41. İZ formalı akt təsdiq edilmək üçün kimə göndərilir?
A) Müəssisənin rəhbərinə;
B) Sex rəisinə;
C) Əməyin mühafizəsi komissiyasının nümayəndəsinə;
D) Əmək mühafizəsi xidmətinin rəisinə;
E) Mühasibata.
42. İZ formalı akta kimin izahatları əlavə edilməlidir?
A) Şahidlərin, zərərçəkənin;
B) Müəssisənin rəhbərinin;
C) Həmkarlar ittifaqı komitəsinin;
D) Sex rəisinin;
E) Əməyin mühafizəsi komissiyasının nümayəndəsinin.
43. İZ formalı akta hansı sənədlər əlavə edilməlidir?
A) İş yerinin (avadanlıqların, qurğuların) vəziyyəti, təhlükəli və zərərli istehsalat amillərini xarakterizə edən planlar, sxemlər və başqa sənədlər;
B) Müəssisənin planı;
C) Bədbəxt hadisə baş vermiş sahənin planı;
D) Müəssisə və bədbəxt hadisə baş vermiş sahənin planı;
E) Zərərli istehsalat amillərini xarakterizə edən, paltarlar, planlar.
Dostları ilə paylaş: |