26
-
veksel təqdim olunandan sonra müəyyən vaxt keçəndən sonra;
-
müəyyən olunmuş gündə.
Faizlər, yalnız veksellər üzrə təqdim olunanda və yaxud təqdim olunandan
müəyyən müddət keçdikdən sonra hesablanıla bilər.
Veksellər ödəniş müddəti
konkret olaraq göstərildikdə, ona görə faiz hesablanılmır.
Vekseli saxlayan fiziki və yaxud hüquqi şəxs onun ödənilməsi çatan gün və
yaxud həftənin sonrakı iş günü onu ödənişə təqdim etməlidir. Əgər üç gün ərzində
vekseli saxlayan vekseli ödəniş üçün təqdim etməsə, onda veksel bütün xərclər və
risklər borcludan vekseli saxlayana keçir. Borclu vekseli nəzərdə tutulan müddətdə
ödəmişdirsə, o, bütün öhdəliklərdən azad edilir.
Plastik kartlardan istifadə etməklə hesablaşma forması
Bütün dünyada geniş istifadə olunan plastik (bank) kartları nağdsız
hesablaşmaların bir növüdür. Plastik kartlar hesablaşma və digər sənədləri
tərtib etmək üçün vasitədir və müştərinin hesabına ödənilməlidir. VİSA, Master
Card, American Express və s. ödəniş sistemləri
həmin kartlara malik olan
müəssisə və şəxslərə imkan verir ki, dünyanın əksər ölkələri ilə hesablaşma
əməliyyatları aparısn. Bunun üçün bir sıra emitent-banklarda bir kart hesabı açmaq
kifayətdir.
Kredit təşkilatları-emitentlər plastik kartların emissiyasını həyata keçirir.
Başqa sözlə plastik kartların buraxılması üzrə fəaliyyət göstərir. Daha dəqiq desək,
bu məqsədlə xüsusi kart hesabları, hesablaşma kassa xidməti və s. nəzərdə tutulur.
Kredit təşkilatları bank kartlarının emissiyasını
həm fiziki, həm də hüquqi
şəxslər üçün həyata keçirir. Plastik kartları əldə eetmək üçün müştəri (fiziki və
hüquqi şəxslər) kredit təşkilatı ilə müqavilə bağlayır. Müqavilə əsasında müştərif
plastik kart verilir.
Emitentlə müqavilə bağlayanın fiziki və yaxud hüquqi şəxs olmasından asılı
olaraq plastik kartlar iki növə bölünür: fərdi kartlar və korporativ kartlar.
27
Fərdi kartlar fiziki şəxslər üçün nəzərdə tutulmuşdur.
Korporativ kartlar
təşkilatlar üçün nəzərdə tutulur. Müəssisə korporativ kart vasitəsilə təhtəlhesab
məbləğlər verir və əsas fəaliyyət üzrə nağdsız hesablaşmaları həyata keçirir.
Korporativ kartlardan əmək haqqı və digər sosial xarakterli ödənişləri həyata
keçirməyə icazə verilmir.
Korporativ kartları əldə etmək üçün müəssisə kart hesabını
vergi
müfəttişliyində qeydiyyatdan keçirməlidir. Plastik kartlar hesablaşma (debet)
və kredit kartlarına bölünür. Debet personal kartlardan fiziki şəxslər, debet
korporativ kartlardan isə hüquqi şəxslər istifadə edir.
Eyni zamanda kredit
personal kartlar fiziki şəxslər, kredit korporativ kartlar isə hüquqi şəxslər üçün
nəzərdə tutulur.
Müəssisə, kart hesabını həm
özünə xidmət göstərən bankda, həm də
hesablaşma hesabı və digər hesabları olmayan başqa bir bankda da ala bilər.
Plastik kartlarla əməliyyatlar aşaıdakı texniki, vasitələrdən istifadə etməklə
həyata keçirilir: imprinter, elektron terminal və bankomat.
İmprinter dedikdə plastik kartların relyef rekvizitlərindəki qeydləri kaız
sənədlərə köçürmək üçün nəzərdə tutulan mexaniki qurğu başa düşülür.
Dostları ilə paylaş: