Əlyazması hüququnda VƏLİyeva köNÜl nazim qizi



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix05.03.2017
ölçüsü0,97 Mb.
#10069
1   2   3   4   5   6   7   8   9

NƏTİCƏ VƏ TƏKLİFLƏR. 

Azərbaycanın    neft  strategiyasının  reallaşması  nəticəsində  ölkəmizin  ictimai-

siyasi  və  iqtisadi  həyatına  yeni  bir  dinamizm  baş  vermiş,  bu  strategiya  xalqımızın 

rifahının  yüksəlişini  təmin  edən  stimullaşdırıcı  komponentə  çevrilmişdir.  Neft 

strategiyası çərçivəsində  görülmuş kompleks tədbirlər nəticəsində ölkəmiz davamlı 

iqtisadi inkişafa nail olmuşdur. Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin 

etmişdir  və  artıq  Avropanın  enerji  təhlükəsizliyinin  təminatında  da  strateji  tərəfdaş 

missiyasını  yerinə  yetirmək  məramı  ilə  mühüm  addımlar  atmaqdadır.  Azərbaycan 

neft  ixarc  edən  ölkə  statusundan  qaz  ixrac  edən  ölkə  statusuna  qədər  yüksəlmiş  və 

bununla  da  Avopanın  enerji  təhlükəsizliyinin  əsas  təminatçılarından  birinə 

çevrilməkdədir.  Neft  strategiyası  ölkəmizin  xarici  ticarət  əlaqələrinin  də 

genişlənməsinə  gətirib  çıxarmışdır.  Hazırda  reallaşdırılmaqda  olan  Cənub  Qaz 

Dəhlizi  çərcivəsində  həyata  keçirilməsi  nəzərdə  tutulan  TANAP  və  TAP  layihələri 

Azərbaycanın  xarici  ticarət  əlaqələrinin  Cənubi  Avropa,  Şərqi  Avropa  və  Mərkəzi 

Avropaya  doğru  genişlənməsinə  səbəb  olacaqdır.  Azərbaycanın  geniş  neft-qaz 

potensialına  malik  olması  ölkəmizin  geoiqtisadi  və  geosiyasi  nüfuzuna  da  müsbət 

təsir  etmişdir  və  ölkəmiz  Bakı-Tbilisi-Qars  dəmir  yolu  layihəsi,  İNOQEYTS 

proqramı, TRASEKA , Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq layihələrin 

əsas  iştirakçılarına  çevrilmişdir.  Qeyd  edək  ki,    bu  layihələr  ölkələrin  xarici  ticarət 

əlaqələrinin  daha  da  qloballaşmasına,  qarşılıqlı  inteqrasiya  münasibətlərinin 

inkişafına öz müsbət töhfəsini verəcəkdir.  

―Azərbaycanın  neft  strategiyası  və  onun  xarici  ticarət  əlaqələrinə  təsiri‖ 

mövzusu  üzrə  aparılan  təqiqat  araşdırmasının  nəticəsində  aşağıdakı  təkliflər 

edilmişdir: 

1.

 

Azərbaycanın  neft  strategiyasının  iqtisadiyyatımızın  inkişafındakı  rolunu 



nəzərə alaraq bu sektorun dövlət tənzimləmə tədbirləri təkmilləşdirilməlidir. 

2.

 



Neft  və  neft  məhsullarının perspektiv inkişaf  meylləri  müəyyənləşdirilməli  və 

təkmilləşdirilməlidir. 

3.

 

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixracyönümlü  sahələrin inkişafı, neft və 



qeyri-neft  məhsulları  istehsalının  rəqabətqabiliyyətliyinin    yüksəldilməsi 

məqsədi ilə yeni layihələr işlənib hazırlanmalıdır 

4.

 

Neft  və  qaz  emalı  proseslərində  innovasiyaların  tətbiqi  təmin  edilməli  və 



beynəlxalq  standartlara  cavab  verən    güclü    yeni  texnoloji  üsullardan 

yararlanılmalıdır. Beləliklə, xarici ticarət əlaqələrində neft məhsulları ixracının 

müxtəlif çeşidliliyinə nail olunmalıdır.  

5.

 



Azərbaycanın  qarşısında  duran  əsas  vəzifə  iqtisadiyyatın  şaxələndirilməsini 

sürətləndirmək,  neft  gəlirlərinin  səviyyəsindən  asılı  olmayaraq  qeyri-neft 



 

90 


sektorunun  yüksək  inkişaf  tempini  gələcək  illərdə  də  qoruyub  saxlamaq  və 

onun  ixrac imkanlarını genişləndirməkdir. 

6.

 

Neft strategiyasının məntiqi nəticəsi olaraq, neft və qaz gəlirlərindən düzgün və 



səmərəli istifadə edilməlidir, həmin gəlirlər gələcəkdə daha uzunmüddətli

 

çox 



gəlir  gətirən  layihələrə,  sahələrə  sərf  edilməlidir.  Neft  gəlirlərinin  yönələcəyi 

perspektiv  sahələr kimi  kənd  təsərrüfatı, turizm,  yüngül sənaye,  minerallar və 

mədən  sənayesi,  maşınqayırma  və  avadanlıq,  kimya  sənayesi  daha  da 

önəmsənilməlidir. 

7.

 

Neft-qaz hasilatı bir sıra ekoloji problemlərə ətraf mühitin çirklənməsinə səbəb 



olmuşdur.  Bunları  nəzərə  alaraq,  ekoloji  təhlükəsizlik  məsələlərini 

önəmsəyərək,  ölkəmiz  də  dünya  təcrübəsindən  yararlanaraq  ―Yaşıl 

iqtisadiyyat‖a keçməlidir. Ölkəmiz neft gəlirlərinin bir hissəsini əlverişli iqlim 

potensialından  yararlanaraq,  ekoloji  baxımından  zərərsiz  olan  alternativ  eneji 

istehsalının genişləndirməsinə yönəltməlidir.  

Neft  sektorundan  gələn  gəlirlər  hesabına  Azərbaycanın    Neft-qaz  sektoru  və 

neft-kimya  sənayesi  modernləşdirilməli,    qeyri-neft  sənayesinin  şaxələndirilməsi  və 

inkişafı  təmin  edilməlidir,  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə 

imkanlarının genişləndirilməsi üçün lazımlı işlər görülməlidir, aqrar sektorun inkişafı 

və  ərzaq  təhlükəsizliyinin  təmini  üçün  tədbirlər  görülməlidir,  ticarət  və  xidmət  üzrə 

fəaliyyət  növləri  genişləndirilməli  və  inkişaf  etdirilməlidir,  xarici  ticarətin  və 

investisiyaların strukturunun təkmilləşdirilməsi prosesləri  təşkil edilməlidir.     

 

 

 



 

 

 



 

 

 



 

  


 

91 


İSTİFADƏ  EDİLMİŞ  ƏDƏBİYYAT  SİYAHISI. 

1.

 



E.M.Hacızadə,      T.Ə.Paşayev    ―Neft  qaz  sənayesində  yeni  bazar 

mexanizmlərinin formalaşdırılması istiqamətləri‖  Baklı-Elm-2000 səh 30;31 

2.

 

E.M  Hacızadə;    Z.S  Abdullayev    ―Neft  təsərrüfatının  iqtisadi  strukturun 



modernizasiyası‖  Bakı-Elm-2003;  səh 50-55 

3.

 



Azərbaycan Respublikasının Dövlət Neft Fondu http://www.oilfund.az 

4.

 



Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Hesabat arxivi 

5.

 



http://economy.gov.az  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 

6.

 



E.M  Hacızadə  Z.S  Abdullayev    ―Neft  təsərrüfatının  iqtisadi  strukturun 

modernizasiyası‖   Bakı-Elm-2003;  səh-162; 

7.

 

Qubad  İbadoğlu,  Kamil  Əlsəgərov  ,Qalib  Bayramov  ―Azərbaycanda  neft  və 



qaz gəlirlərinin idarə olunması‖ (Azərbaycanda gəlirlərin idarə olunmasına dair 

siyasət sənədi) səh-9; 

8.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu  http://www.oilfund.az 



9.

 

Azərbaycan  Respublikası  Prezidentinin  2001-ci  il  12  sentyabr  tarixli  579 



nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  Azərbaycan  Respublikasinin  Dövlət  Neft 

Fondunun  illik  gəlir  və  xərclər  proqramının  (büdcəsinin)  tərtibi  və  icrasi 

qaydaları 

10.


 

 Azərbaycan Respublikası Dövlət Neft Fondu  http://www.oilfund.az 

11.

 

 2015-ci  ilin  yanvar-dekabr  ayları  üçün  Azərbaycan  Respublikasının    Tədiyyə 



balası hesabatı     

12.


 

 2015-ci  ilin  yanvar-dekabr  ayları  üçün  Azərbaycan  Respublikasının    Tədiyyə 

balası hesabatı    http://cbar.az/assets/1186/final_metod.pdfs 

13.


 

E.M  Hacızadə;  Z.S  Abdullayev    ―Neft  təsərrüfatının  iqtisadi  strukturun 

modernizasiyası‖  Bakı-Elm-2003;  səh-25 

14.


 

    Musayeva 

C.Q. 

Neft 


gəlirlərinin 

səmərəli 

istifadə 

edilməsinin 

modelləşdirilməsi.    İ.ü.f.d.  dissertasiyasının  Avtoreferatı.  BDU,  Bakı, 

2013.səh-27; 

15.

 

Neft ixrac edən ölkələrin internet saytı      http://оpec.org  



16.

 

   Sitatın mənbəsi:  



http://daily.rbc.ru/photoreport/23/01/2015/54c14b7b9a7947ef54346585 

17.


 

 

http://www.lukoil.ru/materials/doc/Books/Guides/25062013.pdf 



18.

 

  Azərbaycan Dövlət Neft Şirkətinin İnternet saytı http://www.socar.az  



19.

 

 Azərbaycan Dövlət Statistika Komitəsi 



       http://www.stat.gov.az/source/trade/az/f_trade/f_trade_IV.pdf   

20.


 

 Maliyyə-təsərrüfat 

fəaliyyəti 

haqqında 

hesabat 

Bakı-2014     

http://www.socar.az/socar/assets/documents/az/socar-annual-reports/illik- 

hesabat2014az.pdf  



 

92 


21.

 

 Vüsal Qasımlı ―İqtisadi Modernizasiya‖ Bakı-2014 səh-33 



22.

 

 Vüsal Qasımlı ―İqtisadi Modernizasiya‖ Bakı-2014 səh-57 



23.

 

―Azərbaycan - 2020: Gələcəyə Baxış İnkişaf  Konsepsiyası‖ səh-11 



24.

 

 ―2015-ci  il  üzrə  Fəaliyyət  haqqında  hesabat‖    Azərbaycan  Respublikasının 



İqtisadiyyat Nazirliyinin    http://economy.gov.az/images/pdf/hesabat-2015.pdf 

25.


 

 Yanacaq-energetika  kompleksində  görülmüş  işlər  barədə  2015-ci  il  üzrə 

hesabat   http://www.minenergy.gov.az/db/Hesabat/Illik_Hesabat_2015_1.pdf 

26.


 

  Neft ixrac edən ölkələrin internet saytı  http://оpec.org   

27.

 

  SOCAR-  in  2014-cü  il  üzrə  davamlı  inkişaf  haqqında  hesabatı  



http://www.socar.az 

28.


 

  SOCAR- in 2014-cü il üzrə  maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı                                   

29.

 

E.M  Hacızadə  Z.S  Abdullayev    ―Neft  təsərrüfatının  iqtisadi  strukturun 



modernizasiyası‖   Bakı-Elm-2003;  səh-134; 

30.


 

 Azəbaycan Respublikasının Energetika Nazirliyi www.minenergy.gov.az   

31.

 

OPEC-Annual Statistic Bulletin 2016 



32.

 

 Əhmədov M. ―Azərbaycan:Yeni neft erası və beynəlxalq siyasət‖  Bakı-2013 



33.

 

Nəsirov  E.  ―Azərbaycan  nefti  və  beynəlxalq  müqavilələr‖  Bakı,  Respublika 



Xatirə Kitabı Nəşriyyatı-2014 

34.


 

 BP Statistical Review of World Energy, 2016 March 

35.

 

 Key World Energy Statistics 2016 



36.

 

 Z.Abdullayev, G.Yüzbaşova. Azərbaycanın neft-qaz strategiyası. Bakı, 2006 



37.

 

 Натиг  Алиев  ―Нефть  и  нефтяной  фактор  в  экономике  Азербайджана  в 



ХХI веке‖ Баку-2010 

38.


 

  И.Г.Алиев  Каспийская нефть Азербайджана.Москва Известия -2003 

39.

 

Брагинский О.БНефтегазовый комплекс мира. М.: Нефть и газ, 2006 



40.

 

  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı 



www.customs.az

 

41.



 

Bioenerji,  Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə  Dövlət 

Agentliyinin 

rəsmi 


internet 

saytı, 


http://area.gov.az/renewable-

energy/bioenergy/

 

42.


 

Qubad İbadoğlu,

 

Kamil Əlsəgərov,



 

Qalib Bayramov

 

Azərbaycanda neft və qaz 



gəlirlərinin  idarə  olunması,  Azərbaycanda  gəlirlərin  idarə  olunmasına  dair 

siyasət sənədi 2013 

43.

 

  Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev ―Azərbaycan iqtisadiyyatı: reallıqlar və 



perspektivlər‖ Bakı-Turxan Nəşriyyatı-2016  

44.


 

 Dünya Bankının internet saytı 

http://www.worldbank.org/en/country/azerbaijan/news/al 

 


 

93 


Резюме. 

 

Магистерская диссертация на тему «Нефтяная стратегия Азербайджана и 

ее  влияние  на  внешнеторговые  отношения»  состоит  из  вступления,  трех  глав, 

итога, предложения и списка использованной литературы.  

В  диссертации  исследованы  проблемы  «влияния  нефтяной  стратегии 

Азербайджана  и  ее  внешнеторговых  связей».

 

Основная  цель  исследования 



состоит  в  том,  чтобы  определить  роль  нефтяной  стратегии  в  развитии 

экономики страны. В диссертационной работе была расследована  нормативно-

правовая база государственного регулирования 

 

нефти и нефтепродуктов. Роль 



современного  развития  нефтяных  проектов  были  реализованы  и  оценены.  В 

рамках  диссертационной  работы  анализирована

 

влияние  нефтяной  стратегии 



Азербайджана  на

 

внешнеторговые  отношения,  динамика  развития,



 

пути 


расширения  внешнеэкономических  связей,  направление  нефтяных  доходов  в 

перспективные  отрасли.  Были  проанализированы  основные  экспортные  и 

импортные тенденции страны.  

В  целях


 

обеспечения  в  будущем  стабильности  доходов  страны 

необходимо  развитие  других  отраслей  экономики.  Одной  из  основных 

поставленных  целей  является  эффективное  использование  ограниченных 

ресурсов,  сохранение  важности  доходов,  поступающих  от  нефти  и  газа,  для 

будущих поколений. 

 

 

 



 

 

 



 

 

 



Summary.  

 

94 


 

Master dissertation on ―The oil strategy of Azerbaijan and its impact on trade 

relations‖  consists  of  introduction,  three  chapters,  conclusion  and  recommendation 

and literature review used. 

İn  this  dissertation  was  explained  the  theoretical  basis  of  the  study  of  oil 

strategy,  socio-economic  fundamentals  of  the  oil  industry  and  oil  production,the 

essence  as  well  as  the  role  of  the  formation  of  the  oil  potential  of  Azerbaijan's 

economy. An explanation of the following issues is reflected in the leading role of the 

oil  strategy  of  deepening  the  economic  reforms  carried  out  in  the  country,  also   the 

analysis  of  possible  options  for  the  transportation  of  Azerbaijani  oil  to  the  world 

markets, the dynamics of economic development of Azerbaijan's oil revenues and its 

assessment. 

There was researched distribution oil revenues among the areas of the national 

economy and using principles. So that, were analyzed directing the directions of the 

oil  revenues  to  the  promising  areas  of  the  national  economy.  The  main  objectives 

determined are to efficiently use limited resources and to maintain the importance of 

revenues coming from oil and gas for the next generations too. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

95 


 

Vəliyeva Könül Nazim qızının―Azərbaycanın 

neft strategiyası və onun xarici ticarət əlaqələrinə 

təsiri‖ mövzusunda magistr dissertasiyasının 

R E F E R A T I. 

Mövzunun aktuallığı: Azərbaycanın neft strategiyasının təməli 1994-cü il sentyabırın 

20-sində  dünyanın  11  transmilli  neft  şirkətinin  iştirakı  ilə  çağdaş  tariximizə  "Əsrin 

müqaviləsi"  adı  ilə  düşmüş  neft  müqaviləsinin  imzalnması  ilə  qoyulmuşdur.  

Azərbaycanın  neft  strategiyası  neft-qaz  sənayesinin  inkişafı  üçün  planlaşdırılmış 

məqsəd 

və 


strategiyanın  həyata  keçirilməsinə  istiqamətlənərək,  dünya 

iqtisadiyyatında  ölkəmizin  mövqeyinin  tanıtmış,  xarici  iqtisadi  əlaqələrin  inkişafına 

və  genişlənməsinə  töhfə  vermişdir.  Azərbaycanın    neft  strategiyasının  özəyi,  əsası 

olan ―Əsrin müqaviləsi‖nin  reallaşdırılması ölkəmizin inkişafına töhfə verəcək  yeni 

bir yol, istiqamətin açdı.  Neft strategiyası çərçivəsində reallaşdırılan ardıcıl tədbirlər, 

mühüm  infrastruktur  layihələri,  neft  sektorunun  sürətli  inkişafı,  ölkəmizin  dinamik 

sosial-iqtisadi   inkişafı  üçün  möhkəm  zəmin  yaratmışdır.  Milli  Neft  Strategiyasının 

uğurla  reallaşması  şəraitində  karbohidrogen  ehtiyatlarının  xarici  şirkətlərlə  birgə 

istismarı və ixracı ildən ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta daxil 

olmaları sürətlə artmaqdadır. Ölkəyə neft gəlirlərinin axını ilə əlaqədar olaraq, milli 

iqtisadiyyatın  infrastrukturunun  yenilənməsi,  ayrı-ayrı  sahələrin  modernizasiyası 

prosesləri  intensivləşdirilmiş,  neft  sektorunun  inkişaf    edərək    ölkəmizi  sürətli 

inkişafa  aparan  lokomotivə  çevirmişdir.  Bu  imkandan  bəhrələnməklə,  Azərbaycan 

Respublikası  regionun  ən  sabit  və  dinamik  inkişaf  edən  ölkəsinə  çevrilmişdir.  Neft  

sektorundan gələn gəlirlər ölkəmizin həm neft, həm də qeyri-neft sektorunun  inkişaf 

etməsi üçün geniş imkanlar yaratmışdır. 

 Azərbaycanın  həyata  keçirmiş  olduğu  neft  strategiyası  ölkəmizin    xarici  ticarət 

mövqelərinin  şaxələnməsinə,  ölkəmizin  geoiqtisadi  nüfuzunun  artmasına  şərait 

yaratmışdır.  Hazırda  Azərbaycan  dünyanın  165  ölkəsi  ilə  ticarət  əməkdaşlığı  edir. 

Azərbaycan  qonşu    ölkələrdən  Türkiyə  və  Gürcüstanın  neft  və  qaz  təminatınada 

əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycan Avropanın eneji təhlükəsizliyini təmin 

edəcək    layihələr  üzərində  çalışır.  «Şahdəniz»  yatağında  nəhəng  qaz  potensialı 

sayəsində  ölkəmizin  neft-qaz  strategiyasına  növbəti  konturlar  gətirmiş,  iqtisadi 

təhlükəsizliyin  möhkəmləndirilməsində  yeni istiqamətin  açılmasına  səbəb olmuşdur. 

Neft  və  qaz  amili    artıq  iqtisadiyatın  inkişafında  əsas    ―vasitəyə‖  çevrilmişdir.  Bu 

baxımdan seçdiyimiz mövzu günün aktual məsələlərdəndir. 



 

96 


Problemin öyrənilməsi səviyyəsi. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən 

qoyulan  bu  strategiyanın  gerçəkləşməsi  və  beynəlxalq  neft  şirkətləri  ilə  sazişlərin 

imzalanması  sayəsində  ölkənin  neft  ehtiyatlarının  istismarına  çoxmilyardlı  xarici 

investisiyalar  cəlb  edildi.  Azərbaycan  dünya  miqyasınada  tanınmağa  başladı, 

ölkəmizin  beynəlxalq  əlaqələrinin  genişlənməsinə  güclü  təkan  verildi.  Neft 

strategiyası  çərcivəsində  imzalanmış  beynəlxalq sazişlər ölkəmizin təhlükəsizliyinin 

təmin  olunmasına,  iqtisadiyyatın  sürətli  inkişafına,  sosial-iqtisadi  tərəqqiyə  səbəb 

olmuşdur. Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təminatçısına, 

beynəlxalq layihələrin iştirakçısına,  Cənubi Qafqaz regionunun ən zəngin və qüdrətli 

ölkəsinə  çevrilmişdir.    Azərbaycan  iqtisadiyyatının  formalaşmasında  neft    amilinin 

rolunu  yüksək  qiymətləndirən  ölkəmizin    bir  sira  alimləri  də  bu  problemi  tədqiq 

etmişdirlər. 

Azərbaycanın 

alimlərindən 

X.B.Yusifzadə, 

E.M.Rüstəmov, 

Ə.N.Əlixanov,  S.A.Orucov,  Ə.B.Süleymanov,  B.Ə.Hacıyev,  Z.S.Abdullayev, 

G.Z.Yüzbaşovanın, T.Ə.Paşayev və başqalarının elmi araşdırmaları mühüm yer tutur. 

Müasir qloballaşma şəraitində Azərbaycanın neft strategiyasını inkişafı xarici ticarət 

əlaqələrinmiz  genişlənməsinə,  şaxələndirilməsinə,  ticarət  dövriyyəsinin  artamsına, 

ölkəmizin  dünya  iqtisadiyyatına  sürətli  inteqrasiya  etməsinə  şərait  yaradır.  Bu 

sahənin  inkişaf  qanunauyğunluqlarının  dərk  edilməsi  və  bu  yolda  qarşıya  çıxan 

problemlərin  həlli  yollarının  axtarılması,  göstərilən  istiqamətdə  elmi  araşdırmaların 

davam  etdirilməsi  zərurətini  yaradır.  Hazırda  Azərbaycanın  təbii  qaz  hasilatının 

artması  və  ixrac    perspektivləri    ―Yeni  Neft  Strategiyası‖nın  xarici  ticarət 

əlaqələrinin,    iqtisadi  əlaqələrinin  inkişaf  etdirilməsində  məqsədyönlü,  effektiv  və 

çevik  strategiyanın  ölkəmizin  gələcək  inkişafında  oynaya  biləcəyi  həlledici  rol 

mövzunun  seçilməsini  şərtləndirmiş  və  bu  problemin  tədqiq  olunması  zərurətini 

müəyyən etmişdir. 

Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri:  Tədqiqatın  əsas  məqsədi  neft  strategiyasının 

ölkə iqtisadiyyatının inkişafında rolunu müəyyənləşdirmək,  neft layihələrinin həyata 

keçirilməsinin hüquqi təminatı, neft layihələrinin həyata keçirilməsinin sosial-iqtisadi 

inkişafa  təsri,  neft  və  neft  məhsulların  ixracının  xarici  ticarət  əlaqələrinə  təsiri  ilə 

bağlı  mövcud  vəziyyətin  öyrənilməsi  və  onun  təkmilləşdirilməsi  yollarının  aşkar 

edilməsi, milli inkişaf istiqamətlərinin və üsullarının araşdırılması və bütün bunların 

konseptual qiymətləndirilməsi əsasında, milli iqtisadi mənafelər,  baxımından konkret 

təklif və tövsiyyələrin hazırlanması tədqiqat işinin əsas məqsədlərindəndir. 

Neft stratefiyasının vəzifəsi isə  xarici ticarət əlaqələrinə təsirinin müasir vəziyyətinin 

qiymətləndirilməsi,  strategiyasının  həyata  keçirilməsinin  məqsədinin  inkişaf 

qanunauyğunluqlarının  nəzəri-metodoloji  təhlilinin  həyata  keçirilməsi,  neft  və  neft 

məhsullarının  ixrac  perspektivlərini  təhlili,  neft  və  neft  məhsulları  ixracının 



 

97 


tənzimlənməsi,  neft  və  neft  məhsullar  ixracının  tənzimlənmənin  təkmilləşdirilməsi, 

neft  gəlirlərinin  perspektiv  sahələrə  yönəldilməsi,  neft  və  neft  məhsullar  ixracının 

istiqamətləri  və proqnozlaşdırılması  və s aiddir. 

Tədqiqatın predmeti və obyekti. Tədqiqatın obyekti Azərbaycanın neft strategiyasının 

mahiyyəti  və  ölkə  iqtisadiyyatının  inkişafında  onun  rolunun  müəyyən  edilməsidir. 

Tədqiqatın  predmeti  neft  və  neft  məhsullarının    xarici  ticarət  əlaqələrinə  təsirinin 

təhlili və qiymətləndirilməsidir. 



Tədqiqatın  nəzəri-metodoloji  əsasları.  İqtisaddiyyat  elmi  sahəsində  tanınmış 

alimlərin elmi əsərləri, prezidentin fərman və sərəncamları, problemlə bağlı mövcud 

ideyalar,    beynəlxalq  neft  sazişləri  və  müqavilələr  eləcə  də  digər  qanunvericilik 

aktları  dissertasiya  işinin  nəzəri-metodoloji  əsasını  təşkil  edir.  Tədqiqat  prosesində 

müqaisəli təhlil və ümumiləşdirmə, sistemli-struktur və sistemli-funksional, analiz və 

sintez,  induksiya  və  deduksiya  və  s.  kimi  metodlar  və  prinsiplərdən  geniş  istifadə 

olunmuşdur.  

 

Tədqiqatın  informasiya  bazası.  Tədqiqatda  informasiya  bazasını  Azərbaycan 

Respublikası  Prezidentinin  fərman  və  sərəncamları,  qanunlar,  müvafiq  dövlət 

qurumlarının siyasət və hesabat sənədləri, Energetika Nazirliyinin, Dövlət Statistika 

Komitəsinin,  Dövlət  Neft  Fondunun,  Azərbaycan  Respublikasının  Dövlət  Neft 

Şirkətinin,  Azərbaycan  Dövlət  Gömrük  Komutəsinin,  Azərbaycan  Respublikası 

İqtisadiyyat  Nazirliyinin,    və  digər  qurum  və  şirkətlərin  rəsmi  elektron-məlumat 

bazaları,  həmçinin  müxtəlif  elmi  jurnalların  və  dövri  mətbuatın  məlumatları  təşkil 

edir. 

Tədqiqatın elmi yeniliyi. Neft strategiyasının mahiyyəti  və  əhəmiyyəti açıqlamışdır. 

Dissertasiyanın elmi yeniliyi aşağıdakılardır:  

 

Tədqiqatda  Azərbaycanın  neft  strategiyasının  mahiyyəti  və    iqtisadi  inkişafda 



rolu araşdırılmışdır; 

 



neft layihələrinin uğurları sistemləşdirilmişdir;  

 



neft  layihələrinin  həyata  keçirilməsinin  normativ-hüquqi  bazası  araşdırılaraq 

sistemləşdirilmişdir; 

 

Xarici ticarət əlaqələrində neft və neft məhsullarını rolu araşdırılmışdır. 



 

 neft  məhsulları  bazarının  şaxələndirilmə  istiqaməti,  ixrac  perispektivləri 



dəyərləndirilmişdir; 

 

98 


 

Neft  gəlirlərinin  azalması  və  dünya  neft  bazarında  qiymətlərin  düşməsi  ilə 



əlaqədar müqaisəli təhlilər aparılmışdır; 

 



Neft  və  neft  məhsulları  ixracının  tənzimlənməsinin  təkmilləşdirilməsinin  əsas 

istiqamətləri araşdırılmışdır; 

 

 neft sənayesinin şaxələndirilməsi  məsələləri tədqiq edilmiş və bu istiqamətdə 



əhəmiyyətli təkliflər işlənilmişdir

 



Neft  gəlirlərinin  perspektiv  sahələrə  qeyri-neft  sektoruna  yönəldilməsi 

istiqamətləri dəyərləndirilmiş, əhəmiyyətli təkliflər irəli sürülmüşdür və s. 

Tədqiqatın 

praktiki 

əhəmiyyəti. 

Neft 


strategiyasının 

əhəmiyyəti 

elmi 

əsaslandırılmışdır.  Neft  strategiyasının  xarici  ticarət  əlaqələrinə  təsiri  araşdırılmış, 



müqaisəli  təhlillər  aparılmış,  xarici  ticarətdə  neft  və  neft  məhsullarının  rolu 

dəyərləndirilmiş  və  praktiki  əhəmiyyətli  konkret  təklif  və  tövsiyələr  irəli 

sürülmüşdür. Dissertasiya işindəki araşdırma, təhlil və tövsiyələrdən müasir şəraitdə 

yeni  neft  strategiyasının  işlənilməsində,  bu  mövzuda  növbəti  araşdırmaların 

aparılmasında istifadə oluna bilər. 

Dissertasiyanın strukturu.  Magistr dissertasiyası giriş, 3 fəsil, nəticə və təkliflər, 

habelə  istifadə  edilmiş  ədəbiyyat  siyahısından,  резюме,  summary  ibarət  olmaqla  94 

səhifə həcmindədir. Dissertasiyada 13 cədvəl, 3 diaqram, 4 qrafik, 1 şəkildən istifadə 

edilmişdir. 

Dissertasiyanın  birinci  fəsilində,  Azərbaycanın  neft  strategiyasının  mahiyyəti 

araşdırılmış,  1994-cü  ildə  imzalanmış  ―Əsrin  müqaviləsi‖nin  ölkəmizin  neft 

strategiyasının  inkişafındakı  rolu  dəyərləndirilmiş,  neft  layihələrinin  kəyata 

keçirilməsinin  ölkəmizin  iqtisadi  və  sosial  inkişafına  təsiri  qiymətləndirilmiş,  neft 

layihələrinin normativ-hüquqi bazası arşdırılmış və sistemləşdirilmişdir. 

Dissertasiyanın ikinci fəsilində, neft strategiyasının  müasir vəziyyəti və onun 

xarici  ticarət  əlaqələrinə  təsiri  araşdırılmış,  Azərbaycanın  xarici  ticarət  əlaqələrində 

neft və neft məhsullarının rolunun artması müqayisəli təhlil edilmiş, ölkəmizin xarici 

ticarət  əlaqələrinin  şaxələnmə  istiqamətləri  araşdırılmışdır,  neft  sənayesinin  inkişaf 

istiqamətləri təhlil edilmiş, SOCAR-ın yeni layihələri dəyərləndirilmişdir. Cədvəl və 

diaqramlar qurularaq müqayisəli təhlil aparılmışdır.  

Dissertasiyanın üçüncü fəsilində,  Azərbaycanın neft strategiyası və onun xarici 

ticarət  əlaqələrinə  təsirinin  təkmilləşdirilməsi  istiqaməti  araşdırılmış,  bu  istiqamətdə 

xarici ölkə təcrübəsi araşdırılmış, neft və neft məhsullarının ixracının perspektivləri 

qiymətləndirilmiş, neft gəlirlərinin perspektiv sahələrə yönəldilməsi, ölkə gəlirlərinin 



 

99 


stabilliyinin və artasının təmin edilməsi üçün əhəmiyyətli təkliflər irəli sürülmüşdür. 

Azərbaycan  Dövlət  Neft  Fondunun  ölkəmizin  iqtisadi  və  sosial  inkişafındakı  rolu 

dəyərləndirilmişdir,  neft  və  neft  məhsullarını  bazarının  dövlət  tənzimlənməsinin 

səmərəliliyinin  artırılması  məqsədi  ilə  görülən  işlər  araşdırılmış,  neft  gəlirlərinin 

ixracyönümlü  sahələrə  yönəldilməsi  məsələsi,  yeni  neft  strategiyasının 

proqnozlaşdırılma  istiqamətləri,  neft  məhsulları  ixracının  genişləndirilməsi 

istiqamətləri araşdırılaraq təhlil edilmişdir, nəticə və təkliflər verilmişdir. 

 

 



 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin