Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Elektrik zədələnməsindən mühafizə üsulları və vasitələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   51   52   53   54   55   56   57   58   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Elektrik zədələnməsindən mühafizə üsulları və vasitələri 
Mühafizənin texniki üsul və vasitələri dedikdə, əsasən, aşağı gərginlikdən, 
etibarlı izolyasiyadan, çəpərləmə və bloklama qurğularından, avtomatik 
söndürücülərdən, mühafizə yerləbirləşdirməsindən və digər tədbirlərdən istifadə 
başa düşülür. 
Elektrik gərginliyinin təhlükəsini azaltmaq üçün istifadə edilən aşağı 
gərginlik 42 V-dan az olan gərginlik hesab edilir. Belə gərginlik, əsasən, əlverişsiz 
işçi şəraitində işləyənlər üçün vacibdir. Bu zaman cərəyan mənbəyi qalvanik 
element batareyaları, akkumulyator, alçaldıcı transformator ola bilər. 
İzolyasiya
. Elektrik şəbəkələrində başlıca təhlükəsizlik tədbirlərindən biri 
izolyasiyanın vəziyyətini yüksək səviyyədə saxlamaqdır. İzolyasiyanın pozulması 
qısaqapanmalara, odtutmaya, avadanlığın gövdələrinə gərginliyin düşməsinə və 
həmin səbəblərdən insanların elektrik cərəyanı ilə zədələnməsinə səbəb ola bilər. 
Gərginliyi 1000 V-a qədər olan dəyişən cərəyan şəbəkələrində izolyasiyanın 
müqaviməti 0,5 mOm-dan az olmamalıdır.
Elektrik şəbəkəsinin hər hansı sahəsində müxtəlif fazalar arasında və ya 
xətlə yer arasında izolyasiyanın müqaviməti azı 500 kOm olmalıdır. İzolyasiya 
müqaviməti meqometr adlı xüsusi cihazla yoxlanılır.
İkiqat izolyasiya
. Elektrik təhlükəsizliyini təmin edən əsas vasitələrdən biri 
də ikiqat izolyasiyanın tətbiqidir. İkiqat izolyasiya əlavə və işçi izolyatordan ibarət 
olur. Bu vaxt işçi izolyator xarab olduqda işçini əlavə izolyator zədələnmədən 
qoruyur. Məsələn, əllə gəzdirilən səyyar lampa və digər elektrikləşdirilmiş alətlər 
bu qəbildəndir.
Çəpərləmə və bloklama
. Elektriklə işləyən işçilərin izolyasiyasız cərəyan 
daşıyan hissələrə təsadüfən toxunmasının qarşısını almaq üçün müxtəlif çəpərliyici 
və bloklayıcı qurğulardan istifadə edilir. Elektrik qurğularında izolyasiyasız 
naqillər, kontakt birləşmələri, kəsən açarlar, qoruyucular və s. elə çəpərlənməlidir 
ki, onları xüsusi açar və ya alətsiz açmaq mümkün olmasın. Çəpərlər örtük, lövhə, 
tor və s. tipli ola bilər. Maşın və mexanizmlərin işə salma quruluşları elə 
yerləşdirilməlidir ki, onları təsadüfən və ya kənar şəxslər tərəfindən işə salmaq 
mümkün olmasın. İdarəedici lövhənin üstündə yerləşdirilmiş açarlar və digər 
idarəedici ləvazimatlar mütləq bütöv örtük ilə bağlanmalıdır. 
Təhlükəli vəziyyətlərdə elektrik dövrəsini avtomatik olaraq kəsməklə işciləri 
zədələnmədən qorumaq üçün bloklama qurğuları tətbiq edilir. Çox vaxt bloklama 
və çəpərləmə eyni qurulur. Bloklamanın iş prinsipi ondan ibarətdir ki, şkafların, 
elektrik qurğusu çəpərinin və ya elektrik avadanlığı örtüyünün qapıları açıldıqda 
elektrik dövrəsi kəsilir, qurğu və avadanlıq avtomatik olaraq qida mənbəyindən 
ayrılır. Qurğulara elektrik enerjisini vermək üçün daha təhlükəsiz vermək və ya 
kəsmək üçün maqnit isə salıcıdan istifadə edilir.


Avtomatik ayırma
. Qəza vəziyyətində elektrik qurğularını ani olaraq 
(0,1…0,2 san) dövrədən ayırmaq üçün avtomatik ayırıcılar tətbiq edilir. Fazanın 
elektrik avadanlığının gövdəsinə qapanması, faza izolyasiyası müqavimətinin 
müəyyən həddən aşağı düşməsi, şəbəkəyə daha yüksək gərginlik düşməsi, insanın 
cərəyandaşıyan hissəyə toxunması hallarını qəza vəziyyətinə misal göstərmək olar. 
Bu zaman elektrik şəbəkəsinin bəzi parametrilərinin dəyişməsi mühafizə ayırma 
qurğusunu işə salır. Məsələn, qaynaqcı elektrodu dəyişdikdə onu tutucudan çıxaran 
kimi transformator şəbəkədən ayrılır və aparatdan gərginlik götürülür.
Mühafizə yerləbirləşdirməsi
. İnsanları elektrik cərəyanının təsirindən 
qorumanın ən geniş yayılmuş üsullarından biri mühafizə yerləbirləşdirmədir. 
Gərginlik təsadüfən mexaniki avadanlığın cərəyan daşıyan hissələrinə keçdikdə 
yerləbirləşdirmə (torpaqlama) insanı mühafizə edir. 
Yerləbirləşdirmə qurğusunun müqaviməti gərginliyi 1000 Volta qədər olan 
qurğularda 4 Om-a qədər, gərginliyi 1000 Voltdan yüksək olan qurğularda isə 10 
Om-a qədər olmalıdır.
Yerləbirləşdirmənin əsas məqsədi qurğunun gövdəsindəki gərginliyi 
təhlükəsiz həddə çatdırmaqdan ibarətdir.
Əgər adam avadanlığın gövdəsinə toxunursa, bu zaman o, mühafizə 
yerləbirləşdirməsinə paralel olaraq cərəyan dövrəsinə qoşulur və onun bədənindən 
cərəyan keçir; lakin yerləbirləşdirici saz olduqda bu cərəyan cüzi olar və orqanizm 
üçün təhlükə törətməz. Bu paralel budaqlarda cərəyan, budaqların müqavimətinə 
mütənasib olaraq paylanır. Alçaq gərginlik qurğuları üçün R
j

125/J
q
şərtindən 
(burada 
R
j

yerləbirləşdiricinin 
müqaviməti, J
q
–elektrik qurğusunun 
yerləbirləşdirmə cərəyanının ən böyük qiymətidir), yüksək gərginlik qurğularında 
isə R
j

250/J
q
şərtindən yerləbirləşdiricini maksimum müqaviməti uyğun olaraq 4 
Om-a və 10 Om-a qədər tapılır.
Yerləbirləşdiricinin elektrik müqaviməti insanın elektrik müqavimətindən 
dəfələrlə kiçik olduğu üçün yerləbirləşdirilmiş gövdəyə toxunan insana elektrik 
cərəyanı təsir etmir. 
Mühafizə yerləbirləşdirməsi yerləbirləşdirici elektrodlardan və onları 
birləşdirən naqillərdən ibarətdir. Yerləbirləşdiricilər təbii və süni olur. Təbii 
yerləbirləşdirici kimi yeraltı su kəmərindən və digər metal boru xətlərindən (yanar 
maye və qaz xəttindən başqa), bina və texniki qurğularda yerlə əlaqəsi olan metal 
konstruksiyalardan və s. istifadə edilir. Süni yerləbirləşdirici kimi şaquli 
basdırılmış polad mil, boru, tilli polad, üfiqi vəziyyətdə qoyulan polad zolaq, lövhə 
və s. tətbiq olunur.
Yerləbirləşdirici naqillər elektrik qurğusunun hissələrini yerə basdırılmış 
elektrodlara birləşdirən izolyasiyalı məftillərdir. 
Elektrik qurğuları aşağıdakı hallarda mühafizə yerlə birləşdirməsi ilə təchiz 
edilməlidir.
a) gərginliyi 36 V-dan yüksək olan dəyişən cərəyanlı xarici qurğular 
b) gərginliyi 110 V-dan yüksək olan sabit cərəyanlı xarici qurğular 
c) xüsusi təhlükəli otaqlarda qoyulmuş elektrik qurğuları 
d) gərginliyi 500 V-dan yüksək olan qurğular (bütün hallarda) 
Mühafizə sıfırlanması
. Gərginliyi 1000 V-a qədər olan, neytralı yerlə 


birləşdirilmiş elektrik şəbəkələrində mühafizə yerləbirləşdirməsi əvəzinə həmin 
məqsədlə mühafizə sıfırlanması tətbiq edilir. 
Elektrik qurğularının normal vəziyyətdə gərginlik altında olmayan metal 
hissələrinin «sıfır» xəttinə birləşdirilməsi sıfırlanma adlanır. Bu halda «sıfır» xətti 
özü etibarlı yerləbirləşdirilmiş olmalıdır. Adətən, «sıfır» xətti şəbəkənin əvvəlində 
və sonunda, xətt ayrıclarında, eləcə də xətt boyunca hər 100 metrdən bir yerlə 
birləşdirilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin