətdir. Ona görə də təşkilatın müvəffəqiyyətinin vacib şərtlərindən biri rəqabət qabiliyyətidir. Aydındır ki, rəqiblərin hərəkətlərinin proqnozlaşdırılması imkanının olması istənilən kommersiya təşkilatı üçün nəzərə çarpan üstünlük verir. Qərarı qəbul edərkən əks təsirin dərəcəsini azaltmağa imkan verən alternativi seçmək lazımdır ki, bu da öz növbəsində, riskin dərəcəsini aşağı salacaqdır. Menecerə bu imkanı oyunlar nəzəriyyəsi verir ki, bunun riyazı modelləri özünün mümkün olan alternativlərini təhlil etməyə imkan verirlər. İlk əvvəl hərbi-strateji məqsədlər üçün işlənilmiş oyunlar nəzəriyyəsi modelləri biznesdə də qəbul olunan qərarlara (məsələn, qiymətin dəyişməsi, yeni malların və xidmətlərinburaxılışı, yeni bazar seqmentlərinə çıxış və s.) rəqiblərin münasibətini proqnozlaşdırmağa tətbiq olunurlar.

Məsələn, özünün mallarının qiymətlərinin aşağı salınması barədə qərar qəbul edərkən firmanın rəhbərliyi əsas rəqiblərinmünasibətini və mümükün olan cavab hərəkətlərini proqnozlaşdırmalıdırlar. Əgər oyunlar nəzəriyyəsi modelləri vasitəsilə müəyyən olunarsa, məsələn, qiymətlərin qalxması zamanı rəqiblər də eyni cür hərəkət edəcəklər, onda təşkilat, əlverişsiz vəziyyətdə qalmamaq üçün bu alternativdən əl çəkməli və problemin başqa həllini axtarmalıdır.

Lakin bu modellərdən nadir hallarda istifadə edirlər, çünki real iqtisadi vəziyyətlər ilə müqayisədə çox sadə olurlar və alınan proqnozlar çox da dürüst olmurlar.

Növbələr nəzəriyyəsi modelləri. Növbələr nəzəriyyəsi modelləri (və yaxud optimal xidmət nəzəriyyəsi) xidmət kanallarının optimal sayının tapılması zamanı istifadə olunurlar. Bu modellərin faydalı olduqları hallara, məsələn, müştərilərin zənglərinə cavab vermək üçün lazım olan telefon xətlərinin sayının, dayanacaqlarda böyük növbələrin yaranmaması üçün marşrutlarda trolleybusların sayının və yaxud banklarda müştərilərin gözləməməsi üçün əməliyyatçıların sayının müəyyən olunması və s.

Burada problem ondan ibarətdir ki, əlavə xidmət kanalları (əlavə telefon kanalları, trolleybuslar və ya bank işçiləri) əlavə resurslar tələb edirlər, onların yüklənməsi isə qeyri-bərabərdir (müəyyən vaxtda ifrat buraxılma qabiliyyəti və digər vaxtda növbələrin yaranması). Deməli, elə bir həll yolunu tapmaq lazımdır ki, bu xidmət kanallarının genişlənməsinə olan əlavə xərcləri tarazlaşdırmağa imkan versin. Növbələr nəzəriyyəsi modelləri məhz bu cür optimal qərarların tapılmasına alətidirlər.



Ehtiyatların idarə olunması modelləri. Hər bir təşkilat texnoloji proseslərdə, malların və yaxud xidmətlərin satışında boşdayanmalar və ya fasilələrə yol verməmək üçün öz resurslarının ehtiyatlarının müəyyən səviyyəsini saxlamalıdırlar.

Ehtiyatların yüksək səviyyəsinin saxlanılması təşkilatın fəaliyyətinin etibarlılığını artırır, həmin ehtiyatların çatışmazlığından irəli gələn xərcləridən azad edir. Digər tərəfdən, ehtiyatların yaradılması malların saxlanılmasına, anbarda yığılmasına, daşınmasına, sığortalanmasına və s. görə əlavə xərclərin olmasını tələb edir. Bundan başqa, artıq ehtiyatlar dövriyyə vəsaitlərini hərəkətini bağlayıb saxlayır və kapitalın mənfəətli sərmayələşdirilməsinə, məsələn, qiymətli kağızlara və yaxud bank depozitlərinə qoyulmasına maneçilik törədir.

Ehtiyatların idarə olunması modelləri optimal qərarların tapılmasına imkan verirlər, yəni mal ehtiyatlarının elə səviyyəsini müəyyən etməyə ki, bu zaman onların yaradılmasına və istehsalat proseslərinin fasiləsizliyinin müəyyən olunmuş səviyyədə saxlanılmasına sərf olunan məsrəfləri minimallaşdırmağa imkan versin.

Xətti proqramlaşdırma modelləri. Bu modellər rəqib tələbatların mövcudluğu şəraitində qıtlıq təşkil edən resursların bölüşdürülməsi zamanı optimal qərarların tapılması üçün tətbiq olunurlar. Məsələn, xətti proqramlaşdırma modelinin köməyi ilə optimal istehsalat proqramını müəyyən etmək, yəni materialların və detalların məlum həcmlərində, avadanlığın iş vaxtı fondu və hər bir məmulatın rentabelliyi səviyyəsində yüksək mənfəətin əldə olunması üçün hər bir çeşiddən nə qədər məmulat hazırlamaq lazım gəldiyini hesablamaq mümkündür.

Praktiki tətbiq üçün işlənilmiş modellərin çox hissəsi xətti proqramlaşdırma məsələlərinə gətirilib çıxarılır. Lakin təhlil olunan əməliyyatların xarakterini və amillərin yaranmış asılılıq formalarını nəzərə alaraq aşağıdakı digər model tipləri də tətbiq oluna bilərlər:



  • əməliyyatların nəticələrinin əsas amillərdən asılılığının qeyri-xətti formalarında – qeyri-xətti proqramlaşdırma modeli;

  • təhlilə vaxt amilinin əlavə olunması zəruriyyətində - dinamik proqramlaşdırma modeli;

  • amillərin əməliyyatın nəticəsinə ehtimal olunan təsiri zamanı – riyazı statistika modeli (korrelyasiya-reqressiya modeli).

Qərarların qəbul olunması proseslərinin tədqiqi zamanı əsas diqqət son vaxtlara kimi qərar alternativinin işlənilməsi mərhələsinə və optimal variantın tapılması ilə bağlı olan məsələlərə verilirdi. Hətta belə hesab olunurdu ki, məhz qərarın işlənilməsi, yaranmış problemin həlli üçün ayrılmış vaxtın və vasitələrin çox hissəsini tutur.

Lakin idarəetmə təcrübəsi başqa şeyləri sübut edir. Məhz qərarların reallaşdırılması mürəkkəb, əmək tutumlu və uzun mərhələli olduğu üçün, vaxtın və resursların çox hissəsini apardığı üçün idarəetmə fəaliyyəti prosesində eyni zamanda zəif həlqəyə çevrilir.

Menecmentin əsas funksiyalarından biri rəhbərlikdir və onun mahiyyəti şəxsi sərəncamvericilik və hakimiyyətdir. Təşkilat daxilində hakimiyyət hakimiyyət son qərarın təkbaşına qəbul olunması ilə ifadə olunur, sərəncamvericilik isə - resursların bölüşdürülməsində, sərəncamları müstəqil olaraq yerinə yetirməyə qadir olan icraçıların seçilməsində və yerləşdirilməsində, icra üçün səmərəli stimulların yaradılmasında ifadə olunur.

Qərarların işlənilməsinin və qəbul olunmasının kollegial xarakteri onu fərz etməyə əsas verir ki, menecerlər tərəfindən qərarların qəbul olunmasına sərf olunan səylərin nisbətlər dəyişiləkdir və onların yerinə yetirilməsinin təşkilini və nəzarəti gücləndirir. Rəhbərin fəaliyyətində ağırlıq mərkəzi qərarların işlənilməsi sferasından onların yerinə yetirilməsinin təşkili və nəzarət sferasına, həm də qəraralrın hazırlanması, qəbul olunması və reallaşdırılmasının bütün prosesinin fasiləsizliyinin saxlanılmasına doğru hərəkət edir. Lakin, bu isə menecerin məsuliyyətini heç də aşağı salmir, əksinə artırır, onların təşkiklatdakı rolunu qaldırır.

Sahibkarlıq qərarlarının qəbul olunmasında əsas məsələlərdən biri – təşkilata və yaxud onun xarici mühitinin elementlərinə zədənin dəyməsi zamanı rəhbərin məsuliyyətinin artırılmasından ibarətdir. Qəbul olunmuş qərarın nəticələrinə və onların yerınə yetirilməsinə (və yaxud yerinə yetirilməməsinə) görə məsuliyyət – idarəetmə fəaliyyətinin vacib amillərindən biridir, ona görə dəd menecer qərarın işlənilməsi prosesi zamanı hər bir alternativ üçün ayrılıqda mümkün ola bilən məsuliyyət dərəcəsini qiymətləndirməlidir. İlk əvvəl, məsuliyyət növünü və dərəcəsini müəyyən etmək lazımdır.

Məsuliyyət kimi müəyyən tələblərə, norma və qaydalara əməl olunmasına və onların yerinə yetirilməsinə sövq edilməsi başa düşülür.

Bu cür tələb və normalar aşağıdakılar tərəfindən işlənilə bilər və müəyyən oluna bilərlər:



  • dövlət tərəfindən (qanunla) – bu zaman hüquqi məsuliyyətdən söz gedir;

  • müəyyən təşkilatın rəhbərliyi tərəfindən – belə olan halda məsuliyyəti inzibatı kimi müəyyən etmək olar;

  • vətəndaşlıq cəmiyyəti tərəfindən – məsuliyyət sosial olduqda;

  • şəxslərarası münasibət prosesində insan qrupları tərəfindən – bu cür məsuliyyət mənəvi adlanır.

Rəhbərin kimin qarşısında məsuliyyət daşımasını müəyyən etmək üçün bilmək lazımdır ki, o, kimə və nə cür tabedir. Tabeçilik, menecerin və onun qərarının olduğu nəzarətin növü, metodları və proseduraları ilə müəyyən olunur.

Hər bir məsuliyyət növünə müəyyən nəzarət mexanizmi aid olur.

Cədvəl 2.4.

Məsuliyyət növləri və onlara nəzarət mexanizmləri



Məsuliyyət növü

Nəzarət mexanizmi

Hüquqi

  • cinayət

  • mülki

İnzibati

  • intizam

  • maddi

Sosial

Mənəvi

Məhkəmə sistemi

İyerarxik nəzarət

İctimai rəy

Korporativ mədəniyyət

: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə