Əmək müqaviləsinə xitam verilməsi barədə Əmr (sərəncam, qərar)____ Bakı şəhəri 21.08.2017-ci il
1. Müəssisənin maliyyə şöbəsində çalışan mühasib Əliyev Əli Əli oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə 21.08.2017-ci il tarixindən xitam verilsin.
2. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq işçi ilə son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə departamentinə həvalə edilsin.
3. İşçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilsin.
4. Əsas: Əliyev Əli Əli oğlunun 21.07.2017 tarixli ərizəsi.