qablaşdırma materiallarından təmizlənib hər hansı metal çubuğa keçirilərkən taxta
çəkiclə yüngül zərbə ilə vurulmalıdır. Bu zaman cingiltili səs alınarsa, bu daşdan
istifadə etmək olmaz.
Daşlar dəzgahda bağlanarkən ciddi mərkəzləşdirilməli və möhkəm
bağlanmalıdır. Daşlar elə seçilməlidir ki, daş və mühafizə örtüyünün diametrləri
fərqi 0,02...0,03 m, yan səthlər arasındakı məsafə isə 0,1...0,015 m olsun. Əgər
diametrlər fərqi 0,l m-dən çox olarsa (istər işlənib yeyildikdən sonra və istərsə də
yeni qoyularkən), onda ya daş, ya da örtük dəyişdirilməlidir.
Bundan başqa, dəzgahda qoyulan saxlayıcı dayaq nizamlanan olmalı və
bunun qabaq tərəfi ilə daş arasındakı məsafə 0,003m-dən artıq olmamalıdır ki,
itilənəcək alət daşın mərkəzindən keçən üfüqi müstəvi səviyyəsində və ya ondan
0,01.. .0,015m yuxarıda daşa toxunsun. Dəzgahlarda yerli sorma sistemi və ya toz-
yonqartutan quruluş qoyulmalıdır.
Dəzgahlarda hərəkətli və elektrikli bloklama mühafizə ekranı (ekranın baxış
sahəsi sınmayan üzvi şüşə olmalıdır) olmalıdır ki, işçinin sifəti və gözləri isti metal
ovuntusundan mühafızə olunsun. Ekran elə bloklanmalıdır ki, yalnız işçi vəziyyətdə
olduqda dəzgah işə düşsün. Dəzgahların, habelə dəzgah üzərində quraşdırılıb
dəzgahdan izolə edilmiş elektrik avadanlıqlarının gövdələri ümumi mühafizə yerlə
birləşdirilmə sisteminə birləşdirilməlidir.
Əgər dəzgahda mühafizə örtüyu yoxdursa, onda işçiyə mütləq mühafizə
eynəyi verilməlidir. Dəzgahlarda işləmək üçün yalnız xüsusi kurs keçib texniki
bilikdən və təhlükəsizlik texnikasından imtahan verərək müstəqil işləməyə vəsiqə
almış şəxslərə icazə verilməli və bunlar ildə bir dəfədən gec olmayaraq yoxlamadan
keçirilməlidir. Təhsil alan tələbələr və şagirdlər tibbi müayinədən keçirilməli və
onun sağlamlıq vəziyyətinin bu işə yol verib-vermədiyi müəyyənləşdirilməlidir. Hər
bir dəzgahın yanında təhlükəsiz iş üsullarını göstərən plakatlar vurulmalı və iş
yerində təlimat olmalıdır. İşçilər qıpçaq iş paltarı (kombinezon) geyinməli,
paltarların qollarının ağzı və kəməri bağlanmalıdır. Saçlar baş geyiminin altına
yığışdırılmalıdır.
Dostları ilə paylaş: