Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə1/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
  1   2   3   4   5   6   7   8   9   ...   82
Baytarlıq sanitariyası CAVAB


Fакültə: Baytarlıq təbabəti
İxtisas: Baytar sanitar ekspertiza
Кafedra; “ Gigiyena və qida təhlükəsizliyi
Fənn: Baytarlıq sanitariyası


  1. Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər

Yeni qida sənayesi müəssisələri və iaşə müəssisələrinin layihələndirilməsi və fəaliyyətdə olan müəssisələrin yenidən qurulması zamanı mühüm gigiyenik məsələlərin həll olunması təmin olunmalıdır. Qida sənayesi, ticarət və iaşə müəssisələrinin layihələndirilməsinə gigiyenik tələblər aşağıdakılardan asılı olaraq müəyyən olunur:


istehsalın mərkəzləşdirilməsi dərəcəsindən (tədarük müəssisələrində
yarımfabrikatlar üçün xammalın emal edilməsindən),
istehsal dövrünün davam etməsindən (xammalla işləyən
müqavilə ilə yarımfabrikatla işləyən),
müəssisənin tipindən (kompleks müəssisə, supermarket, restoran,
Qida məhsullarında istehsalı və emalı ilə əlaqədar müəssisələrin istehsal binasında emal ilə əlaqədar zəhərli maddələrin tətbiqinə və epidemioloji cəhətdən təhlükəli materialların (dəri, ipək, tullantı) olmasına icazə verilmir.
Anbar binaları üçün tələblərə xüsusi fikir verilməlidir. Cünki, anbar binasının əsas vəzifəsi saxlanma prosesi zamanı məhsulun bioloji və qidalıq dəyərini saxlamaqdır. Bu qrup binaların gigiyenik cəhətdən təhlükəli olması, xammalda mikroorqanizmlərin olması ilə əlaqədardır. Belə ki, onlar hazır məhsulların çirklənmə mənbəyi ola bilər. Hazır məhsulların təmizliyi pozulduqda bu məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də anbar binasını layihələndirərkən aşağıdakı gigiyenik qaydalar əsas götürülr: -məhsulun saxlanması növlər üzrə bölünməlidir; -məhsulun növünə uyğun olaraq anbarda nəmlik və temperatura rejiminə riayət olunmalıdır.
Binanın tikinti materialına və daxili interyerinə gigiyenik tələblər. Qida məhsulları istehsal edən müəssisə binasının quruluşu və daxili interyeri, müəssisədə əlverişli mikroiqlimin yaranmasına və sanitar rejiminin riayət olunmasına imkan verməlidir, yəni burada asan yuyulma təminatı və dezinfeksiya təminatı olmalı, həmçinin estetik və texniki təhlükəsizlik şərtləri müvafiq tələblərə cavab verməlidir.
Döşəmənin örtülməsinə olan gigiyenik tələblər binanın təyinatından asılı olaraq fərqlənir. Belə ki, döşəməsi çox nəmlənən və çirklənən istehsal otaqları, soyuducu anbar, ayaqyolu otağı, duşxana, vestibüllər sukeçirməyən möhkəm keramik plitələrlə örtülür. Bəzən bu məqsədlər üçün beton və yaxud nəmliyə davamlı sintetik materiallardan da istifadə edilir. Sement döşəmə yük boşaltma yerləri, həmçinin tərəvəz və quru məhsul anbarı üçün nəzərdə tutulur. Asfalt örtük bu binalara qadağan edilir. İnzibati binaları, paltarasılanı, dəyişmə anbarını və inventar otağını adətən ağac döşəmə ilə düzəldirlər, yağlı boya ilə rəngləyir və yaxud parça əsası olan linoleumla örtürlər.


  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin