termotənzimləmə qabiliyyəti
gərginləşmədən təmin olunur, istilik rahatlığı
hissiyatı və yüksək işgüzarlıq vəziyyəti üçün zəmin yaranır.
Termotənzimləmə insan orqanizminin xarici mühitlə istilik mübadiləsini
tənzimləmə qabiliyyətidir. Bununla da orqanizm mühitin şəraitindən və işin
ağırlığından asılı olmayaraq bədənin temperaturunu sabit (+36,6
0
C) səviyyədə
saxlayır.İnsan orqanizmində həyat fəaliyyəti nəticəsində əmələ gələn istilik ətraf
mühitə üç yolla –
konveksiya, şüalanma, buxarlanma ilə ötürülür. Məsələn, ətraf
mühitin temperaturu 20
0
C olduqda orqanizmin istilik verimi konveksiya ilə 31%,
şüalanma ilə 43,7% və buxarlanma ilə 21,7% təşkil edir. Qalan istilik isə qəbul
edilən qidanın, havanın qızdırılmasına və s. sərf olunur. Havanın temperaturu
artdıqda tərin buxarlanması ilə istilik ötürülməsi də artır. 33…35
0
C-dən
başlayaraq istilik verimi yalnız bu yolla gedir. Güclü tərləmə zamanı orqanizmidən
su
ilə birlikdə, C və B vitaminləri kənar olunur ki, bu da qanun laxtalanmasına,
qanda şəkər və kalsiumun miqdarının artmasına, mədə şirəsinin turşuluğunun
azalmasına və s. pozğunluqlara səbəb olur.Ətraf mühitin temperaturunun artması
orqanizmdən istilik ayrılmasını çətinləşdirir, nəticədə bədənin temperaturu artır,
ürək döyüntüsü başlayır, tərləmə güclənir,
diqqət zəifləyir, hərəkətlərin əlaqəliyi
pozulur, görmə və eşitmə qabiliyyəti zəifləyir.
Ətraf mühitin temperaturunun aşağı düşməsi də orqanizm üçün zərərlidir,
çünki bu zaman bədən həddən artıq soyuyur, qan dövranı pozulur, qanın
immunobioloji xassələri zəifləyir, nəfəs yolları xəstələnir,
yel zökəm və digər
soyuqdəymə xəstəlikləri yaranır. Deməli, havanın yüksək və alçaq temperaturları
insan orqanizminin termotənzimləmə aparatının xeyli gərginləşməsinə səbəb olur.
Bu isə əmək məhsuldarlığını azaltmaqla bərabər xəstələnmə və zədələnmə
imkanlarını artırır.
Orqanizmin istiliyi tənzimləmə qabiliyyətinə havanın nəmliyi, hərəkət sürəti
də böyük təsir göstərir. Belə ki, yüksək nisbi nəmlikdə (
85%), yüksək
temperaturlarda istilik verimi çətinləşir, alçaq temperaturlarda isə güclənir və
bədən həddən artıq soyuyur. Aşağı nisbi nəmlik (<20%) isə nəfəs yollarının selikli
qişasını qurudur. İnsan sakit vəziyyətdə havanın 0,1m /san
hərəkət sürətini
durğunluq kimi 0,25 m/san-dən böyük sürətini isə yelçəkmə kimi hiss edir.
Atmosfer təzyiqi də insan orqanizminə təsir göstərir. Normal atmosfer
təzyiqindən insan orqanizmin toxumalarında və daxili boşluqlarında təzyiq xarici
təzyiqə bərabər olur. Təzyiqin dəyişməsi orqanizmə zərərli təsir edərək zəiflik, baş
gicəllənməsi, ürək bulanması, burun və ağızdan qan axmasına səbəb olur.
İş zonasında mikroiqlimin parametrlərini nizamlayan sanitariya-gigiyena
normaları vardır. Bu normalarla mikroiqlim parametrlərinin optimal və
buraxılabilən qiymətləri təyin edilmişdir.
Optimal şəraitlər mikroiqlim parametrlərinin elə bir uyğunluğudur ki, onun
insana uzun müddətli təsirində belə termotənzimləmə aparatı
gərgin işləmədən
orqanizm öz normal funksional və istilik vəziyyətlərini saxlaya bilir.
İş zonasında mikroiqlim parametrlərinin buraxıla bilən hədləri onların
qiymətlərinin elə uyğunluğudur ki, onun insana müntəzəm və uzunmüddətli təsiri
funksional və istilik vəziyyətlərində sonradan keçib gedən dəyişikliklər yarada
bilər. Bu dəyişikliklər insanın fizioloji uyğunlaşma imkanlarından kənara çıxmır və
normal şəraitdə tezliklə qaydaya düşür. Mikroiqlimin buraxılabilən hədləri
sağlamlığı pozmur, lakin insasna qeyri-rahat istilik hissiyatı yaradır, əhvalını
pisləşdirir və işgüzarlığını azaldır.
Örtülü istehsalat otaqlarında və iş yerlərində insan orqanizmini həddən artıq
qızmadan mühafizə etmək üçün səmərəli ventilyasiyanın təşkili, texnoloji
avadanlığın qızmar səthlərinin istilik izolyasiyası, su pərdəsi ilə soyudulması,
mühafizə ekranlarının qurulması, istehsal proseslərinin mexanikləşdirilməsi və s.
tədbirlər tətbiq edilir.
Istehsalat otaqlarında və maşınların kabinələrində optimal şəraitlərin
yaradılmasında ən yüksək nəticə havanın kondensiyasının
təşkili ilə əldə edilə
bilər.
Işləyənlərin istilikdən mühafizəsi zamanı fərdi mühafizə vasitələrinin
düzgün seçilməsi və tətbiqinin böyük əhəmiyyəti vardır.
Istehsalatda görülən bütün işlər üç kateqoriyaya bölünür:
1. Yüngül işlər- 600 kC/saat əzələ enerjisi və heç bir fiziki gərginlik tələb
etməyən oturaq işlər. (kC-kilocoul)
2. Orta ağırlıqda işlər-600 kC/saatdan yuxarı əzələ enerjisi və 10 kq-a qədər
yükqaldırma tələb edən ayaqüstü işlər.
3. Ağır işlər- 1000 kC/saat-dan artıq əzələ enerjisi və 10 kq-dan artıq
yükqaldırma tələb edən ayaqüstü fiziki gərgin işlər.
Yüngül işlərdə otağın temperaturu 18-21
0
S, orta ağırlıqlı işlərdə 16-18
0
S,
ağır işlərdə isə 14-16
0
S olmalıdır. Meteoroloji şərait normaları havanın
temperaturunu, nəmliyini və hərəkət sürətini məhdudlaşdıran miqdar
göstəriciləridir.
İlin soyuq və isti vaxtlarında istehsalat binasının xarakteristikasından və işin
kateqoriyasından asılı olaraq iş yerlərində havanın temperaturu ,
nisbi nəmliyi və
hərəkət sürəti normallaşdırılır. Mikroiqlimi normallaşdırmaq üçün görülən başlıca
tədbirlər havanın isidilmə, ventilyasiya və kondensasiya sistemlərinin tətbiqindən
ibarətdir.
Dostları ilə paylaş: