Əlyazması hüququnda VƏLİyeva köNÜl nazim qizi



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix05.03.2017
ölçüsü0,97 Mb.
#10069
1   2   3   4   5   6   7   8   9

1.2

 

. Neft layihələrinin həyata keçirilməsinin  sosial-iqtisadi inkişafa təsiri. 

Azərbaycan  iqtisadiyyatında    neft  layihələrinin  fəaliyyətinə  start  verilməsinin 

ilk  və  başlanğıc  addımı  ―Əsrin  müqaviləsi‖  kimi  tanınan    ―Hasilatın  pay  bölgüsü 

sazişi‖  olmuşdur.  Heydər  Əliyevin  neft  strategiyasının  təməli  olan  ―Əsrin  

müqaviləsi‖  imzalandıqdan  sonra  Azərbaycan  iqtisadiyyatınada  əsaslı  dönüş  və 

inkişaf  başlandı.  ―Əsrin  müqaviləsi‖nin  bağlanması  Azərbaycanın  bir  dövlət  kimi 

tanınmasına,  onun  dünya  iqtisadi  sisteminə  qoşulmasına  və  beynəlxalq  aləmdə 

mövqeyinin  möhkəmləndirilməsinə  şərait  yaratdı.  ―Əsrin  müqaviləsi‖dən  sonra  

xarici  şirkətlərdə  və  investorlarda  da  respublikamıza  qarşı    etibar,  inam  artmışdır. 

Neft  sənayesinin  yenidən  qurulması  və  inkişafı  daha  sonralar  isə  neftdən  gələn 

mənfəət yeni konseptual məsələlərin həllini labüd etdi. Beləliklə bu proseslər mövcud 

infrastrukturların müasirləşməsinə, yeni tikinti-quruculuq obyektlərinin inşasını tələb 

edirdi ki, bunların sayəsində də yeni iş yerlərinin açılmasına və qeyri-neft sektorunun 

inkişafına  təkan  verilmiş  oldu.    Bu  müqavilədən  irəli  gələn  naliyyətlərdən  biri  də 

ölkəmizin  dünya dövlətləri ilə qarşılıqlı xarici iqtisadi münasibətləri genişlənməsi və 

daha  da  dərinləşməsidir.  XX  əsrin  ilk  illərində  ölkəmizdə  aparılan  genişmiqyaslı 

islahatların  daha  da  dərinləşdirilməsi,  cəmiyyətimizin  daha  yüksək  sosial-iqtisadi 

inkişaf  pilləsinə  yüksəlməsinə  şərait  yaratmışdır.  Ölkədə  investisiya  mühitinin 

yaxşılaşdırılmasında  mühüm  addımlar  atılmış,  dövlət  idarəçiliyi  müasir  meyarlara 

uyğun yenidən qurulmuşdur. 



 

18 


Müdrik və uzaqgörən Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu 

neft  strategiyasına  əsasən  hazırda  Azərbaycan  nefti  olan  ―Azərlayt‖  markası  dünya 

bazarına    bir-birinə  alternativ  olan  3  marşrutla  Bakı-Novorosiysk,  Bakı-Supsa    və 

Bakı-Tbilisi-Ceyhan  neft  kəmərləri  vasitəsi  ilə  nəql  edilir.  Heydər  Əliyevin  neft 

strategiyasının uğurlarından biri də neftin dünya bazarının nəqlindəki çoxvariantlığa 

nail  olunmasındadır  bu  müxtəlif  istiqamətlilik  Azərbaycanı  neft  borusu  keçən 

ölkələrdən asılığını azaltmış oldu, həm də eksterimal situasialardan qorunaraq  neftin 

Avropa  bazarına  çatdırılmasını  təmin  etmiş  oldu.  Bu  layihələrin  reallaşması 

nəticəsində ölkəmizdə yeni  infrastrukturlaşma getmiş, kəmərlərin keçdiyi ərazilərdə 

yeni  iş  yerləri  açılmışdır.  Neft  strategiyası  1999-cu  ildə  ―Şahdəniz‖  qaz-kondensat 

yatağının aşkar edilməsi ilə əlaqədar olaraq da da genişlənmişdir. Təsdiq olunmuşdur 

ki, hazırda respublikamız 2,5 trilyon kubmetrdən artıq təbii qaz ehtiyatlarımız vardır. 

2007-ci  il  fevral  ayından  etibarən  Xəzərin  Azərbaycan  sektorundakı  ―Şahdəniz‖ 

yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə nəql 

olunmağa  başlanıb.  Hazırda  Avropanın  enerji  təhlükəsizliyində  mühüm  əhəmiyyət 

kəsb  edə  4-cü  böyük  qaz  dəhlizinə  çevriləcəkdir.  Tikilməkdə  olan  TANAP  kəməri 

qazın  Türkiyənin  şərqindən  qərbinə  daşıyacaq,  yəni  Avropa  ilə  sərhəddə  gətirəcək. 

TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. 

TANAP  və  TAP  layihəsi  keçdiyi  marşrut  boyu  regionun  sosial-iqtisadi  inkişafına 

təkan  verəcək,  keçdiyi  ölkələrdə  təxminən  30  mindən  çox  yeni  iş  yerlərinin 

yaranmasına şərait yaradacaqdır. 

Azərbaycana  daxil  olan  böyük  neft  gəlirlərinin  toplanması,  məqsədyönlü 

şəkildə istifadəsini təmin etmək və neftdən gələn gəlirlərin gələcək  nəsillər arasında 

ədalətli  bölgüsü,  onların  səmərəli  və  məqsədəmüvüfiq  şəkildə    yararlanılması 

məqsədi ilə 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu 

yaradıldı.  Qeyd  edək  ki,  Azərbaycan  Norveç  təcrübəsindən  bəhrələnərək  sosial-

iqtisadi  inkişafa  yönəlmiş  neft  siyasəti  həyata  keçirir.  Dövlət  Neft  Fondunun 

ölkəmizin sosial-iqtisadi inkişafında əvəzsiz  xidmətləri vardır. 

Fondun  vəsaitləri  Azərbaycan  Respublikası  Prezidentinin  2001-ci  il  19  iyun 

tarixli  511  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş,  2001-ci  il  21  dekabr  tarixli  607 

nömrəli, 2005-ci il 1 mart tarixli 202 nömrəli, 2010-cu il 10 fevral tarixli 216 nömrəli 

və  2011-ci  il  27  oktyabr  tarixli  519  nömrəli  Fərmanlarına  əsasən  edilmiş  əlavə  və 

dəyişikliklər  nəzərə  alınmaqla  ―Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun 

valyuta  vəsaitlərinin  saxlanılması,  yerləşdirilməsi  və  idarə  edilməsi  haqqında 

Qaydalar‖a  və  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamları  ilə  illik  əsasda 

təsdiq  olunan  ―Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  İnvestisiya 

siyasəti‖nə  əsasən  idarə  olunur.  Neft  Fondunun  valyuta  vəsaitlərinin  bu  qaydalara 

uyğun olaraq idarə edilməsi Fondun valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və 



 

19 


səmərəli  idarəetmə  yolu  ilə  investisiya  gəliri  əldə  etməklə  davamlı  artırılması 

məqsədlərini  daşıyır.  [3.s  91]    Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  Azərbaycan 

Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli Fərmanına əsasən 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  vəsaitinin    2016-cı  ildə  istifadə 

edilməsinin istiqamətləri  aşağıdakı kimi müəyyənləşdirilmişdir: 

1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma  məsələləri ilə 

bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;  

2. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert;  

3. 

Samur-Abşeron 



suvarma 

sisteminin 

yenidən 

qurulması 

layihəsinin 

maliyyələşdirilməsi;  

4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;  

5.  2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət 

Proqramının maliyyələşdirilməsi;  

6.  Cənub  Qaz  Dəhlizi  layihələrində  Azərbaycan  Respublikasının  iştirak  payının 

maliyyələşdirilməsi; 

7. STAR Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyləşdirilməsi; 

2016-cı  ilin  1-ci  rübünün  yekununa  olan  məlumata  görə  fondun  aktivləri: 34 

246,0 mln. ABŞ dolları təşkil etmişdir. Ayrılmış vəsaitlər isə aşağıdakı kimi müəyyən 

edilib. 

1. Heydər  Əliyev  adına  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri  layihəsində 

Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi – 297,9 mln. manat 

2. Qaçqın və  məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması 

və məskunlaşdırılması problemlərinin həlli – 1 934,3 mln. manat 

3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi -779,6 mln. manat  

4. Samur-Abşeron kanalının rekonstruksiya edilməsi –1 246,0 mln. manat 

5. Dövlət büdcəsinə transfertlər – 65 562,0 mln. manat 

6. Dövlət  İnvestisiya  şirkətinin  nizamnamə  kapitalının  maliyyələşdirilməsi  (2006-cı 

ildə başa çatıb) – 90,0 mln. manat 

7. ―Bakı-Tbilisi-Qars yeni dəmir yolu‖ layihəsi – 488,1 mln. manat 


 

20 


8. ―2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət 

Proqramının‖ maliyyələşdirilməsinə SOCAR-ın maliyyələşdirilməsi 87,6 mln. Manat 

10. ―STAR‖ neft emalı kompleksinin tikintisi – 596,1 mln. manat 

11. ―Cənub  Qaz  Dəhlizi‖  QSC-nin  nizamnamə  kapitalında  dövlətin  iştirak  payının 

maliyyələşdirilməsi – 974,7 mln. manat 

Qeyd  edək  ki,  2015-ci  il  ərzində  Fondun  büdcə  gəlirləri Azərbaycan 

Respublikası  Dövlət  Neft  Fondu  7  721,1  milyon  manat,  büdcə  xərcləri  isə 9 

187,7 milyon manat təşkil edib. 2015-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz 

sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 385,5 milyon manat, o cümlədən 

mənfəət  neftinin  və  qazın  satışından  7  369,6  milyon  manat,  akrhesabı  ödənişlər  2,2 

milyon  manat,  bonus  ödənişləri  2,1  milyon  manat və  tranzit  gəlirləri  11,6  milyon 

manat  təşkil  edib.Fondun  vəsaitinin  idarə  olunmasından  əldə  edilən  gəlirlər  335,6 

milyon manata bərabər olub.Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə 

bağlı Fondun büdcədənkənar gəliri 23 217,8 milyon manat təşkil edib. [4.s 91] 

 

2016-


cı  ildə    Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  investisiya  siyasətinin 

məqsədi Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum 

gəlirliliyin  əldə  edilməsinə  imkan  verən  investisiya  siyasətini  həyata  keçirməkdir. 

Fondan  verilən  məlumatlara  görə  2016-cı  ilin  aprel  ayında

 

Dövlət  Neft  Fondu  



tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 

2,9 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satılmışdır və il ərzində ARDNF 

tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəyi planlaşdırılıb.

 

 Azərbayca  Dövlət  Neft  Fondu  neftdən  gələn  mənfəətin  toplanaraq  səmərəli 



şəkildə yəni ölkəmizin perspektivli sahələrinin inkişafına və  sosial-iqtisadi baxımdan 

mühüm əhəmiyyət kəsb edən layihələrin  həyata keçirilməsini təmin etmək məqsədi 

ilə  yaradılmışdır.  Dövlət  Neft  Fondu  ölkəmiz  üçün  böyük  əhəmiyyət  kəsb  edən  bir 

sıra layihələri maliyyələşdirərək  xalqımızın sosial-iqtisadi rifahının yaxşılaşmasında 

əvəzsiz  rolu  olmuşdur.  Fond  respublikamızın    infrastrukturun  qurulmasına,  təhsil, 

səhiyyə,  nəqliyyat,  qeyri-neft  sektorunun,  regionların  inkişafına  və  digər  işlərə  sərf 

olunaraq  xalqımızın  rifahına  xidmət  edir.  Fondun  maliyyələşdirdiyi  sosial-iqtisadi 

layihələrə  misal  olaraq,    qaçqınların  və  məcburi  köçkünlərin  sosial-məişət 

vəziyyətinin  yaxşılaşdırılması  ilə  bağlı  tədbirləri,  beynəlxalq  əhəmiyyətli  strateji 

infrastruktur  layihələri  də  həyata  keçirilməsi,  Heydər  Əliyev  adına  Bakı-Tbilisi-

Ceyhan  Əsas  İxrac  Boru  Kəməri  (BTC)  layihəsində  Azərbaycanın  iştirak  payının 

maliyyələşdirilməsinə,  regionlarda  təhsil  və  səhiyyə  müəssələrinin  təmir  edilməsi, 

tikilməsi  və  modernləşdirilməsi,    Fonddan  ayrılmış  521,5  milyon  manat  hesabına 

Oğuz-Qəbələ  zonasından  Bakı  şəhərinə  su    кəməri  çəkilməsini,  Samur-Abşeron 

suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsini, Azərbaycan  


 

21 


Respublikası Prezidentinin 21 fevral 2007-ci il 1974 saylı Fərmanına uyğun olaraq, 

―Bakı-Tbilisi-Qars yeni dəmir yolu‖ layihəsinin maliyyələşdirilməsini, ―2007-2015-ci 

illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı‖nın 

reallaşması  nəticəsində  ölkəmizdə  müasir  tələblərə  cavab  verən  kadr  potensialının 

yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə 

çatdırılmasına  şərait  yaradılmasını  və.s  göstərmək  olar.  ―2007-2015-ci  illərdə 

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı‖nın reallaşması 

nəticələrini  neft  gəlirlərini  insan  kapitalına  çevirən  uğurlu  strategiya  kimi 

qiymətləndirmək olar. 01.01.2016-cı il tarixinə olan məlumatlara görə ―2007-2015-ci 

illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı‖ (Dövlət 

proqramı) çərçivəsində 3283 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası 

Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilmişdir. Bu tələbələrin sayı ümumilikdə 

134 nəfər olmaqla, 128 nəfəri 2-ci dərəcəli, 6 nəfəri isə 3-cü dərəcəli təhsil almışdır. 

Dövlət  Proqramında  iştirak  edən  gənclərin  əksər  hissəsi  Böyük  Britaniya  (28,9%), 

Türkiyə  (22,2%),  Almaniya  (12,5%),  Kanada  (7,2%),  Niderland  (5,3%)  və  Rusiya 

(3,8%) universitetlərində təhsil alırlar. 31 dekabr 2015-ci il tarixinə Dövlət Proqramı 

çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin 

sayı  1027  nəfər  təşkil  edir.  Bu  tələbələrin  25  nəfəri  2-ci  dərəcəli  məzunlardır. 

Məzunların əksər hissəsi - 397 nəfəri Böyük Britaniya, 114 nəfəri Türkiyə, 113 nəfəri 

Almaniya, 70 nəfəri Rusiya, 67 nəfəri Fransada – təhsillərini uğurla bitirmişlər.   

Fondun  önəmli  vəzifələrindən  biri  isə  neft  gəlirlərinin  bir  hissəsini  gələcək 

nəsillərə saxlamaqdır. ―Neft və qaz gəlirlərinin uzun müddətli istifadəsi strategiyası‖ 

adlı  sənəddə  neft  gəlirlərinin  ən  pik  səviyyəyə  çatdığı  illərdə  25  faizinin  gələcək 

nəsillərə saxlanılması göstərilir. Onu da qeyd edək ki,  Fondun 2015-ci il büdcəsinin 

icrası  çərçivəsində  8  130,0  milyon  manat  vəsait  dövlət  büdcəsinə  transfert  edilib. 

Qaçqın  və  məcburi  köçkün  ailələrinin  məskunlaşdırılması  və  sosial-məişət 

vəziyyətinin  yaxşılaşdırılması  üzrə  tədbirlərin  həyata  keçirilməsinə  150,0  milyon 

manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90,0 milyon manat, 

―Bakı-Tbilisi-Qars  yeni  dəmir  yolu‖  layihəsinin  maliyyələşdirilməsinə  Neft 

Fondundan 61,5 milyon manat vəsait ayrılıb. 35,5 milyon manat vəsait ―2007-2015-ci 

illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı‖nın 

maliyyələşdirilməsinə  yönəldilib.  ―Cənub  Qaz  Dəhlizi‖  layihəsi  üzrə  isə  692,8 

milyon manat vəsait ayrılıb. 2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı 

xərcləri 27,9 milyon manat təşkil edib. 

2016-cı il yanvarın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon 

ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 574,1 milyon ABŞ dollarına bərabər olub. Bu 

da dünya bazarında neftin qiymətinin kəskin azalması ilə əlaqədar olaraq, gəlirlərin 

azalması  ilə  səciyyələnmişdir.  Son  dövrlər  müşahidə  etdiyimiz  (2014-cü  ilin  sonu 



 

22 


2015  əvvələrindən)  dünya  neft  bazarında  neftin  qiymətinin  kəskin  düşməsi 

iqtisadiyyatı  neft  ixracından  əsaslı  şəkildə  asılı  olan  ölkələrdə  iqtisadiyyata  ciddi 

zərbə  kimi  qiymətləndirilir.  Bu  proses  2014-ci  ildə  dünya  neft  bazarının 

tənzimləmədən geri qalması əsasında  baş verib.  Eyni zamanda dünya neft bazarında 

disbalansın olmasının əsas səbəbi kimi son 4 ildə ABŞ-ın neft hasilatının 5 dəfəyədək 

artması və ixracda da yüksək keyfiyyətli xam neft təklifidir. Dünya bazarında təklif 

tarazlığını  pozmuşdur.    Digər  bir  tərəfdən  ABŞ  İran  neftinə  qoyulan  embarqonu 

2015-ci ilin sonlarında aradan götürmüşdür. Bu da  dünya neft bazarında neft təklifini 

artırmışdır. Bu böhranın səbəbi kimi geopolotik  məsələlər də  aktualdır. 

Azərbaycan 

Respublikasının  sosial-iqtisadi  inkişafında  yanacaq-enerji 

kompleksinin  müstəsna  rolu  vardır.  Regionun  lider  ölkəsi  kimi,  Azərbaycan  artıq 

təkcə  özünun  deyil,  bütövlükdə  bölgənin  və  Avropanın  enerji  təhlükəsizliyi 

sisteminin  qarantı,  əsası  olamağa  çalışır.  Vaxtilə  Rusiya  və  İrandan  qaz  idxal  edən 

Azərbaycan  Respublikası  qaz  ixrac  edən  ölkəyə  çevrilmişdir.  Azərbaycan  

Respublikasının Prezidenti İlham Əliyev ―Neft bizim üçün məqsəd deyil, vasitədir‖ 

deyərək bütün  addımlarında və fəaliyyətində qeyri-neft sektorunun inkişafına, xalqın 

sosial-qtisadi 

durumunun  daha  da  yaxşılaşdırılmasına,  ölkəmizin  dünya 

iqtisadiyyatına  səmərəli  inteqasiyasına,  xarici  qarşılıqlı  əməkdaşlıq  və  tərəfdaşlıq 

məsələlərinin  düzgün  istiqamətlənməsinə,  regionların  bütövlükdə  bir  tam  olaraq 

inkişaf etdirilməsinə əsaslanan səmərəli iqtisadi yüksəlişə çatmaq üçün məqsədyönlü 

iqtisadi siyasət yürüdür. İlham Əliyevin uzaqgörən fəaliyyətinin onun davamlı olaraq 

reallaşdırdığı    müddəli  dövlət  proqramlarında,  layihə  və  konsepsiyalarda  müşahidə 

edirik. Neft layihələrinin həyata keçirilməsi prosesləri  sosail-iqtisadi inkişafa təsirləri 

sənayenin bütün sahə strukturlarında müşahidə olmaqdadır. Neft layihələrinin həyata 

keçirilməsi  sayəsində  beynəlxalq  səviyyədə  də    regional  əməkdaşlıq,  tərəfdaşlıq, 

inteqrasiya, sülh, təhlükəsizlik, beynəlxalq ticarət və digər önəmli münasibətlər daha 

da inkişaf etmişdir. 

2004-cü  ildən  bəri  Respublika  rəhbərliyimiz  tərəfindən  iqtisadiyyatımızın 

dirçəlməsi  və  inkişafı  məqsədi  ilə  düşünülmüş  məqsədyönlü  ardıcılıqla  layihələr, 

dövlət  proqramları  reallaşdırılmaqda  davam  etdirilir.  ―Azərbaycan  Respublikası 

regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının‖ (2004-2008-ci illər), ―Bakı 

şəhərinin  qəsəbələrinin  2006-2007-ci  illər  üzrə  sosial-iqtisadi  inkişafının 

sürətləndirilməsinə  dair  Tədbirlər  Proqramı‖,  ―Regionlarının  sosial-iqtisadi  inkişafı 

Dövlət  Proqramının‖  (2009-2013-cü  illər),  ―2008-2015-ci  illərdə  Azərbaycan 

Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı‖, 

―Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı 

Dövlət  Proqramı‖,  ―Azərbaycan  Respublikasında  yanacaq-enerji  kompleksinin 

inkişafı  üzrə  (2005-2015)  Dövlət  Proqramı‖,  ―Azərbaycan  Respublikasında 



 

23 


sənayenin  inkişafına  dair  2015-2020-ci  illər  üçün  Dövlət  Proqramı‖,  ―Azərbaycan 

2020:  gələcəyə  baxış‖  İnkişaf  Konsepsiyası  və  digər    layihə,  proqramlar  iqtisadi 

siyasətimizin  məqsədyönlü  həyata  keçirilməsinə,    diversifikasiyasına  sosial-iqtisadi 

inkişafa xidmət edir. 

 Prezidentinin 22 dekabr 2005-ci il tarixli Fərmanı ilə 2006-cı ilin fevral ayında 

SOCAR-ın tərkibində Sosial İnkişaf İdarəsi yaradılmışdır. Həmin idarə  dövlətimizin 

müəyyənləşdirdiyi sosial-iqtisadi proqramlar çərçivəsində regionlarda, Bakı şəhəri və 

ətraf qəsəbələrdə tikinti-quruculuq və abadlıq işlərini, neftçilərin sosial ehtiyaclarının 

günün  tələbləri  səviyyəsində  daha  dolğun  ödənilməsini,  SOCAR-ın  müəssisə  və 

təşkilatlarının  sərəncamında  olan  maddi-texniki  bazanın  möhkəmləndirilməsini, 

mövcud  maddi  resurslardan  daha  səmərəli  istifadə  olunmasını  və  bu  sahədə  vahid 

siyasətin  aparılmasını,  mədəni-kütləvi  tədbirlərin  və  sərgilərin  keçirilməsini, 

neftçilərin  və  onların  ailə  üzvlərinin  istirahətinin  təşkilini,  işçilərin  könüllü  tibbi 

sığortasını  və  onlara  tibbi  xidmət  göstərilməsini,  SOCAR  üzrə  gigiyenik  və 

epidemioloji  tədbirlərin  aparılmasını,    inzibati  binalarının  məişət  təsərrüfat  xidməti 

ilə  təmin  edilməsini,  neftçilərə  və  onların  ailə  üzvlərinə  bədən  tərbiyəsi  və  idman 

xidmətləri göstərilməsinə xidmət edir.  İdarə  ―Azərbaycan Respublikası regionlarının 

sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı‖,  ―Bakı  şəhəri  və  onun  rayon,  kənd, 

qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı‖na 

daxil edilən  obyektlərin tikintisini həyata keçirir, istehsalat və qeyri-istehsal təyinatlı, 

o  cümlədən  yaşayış,  kommunal,  təhsil  və  səhiyyə  obyektlərində  tikinti-quraşdırma 

işlərini  yerinə  yetirir.  2014-cü  ildə  SOCAR-ın  vəsaiti  hesabına  regionların  sosial-

iqtisadi  inkişafı  məqsədi  ilə  qəbul  edilmiş  Dövlət  Proqramları  çərçivəsində 

Respublikamızın  müxtəlif  regionlarında  və  şəhərlərində  əsaslı  tikinti  və  təmir  işləri 

aparılmışdır.  Bakı  Olimpiya  stadionunun  tikintisi  işlərini  maliyyələşdirmişdir. 

Sabunçu  rayonu,  Səhər  şossesi  5-ci  döngədə  yerləşən  8  saylı  2  mərtəbəli  yaşayış 

binasının yararsız vəziyyətə düşməsi ilə əlaqədar sökülərək 21  mənzilli 3 mərtəbəli 

yaşayış  evinin  tikintisi  işlərini  həyata  keçirmişdir.  Bakı  şəhərində,  Bakı  istedadlar 

məktəbinin, 2 saylı 220 şagird yerlik xüsusi internat məktəbinin, Xətai rayonu Nobel 

prospektində  Fransız  liseyinin  tikintisini  həyata  keçirmişdir.  Qaradağ  rayonu 

Lökbatan  qəsəbəsi  Ə.Əmirov  adına  NQÇİ-nin  3-cü  mədən  ərazisində 

―Bibiheybətneft‖  NQÇİ-nin  yeraltı  təmir  işlərini  yerinə  yetirmişdir.

 

SOCAR 


neftçilərin bütün sosial problemlərinin həllində onlara təsdək olubdur.  SOCAR üzrə 

01  yanvar  2015-ci  il  tarixinə  4383  nəfər  işçi  mənzil  uçotundadır  ki,  onların  da  442 

nəfəri  Respublikanın  müxtəlif  rayonlarında  (Siyəzən,  Şabran,  İmişli,  Kürdəmir, 

Salyan,  Neftçala  və  Şirvan  şəhəri),  3941  nəfəri  isə  Bakı  şəhərindədir.  2014-cü  ildə 

SOCAR  tərəfindən  37  neftçi  ailəsi  mənzillə  təmin  olunmuşdur.    Bibiheybət 

ərazisində  600-dən  çox  ailənin  mənzillə  təmin  olunması  üçün  yeni  yaşayış 



 

24 


kompleksinin  tikintisi  məqsədilə  hazırlıq  işləri  görülür.

 

Azərbaycan  Respublikası 



regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı‖ və ―2014- 

2016-cı  illərdə  Bakı  şəhərinin  və  onun  qəsəbələrinin  sosial-iqtisadi  inkişafına  dair 

Dövlət  Proqramı‖nda  nəzərdə  tutulmuş  tədbirlərin  icrası  ilə  əlaqədar  lay  sularının 

idarə  olunması,  neftlə  çirklənmiş  torpaqların  təmizlənməsi,  dəniz  suyunun 

duzsuzlaşdırılması  qurğularının  quraşdırılması,  səmt  qazının  yığılması  və  idarə 

olunması, Tullantı Mərkəzinin yenidən qurulması, yaşıllaşdırma işlərinin aparılması, 

neft  dağılmalarına  qarşı  cavab  tədbirlərinin  görülməsi,  gigiyena  və  epidemiologiya 

sahəsində mühüm işləri reallaşdırmağı və gələcəkdə dünya iqtisadiyyatında qabaqcıl 

ölkələrin istifadə etdiyi ―Yaşıl iqtisadiyyata‖ keçidi proqnozlaşdırır. 

Aparılmış təhlillər göstərir ki, 2004-ci ildən 2014 cü ilədək Regionların sosial–

iqtisadi  inkişafına  dair  dövlət  proqramının  həyata  heçirildiyi  10  il  ərzində    ümumi 

daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd 

təsərrüfatı  1,5  dəfə,  investisiyalar  6,5  dəfə,  əhalinin  gəlirləri  6,5  dəfə,  orta  aylıq 

əməkhaqqı 5,5 dəfə artmışdır.  10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər 

nəticəsində  ölkədə  1,2  milyondan  çox  yeni  iş  yeri,  55,6  min  müəssisə  yaradılmış, 

işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. 

Qrafik 2.  Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı. 

 

2015-ci  ildə  ÜDM-in  real  artım  tempi  1.1%  təşkil  etmiş  və  cari  qiymətlərlə  54.4 



milyard  manat  olmuşdur.  Adambaşına  düşən  ÜDM-in  həcmi  5703.7  manat  (5558.7 

ABŞ  dolları)  təşkil  etmişdir.  2015-ci  ildə  qeyri-neft  sahələrinin  inkişaf  dinamikası 

ümumilikdə bu sahənin real ifadədə 1.1% artması ilə nəticələnmişdir. Belə ki, 2014-

cü ilə nisbətən 2015-ci ildə rabitə sahəsi 6.8%, turistlərin yerləşdirilməsi və ictimai 

iaşə sahəsi 14.0%, ticarət sahəsi 10.9%, kənd təsərrüfatı isə 6.6% artmışdır. 2015-ci 

ildə  ölkədə  iqtisadiyyatın  və  sosial  sahələrin  inkişafına  bütün  maliyyə  mənbələri 

hesabına 15957.0 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala 

qoyulmuş  vəsaitin  56.0%-ni  daxili  investisiyalar,  44.0%-ni  isə  xarici  investisiyalar 

təşkil etmişdir. 2015-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 8796.3 


 

25 


milyon manatı (55.1%-i) qeyri-neft bölməsinin, 7160.7 milyon manatı (44.9%-i) isə 

neft bölməsinin inkişafında istifadə edilmişdir.[5.s 91] 

Azərbaycan 2020 – Gələcəyə Baxış‖ sənədi 2013-cü ilin əvvəlində təsdiq edilmişdir 

və Azərbaycanın inkişafı üçün ümumi istiqamət təşkil edir. Onun əsas məqsədi biliyə 

əsaslanan iqtisadiyyat, ölkənin rəqabətliliyinin artırılması və dayanıqlı iqtisadi artıma 

nail  olmaq  üçün  iqtisadiyyatın  diversifikasiyası,  qeyri-neft  sektoruna  əsaslan 

ixracyönümlü iqtisadiyyatın inkişafı və 2020-ci ilə qədər adam başına düşən ÜDM-in 

13000  ABŞ  dollarına  çatdırılmasıdır.  Nəqliyyat,  enerji,  və  maliyyə  daxil  olmaqla 

infrastruktur  və  texnologiyada  yüksək naliyyətlərə  çatmaq. Yoxsulluğun  azaldılması 

beləliklə də orta sinif genişləndirilməli və regional qeyri-bərabərlik azaldılmalıdır. 

Sosial-iqtisadi  sahədə  əldə  olunmuş  uğurlar    beynəlxalq  reytinq  agentlərinin 

apardıqları qiymətləndirmələrdə də müşahidə olunur. Dünya İqtisadi Forumu dünya 

ölkələrinin  rəqabət  qabiliyyətliliyi  səviyyəsini  xarakterizə  edən  ―Qlobal  Rəqabət 

Qabiliyyəti  İndeksi  2014-2015‖  hesabatının  məlumatlarına  görə  Azərbaycan 

iqtisadiyyatı  rəqabət  qabiliyyəti  səviyyəsinə  əsasən  tədqiqatın  aparıldığı  144  ölkə 

arasında  38-ci  yerdə  qərarlaşıb.  Beləliklə  də  son  bir  il  ərzində  Azərbaycan 

rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq, dünya sıralamasında ötən illə 

müqaisədə  1  pillə  irəliləyib.  Onu  da  qeyd  edək  ki,  ―Qlobal  Rəqabət  Qabiliyyəti 

İndeksi  2015-2016‖  hesabatında  Azərbaycan  iqtisadiyyatı  rəqabət  qabiliyəti 

səviyyəsinə  görə  140  ölkə  arasında  40-cı  yerdə  qərarlaşmışdır  və  7  ildir  ki,  MDB 

məkanında  lider  mövqeyini  qoruyub  saxlayır.  Dünya  Bankının  hesabatında  son 

onillikdə  yoxsulluğun  azaldılması  və  ümumi  rifahın  yüksəldilməsi  istiqamətində 

Azərbaycanın  böyük  irəliləyişə  nail  olduğu  xüsusi  qeyd  edilir.  Həmin  hesabatda 

Azərbaycan  qlobal  böhrana  ən  az  məruz  qalan  ölkə  kimi  göstərilir.  Azərbaycan 

hesabatda  bütün  göstəricilər  üzrə  yaxşı  nəticələr  əldə  edib.  Dünya  İqtisadi  Forumu 

rəqabətqabiliyyətliliyin müəyyən olunması üçün 12 göstəricidən istifadə edir. Bunlar 

keyfiyyət, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və 

peşəkar  hazırlıq,  əmtəə  və  xidmətlər  bazarının  səmərəliliyi,  əmək  bazarının 

səmərəliliyi,  maliyyə  bazarının  inkişafı,  texnoloji  səviyyə,  daxili  bazarın  həcmi, 

şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialı üzrə meyarlardır.   

 

BMT İnkişaf Proqramının əsasən  Azərbaycan ―orta insan inkişafı‖ qrupundan 



―yüksək  insan  inkişafı‖  qrupuna  yüksəlmişdir.  Qazanılmış  naliyyətlər 

iqtisadiyyatımızın və xalqımızın davamlı məqsədləri, sosial-iqtisadi rifahı üçün daha 

geniş imkanlara, yüksək  hədəflərə nail olmağa səbəb olacaqdır. 

 

 



 

26 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin