Sonra anbarın mal ehtiyyatı plan normalarına əsasən dövriyyə günləri hesablanır.Müxtəlif ticarət sistemləri,təşkilatları,müəssisələri və mal qrupları üçün həmin normalar orta ölçüləri əks etdirən norma sayılır.Anbarda saxlanılacaq mal ehtiyyatının ölçüsünü təyin etdikcə mövsümilik momenti,yəni,malları saxlama kameraları sahəsinin mövsümi yığımı nəzərə alınır.Eyni zamanda malların anbara qeyri-bərabər daxil olması nəzərə alınır.