Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Emal müəssisələri üçün ərazinin seçilməsi



Yüklə 196,75 Kb.
səhifə60/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   56   57   58   59   60   61   62   63   ...   82
Baytarlıq sanitariyası CAVAB

Emal müəssisələri üçün ərazinin seçilməsi



istehsalın kombinələşdirilməsi sənayenin müxtəlif ərazilərdə yerləşdirilməsinə təsir göstərir. Kombinələşdirmə zamanı tullantıların bir çox növləri sənayenin müxtəlif sahələri üçün ilkin xammal olur ki, bu da həmin istehsal üçün təbii xammal ehtiyatları olmayan rayonlarda müxtəlif istehsal sahələrini yerləşdirməyə imkan verir. Kombinələşdirmə nəqliyyat amilinin yerləşdirməyə təsirini bir qədər azaldır, çünki bir istehsaldan alınan yarımfabrikatlar və ya yarımməhsullar sonradan bilavasitə həmin kombinatın başqa istehsallarında emal edilir. Sənaye istehsalının yerləşdirilməsinə ciddi surətdə təsir göstərən amillərdən biri də nəqliyyat amilidir. Sənaye sahələrində istehsal olunan məhsulların maya dəyərinin həcmi ölkə ərazisi üzrə sənaye istehsalının necə yerləşdirilməsindən də asılıdır. Səna-
yenin ərazi üzrə yerləşdirilməsinin yaxşılaşdırılması xammalın və hazır məhsulun həddən artıq uzaq məsafələrə səmərəsiz daşınmasını azaltmağa imkan verir. Bu da öz növbəsində sənaye məhsullarının ayrı-ayrı növlərinin maya dəyərində xammal, material və yanacağın daşınma xərclərinin payını xeyli dərəcədə azaltmağa geniş şərait yaradır.
Yeni yaradılacaq sənaye obyektinin yerləşmə yerini seçərkən sosial qəbildən olan amilləri, xüsusən ətraf mühitin qorunmasını, əmək və məişət şəraitinin yaxşılaşdırılmasını, qeyri-istehsal sahələrinin inkişaf etdirilməsini və bunlarla yanaşı xalqa məxsus olan milli adət və ənənələri mütləq nəzərə almaq lazımdır
Sənaye istehsalını ərazi üzrə səmərəli yerləşdirmək üçün yuxarıda sadalanan amillərlə yanaşı sənayenin ayrı-ayrı sahələrinin yerləşmə xüsusiyyətləri də nəzərə alınmalıdır. Sənaye sahələrini yerləşdirərkən aşağıdakı xüsusiyyətlər nəzərə alınır: − sənaye sahəsində istehsal edilən məhsulun iqtisadi təyinatı, kütləvilik dərəcəsi və ölkənin iqtisadi rayonları üzrə istehlakçı miqyasları, məhsulun daşınmaya davamlılığı; − sahədə istehlak olunan ilkin xam materialların xarakteri, ölkənin ərazisi üzrə xammal ehtiyatları mənbələrinin yayılma dərəcəsi, sənaye xammalının ən mühüm növlərinin daşınmaya davamlılığı; − sahənin texniki bazası, tətbiq edilən texnologiyanın xarakteri, istehsalın istilik və enerji tutumu, suya tələbat dərəcəsi, istehsal tullantılarının xarakteri və s; − müəssisənin tipi, onların ölçüsü, strukturu, ixtisaslaşma xarakteri və kombinələşmə imkanı; − həmin sahənin rayonun iqtisadi kompleksinin ixtisaslaşmasına və profilinə təsir dərəcəsi, sahənin müəssisələrinin iri yaşayış məntəqələrinin əmələ gəlməsinə təsiri.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin