Mağaza və anbar binalarının tikintisi zamanı kapital qoyuluşu sərfinin azadılması,tikinti müddətinin qısadılması,mağaza və anbar tiplərinin optimal ölçülərinin seçilməsi,izafi və anbar layihələrinin düzgün seçilməsi və əsaslandırılması vacibdir.Bu son nəticədə tikintiyə əsaslı vəsait qoyuluşundan istifadə səmərəliliyinin yüksəldilməsinə təkan verməlidir.
Layihələrin seçilməsində nəzərə alınmalı mühüm cəhətlərdən biri ticarət müəssisələrinin harada yerləşməsidir.Şəhərlərdə ticarət müəssisələrinin əksəriyyəti yaşayış binalarının 1-2-ci mərtəbələrində yerləşdirilir.Bu,layihələşdirilmə imkanlarını məhdudlaşdırır,ticarət müəssisələrinin ayrı-ayrı hissələrinin sahəsinin hesablanmasını və planlaşdırılmasını yaçayış binasının ümumi quruluşundan asılıdır.