ventilyasiya nisbətən mürəkkəb olur, sox yer tutur və baha başa gəlir.
Ventilyasiya qurğularında mərkəzdənqaçma və ox tipli ventilyatorlar, açıq
və qapalı hava soruçu bacalar tətbiq edilir.
Sanitariya – texniki normalarına əsasən vurulan təmiz hava sexin hakim
küləklər tutan tərəfindən qəbul edilir, külək tutmayan tərəfdən xaric edilir. Bu
nöqtələr arasındakı məsafə və hündürlüklər fərqi uyğun olaraq 15 və 5 metrdən az
olmamalıdır.
Mexaniki ventilyasiya sisteminin səmərəliliyi onun təşkilində müəyyən
texniki və sanitariya-gigiyena qaydalarına əməl edilməsindən asılıdır. Bu qaydalar
aşağıdakılardır:
1. Otağa verilən havanın miqdarı kənar edilən havanın miqdarına uyğun
gəlməlidir.
2. Havaüfürücü və havasorucu xətlər otaqda düzgün yerləşdirilməlidir. Belə
ki, təmiz hava otaqda zərərli maddələrin az ayrıldığı hissəyə yönəldilməli, kənar
edilən hava isə həmin maddələrin ən çox ayrıldığı hissədən götürülməlidir. Adətən,
hava axını işçi zonaya yönəldilir, kənar edilən hava isə otağın yuxarı hissəsindən
sorulur. Otaqda ayrılan zərərli maddələr havadan ağır olduqda kənar edilən hava
otağın aşağı hissəsindən sorula bilər.
3. Ventilyasi sistemi işləyənlərin orqanizminin həddən artıq soyumasına və ya
qızmasına səbəb olmamalıdır.
4. Ventilyasiya sistemi iş yerlərində buraxılabilən səviyyədən artıq səs-küy
yaratmamalıdır.
5. Ventilyasiya sistemi elektrik təhlükəsizliyi və yanığın partlayış
təhlükəsizliyi tələblərini ödəməlidir.
Adi ventilyasiya sistemləri istehsalat otaqlarında mikroiqlimin bütün
parametrlərini nizamlaya bilmədiyinə görə komfort şərait yaratmaq üçün hava
kondisiyalaşdırılır. Bu məqsədlə istənilən kondisionerlər havanın temperaturunu,
nəmliyini, hərəkətini və təmizliyini avtomatik tənzimləməklə bərabər həmdə onu
ozonlaşdıra və ionlaşdıra da bilər. Havanın tam kondisiyalaşdırılmasında həmin
əməliyyatların hamısı, natamam kondisiyalaşdırmada isə bir hissəsi həyata
keçirilir.
Havanın kondisiyalaşdırma sistemi mərkəzi və yerli sistemlərə ayrılır.
Bundan başqa kondisiyalaşdırma bütün il boyu və movsümü işləyən ola bilər.
Mövsümü işləyən kondisionerlər yayda havanı təmizləyir və sərinlədir; qışda isə
təmizləyir və qızdırır. İnzibati binalarda otaqların mikroiqlimini tənzimləmək üçün
BK-1500 və BK-2500 tipli kondisionerlərdən istifadə edilir. BK-1500 sahəsi,
25m
2
; BK-2500 isə sahəsi 35 m
2
olan otaqlara hesablanmışdır.
Dostları ilə paylaş: