İşəgötürənin əsas vəzifələri və məsuliyyəti aşağıdakılardır (ƏM, Maddə 12):
İşəgötürənin əsas vəzifələri və məsuliyyəti aşağıdakılardır (ƏM, Maddə 12):
a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək;
b) fərdi və kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək;
c) əmək mübahisələri üzrə məhkəmə qərarlarına əməl etmək və yerinə yetirmək;
c) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq;
d) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmiş zəruri tədbirlər görmək;
d) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmiş zəruri tədbirlər görmək;
ə) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq yeni ixtisasa yiyələnmək, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən işçilərə eyni və ədalətli yanaşmaq;
f) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbiri tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməmək;
g) işçilərin hüquqlarını pozan işəgötürən müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilir.